Microsoft Word Sirler Xezinesi doc


MÜRŞİDLӘ MÜRİDİN HEKAYӘTİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#51017
1   ...   21   22   23   24   25   26   27   28   29

 
MÜRŞİDLӘ MÜRİDİN HEKAYӘTİ 
 
Dünyagörmüş bir mürşid köç etmәyә başladı, 
Min müridi başında yol getmәyә başladı. 
Mürşid ağ yel buraxdı birdәn-birә sәhrada, 
Әdәbsizlik ar gәldi, müridlәrә sәhrada. 
Bir-bir atıb getdilәr biyabanda mürşüdü, 
Tәk qoymadı bir mürid çәtin anda mürşüdü. 
Mürşid dedi: "Müridlәr atdılar mәni birdәn, 
Bәs sәn niyә getmәdin, baş açmadım bu sirdәn?" 
Mürid dedi: "Heç sәni atarammı, haşa, mәn? 
Ayağının tozunu tac sanmışam başa mәn.  
Yel deyilәm, әzәldәn bir nәfәslә kükrәyәm, 
Qoşularaq yellәrә boş hәvәslә kükrәyәm. 
Әlәbaxan әlini güdәn olub hәmişә, 
Yellә gәlәn yellә dә gedәn olub hәmişә. 
Tez qalxar, tez oturar, olsa, necә toz-qubar. 
Odur duran deyildir bir yerdәcә toz-qubar." 
Öz tәmkini eylәyib belә uca dağları, 
Mәtanәti qoyarmı çıxsın puça dağları?! 
Pәrdә yırtmaq fәlәyin, Ayın, Günün işidir, 
Hәr әzaba qatlaşmaq dözümlünün işidir. 
Bu dünyaya uymamaq sәadәtdir hәyatda, 
Yük daşımaq ulağa bir adәtdir hәyatda. 
Dünya dәrdi çәkmәdәn ol hәr zaman müqәddәs 
Günahsızdır gözündәn yaşlar daman müqәddәs. 
Şah xәlәti geyinәn mömin hanı dünyada, 
Zәnbil hörәn görüblәr Süleymanı dünyada. 
Yanan şamı zәr sәpәn görüb hamı gecәlәr, 
Qәba kimi bürünәr piltә şamı gecәlәr. 
Müqәddәslik - açandır xarabata qapılar, 
İnci dolu xәzinә xarabada tapılar. 
Mәslәkidir zinәti, gör ki, kimdir Nizami, 
Al bayrağın altında bir hakimdir Nizami.  
 
 
ON SӘKKİZİNCİ SÖHBӘT 
 
İKİÜZLÜLӘRİ MӘZӘMMӘT 
 
Saxta qızıl kәsmәyә qurşanıbdır çoxları,  


Qәlp pulunu qәlbinә nur sanıbdır çoxları. 
Üzü qızıl, içi mis saxta pul san onları, 
Hәr sözünә qulp qoyar, tanı hәr an onları. 
Üzlәrinә baxanda aydan arı hәr biri
Әmәliylә alәmin riyakarı hәr biri. 
Üzdә şamdır, daxildә düyünlü ud hamısı, 
Üzdә sadә, daxildә xәbis vücud hamısı. 
Harayçını әzaba, әziyyәtә salarlar,  
Tәlәbkarı çıxılmaz vәziyyәtә salarlar 
İstәklәri dildәdir, heç bilinmәz kinlәri.  
Qәlblәrindәn qisasdan heç silinmәz kinlәri. 
Tәlaşları eylәyib qәm әsiri onları, 
Nәfәslәri varsa da, sanma diri onları.  
Sözlәrinә inanıb ixtilat qatmaq nәdir? 
Әgәr kefli deyilsәn, palçığa batmaq nәdir? 
Dağ kimidir hәr biri, açsan әgәr sirrini, 
Sәs verәrәk sәsinә car eylәyәr sirrini. 
Sәdaqәtdәn dәm vurub sirdaşına dönәrlәr, 
Sәndәn bir şey qapınca hey başına dönәrlәr. 
Tәmәnnadır yaradan elә әhdi-peymanı. 
Allah kәssin qәrәzli belә әhdi-peymanı. 
Tәmәnnalı olarsa dostun, aman, dostluğu, 
Düşmәnçilik demәkdir dostun haman dostluğu. 
İkibaşlı dostluğu dostluq sanma heç zaman. 
Qәrәzli dost - düşmәndir, arxalanma heç zaman. 
Dost da dostun eybini hünәr sanan olarmı? 
Dost daddığın zәhәri şәkәr sanan olarmı? 
Sadiq dostun sağaldar şәfasıyla yaranı, 
Dönük dostun sızladar cәfasıyla yaranı. 
Bir-birinә isnişib hәyan olar pişiklәr, 
Balasını istәkdәn yeyәn olar pişiklәr. 
Dost odur ki, dostunun gizli saxlar sirrini
Zәmanәtәk faş eylәr bu alçaqlar sirrini. 
Sәndәn üstün olmağa hey can atar dostların, 
Hünәrinә hünәri çәtin çatar dostların. 
Qoşa çapar sәninlә sәmәndini hәr biri, 
Әsirgәmәz başından kәmәndini hәr biri. 
Saxta dostun dünyanın alçağıdır, dost deyil, 
Ürәyinә yatmayan bir yağıdır dost deyil. 
Bәdәn duymaz havadar kimdir sәnә dünyada, 
Ürәk duyar vәfadar kimdir sәnә dünyada. 
Min ürәyin qәmindәn qoymusan qan qәlbinә. 
Bir gülsәn ki, sancılıb min bir tikan qәlbinә. 


Firudinә bәrabәr sultan hanı cahanda? 
Min әtiri duymağa imkan hanı cahanda? 
Sir saxlamaz qәlbindә әr sirrinin sirdaşı, 
Öz qәlbindir dünyada hәr sirrinin sirdaşı, 
Ürәyinin sirrini faş eylәsә dil sәnin, 
Yad qәlbindә bir sirrin qala bilmәz, bil, sәnin. 
Könül elә sirdaşla gәrәk bölә sirrini
Günәş kimi yaymaya hәr gün çölә sirrini. 
Qәlbin nazik olmasa, hey sirrini açarmı? 
Şüşә zәrif olmasa, mey sirrini açarmı? 
Hәyat nәyә gәrәkdir bir hәmdәmin olmasa? 
İnsan çәtin yaşayar dosta әmin olmasa. 
Varlığına әminsәn sәn ki hәlә hәyatda, 
Çalış, könül sirdaşı gәtir әlә hәyatda. 
Bilmәmiş ki, dostunun nәcabәti, әsli var, 
Könül sirrin - incidir, etmә ona etibar. 
 
 
CӘMŞİDLӘ CAVAN YAVӘRİNİN HEKAYӘTİ 
 
Sarayında Cәmşidin vardı yaxın yavәri, 
Ay - Günәşin yavәri, o da şahın yavәri. 
Comәrdliyi hamını heyran qoydu sarayda
Şah gözündә alәmin gözü oydu sarayda. 
Etibarı, inamı şahın vardı tәk ona, 
Bütün könül sirrini şah açardı tәk ona. 
Hökmdarın gözündәn cavan bir gün yox oldu, 
Onun yoxa çıxması yaydan süzәn ox oldu. 
Al yanağı qüssәdәn sarı güldü o gәncin, 
Şümşad boyu kamantәk tez büküldü o gәncin. 
Şahın sirri az qaldı oxtәk dәlә qәlbini,  
Kimsә ala bilmәdi onun әlә qәlbini. 
O cavanla bir qarı üzbәüz gәldi bir gün, 
Gördü lalә yanağı solub gәncin büsbütün. 
Dedi: " Xәzan vurubdur, ah, bağında şümşadı, 
Göz yaşları suvarır şah bağında şümşadı?!  
Dәrdin nәdir, özünü saraltmısan belә sәn? 
Şad qәlbinin qanını, qaraltmısan belә sәn? 
Qocalmısan gәnclikdә, hüsnün solub nәdәndir? 
Yanağının lalәsi xeyri olub nәdәndir? 
Sәn yavәrә bağlıdır şah qәlbi tәk cahanda
Qaş-qabağın açılsın şah qәlbitәk cahanda. 
Hüzurunda pörtәrәk hamı tökәr tәr şahın, 


Ordusunda sirdaşı mühafizdir hәr şahın." 
Cavab verdi:"Döndәrmә suya mәnim qәlbimi, 
Mümkünmü ki, biganә duya mәnim qәlbimi? 
Ürәyimә qüssәni dolduran da dözümdür, 
Gül çöhrәmi saraldıb solduran da dözümdür. 
Şahım mәnә açıbdır hәr bir zaman sirrini, 
Saxlayıram qәlbimdә mәn dә haman sirrini, 
Elә әrin sirrini necә açım, mәn necә? 
Böyüklәrin sirrini necә açım, mәn necә? 
Dinlәmişәm can-başla mәn hәmişә sözünü, 
Lal olmuşam salmayım dilә-dişә sözünü. 
Söz almağın çәtindir mәnim bu lal dilimdәn
Sirrin quşu qorxuram uça dәrhal dilimdәn. 
Od salsa da tәlaşdan әgәr cana ürәyim, 
Xoşdur sirdaş sirrindәn dönsә qana ürәyim. 
Açıb sirri, bildirsәm sirdaşımı cahanda, 
Kәssin baxtın qılıncı qoy başımı cahanda." 
Qarı dedi: "Gәtirmә şah adını dilinә, 
Hәmdәmini, sirrini, muradını dilinә. 
Nәfәsinsә sirdaşın, sәn yenә dә inanma; 
Öz kölgәnsә hәmdәmin, kölgәnә dә inanma. 
Qızıl qanda yuyunca qan dәryası çöhrәni, 
Qızıl tәki saraltsın könül yası çöhrәni. 
Bir gecәdә neçә yol başın deyir dilinә: 
İstәsәn ki, sağ qalım, gәlsin xeyir dilinә. 
Baş gәrәksә, xәncәrә dönmәk sәnә yaraşmaz, 
Günәş kimi sirr açıb, sönmәk sәnә yaraşmaz. 
İnsan susar ağzında saxlar uzun dilini, 
Quduzluğu uzadar hәr quduzun dilini. 
Damaq dili altına alsa daha yaxşıdır, 
İti xәncәr qınında qalsa daha yaxşıdır. 
Kim saxlasa dilini, görmәz canı xatanı, 
Dil gәtirәr başlara hәr bәlanı, xatanı... 
Fәlәk qanlı tasıyla yaxar gündә başını, 
Qan tasına atmasın dil üstündә başını. 
Bal suyuna susama, görsәn sәrin bulaq var, 
Hәr divarın dalında bir eşidәn qulaq var. 
Xoş әtridir üzdürәn bәnövşәnin başını, 
Kәsdirmәsin xәncәrlә dilin sәnin başını. 
Kar ol, güdüb pusmağın dövranıdır bu dövran, 
Sәrt danışma, susmağın dövranıdır bu dövran. 
Bәs deyilmi yazdığın lәlәk-qәlәm әlindә, 
Sus, yazını yazandır fәlәk qәlәm әlindә. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə