Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə166/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   162   163   164   165   166   167   168   169   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

504

 

oldı. Qalqdı yer öpdi. Dədəm Qorqud himmət qılıcın belinə bağla-



dı. Çomağı omuzına bıraqdı. Yayı qarusına keçürdi. Şahbaz ayğırı 

çəkdirdi, büdə bindi... Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə va-

rub vətən tutdı...” (D-236); 

silahlandırmağı Dədə Qorquddan öyrənmiş Bəkil yaralı ol-

duğuna görə oğlu Əmranı silahlandırtdırır: “Bəkil aydır: “Öləyim 

ağzıη içün, oğul! Ola kim, mənim keçmiş günimi aηdırtmayasan” 

– dedi. “Mərə, geyimim gətürüη, oğlum geysün! Al ayğırım 

gətürüη, oğlum binsün! El ürkmədin oğlum meydana varsun – 

girsün!” – dedi. Oğlanı tonatdılar...” (D-246). Burada assosiativ 

olaraq məhz atası  Bəkilin silahları ilə silahlanmaq istəyən 

Əmranın dilindən verilmiş parça yada düşür: 

 

“...Qara polad uz qılıcıη maηa vergil, 



Gafillücə başlar kəsim səniηçün! 

Qarğu talı sügüηi maηa vergil, 

Köksündən ər sancayım səniη içün! 

Ağ yeləklü ötkün oxıη maηa verdil,  

Ərdən ərə keçirəyim səniη içün!...” (D-245, 246) 

Burada daha çox maraq doğuran  Əmranın  qılıncla kafir-

lərin başını  kəsmək istəməsidir. O qılıncla ki, onu atası  Bəkilin 

belinə Dədə Qorqud  bağlayıb, Qədə Qorqudun əli ilə ovsunlanıb. 

Bu mənada Gürcüstandan xərac kimi göndərilmiş  qılınc üç obrazı 

birləşdirir – qənaətinə də gəlmək mümkündür: Dədə Qorqud (gön-

dərilmiş qılınca toxunur, onu əlinə alır), Bəkil (Dədə Qorqud hə-

min qılıncı  Bəkilin belinə bağlayır),  Əmran (Bəkil həmin qılıncı 

oğlu Əmranın belinə bağlatdırır. Bu fikir “Oğlanı tonatdılar” cüm-

ləsinin ümumi semantik yükündən doğur). Deməli, Dədə Qorqud 

təkcə Bəkilin yox, həm də Əmranın qoruyucusu, hamisi statusun-

da çıxış edir; 

Oğuz igidi  Qazan kafirlər tərəfindən silahlandırılır: “Kafər 

ləşkəri Qazanıη üzərinə yığıldı. Qazana geyim gətürdilər. Qılıc və 

sügü və çomaq və sair cəng alətin geydirüb tonatdılar” (D-285). 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

505

 

Silahlanma və silahlandırılma ilə bağlı təqdim etdiklərimiz 



Orxon-Yenisey abidələri ilə səsləşir. “Təsvir etdiyim türk süvarisi 

Ermitajdakı gil heykəlciklərə əsaslanır. Bu heykəlciklər Turfanda 

Tuyuk məzarda tapılmışdır. Bundan başqa, Sibirin cənubunda  

Sulek çayı sahilində qayalarda (Yenisey çayının yuxarı axarı) 

şəkillər həkk edilmişdir. Bu şəkillərdə silahlı türküt əsgəri təsvir 

edilir; o, buynuzlu yayla silahlanmışdır.  İkinci bir şəkil daha 

maraqlıdır: ağır silahlı süvari boğazından ombaşınadək zirehli 

paltar geyinmişdir, zirehli paltarın qolları biləngə (biləyə - Ə.T.) 

qədər çatır, döşündə dairəvi qalxan vardır,qılınclıdır və böyründə 

oxqabı vardır, sağ əlində toppuz tutmuşdur...

1

. Deməli, “Kitab”da 



sözlə ifadə edilmiş silahlanma Orxon-Yenisey abidələrində  həm 

də maddi şəkildədir, konkret desək, həmin semantika gil heykəl-

ciklər və qaya rəsmləri vasitəsilə  çatdırılır. Ən əsası isə budur ki, 

türk döyüşçüsünün silahlanmasını əks etdirən həmin gil heykəlcik 

və qaya rəsmləri bu günümüzə ötürülüb, bu gün də bizimlədir. 

Qəhrəmanın silahlanmasını əks etdirən  parçalara “Koroğlu” epo-

sunda da rast gəlinir: “Koroğlu altdan geyindi, başdan qıfıllandı, 

başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan 

asdı, əmud  götürdü, dava libasının üstündən bir kürk geyindi, çiy-

ninə  də bir saz keçirdi, tək başına payı-piyada Toqata tərəf yola 

düşdü...” Qeyd edək ki, silahlanmanın bu cür  təsviri birbaşa 

“Kitab”la bağlanır, daha doğrusu, “Kitab”dakı parçaların məntiqi 

davamı kimi çıxış edir. Bu da təsadüfi deyil. Çünki “Koroğlu” bir 

qəhrəmanlıq eposu kimi məhz “Kitab”ın məntiqi davamıdır.  

Oğuz igidlərinin hər biri silahı ilə tanınır, öz layiqli yerlə-

rini də silahları ilə alırlar. Bu cəhət “Kitab”ın poetik strukturunda 

qabarıq  şəkildə görünür. Ən maraqlısı isə budur ki, qəhrəmanlar 

atları ilə  tanındığı kimi, silahları ilə də tanınır. Məsələn, qurt si-

nirli yay Dirsə xana, qıl kişli (kirişli) yay Beyrəyə,təkə buynuzun-

dan yay Basata, sapand Qaraca çobana... məxsusdur. Hətta işarə-

ləndirmə o qədər dəqiq və  məntiqlidir ki, birinin digəri ilə  əvəz-

                                                            

1

 Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.138. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

506

 

lənə bilmə ehtimalı sıfıra bərabərdir (müqayisə et: Basatın sapanı 



– Qaraca çobanın təkə buynuzundan yayı). Digər tərəfdən, “qılıc” 

sözü daha çox  Qazan xanla bağlı işlədilib. Bunu ən azı “çal qılı-

cıη” ifadəsi ilə başlanan cümlələrin intensivliyi təsdiqləyir (əvvəl-

ki səhifələrə bax). Yaxud “köndər” (nizə) sözü yalnız Dəli Donda-

rın bədii təyinində müşahidə olunur. Bütün bunlarla yanaşı, 

kafirlər Oğuz igidlərini təkcə atlarına yox, həm də silahlarına görə 

tanıyırlar: “At, yaraq və işıq Bəkiliη, Bəkil içində degil!” (D-247). 

Yuxarıdakı qarşılaşdırmalara poetik kateqoriyalar konteks-

tində yanaşdıqda bəlli olur ki, “Kitab”dakı bir sıra qəhrəmanların 

adları ilə onlara məxsus at və silah adları alliterasiya yaradır. 

Faktlara müraciət edək: 

Qazan − Qoηur at − qılıc = qa→ qo→qı 

Beyrək − Boz ayğır − yay = ey→ay→ay 

Tondaz (Dondar)−Təpəlqaşğa ayğır−köndər=dar→tə→dər 

Dirsə xan − qurt sinirli yay = sə→si 

Qaraca çoban−sapan = çoban → sapan (zəngin qafiyələr 

kimi görünür). 

Belə alliterasiyalar “Kitab”ın zənginlik göstəricilərindən 

biri kimi dəyərləndirilə bilər. 

 

 



“Ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə,  

ox yarışı, ox düşən yerdə  gəlin otağı qurma 

 

Türkologiyada qeyd olunduğu kimi, qədim türk “ox”suz 



təsəvvürə belə  gəlmir. Bir sıra qədim türk abidələri, xüsusən də 

“Kitab” vərəqləndikcə türkün ox yarışı, “ox”dan uzunluq ölçüsü 

kimi istifadəsi, ox atıb gəlin otağı qurması, oxla ov etməsi, düşmə-

ni ox yağışına tutması... göz önündə canlanır. Və istər-istəməz 

belə bir sual yaranır: bütün bunlar cəmi 154 səhifədən ibarət 

“Kitab”da necə yerləşdirilib? Axı “Kitab” təkcə bunlardan ibarət 

deyil, onun obrazlar sistemi çox zəngindir: Oğuz kişiləri, Oğuz 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə