Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

50 

 

Kişininki isə bil, intiqamdır!  



 

**** 

Ey bəşərin xilasına edilən kömək, -  

Ey göylərin ilk töhfəsi, sevimli əmək!  

Sənə xidmət edənlərə təsəllisən sən, 

Müdriklərin ilk arzusu, ilk istəyisən. 

Ancaq nadan çətin işdən qaçar asana,  

Məhv olardım dirənmədən min yol asana!  

Ey göylərin ilk vergisi!... İnan ki, sənə  

Daim sadiq qalasıyam gedincə sinə.  

 

**** 

Gülüb cavabını qaytar mehriban,  

Birisi kinayə edərsə sənə.  

Bil ki, kinayəyə layiq olmayan  

Min bir kinayədən alçalmaz yenə.  

 

**** 

Sən öz mənliyinin dar sarayından 

Kənara çıxmasan, ey dostum, inan, 

Anla ki, ömründə ola bilməzsən  




51 

 

Düzlük evində də bir dəfə mehman.  



 

**** 

Ələ qədəh alsan, gəl olma nadan,  

İçmə hiss etmədən, içmə duymadan.  

Özünü böyüdüb boş yerə şişmə,  

Bir də ki, alçalıb ayağa düşmə.  

 

**** 

Elə bil şeh ilə dolubdu lalə,  

Qızarır əlində qızıl piyalə.  

İç, amma su kimi içərsə bir kəs 

Meyin bu dünyada qədrini bilməz.  



****  

Tozu qaldırsa da nə qədər külək,  

Toz öz tozluğunu dəyişməyəcək.  

Gömülmüş olsa da, toza cəhavir,  

Yenə də qiyməti öz üstündədir.  

 

 



İBN YƏMİN  

 


52 

 

Bir gün İbn Yəmin dedi ki, söylə  



Ey atəş böcəyi, nədir bu şölə?  

Gündüz olan kimi sönürsən müdam,  

Alışıb yanırsan düşəndə axşam.  

 

**** 

Böcək dilləndi ki: - Ey İbn Yəmin!  

Gündüz də nur saçıb yanıram həmin.  

Fəqət, günəş göydə parlayan zaman,  

Görünməz nurumdan mənim bir nişan. 

 

**** 

Bir gün qoca molla dayanaraq lal,  

Coşmuş arvadına asırdı qulaq.  

Cırnadıb arvadı daha da bu hal,  

Onun sinəsinə çəkirdi min dağ.  

 

Durub bu minvalla bir xeyli zaman,  



Bir söz söyləmədən öz arvadına.  

Molla tez güzgünü qapıb divardan,  

Qorxunc sifətini göstərdi ona.  



53 

 

 



**** 

Qorxdu öz-özündən güzgüdə arvad,  

Bir anlıq duruxdu, xəyala daldı.  

Daha qoparmayıb o bir də fəryad,  

Ağzı açıq halda yerində qaldı.  

 

**** 

Sonra da üzünü o tutub yana,  

Qapıya üz qoydu sakitcə, dinməz.  

Özü də özündən gələrək cana,  

Qapıdan çıxaraq oldu görünməz.  

 

**** 

Sənin də, ey Şəfi, bu nəğmələrin,  

Əks edir hüsnünü axmaq kəslərin.  

Dünyada eybinə kor olmayanlar,  

Görüb bu güzgüdə özünü anlar.  

 

**** 

İtir ömrün bir zərrəsi hər bir nəfəslə,  

Ötüb gedən geri dönməz, ha onu səslə.  




54 

 

Gərək ola əvvəlində nəcib məqsədin,  



Qarşındakı amalını edəsən yəqin.  

Bu dünyaya gəlmək deyil sənin günahın,  

Boş keçibsə ömrün, ərşə çıxacaq ahın.  

Kobud  əllər  toxunmasın  gözəlliyə,  olmaz 

gərək,  

Əsil almaz qaşı mütləq cilalasın almaz gərək.  

 

**** 

Əgər mənsəb pilləsiylə qalxmaq istəsən,  

Gərək mütləq iki şeyə əməl edəsən;  

Dinmək lazım gələn yerdə, susasan gərək,  

Susmaq lazım olan yerdə, dillənəsən bərk.  

 

**** 

Beşikdən ta qəbrə qədər yol var ki, şəksiz 

Əldə əsa, ya əsasız keçməliyik biz. 

Arasında bunun yalnız fərq var ki, bircə 

Kim həyatda həmin yolu keçəcək necə! 

 

**** 

Yer üzündə o adama olsun ki, əhsən 




55 

 

Deyə bilir bu dünyaya vida edərkən: 



“Bir günahım yoxdur, ancaq çox olmuş ahım, 

Bundan sonra yaxşı olsun təki, ilahim!” 

 

**** 

Başqasının barəsində pis söz eşitsən, 

Onu  yayma  heç  bir  zaman,  möhkəm  saxla 

sən. 


Asandırsa başqasının evini yıxmaq, 

Çox çətindir amma daşı daş üstə yığmaq. 

Cansız bir baş qan qaraldıb korlayar meyli, 

Başsız canın çox az olar insana xeyri. 

Lakin canla baş bir yerdə olarsa əgər, 

Ömür daim rahatlıqla, rifahla keçər. 

 

**** 

Gülüstandan əsib gələn ətirli külək, 

Əziz dostum, söylə sənə vermirmi ürək? 

Niyə onda bir xoş xəbər eşidəndə sən

Özgəsinin sevincinə sevinməyirsən? 

 

**** 




56 

 

Bataqlığın üfunətli, pis havasından 



Axı dostum, kənar gəzib daim qaçırsan. 

Onda vurma bədxahlığın gölünə gəl baş, 

Qeybət dolu məclislərdən qaçıb, uzaqlaş. 

 

**** 

Tale bir töhfəni edərsə halal, 

Onu əldə şərab, gülər üzlə al. 

Özün bacarmasan gər bunu, heç vaxt 

Səni padşah da edəmməz xoşbəxt. 

 

**** 

 

Şeir  deyən  bir  kimsənin  sərrafdırsa  əgər 

gözü, 

Tapar əsil fikir üçün lazım olan əsil sözü. 



 

**** 

Əsil  şair  olan  kimsə,  söz  önündə  qalmaz 

naçar, 

Əsil evin qapısına tapıb salar əsil açar. 



 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə