MikroiQTİsadiyyat


Yarmarkalarda böyük məbləğdə ticarət sövdələşmə-ləri aparılır



Yüklə 1,43 Mb.
səhifə11/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

Yarmarkalarda böyük məbləğdə ticarət sövdələşmə-ləri aparılır. Müasir şəraitdə ölkə daxilində aparılan ticarət əməliyyatlarında yar­mar­kaların rolu azalsa da, beynəlxalq münasibətlərdə onlar öz əhəmiy­yətlərini müəyyən dərəcədə qoruyub saxlaya bilmişlər. Hazırda fəaliy­yət göstərən yarmarkaların aşağıdakı növləri vardır: 1) Universal yar-mar­kalar (məsələn, Türkiyənin Izmir şəhərindəki yarmar-ka); 2) Çoxsahəli yarmarkalar (məsələn, Fransanın paytaxtı Parisdəki yarmarka); 3) Ixti­saslaş­dırılmış yarmarkalar (məsələn, Almaniyanın Münhen şəhərindəki yarmarka) və s.

Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkə­lərarası əmtəə mübadiləsini inkişaf etdirmək məqsədilə 1925-ci ildə Parisdə Beynəlxalq Yarmarkalar Ittifaqı yaradılmışdır.



Auksion latınca “ auktio” sözündən götürülmüşdür ki, camaat qarşısında açıq ticarət deməkdir. Bazar infrastrukturundan danışarkən auksion1 tica-rətini yaddan çıxarmaq olmaz. Auksion dedikdə, əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə bəzi əmtəələrin (yüngül minik maşınları, xəz-dəri mə­mulatı, çay, tütün, mənzil və s.) ümumi aşkarlıq şəraitində satılması nə­zərdə tutulur. Bu, həm də beynəlxalq əmək bölgüsü sisteminə möhkəm daxil olmuş, dünya ticarətinin ənənəvi formasıdır. Beynəlxalq miq­ya­sa əsas etibarilə yuyulmamış yun, tütün, çay, tərəvəz, meyvə, gül, ba­lıq, at, həmçinin zinət şeyləri, incəsənət əsər-ləri və i. a. çıxarılır.

Auksionda satılmaq üçün nəzərdə tutulan əmtəələr, yaxud da onların nümunələri qabaqcadan tanış olmaq üçün ortaya çıxarıla bilər və bu zaman əmtəənin satışının ümumi qaydaları satıcı tərəfindən müəyyən edilir. Auksionda təklif olunan əmtəəyə ən yüksək qiyməti verən şəxs onu almaq hüququ qazanır. Lakin əmtəənin qiymətini idarə edən və tənzimləyən auksion işçisi satılan malın keyfiyyəti üçün cavab­dehlik daşımır.

Auksionlar daimi, yaxud qabaqcadan təyin olunmuş yerlərdə və vaxtlarda keçirilir. Beynəlxalq auksionlar adətən xüsusi yeri, ava­dan­lıqları və ixtisaslı işçiləri olan kommer-siya təşkilatıdır. Onlar bir qayda olaraq istehsalçılardan mal alır, topdansatış üzrə vasitəçilərə sa­tır və qiymətlər arasın-dakı fərqə görə qazanc əldə edirlər. Belə auksi­on­lar­da satış alıcıların bilavasitə iştirakı ilə açıq şəkildə keçirilir. Beynəl­xalq auksionlar adətən London, Amsterdam, Nyu-York, Kəlküttə, Li­verpul, Sidney və s. kimi böyük ticarət mərkəzlərində və limanlarında təşkil edilir.

Auksionlar, həmçinin öz müştərilərinin – alıcı və satıcıların – tapşırığı ilə müəyyən şərtlər əsasında əmtəələrin alınıb – satılması ilə məşğul olan ixtisaslaşdırılmış broker firmaları tərəfindən təşkil olunur. Belə auksionlarda müştərilərin özləri bilavasitə iştirak etmir, görülən iş üçün brokerlərə haqq verirlər.

Auksionun könüllü və məcburi növləri vardır. Kö-nüllü auksionu öz əmtəələrini daha sərfəli qiymətlərlə sat-maq istəyən şəxslərin özləri təşkil edirlər. Məcburi auksion-lar isə borclarını verə bilməyənlərin və ya vermək istəmə-yənlərin əmlakını, müsadirə edilmiş əmtəələri və yük­ləri, girov qoyulmuş və vaxtında geri götürülməmiş mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və s. satmaq məqsə-dilə məhkəmə və dövlət orqanları tərəfindən təşkil edilir.

Əmtəələrin göndərilməsi, onların satılması, müqavi-lələrin bağ­lan­ması, satın alınmış malların aparılması, auksi-onun keçirilməsi üçün vaxtın və yerin seçilməsi, əmtəələrin yoxlanma müddətləri və s. auksion qaydaları ilə müəyyən edilir.


6. Bazar infrastrukturunun qeyri-hökumət təsisatları.
XX əsrin axırlarında formalaşmış infrastrukturun qeyri-hö­ku­mət təsissatlarının əsas növləri aşağıdakılardır: 1) Menecment – kon­sal­tinq( ingiliscə “ məsləhətçi”); 2) Audit və mühasibat uçotu sahəsində məsləhətçilər; 3) Is­tehsalın və satışın təşkili üzrə məsləhətçilər; 4) Hüquq məsləhətçiləri; 5) Sair işlər üzrə təsisat və məsləhətçilər.

«Menecment-konsaltinq»ə daxil olan xidmətlərin aşağıdakı növləri vardır:

1) Inkişafın strateji məsələləri

2) Maliyyə məsələləri

3) Kadrların idarə edilməsi

4)Istehsalın idarə edilməsi və ona xidmət göstərilməsi

5) Marketinq və satış

6) Informasiya texnologiyaları və sistemləri

7) Yeni obyektlərin, bölmələrin, firmaların yara- dılması

8) Iqtisadi – ekoloji məsələlər


Audit – qəbul edilmiş ümumi standartlara uyğun olması və eti­bar­lılığı baxımından şirkətlərin (firmaların) maliyyə hesabatlarının yoxlanması və qiymətləndirilməsi sahəsində xidmət göstərilməsi de­məkdir.

Auditor kimi fəaliyyət göstərən mühasibat uçotu mütəxəssisləri şirkətlərin (firmaların) hesabatlarını yoxlayır, onların düzgünlüyünə, etibarlılığına və qəbul edilmiş ümumi standartlara uyğun olub-olma­ma­sına ekspert rəyi verirlər.

Aparıcı beynəlxalq firmaların (məsələn, «böyük altı-lar»ın) göstər­dik­ləri xidmətin xeyli hissəsi verilən məslə-hətlərin payına düşür.

Hüquqşünaslar qanunları – dövlətin normativ aktlarını, iqtisad­çı­lar və idarəetmə üzrə mütəxəssislər isə bazar qanunlarını və insanların davranışını əldə rəhbər tuturlar.



Mühəndis məsləhətləri (injinirinq) də vardır. Bu sahədə göstərilən xidmətlər iki qrupa bölünür: 1) Istehsal prosesinin hazırlanması ilə əla­qə­dar olan xidmətlər; 2) Məhsulların istehsalı və reallaşdırılması pro­ses­lərinin normal gedişinin təmin olunması ilə əlaqədar olan xidmətlər. Injinirinq xidmətləri-ixtisaslaşdırılmış mühəndis məsləhəti-xüsusi fir­ma­lar, həmçinin tikinti və sənaye şirkətləri tərəfindən həyata keçirilir.

Xidmətin növlərindən biri də rəhbər kadrların seçilməsi və onlara qiymət verilməsidir ki, buna da rekrutment deyilir. Firmalar işçilərin muzdla tutulmasına dair elan vermək istəmədikdə, yaxud da bu sahədə daha məşhur olan «nüfuzlu» şəxsləri gizli kanallarla özlərinə cəlb etmək fikrinə düşdükdə axtarışa başlayır və bu üsuldan istifadə edirlər.



Xidmətin bir növü də ixtisasın artırılmasıdır. Buna, treninq deyilir. Xidmətin bu növü konsaltinq və menec-mentin öyrənilməsi arasında «mövqe tutur», menecerlərin ixtisaslarının artırılması üçün istehsalat­dan ayrılmaq və ayrılmamaqla kurslar, konfranslar, seminarlar təşkil edir, təcrübə məşğələləri keçirirlər.

Treninq proqramlarının digər tədbirlərin proqramların-dan fərqi ondadır ki, bunlar maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılır (məsə­lən, işgüzar oyunlar, psixoloji treninq şəraitinin təhlili və s.), konsal­tinq-müəllimlər isə bu və ya digər problemin tədqiqi prosesində başqa firma və şirkət-lərdə qazandıqları əməli biliklərdən və təcrübədən isti­fa­də edirlər. Bunlarla yanaşı, treninq məsləhətçilərlə menecerlər arasında əlaqələrin və qarşılıqlı fəaliyyətlərin sahmana salınmasına da təsir göstərir.



Son dövrlərdə xidmətin marketinq növü geniş yayılmış-dır. Onun başlıca vəzifəsi məhsulların satışı üçün bazar axtarıb tapmaqdan və tələbi formalaşdırmaqdan ibarətdir. Marketinq üzrə məsləhətçilər satış, reklam, ticarət-vasitəçi firmalarla iş aparılması sahələrində qərarların hazırlanma-sını təmin edir, bazarları öyrənir, yeni məhsulların istehsalı və onların bazara çıxarılmasına dair tövsiyələr verirlər.

Mövzu 8: Bazar iqtisadiyyatının modelləri. ( 2 saat)

Plan
1. Bazar iqtisadiyyatı modellərinin fərqləndirici meyarları.

2. Bazarın liberal modelinin spesifik xüsusiyyətləri.

3. Sosial yönümlü bazar iqtisadiyyatı modeli.

4. Sosial- demokrat bazar modelinin xarakterik xüsusiyyətləri.

5. Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi.
1. Bazar iqtisadiyyatı modellərinin fərqləndirici meyarları.
Tarixi təcrübə göstərir ki, bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid, milli xüsusiyyətləri özündə əks etdirən inkişafın müxtəlif iqtisadi modellərinə və iqtisadi konsepsiyalarına əsaslanır. Baxmayaraq ki, iqtisadi sistemlərin transformasiyasının universal, ümumi bir nəzəriyyəsi hələ mövcud deyil( ola bilər heç olmasın), ancaq hər bir ölkədə keçid dövründə həyata keçirilən iqtisadi siyasətin nəzəri səpkiləri mütləq olmalıdır. Bu, inzibati ölkənin spesifik xüsusiyyətlərini özündə əks etdirən iqtisadi inkişaf modelinin və konsepsiyanın hazırlanmasının zəruri edir.

Bazar iqtisadiyyatının modelinin 3 əsas növü mövcuddur:



  1. Liberal model.

  2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli.

  3. Bazar iqtisadiyyatının sosial- demokratik modeli.

1. Liberal model aşağıdakı cəhətləri ilə səciyyələnir:

a) xüsusi mülkiyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması;

b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması;

v) dövlət tənzimlənməsinin məhdud xarakte daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;

q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsində dövlətin təcrid edilməsi;

d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizlərə və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi;

e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi şəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması;

Bu model az və çox dərəcədə xalis formada XX əsrin əvvəllərindən 20- ci illərin sonuna qədər ABŞ- da mövcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır.


2. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətləri aşağıdakılardır:

a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması;

b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı- ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;

v) dövlət tərəfindən əhaliyə qeyri- istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi;

q) tənzimlənmənin azad rəqabətin saxlanılmasına, kapitalların olduqca az əllərdə cəmlənməsinin qarşısının alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;

d) işsizlərin sayını mininum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;

e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;

j) iqtisadiyyatın büdcə- maliyyə siyasəti ilə deyil, kredit- pul siyasəti vasitəsilə tənzimlənməsi.

Bazarın bu modeli İkinci Dünya müharibəsindən sonra L. Erxard tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə də bu modeli çox vaxt alman və ya neoliberal model adlandırırlar.
3. Sosial- demokratik modeli.

Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı model ilə eynidir. Buna baxmayaraq, bu modelin öz xüsusiyyətləri mövcuddur.

Sosial- demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterdir. Bazar iqtisadiyyatının bu modeli əsasən İsveçdə öz əksini tapmışdır və ona görə də onu çox vaxt İsveç modeli adlandırırlar. Tarixi inkişafın müxtılif mərhələlərində bu modelin bir çox cəhətləri digər Skandinav ölkələrində, eləcə də İspaniyada, Portuqaliyada, Yunanıstanda öz əksini tapmışdır. Bazarın İsveç modeli aşağıdakı cəhətlərlə xarakterizə olunur:

a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlənməsi ( tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi);

b) dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsinin azaldılmasını təmin etməsi;

v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması;

q) dövlətin məşğulluq siyasəti əsasən işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması hesabına işsizlərin sayının minimum həddə çatdırmağa yönəldilməsi.

Sual olunur bazar modellərinin bu 3 növü bir- birindən aşağıdakı cəhətlərlə fərqlənir?

Birincisi, mövcud olan mülkiyyətin formaları ilə; Liberal model- xüsusi mülkiyyətin üstünlüyü ilə, sosial yönümlü bazar iqtisadiyyatı və bazar iqtisadiyyatının sosial demokrat- modelləri qarışıq iqtisadiyyatla xarakterizə olunur.

İkincisi, dövlətin yeritdiyi sosial siyasətlə; birinci halda o əhalinin müəyyən hissəsinə, əsasən ən az təminatlı hissəsinə yönəldilməsini, ikinci halda- əhalinin bütün hissələrinə, üçüncü halda- əhalinin bütün üzvlərinin yönəldilməklə yanaşı, onlar arasında mövcud olan təbəqələşmənin azaldılmasını nəzərdə tutur. Əgər dövlətin sosial xərcləri ABŞ- da ümumi milli məhsulda 20 faiz təşkil edirsə, AFR- da 28 faiz, İsveçdə 33 faiz təşkil edir.

Üçüncüsü, dövlət tənzimlənməsi ilə; ikinci və üçüncü modellərdə dövlət tənzimlənməsi daha çox inkişaf edib, nəinki makroiqtisadi, hətta mikroiqtisadi səviyyədə də həyata keçirilir.

Dördüncüsü, ümumi milli məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisinin müxtəlifliyilə; məsələn, ABŞ- da bu xərclər İsveçə nisbətən çox aşağıdır.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının bütün göstərilən modellərində bazar eyni tiplidir və ümumi qanunlar əsasında fəaliyyət göstərir. Bazar iqtisadiyyatının modelləri isə, dövlətin iqtisadiyyata müdaxilə etməsi və əhalinin sosial tələblərinin ödənilməsi səviyyəsi ilə müəyyən olunur. Bununla yanaşı bazar iqtisadiyyatının fəaliyyət göstərməsinə bu və ya digər model öz təsirini göstərir. Məsələn, Almaniya iqtisadiyyatında xırda və orta istehsal ABŞ-a nisbətən daha böyük rol oynayır, burada inhisarçılıq aşağı səviyyədədir. Bu, sosial yönümlü bazar iqtisadiyyatı modelinin tələblərindən irəli gəlir.

İqtisadi ədəbiyyatda bazar iqtisadiyyatının tiplərinin və modellərinin sayı haqqında müxtəlif fikirlər mövcuddur. Bir qrup alimlər, bazar iqtisadiyyatının ancaq 3 modelinin ( amerikan, alman, İsveç) olmasını, digərlərini isə- bunlarla yanaşı eyni zamanda yapon, Fransa, Çin, Cənubi Koreya və. s modellərinin varlığını da göstərirlər. Hər bir ölkənin öz fərqli cəhətləri var və hər bir ölkənin iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından fərqlənir.


2. Bazarın liberal modelinin spesifik xüsusiyyətləri.
Klassik formada bazarın liberal modeli XX əsrin əvvəllərindən 20- ci illərin sonuna qədər mövcud olmuşdur. Bu model tənzimlənmənin Keynsçi metodlarının müharibədən sonrakı siyasətinin gedişində müəyyən dəyişikliklərə məruz qalmışdır. Buna baxmayaraq, müasir dövrdə də onun əsas cəhətləri- daxili baxarın yüksək olması, iri inhisarların timsalında xüsusi kapitalın möhkəm mövqeyə malik olması, həmkarlar və fəhlə hərəkatının zəif olması saxlanılır.

Məlumdur ki, bazarın modellərini müqayisə edərkən aşağıdakı kateqoriyaları nəzərə almaq lazımdır: mülkiyyətin forması; dövlətin iqtisadiyyata müdaxilə etməsi və ya etməməsi; sosial siyasətin xüsusiyyəti; dövlət müdaxiləsinin səviyyəsini əks etdirən dövlət büdcəsinin ümumi milli məhsulda payı.

Makroiqtisadi səviyyədə tənzimləmə bazarınm bütün modellərində mövcuddur, amma tənzimləmənin bu və ya digər motivi üstünlük təşkil edə bilər. Tənzimləmənin müxtəlif mexanizmlərinin müqayisəli təhlili aşağıdakı əlamətlərin seçilməsini müəyyən edir: Tənzimləmənin obyektlərini ( təklifə, yəni məcmu istehsalın strukturu və həcminə təsir etmək; gəlirlərin bölgüsündəki dəyişikliklərin nəticəsi olan tələbə təsir etmək) ; tənzimləmənin iqtisadi metodlarını ( büdcə- vergi, pul- kredit, maliyyə, valyuta, investisiya) ; tənzimlənmənin qeyri- iqtisadi metodlarını ( hüquqi, mənəvi, siyasi mexanizmləri).

Bazarın liberal modelinə bazarın Amerikan modeli deyilir. Ona görə də bazarın liberal modeli üçün tənzimləmənin qalıq prinsipi səciyyəvidir və əsasən təkrar istehsalın, azad rəqabət şəraitində səmərəli formada tənzimlənə bilməyən aspektlərin( səpkilərin) tənzimlənməsini əhatə edir. Amerikan modeli üçün dövlət büdcəsinin ümumi milli məhsulda payının həddən çox azalması və dövlət büdcəsində sosial xərclərin az hissəyə malik olması xarakterdir. Amerikan modelində sosial siyasətin qalıq prinsipinə əsaslanmasını aşağıdakı faktlarla sübut etmək olar. Dövlətin sosial xərclərinin payı ABŞ- da və Böyük Britaniyada ümumi milli məhsulun 1/5, İtaliyada və AFR- də ¼, İsveçrədə isə 1/3 hissəsini təşkil edib. Son 30 ildə ABŞ- da işsizlərin səviyyəsi 5- 7 faizdir, bu da İsveçrə və ya Yaponiyaya nisbətən 2- 3 dəfə çoxdur. İşçilərin istehsalın idarə edilməsində iştirakı zəifdir.

Bazar iqtisadiyyatının liberal modeli üçün əsas kapitalda dövlət mülkiyyətinin payının az hissəyə malik olması xasdır.

Amerikan dövlət tənzimlənməsi, tənzimləmənin minimum həddinə yaxındır. Buraya pulun emissiyası və pulun tədavülünün təşkili ilə əlaqədar dövlətin fəaliyyəti, vergi sistemi vasitəsilə təklif, yəni istehsalın həcmi və tələb arasında müvazinətin əldə olunması daxildir. Tənzimləmənin minimal həddinə, birgə formada istehlak edilən ictimai əmtəələrin təkrar istehsalının dövlət tərəfindən maliyyələşdirilməsi də ( dövlət tədarükü və dövlət investisiyası) aiddir.

Məlumdur ki, dövlət tənzimlənməsinin minimum həddən yuxarı qalxması digər problemlərin həll olunması tələb edir. Buraya gəlirlərin yenidən bölüşdürülməsi, ümumi milli məhsulda struktur dəyişikliklərin edilməsi, azad bazara daima xas olan inhisarçılığa və inflyasiyaya qarşı mübarizə daxildir. Dövlət tənzimlənməsi nə qədər çox minimum həddən kənara çıxarsa, bir o qədər dövlət büdcəsinin ümumi milli məhsulda payı və sosial xərclərin ümumi milli məhsulda və dövlət büdcəsində payları yüksək olur. ABŞ inkişaf etmiş ölkələr arasında dövlət büdcəsinin ümumi milli məhsuldakı və sosial xərclərin dövlət büdcəsindəki hissəsinə görə axırıncı yerlərdən birini tutur.

Bazarın liberal modelində dövlət ilk növbədə antiinhisar siyasəti həyata keçirir. Antiinhisar siyasətinin əsas istiqamətləri- kartel müqavilələrinin məhdudlaşdırılmasını, şirkətlərin birləşməsinə maneçilik törədilməsini, filialların yaradılmasına imkan verilməməsini əhatə edir. Antiinhisar siyasəti əmək qanunvericiliyi sahələrinə də yayılır. İş qüvvəsinin təklifini tənzimləməklə, əmək haqqının və deməli, istehsal xərclərinin səviyyəsinə, mənfəətin, istehsalın həcminə təsir etmək vasitəsilə həmkarlar, əmək bazarında inhisarçı kimi çıxış edə bilərlər. Məşğulluğun səviyyəsinin yüksək olduğu bir vaxtda, əmək haqqının artırılması inflyasiya amilinə çevrilə bilər.

Eyni zamanda ABŞ üçün tənzimləmənin bank- kredit sistemi vasitəsi ilə deyil, büdcə- vergi sistemi vasitəsilə həyata keçirilməsi xarakterikdir. ABŞ- da tənzimləmənin büdcə- vergi sisteminə üstünlük verilməsi, Almaniyaya nisbətən arada bank sisteminin zəif idarə olunması ilə bağlıdır. Antitsiklik və antiinflyasiya tənzimlənməsi əsasən büdcə- vergi siyasəti vasitəsilə, çox nadir hallarda isə bank siyasətilə həyata keçirilir.

ABŞ- da Federal Ehtiyat Sistemi( FES) xüsusi banklarla yanaşı fəaliyyət göstərir. FES bazarı regional şöbələi əhatə edərək müstəqil bank siyasəti aparır. Dövlət qiymətli kağızlar bazarında əməliyyatlar

apararaq, faizin səviyyəsinə və deməli, borc kapitalına olan tələb və təklifə təsir göstərir. Amma, belə bir addım dövlət büdcəsi hesabına ödənilən əlavə xərclərin artmasına səbəb olur. Vergilərdən əldə olunan dövlət vasitələri təkcə dövlət tədarükü və investisiyalar formasında dövlət müəssisələrinə sərf olunmur, həm də iqtisadiyyatının müəyyən seçilmiş sahələrinə ( məsələn, kənd təsərrüfatı) imtiyazlı kreditlər formasında bank tərəfindən dotasiya olunur.

Bazarın liberal modelində dövlət əmtəələrin təklifinə təsir göstərir, istehsalın inkişafı isə təsərrüfat subyektlərinin bazar gəlirlərinin artmasına və tələbin inkişafına, investisiya meyllərinin güclənməsinə səbəb olur. Ancaq belə bir təsir vergilər vasitəsilə həyata keçirilir. Vergilər istehsal xərclərinin və mənfəətin səviyyəsinin formalaşmasında iştirak edir, bu və ya digər əmtəələrin artmasını və azalmasını stimullaşdırır. Ona görə də vergidən ödəmələrin başlıca maddəsi gəlir vergisi ilə bağlıdır. Vergilərin çox az hissəsi mənfəətdən əldə edilən vergilərin payına düşür. Mənfəətdən əldə edilən vergi, vergilərin ən çevik forması sayılır. O, bazarın hərəkətini nəzərə alır, yığıma yönəldilən mənfəətə müəyyən imtiyazlar, imkan yaradır. Gəlir vergisi əmək haqqı, divident və digər gəlirlər formasında istehlaka yönəldilən gəlirlərdən əldə olunan vergidir. ABŞ- da əlavə dəyər vergisi müsadirə xarakteri daşıdığına görə yoxdur.


3.Sosial yönümlü bazar iqtisadiyyatı modeli.
Sosial yönümlü bazar iqtisadiyyatı qərbi Almaniyada 40- cı illərin axırlarından tətbiq edilən bazar modelinin növüdür.

Sosial yönümlü bazar iqtisadiyyatı modelinin nəzəri konsepsiyası, alman iqtisadçıları Alfred Müller- Armak və Lüdviq Erxard tərəfindən işlənib hazırlanmışdır. Lüdviq Erxard 1948- ci ildən, sosial yönümlü bazar iqtisadiyyatı modelini Qərbi Almaniyada tətbiq etməyə başlamışdır.

Qərbi alman neoliberal məktəbinin banisi Valter Oyken sosial yönümlü bazar iqtisadiyyatı modelinin köklü ( təməl) və tənzimləyici prinsiplərini işləyib hazırlamışdır. Onun fikrincə, bu modelin təməl ( köklü) elementlərini azad rəqabət , sabit valyuta, açıq bazar, xüsusi mülkiyyət, azad müqavilələr, ittifaqlar, birliklər, cavabdehlik, ardıcıl iqtisadi siyasət daxildir. Tənzimləyici prinsiplərinə isə inhisarların problemlərinin gəlirlər və yenidən bölgü siyasəti, bütün istehsal amilləri nəzərə alınmaqla, iqtisadi hesablama problemlərinin tənzimlənməsi aiddir.

Almaniyada sosial bazar iqtisadiyyatı modelinin əsasını rəqabət təşkil edir.

AFR- in bir sıra xüsusi sahələrində ( məsələn, kənd və meşə təsərrüfatı, kredit və sığorta təşkilatları sistemi, nəqliyyat təsərrüfatı, kömür və polad sənayesi, elektrik, su və qaz xidməti kommunal müəssisələri ) rəqabət məhdud xarakter daşıyır. Rəqabəti qadağan edən qanun AFR- in federal banklarına da aiddir. AFR- də dövlət mülkiyyəti daxilində də ( poçt, dəmir yolu və s. ) rəqabət məhduddur. İqtisadiyyatın digər sektorlarına gəldikdə isə, rəqabət prinsipi o vaxta qədər həyata keçirilir ki, bu xalq təsərrüfatına heç bir xələl gətirməsin. Rəqabətin məqsədi bazarlarda rentabelli olmayan müəssisələrin sıxışdırılması, gələcəkdə isə onların bağlanması və ya istiqamətlərində müəyyən struktur dəyişiklikləri edilməsidir.

Rəqabətin inkişafına təsir edən amillərlərdən biri də Qərbi Almaniyada iri müəssisələrlə yanaşı, onun iqtisadiyyatının əsasını təşkil edən orta və xırda müəssisələrin olmasıdır. Bu müəssisələrdə hal- hazırda bütün işləyənlərin 3/5 hissəsi çalışır. AFR- də yığılan vergilərin təqribən yarısı, iqtisadiyyat qoyulan bütün investisiyaların 2/5 hissəsi, qabaqcıl təhsil ocaqlarında təhsil alanların 85 faizi orta və xırda müəssisələrin payına düşür. AFR- in iqtisadiyyatında 90- cı illərin əvvələrində 2,1 mln. xırda və orta firmalar fəaliyyət göstərib, bunun da böyük bir hissəsi, demək olar ki, 1,7 mln. xırda ( işçilərin sayı 9 nəfər olan) firmaların payına düşüb. Orta və xırda firmalar riskli elmi- texniki tədqiqatlar aparır, iş qüvvəsinin müəyyən dərəcədə məşğulluğunu təmin edir. Sosial bazar təsərrüfatı modelində dövlətin iqtisadiyyat müdaxiləsi böyük əhəmiyyət kəsb edir.

Neoliberallar qeyd edirlər ki, dövlətin məhz passivliyi üzündən rəqabət pozulur, inhisarlar öz hökmranlıqlarından həddən artıq istifadə edirlər və bunun da nəticəsində iqtisadiyyatda pozucu mənfi hallar baş verir. Dövlət həyata keçirdiyi sosial- iqtisadi siyasətində, iqtisadiyyata o vaxt müdaxilə edir ki, bazar mexanizmi cəmiyyətdə istehsal amillərinin optimal bölgüsünü və belə bölgünün optimal nəticələrini təmin etməsin.

AFR- in iqtisadiyytında dövlət sektorunun payı çox böyük deyil. Dövlət sektoru milli sərvətin 30 faizini, investisiyaların 18 faizini, ümumi milli məhsulun 7 faizini təşkil edir.

Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətlərindən biri də onun güclü sosial siyasət sisteminə malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud olan fərqli minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi yenidən bölgü siyasəti, sosial təminat və sosial sığorta sisteminin yaradılmasını və inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminat verilməsini , mənzil təsərrüfatı sahəsinə subsidiyalar və imtiyazlar verməklə sosial yardımları əhatə edir.

AFR- də sosial proqramaları həyata keçirmək üçün , həcminə görə dövlət büdcəsindən sonra ikinci olan, sosial təminat fondu yaradılıb. Bu fondun maliyyələşdirilməsi qarışıq xarakter daşıyır, onun bir hissəsi sahibkarların ödəmələri hesabına, digər hissəsi isə fəhlə və qulluqçuların əmək haqlarından ayırmalar, üçüncü hissəsi isə dövlət büdcəsindən verilən transfert ödəmələr hesabına həyata keçirilir.

Sosial siyasətin əsas vəzifələrindən biri də əmək bazarına təsir göstərməkdir. Burada əsas məqsəd məşğulluğun səviyyəsinin yüksəldilməsinə nail olmaq, yeni iş yerlərinin açılmasına təkan vermək, işsizliyin yarada biləcəyi mənfi nəticələri azaltmaq üçün fəhlələrə maddi yardımlar və imtiyazlar göstərmək, fəhlələrin peşə hazırlığını və ixtisaslarını yüksəltmək nəzərdə tutulur.

Almaniyada əhalinin ən az təminatlı hissəsinin iqtisadi və sosial cəhətdən yaşayışını təmin etmək üçün, inkişaf etmiş sosial sığorta sistemi mövcuddur. Bu ölkədə əhalinin tam məşğulluğunun təmin olunması hələ həyata keçirilməyib.

Dövlətin sosial siyasətində çoxuşaqlı və uşaqlarını tək tərbiyə edən ailələrə xüsusi diqqət yetirilir. Uşaqlar üçün verilən müavinətin həcmi bir uşaq üçün 50 alman markası, ikincisi üçün 70- dən 130- a, üçüncüsü üçün 140- dan 220- ə , sonrakı uşaqlar üçün isə 140- dan 240- a qədər alman markası təşkil edir. Bir qayda olaraq verilən müavinət uşaqların 16 yaşınadək həyata keçirilir.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə