Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Böyük günahlar.
67
olan bir şeyi gizlədərsə, Qiyamət günü xəyanət etdiyi şeylə
gələr”.
1
Peyğəmbər r (bir adam haqqında belə) demişdir:
“Qənimətlər bölünməmişdən öncə arasından götürdüyü ör-
tüyü odla alovlanmaqdadır”. Bir nəfər bir ayaqqabının üst
hissəsini gətirib: Bu Cəhənnəmdən olan ayaqqabıdır”– dedi.
2
Bir nəfər dedi ki, ey Allahın rəsulu, əgər mən səbr
edərək, ixlasla, arxası düşmənə deyil üzü düşmənə qarşı
vuruşaraq ölsəm, günahlarım silinərmi? Dedi: “Bəli, yalnız
borcdan başqa”.
3
Peyğəmbər r demişdir: “Bəzi insanlar haqsız olaraq
Allahın malını istədikləri kimi xərcləyirlər. O kəslərə Qiya-
mət günü Cəhənnəm odu yetər”.
4
Cabir L rəvayət edir ki, Peyğəmbər r Kəb ibn
Ucraya dedi: “Haqsız yeyilən maldan əmələ gələn ət Cən-
nətə girməz, ona Cəhənnəm odu yetər”.
5
Əbu Bəkr L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Haramla qidalanan bədən Cənnətə girməz”.
6
Eləcə də haqsız vergi yığanlar, yolkəsənlər, oğrular,
aldadanlar xainlər, bir şeyi qəsbkarlıqla alıb, sonra bunu
inkar edərək verməyənlər. Eybi olan bir şeyin eybini gizlə-
dib satanlar, qumarbazlar və müştəriyə malı artıq qiymətlə
satanlar da buna aiddir.
1
 (Səhih) Muslim /1833/.
2
 (Səhih) əl-Buxari /4234/, Muslim /115/.
3
 (Səhih) Muslim /1885/.
4
 (Səhih) əl-Buxari /3118/.
5
 (Səhih) Əhməd 3/321, əl-Hakim 4/422.
6
 (Zəif) Əbu Yələ /83-84/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
68
İyirmi birinci böyük günah.
Oğurluq etmək.
Uca Allah buyurur:
 0  /
98   7  6    5  4  3  2   1
“Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq
oğru kişinin və oğru qadının əllərini kəsin!..” [əl-Maidə
surəsi, 38-ci ayə].
Peyğəmbər r demişdir: “Allah (bir yumurta) və ya bir
kəndir oğurladığına görə əli kəsilən oğruya lənət eləsin”.
1
Peyğəmbər r demişdir: “Hətta əgər Məhəmmədin
qızı Fatimə oğurluq edərsə, onun əlini kəsərəm”.
2
Peyğəmbər r demişdir: “Zina edən şəxs bu əməli etdiyi
müddətdə mömin olmaz, oğurluq edən şəxs də bunu etdiyi
müddətdə mömin olmaz, lakin tövbə qapıları açıqdır”.
3
Sələmə ibn Qeys L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Şübhəsiz ki, ən böyük günahlar dörddür: Allaha
şərik qoşmaq, Allahın haram buyurduğu haqsız yerə adam
öldürmək, zina etmək və oğurluq etmək”.
4
Oğrunun tövbəsi oğurladığı  şeyi sahibinə qaytarma-
yınca ona fayda verməz. Əgər onun buna imkanı yoxdursa,
malın sahibindən halallıq istəməlidir.
1
 (Səhih) əl-Buxari /6783/, Muslim /1687/
2
 (Səhih) əl-Buxari /3475/, Muslim /1688/.
3
 (Səhih) əl-Buxari /2475/, Muslim /57/.
4
 (Səhih) Əhməd 4/339.


Böyük günahlar.
69
İyirmi ikinci böyük günah.
Yol kəsmək.
Uca Allah buyurur:
   S  R  Q  P  O  N  M  L   K
  \   [  Z  Y  X  W  V  U  T
d  cb  a  `  _  ^  ]
  ih  g  f  e
n  m  l  k  j
“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin
və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası
ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əllərinin və
ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları
yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir
rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”
[əl-Maidə surəsi, 33-cü ayə].
Adicə yolda kimisə qorxutmaq böyük günahdır. Bəs
onun malını  əlindən almaq, onu yaralamaq, öldürmək və
ya başqa böyük günahlar etmək necə?! Bu cür insanların da
çoxları namazı tərk edib, qəsb etdikləri malı içkiyə və
zinaya sərf edənlərdir.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
70
İyirmi üçüncü böyük günah.
Sahibini günaha batıran əl-ğəmus andı.
Abdullah ibn Amr L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Böyük günahlar: Allaha şərik qoşmaq; vali-
deynə itaətsizlik etmək, adam öldürmək və yalan yerə əl-
ğamuş andı içməkdir”.
1
Əl-ğəmus andı: qəsdən yalandan içilən anddır. Sahi-
bini günaha (və ya Cəhənnəm oduna) batırdığına görə belə
adlanmışdır.
Peyğəmbər r demişdir: “Bir nəfər: Allaha and olsun
ki, Allah filankəsi bağışlamayacaq”– dedi. Uca Allah isə:
“Kimdir mənim onu bağışlamayacağımı deyib, and içən?
Artıq Mən onu bağışladım, sənin isə  əməllərini puç
etdim”.
2
Peyğəmbər r demişdir: “Qiyamət günü Allah üç
nəfəri danışdırmaz, onu təmizə çıxarmaz və onu ağrıverici
əzaba düçar edər: paltarını isbal edən (topuqdan aşağı
geyən), söz gəzdirən və yalandan and içərək malını xərc-
ləyən”.
3
İbn Ömərdən L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Allahdan başqasına and içən küfr etmiş olur”.
Başqa bir ləfzdə: “Şirk etmiş olur”.
4
1
 (Səhih) əl-Buxari /6675/.
2
 (Səhih) Muslim /2621/.
3
 (Səhih) Muslim /106/.
4
 (Səhih) ət-Tirmizi /1535/, Əbu Davud /3251/.


Böyük günahlar.
71
Peyğəmbər r demişdir: “Kim bir müsəlmanın malını
əldə etmək naminə yalan yerə and içərsə, Allah ona qarşı
qəzəbli halda Onunla görüşər”. Dedilər: Hətta kiçik bir şey
olsa beləmi? Dedi: “Hətta misvak ağacının bir çubuğu olsa
belə”.
1
Həmçinin Peyğəmbərin r minbərinin yanında, əsr
namazından sonra yalan yerə and içənin günahının böyük-
lüyü barədə hədis səhihdir”.
2
Peyğəmbər r demişdir: “Kim Lata, Üzzaya and olsun
demişdirsə, “lə iləhə illəllah” desin!”
3
Ola bilsin ki İslamı yeni qəbul etmiş bəzi səhabələr
xəta edərək belə dediklərinə görə “lə iləhə illəllah” deməyə
əmr olunublar.
Peyğəmbər r demişdir: “Kim bu minbərin yanında
hətta nəm misvaka görə yalandan and içərsə, Cəhənnəm
ona vacib olar”.
4
1
 (Səhih) Muslim /137/.
2
 (Səhih) əl-Buxari /2672/, Muslim /108/
3
 (Səhih) əl-Buxari /4860/, Muslim /1647/.
4
 (Səhih) Əbu Davud /3246/, ibn Məcə /2326/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə