Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə16/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   12   13   14   15   16   17   18   19   ...   90

Dialektik coğrafiya
 
 
 
39
 
 
 
İkinci önəm                  
Dialektik coğrafiya elmi tədqiqatın   
                                 effektliyi
  
 
 
 
 
 
 
 
 
 
Dialektik coğrafiya elmi  tədqiqatın effektli önəmi 
 
*Elmi biliyin emprik və nəzəri  önəmi. Elmin hər hansı bir sahəsi – öz növ-
bəsində emprik faktlara, nəzəri yanaşma və  dərk etmə formalara, konseptual 
məsələlərinin təhlili və nəticələrinə əsaslanır.
39
 Coğrafiya elmi təfəkkürün mü-
hüm əlaqələrini əks etdirən nəzəri biliklər özünün məntiqi strukturu və effektli 
xarakteri ilə gerçəkləşir. 
                                                                                                    
 
 
 
 
 
     
Elmi araşdırmaların emprik və  nəzəri çərçivəsinin struktur məzmununda 
coğrafiya elmi təfəkkürünün dinamik effektliyinin məsələsi aktuallıq kəsb edir. 
Aktuallıq onunla ölçülür ki, coğrafya elmi təfəkkürünün formalaşdırdığı bütün 
inkişaf mərhələlərində empirik nəzəri tədqiatlar önəmli olmuş və olmaqdadır. 
XIX  əsrin sonu və XX əsrin  əvvələrində coğrafiya elmi araşdırmalarında  
dialektik kateqoriyalarının rasional istiqamətli mövqelərinin üstünlüyü önəmli 
təşkil edirdi. Bu dövrlərdə elmi biliyin emprik və nəzəri sistemli təhlillərində, 
coğrafiya elmi tədqiqatlarda fələsəfi biliklərin üstünlük təşkil edilməsi; coğrafi 
mühitin insan cəmiyyətinin varlığının dialektik vəhdətində yeri və  məs-
kunlaşması ideyasının gerçəkləşməsi; coğrafiya elmində dinamik ərazi – is-
tehsal strukturların müəyyənedici  əhəmiyyəti, praktikası  və s. məsələlər ya-
                                                            
39
 Кант И. Сочинение. Том 3. М., 1968. 
  
İ.KantAlman flosofu  
  İ.Kandın fikrinə görə “Adi bilik yalnız struktur elmli 
vəhdət hesabına elmi bilik olur, başqa sözlə, biliyin sadə 
aqreqatından sistemə  çevrilir”.
 


  Ağazeynal A. Qurbanzadə 
 
40 
 
 
radıcı diskusiyalarının mərkəzində yerləşirdi. M.Bornun ifadəsi ilə desək, 
“təbii-elmi idrakın hər bir fazası öz dövrünün fəlsəfi sistemi ilə üzvi sürətdə 
bağlıdır”.
40
 
Coğrafiya elminin tarixi inkişafının mənbələrində biliyin emprik səviyyəsi 
coğrafi obyektlərin (müşahidə, təsvir, eksperiment və s.) qanunayuğunluqları-
nın dərk edilməsi ilə əlaqələndirilir. Bu məqsədlə coğrafi biliklərin sintezi və 
miqyası, obyektiv tədqiqat motivləri ilə önəmə gətirilir və emprik - nəzəri təs-
nifat göstəricilərini xarakteriza edən konstruktiv elmin tədqiqat obyektinə çev-
rilir.
41
 Bu yanaşma tərzinə uyğun olaraq coğrafiya elmində tədbiq olunlan CİS 
(coğrafi informasiya sistemi), kartoqrafik yanaşmalar, ideal modellər və s. 
araşdırmalarının nəticələri elmi-praktiki baxımdan daha effektli hesab edilir. 
Buna görə də, emprik nəzəri coğrafi biliklər hər şeydən əvvəl rasional idrakın 
metodoloji tədqiqatının təsnifatında mühüm əhəmiyyət kəsb edir. 
*Coğrafiya elmi məntiqinin struktur formaları.  Coğrafiya elmi idrakın 
məntiqinin əsas formalarında biri = coğrafi tədqiqatlarında fakt = dəyərləridir. 
Təhlillər göstərir ki, tədqiqat prosesində struktur təlim formasında fakt ilə 
nəzəri baxışlar arasında dialektik oxşar kodlar və qarşılıqlı “reaksiya”sı möv-
cuddur. Bu “reaksiya” bir sistem forması kimi coğrafiya elminin struktur təh-
lili zamanı fakta çevrilir. “Fakt və nəzəriyyə elmi tədqiqatın müxtəlif, bir-biri-
nə  əxs olunan sonluqlardır, bilik sisteminin effektli formasının tamamlanmış 
naliyyəti, idrakın növbəti mərhələsində özü fakta çevriləcək səhih elmi nə-
zəriyyənin qurulmasıdır”.
42
 
Coğrafiya elmində dialektik fakt anlayışının müəyyənliyi çoxcəhətli və 
problemli məntiqdir. Elmi araşdırmalar məqsədində istifadə edilən faktlar ilkin 
mənbə kimi kəmiyyət və keyfiyyət fonunda fəaliyyət göstərir. Elmi idrak üçün 
faydalı sayılan ayrı-ayrı coğrafi faktlar nəzəri məsələlərinə aydınlıq gətirmə-
sində iştirak etməsinə baxmayaraq, onun tamamlanmasına tam önəm vermək 
qabiliyyətinə malik deyildir. Mahiyyət ondan ibarətdir ki, riyazi-statistik, sis-
tem-struktur elmi ideyalarına söykənən məntiqi təlimlər coğrafiya elminin nə-
zəri baxışlarının ümumiləşdirilməsində aktivlik nümayiş etdirir. Məntiqi ba-
xımdan faktlarla nəzəri baxışlarının dialektikası səbəbindən coğrafiya elmi tə-
fəkkürünün formalaşması tərzi və interpretasiyası tədqiqatçının yeni ideya isti-
qamətini müəyyən etməklə yanaşı, həm də onu səmərəli hala çevirir.  
                                                            
40
 Борн М. Физика в жизни моего поколения. М., 1963. 
41
 A.A.Qurbanzadə. Regionalogiya. Bakı, 2013. 
42
 П.В.Копнин. Диалетика как логика и теория познания. М., 1973. 


Dialektik coğrafiya
 
 
 
41
 
 
Coğrafiya elminin tədqiqat sistem mənbəyinin funksialarından biri də id-
rakın ideya gerçəkliyi hesab olunur. Elmi mənbələrdə “İdeya = obyektiv real-
lıq hadisələrinin fikrən mənimsənilməsi prosesi olub,məqsədlərin və idrakın 
sonrakı davamının proyeksiyalarını ehtiva edir”.
43
   İdeya öz mənasına görə 
məntiqi təfəkkürün anlayış formasına yaxın olmasına baxmayaraq, bunlar 
arasında müəyyən yanaşma fərqləri  də mövcuddur. Məsələ ondan ibarətdir ki, 
hər bir ideya anlayış olduğu halda, hər hansı anlayış ideya ola bilməz. Mə-
sələn, coğrafiya elmində “təbii zonalar” anlayışı konkret təbii kompleks an-
layışlar olmaqla yanaşı, həm də təbii zonalarını əmələ gətirən həmin nəzəri ba-
xışlarının əsasını təşkil edən ideyalardır. 
Nəzəriyyə ilə ideyanın əsas fərqi = elmi nəzəriyyə həm baxılan ideyanı, həm 
də ondan yaranan anlayışlarını özündə sintez edir və reallaşdırma funksiyası-
na malikdir. Coğrafi təfəkkürə əsaslanan tədqiqat ideyalar dialektik vəhdədi-
nin sintezini yaradır,elmin nəzəri istimaqətini aktivləşdirir. 
Coğrafiya elmi təfəkkürün mənbələrindən sayılan  prinsip  =  hər hansı bir 
konsepsiyanın effektli  nöqtəsidir. Prinsip elmi nəzəri baxışlarının əsasını təş-
kil etməklə yanaşı, coğrafi elmi biliklərinin bir sistem halında birləşdirməsinə 
imkan yaradır.        
                                                                                                       
 
 
 
 
 
 
Elmi tədqiqatlara kompleks ynaşmaq,onu yaradan nəzəri baxışların dayaq 
nöqtəsinin bir qayda olaraq prinsipin dialektik vəhdədini müəyyən etdikdən 
sonra başlanır. Prinsip sükünətli deyildir, daimi olaraq ritmikdir. Məsələn, 
coğrafi mühitin elmi prinsipi aristotel məntiqindən başlamış  müasir qeyri-səlis 
(L.Zadə məntiqi) nəzəriyyəsinə qədər öz inkişafında ritmik olaraq dəyişiklik-
lərə məruz qalmışdır. 
Elmi tədqiqatlara kompleks ynaşmaq, onu yaradan nəzəri baxışların dayaq 
nöqtəsinin bir qayda olaraq prinsipin dialektik vəhdədinin müəyyən etdikdən 
sonra (o cümlədən cəmiyyətin dialektikasnda) fəaliyyət göstərir. Coğrafiya 
elmində prinsip ideyası daimi olaraq coğrafi mühitlə əlaqədar olaraq cəmiyyə-
tin dialektikasının inkişafının ritmlərini yaradır və inkişaf etdirir.  
                                                            
43
 Философский энциклопедический словарь. М., 2002.
 
A.Eynşteyn:  
“Təbiətdən dəqiq formulə edilmiş-eksperimental yolla qaza-
nılmış çoxsaylı faktların ümumi cəhətlərini əks etdirən ümumi 
prinsiplər  çıxarılmalıdır. Deduksiyalar üçün əsas rol oynaya 
bilcək tamamilə əhəmiyyətsizdir, belə ki, o, emprik müəyyən 
edilmiş qanunanuyğunluqlar ilə iş görməyə qadir deyildir”.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə