Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə31/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   27   28   29   30   31   32   33   34   ...   230

 

 

63



xüsusilə də dolların enib-qalxmasından, həmçinin də sahənin ixracatçı və yaxud 

idxalatçı olub-olmamasından da asılı olur.  



Mikroiqtisadi təhlil – (və yaxud ayrı-ayrı müəssisələrin təhlili). Bu şir-

kətin gələcək gəlirlərinin dinamikasının tədqiqatıdır. Bu zaman ilk öncə əmtəə 

dövriyyəsinin dinamikası və yaxud xərclərdən sonra yerdə qalan gəlir dinami-

kası,  həmçinin  də  müəssisənin  öz  şəxsi  və  borc  vəsaitlərinin  təmin  olunması 

məsələsindəki maliyyə məsələləri geniş yer tapır. Lazım olan sənədlər firmanın 

işlərinin, mənfəət və zərər barədə olan hesabatlarından götürülür. Göstəricilərin 

ümumiləşdirilməsi  və  təhlili  əsasında  lazımi  nəticələr  çıxarılır,  həmçinin  rə-

qabət bazarında ayrı-ayrı aksiyaların qiymətləndirilməsi barədə nəticələr çıxar-

ırlar.  Hər  bir  təhlil  müəssisənin  ötənilki  rəqəmlərinin  işlənib-hazırlanması  ilə 

başlayır ki, bu da şirkətin struktur və ya strategiyasında hansısa bir əhəmiyyətli 

işin  baş  verdiyini  müəyyən  etmək  üçündür.  Bu  zaman  maliyyə  tərəfini  də 

unutmamaq lazımdır. Ən yaxşı məlumatı balansdan və yaxud mənfəət və zərəri 

ə

ks  etdirən  hesabatlardan  götürmək  olar.  Mikroiqtisadi  təhlil  zamanı 



müəssisələrin gəlirliyi müəyyən edilir. Belə ki, şirkətin gəlirləri ilə aksiyalarının 

hərəkət  kursu  arasında  sıx  əlaqələr  olduğundan  analitiklər  üçün  şirkətin  gələ-

cəkdə bazarda hansı mövqe tutması böyük əhəmiyyət kəsb edir. Gəlirlik proq-

nozu onun bazar mövqeyi əsasında müəyyənləşdirilir. Burada əsasən aksiyanın 

qiymətinin  qalxıb-enməsi  ilə  empirik  əlaqədə  olan  göstəricilər,  həmçinin  də 

mütəxəssis  analitiklərin  üstünlük  verdiyi  balans  göstəriciləri,  kursa  aid  olan 

göstəricilər, aksiyaya aid olan göstəricilər böyük maraq kəsb edir. 

Balans  göstəriciləri  nağd  pul  axınının  dövriyyəsi  və  xalis  nəticə  hesab 

olunur.  Aksiyaya  aid  olan  göstəricilər  bir  aksiya  üçün  nəzərdə  tutulur.  Öz 

növbəsində bir aksiya üzrə dividend, bir aksiya üzrə cashflow (cashflow –nağd 

pul  axını)  və  ya  bir  aksiya  üzrə  nəticə.  Kursa  aid  olan  göstəricilərin  hesabatı 

aksiyanın  kursuna  müvafiq  təsir  göstərir.  Bü  cür  göstəricilər  faktiki  dividend 

gəlir, «kurs/gəlir» (KGV) və ya «kurs/ cashflow» (KCV) nisbətləri hesab edilir. 

Analitik göstərici olan «kurs/gəlir» nisbəti ucuzlaşdırılmış aksiyanın qiymətini 

qiyməti  qaldırılmış  aksiyadan  fərqləndirmək  üçün  istifadə  edilir.  «Kurs/gəlir» 

nisbəti aksiyaya son olaraq nə qədər pul ödənildiyni göstərir. Bu göstəricilərə 

baxıldıqdan  sonra  həmin  göstəricilər  həmin  sahədə  fəaliyyət  göstərən  digər 

ş

irkətin  eyni  göstəriciləri  və  ya  bütün  bazardakı  «kurs/gəlir»  orta  nisbəti 



tutuşdurulur. Bu bizə nisbətən «ucuz» aksiyaları nisbətən «baha» aksiyalardan 

ayırmağa  imkan  verir.  Kurs  göstəricisi  olan  «kurs/  cashflow»  (KCV)  həqiqi 

aksiya  kursu  əsasında  hesab  edilir,  şirkətin  bir  aksiya  üçün  nəzərdə  tutulmuş 

cashflow-ya bölünməsidir.  

Aksiyanın nisbətən «ucuz» və «baha» bölünməsi hər iki - həm «KGV», 

həm də «KCV» üçün vacib amildir. Göstəricilərin müqayisə edilməsi bir-birilə 

ə

laqədə olana kimi məqsədəuyğun hesab edilir. Buna görə də şirkətin KCV və 



KGV göstəricilərinin müqayisə edilməsi yalnız sahə çərçivəsində qəbul edilir. 

Bunun əsas səbəbi sahələrin kapitaltutumlu və əməktutumlu olmasıdır. Burada 




 

 

64



cashflow-  dan  fərqlər  çıxır  ki,  bu  da  öz  növbəsində  KCV  göstəricisini 

dəyişdirir.  Bununla  bağlı  əməktutumlu  sahələr  bank,  tikinti  sənayesi  və  ya 

avtomobilqayırma sənayesi sahələri bir qayda olaraq cüzi cashflow - ya malik 

olduğuna  görə  daha  yüksək  KCV  təhlil  göstəricilərinə  malik  olur.  Kapitaltu-

tumlu  sahələr  (enegetika  və  maşınqayırma  sənayesi)  yüksək  amortizasiya 

çıxılmaları nəticəsində yüksək cashflow - ya və daha az KCV əmsalına malik 

olur. KCV əmsalı, həmçinin, öz aksiyalarını birjaya çıxartmaq istəyən şirkətin 

qiymətləndirilməsinə  xidmət  edir.  Aksiya  almaq  istəyən  investor  həm  KGV, 

həm  də  KCV  əmsalından  istifadə  etməlidir.  Faktiki  dividend  gəliri  isə  hər 

aksiya  üzrə  ödənilən  dividendin  həcmini  göstərir.  Belə  ki,  divident  gəliri 

aksiyanın  qiymətləndirilməsində  asılı  rol  oynayır.  Faktiki  dividend  böyük 

ə

həmiyyət kəsb etmədiyinə görə dolayısı ilə nəzərə alınır.  



Texniki təhlil. Bazarın texniki və  ya daxili təhlili qiymət dəyişikliyinin 

daha  da  hərtərəfli  öyrənilməsində  istifadə  edilir.  Daxili  ona  görə  adlanır  ki, 

burada  yalnız  qiymətlərin  qalxıb-enməsi  qrafiki  və  heç  bir  faktorlar  nəzərə 

alınmadan keçmiş dövrdən hazırkı zamana qədər həcmi hesablanır.  

Aksiya bazarının texniki təhlili aksiyanın kurs tendensiyasının istiqamə-

tinin göstərilməsinə əsaslanır. Bu prinsipial ilkin şərait keçmiş dövrlərin göstə-

ricilərinə əsaslanaraq gələcək kurslar barədə proqnozlar verməyə imkan verir. 

Tarixi klassik texniki təhlil aşağıdakı  qaydada inkişaf  etməyə başlamış-

dır.  lk əvvəl kompyuter texnikası olmayanda heç kim riyazi metodlarla qiymət 

dinamikası təhlilindən istifadə etməyə çalışmırdı. Treyderlər əli ilə yalnız loqo-

rifm xətkeşlərindən istifadə edərək qrafiklər çəkirdilər ki, bu da yalnız düzxətlər 

olurdu.  Daha  sonra  bu  xətt  ilə  qiymət  qrafikasının  qarşılıqlı  əlaqəsinin  qa-

nunauyğunluğu  tapılmışdır.  Daha  sonra  düzxətli  trend  xətlərindən  əl  çəkmək 

zəruriyyəti yarandı və treyderlər əl ilə orta qiyməti hesablamağa başladılar ki, 

bu da sonrakı təhlillərdə uğurla istifadə olunmağa başlandı. 

Kompyuter texnikası çıxdıqdan sonra isə bazarın ossilyator təhlili meto-

dundan istifadə olunmağa başlandı ki, bunun da əsası hələ kompyuter meydana 

gəlməmişdən qoyulmuşdur. 

Texniki təhlil tələb və təklifin effektlivliyini, qiymət dəyişikliyini öyrənir. 

Onu çox vaxt çartizm (ingiliscə chart–qrafik ) adlandırırlar ki, bu da açıq möv-

qelərin  həcmini  əks  etdirən  göstəricilərin  və  müxtəlif  faktorların  öyrənilməsi 

zamanı diaqramların, qrafiklərin tərtib olunmasından ibarət olur. 

Mütəxəssislərin  söylədiyi  kimi  təhlil  zamanı  aşağıdakıları  müəyyən  et-

mək olar: 

•   qiymət proqnozunu demək: mütəxəssislər qiymət dəyişikliyinin proqno-

zunu həm fundamental, həm də qrafik və diaqramların köməyilə edə bilirlər; 

•   vaxtı müəyyən etmək: mövqelərin açılıb və bağlanmasının dəqiq müəy-

yən edilməsi zamanı fundamental təhlildənsə qrafik təhlil daha səmərəli olur; 

•   əsas  indikatorun  üzə  çıxarılması:  əgər  bazar  fəaliyyəti  ona  qarşı  olan 

təsirləri  kənarlaşdıra  bilirsə,  onda  bu  zaman  qiymətlərin  qalxıb-enməsinə 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə