Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
78
Bureydənin L rəvayət etdiyi hədisdə isə, Peyğəm-
bər r demişdir: “Bir cür qazi Cənnətdə, iki cür qazi isə
Cəhənnəmdə olacaqdır. Haqqı bilib onunla hökm verən
qazi Cənnətdə, haqqı bilib bilərəkdən zülm edən qazi ilə
elmi olmadan hökm verən qazi isə Cəhənnəmdədir”.
1
Bu təhdid, verdiyi hökmə Allah və Onun rəsulundan
elmi və dəlili olmayan hər bir qaziyə aiddir.
İbn Bureydə öz atasından, Peyğəmbərin r belə dedi-
yini rəvayət etmişdir: “Bir cür qazi Cənnətdə, iki cür qazi
isə Cəhənnəmdə olacaqdır”– dedikdən sonra soruşdular:
Axı elmi olmayanın nə günahı var? Dedi: “Onun günahı
elmsiz ola-ola qazilik etməsidir”.
2
Məqal ibn Sinan L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Kim bu ümmətdə hər hansı bir məsuliyyət sahibi
olub, ədalətli olmazsa, Allah onu Cəhənnəm oduna atar”.
3
Əbu Hureyrədən L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “İnsanlar arasında qazi təyin olunan şəxs, bıçaqsız
doğranmış şəxs kimidir”.
4
Lakin əgər hakim ictihad edib, düzgünlüyə uyğun
olan dəlillə hökm verərək, Fiqh alimlərinin rəyi ilə hökm
verməzsə, hətta onun verdiyi hökmün zəif olduğu bəlli
olsa belə, əcr qazanmış olur.
Çünki Peyğəmbər r demişdir: Əgər bir hakim ictihad
etdikdə onun ictihadı doğru olarsa, o iki əcr qazanır. Yox
1
 (Səhih) ət-Tirmizi /1322/, Əbu Davud /3573/.
2
 (Səhih) ət-Tirmizi /1322/, Əbu Davud /3573/.
3
 (Zəif) əl-Hakim 4/90.
4
 (Səhih) ət-Tirmizi /1325/, Əbu Davud /3571/.


Böyük günahlar.
79
əgər ictihad etdikdə onun ictihadı səhv olarsa, onda bir əcr
qazanmış olur”.
1
Peyğəmbər r bu hədisdə ictihad edib hökm verənin
əldə etdiyi əcri tərtib etmişdir. Lakin hökm verdiyi məsə-
lədə kimisə təqlid edirsə, o zaman hədis ona şamil edilmir.
Bununla bərabər qaziyə hirsli halda, xüsusi ilə  əgər məh-
kəmədə qarşı tərəfə görə qəzəblənibsə onun hökm verməsi
haramdır. Əgər qazidə elmin azlığı pis niyyət, pis əxlaq və
təqvanın azlığı kimi sifətlər cəm olarsa, o xəsarət çəkən-
lərdən olar. Gərək o, Cəhənnəm odundan canını qurtarmaq
üçün bu vəzifəni tərk etsin.
Abdullah ibn Ömərin L rəvayət etdiyi hədisdə,
Peyğəmbər r demişdir: “Rüşvət alanla rüşvət verənə Alla-
hın lənəti olsun”.
2
1
 (Səhih) əl-Buxari /7352/, Muslim /1716/.
2
 (Səhih) ət-Tirmizi /1337/, Əbu Davud /3580/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
80
İyirmi yeddinci böyük günah.
Dəyyusluq.
Uca Allah buyurur:
  VU   T  S   R  Q    P  O  N   M  L  K  J  I   H
Z   Y  X  W
“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qa-
dınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya
müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram
edilmişdir” [ən-Nur surəsi, 3-cü ayə].
Abdullah ibn Ömərdən L rəvayət olunur ki, Pey-
ğəmbər r demişdir: “Üç nəfər Cənnətə girməz: valideynin
üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib,
onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən
qadınlar”. Hədis səhihdir, lakin bəziləri hədisin Ömər-
dən L rəvayət olunduğunu demişlər.
1
Ailəsində pozğunçuluğun olduğunu zənn edib, onları
sevdiyinə görə, və ya ona qaytarmağa gücü çatmadığı miq-
darda ya borcu ya da çoxlu mehri olduğundan dolayı, və
ya onların kiçik uşaqları olduğuna görə, zövcəsinin qaziyə
şikayət edib uşaqlarının haqqını istəyəcəyindən, onun isə
buna imkanı olmadığından verə bilməyəcəyindən qorxaraq
1
 (Səhih) ən-Nəsai 5/80-81, əl-Hakim 1/72, Əhməd 2/134.


Böyük günahlar.
81
bunlara göz yuman şəxs bilsin ki, qeyrəti olmayan şəxsdə
heç bir xeyir yoxdur.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
82
İyirmi səkkizinci böyük günah.
Qadınların özlərini kişilərə,
kişilərin isə qadınlara bənzətməsi.
Uca Allah buyurur:
b      a             `  _  ^
“O kəslər üçün ki, böyük günahlardan və çirkin
əməllərdən çəkinir,..” [əş-Şura surəsi, 37-ci ayə.]
İbn Abbas L demişdir: “Allahın rəsulu r özlərini
qadınlara bənzədən kişilərlə özlərini kişilərə bənzədən qa-
dınlara lənət etmişdir”.
1
Peyğəmbər r demişdir: “Allah özlərini kişilərə bən-
zədən qadınlara lənət eləsin”.
2
Əbu Hureyrə L demişdir: “Allahın rəsulu r qadın
libası geyinən kişilərlə, kişi libası geyən qadınları lənətlə-
mişdir”.
3
Həmçinin Peyğəmbər r demişdir: Cəhənnəmlik ola-
caq kimsələrdən iki sinif var ki, mən onları (bu dünyada)
görmədim: (birinci) yanlarında inək quyruğuna bənzər
qamçı olub, onunla insanları qamçılayan kimsə, (ikinci)
geyinmiş çılpaq, yanlarını oynadan, forslanaraq gəzən, baş-
ları dəvələrin güvənlərinə bənzər olan qadınlar. Bunlar
1
 (Səhih) əl-Buxari /5886/.
2
 (Səhih) Əbu Davud /4099/.
3
 (Səhih) Əbu Davud /4098/, Əhməd 2/325.


Böyük günahlar.
83
Cənnətə girməz, hətta onun qoxusunu belə duymazlar.
Halbuki Cənnətin iyi uzaq-uzaq məsafələrdən hiss olunur”.
1
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Kişilər
qadınlara itaət edəcəkləri vaxt həlak olarlar”.
2
Qadının lənətlənməsinə səbəb ola biləcək digər əməl-
lərə: niqabın altından qızıl, mirvari və başqa bu kimi zinət
əşyalarını biruzə vermək, müşk və ya ənbərlə ətirlənmək,
rəngarəng paltar və müxtəlif dəbli əzik-üzük geyməsi kimi
biabırçılıqlar da aiddir.
1
 (Səhih) Muslim /2128/.
2
 (Zəif) Əhməd 5/45, əl-Hakim 4/291.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə