Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
62
On doqquzuncu böyük günah.
Qənimətə, Beytul Mala və zəkata
xəyanət etmək.
Uca Allah buyurur:
c       b  a
nm  l  k  j  i  h  g  fe   d
“Peyğəmbərə  əmanətə xəyanət etmək yaraşmaz.
Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət et-
diyi şeylə gələr” [Ali İmran surəsi, 161-ci ayə].
Əbu Humeyd əs-Səidi L rəvayət edir ki, “Bir dəfə
Peyğəmbər r  Əzd qəbiləsindən ibn Lutbiyyə adlanan bir
kişini zəkat malını yığmaq üçün göndərir. Həmin şəxs gə-
ləndə deyir: Bunlar sizin, bunu isə mənə hədiyyə veriblər.
Bu zaman Peyğəmbər r minbərə qalxıb Allaha həmd-səna
etdikdən sonra dedi: “Mən birinizi bir işə göndərdiyimdə,
o gəlib: bunlar sizin, bunu isə mənə hədiyyə veriblər”–
deyir. Əgər doğrudan da belədirsə qoy o şəxs ata-anasının
evində otursun görək ona hədiyyə gəlirmi? Allaha and
olsun ki, haqsız olaraq bir şeyi götürən şəxs Qiyamət günü
Allahın hüzuruna həmin şeylə gələcəkdir. Elə edin ki, siz-
lərdən heç birini böyürən dəvə, inək və ya mələyən qoyun
daşıyan şəxs olaraq tanımayım”. Sonra o əllərini qaldırıb:
“Allahım, çatdırdımmı?”– dedi.
1
1
 (Səhih) əl-Buxari /925/, Muslim /1832/.


Böyük günahlar.
63
Əbu Hureyrə L rəvayət edir ki, bir dəfə Peyğəm-
bərlə r birgə Xeybərə getmişdik. Qənimət olaraq qızıl, gü-
müş yox, yemək, mal və libas əldə etmişdik. Sonra biz, Cü-
zam qəbiləsindən olan bir kişinin Peyğəmbərə r hədiyyə
etdiyi kölə (qul) ilə birgə vadiyə getdik. Ora endiyimiz
zaman Peyğəmbərin r köləsi miniyi sərbəst buraxmaq
üçün ayağa qalxanda oxla vurularaq ölür. Biz: Necə də
rahat şəhidlik nəsib oldu ona ey Allahın elçisi –dedik. O isə
dedi: “Əsla yox! Muhəmmədin canı əlində olana and olsun
ki, Xeybər günü qənimətlər bölünməmişdən öncə arasın-
dan götürdüyü örtüyü odla alovlanmaqdadır”. Əbu Hu-
reyrə L dedi: İnsanlar bunu eşitdikləri zaman qorxdular.
Bu vaxt bir nəfər bir və ya iki ədəd ayaqqabının üst
hissəsini gətirib gəldiyi zaman Peyğəmbər r: “Bunlar Cə-
hənnəmdən olan ayaqqabının üst hissələridir”– dedi.
1
Amr ibn Şüeyb atasından, o da öz atasından
Peyğəmbərin r, Əbu Bəkrin və Ömərin M Qənimətə,
zəkata və ya Beytul mala xəyanət edən şəxsi döyüb, malla-
rını yandırdıqlarını rəvayət etmişdir.
2
Abdullah ibn Amr L rəvayət edir ki, Peyğəmbə-
rin r səfər ləvazimatlarına baxan Kiruira adlanan bir kişi
var idi. Günlərin bir günü həmin şəxs ölür. Peyğəmbər r:
“O Cəhənnəmlikdir”– dediyində, ona baxmağa gedirlər və
orada xəyanətlə əldə edilən bir əba görürlər.
3
1
 (Səhih) əl-Buxari /4234/, Muslim /115/.
2
 (Zəif) Əbu Davud /2715/.
3
 (Səhih) əl-Buxari /3074/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
64
Bu mövzu ilə bağlı hədislər çoxdur. Onların bir qismi
zülm babında gələcəkdir.
Zülmün özü üç qismdir:
Birinci: Başqasının malını haqsız olaraq yemək.
İkinci: İnsanları döyüb, vurub, sındırıb, yaralamaqla
onlara zülm etmək.
Üçüncü:  İnsanları söyüb, lənətləyib, təhqir edib, on-
lara iftira yaxmaqla zülm etmək.
Minada Peyğəmbər r insanlara xütbə verərkən de-
mişdir: “Sizin bu şəhəriniz, bu ayınız, bu gününüz haram
olduğu kimi, qanlarınız, mallarınız və namusunuz də bir-
birinizə haramdır”.
1
Peyğəmbər r demişdir: “Allah təharətsiz namazı və
xəyanət yolu ilə əldə edilən maldan verilən sədəqəni qəbul
etməz”.
2
Zeyd ibn Xalid əl-Cuhəni L rəvayət edir ki; Bir
nəfər Xeybər döyüşündə mala xəyanət edir. Peyğəmbər r
də onun namazını qılmaqdan imtina edərək: “yoldaşınız
Allah yolunda əldə edilən mala xəyanət etmişdir”. –dedi.
Həmin adamın üst-başını axtardığımız zaman, üzərində
qiyməti iki dirhəmə bərabər olan bir inci tapdıq.
3
İmam Əhməd demişdir: Mala xəyanət edən və özünü
öldürəndən başqa Peyğəmbərin r kiminsə namazını qıl-
maqdan imtina etməsini bilmirik.
1
 (Səhih) əl-Buxari /67/, Muslim /1679/.
2
 (Səhih) Muslim /224/.
3
 (Səhih) Əbu Davud /2710/, ən-Nəsai 4/64, ibn Məcə /2848/.


Böyük günahlar.
65
İyirminci böyük günah.
İnsanların mallarını haqsızlıqla əldə
edərək, onlara zülm etmək.
Uca Allah buyurur:
  s  r    q  p  o   n  m  l  k
{  z  y  x  w    v  u  t
“Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və
camaatın malının bir qismini bilə-bilə günah yolu ilə ye-
yəsiniz deyə hakimləri ələ almağa çalışmayın” [əl-Bəqərə
surəsi, 188-ci ayə].
  ÅÄ      Ã  Â  Á  À  ¿  ¾       ½  ¼  »  º
É  È   Ç  Æ
“Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər
və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər.
Məhz onlar üçün ağrılı-acılı əzab vardır” [əş-Şura surəsi,
42-ci ayə].
«   ª  ©  ¨  §  ¦  ¥
“Zalımların isə nə bir himayəçisi olar, nə də bir yar-
dımçısı” [əş-Şura surəsi, 8-ci ayə].


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
66
Peyğəmbər r demişdir: “Bu dünyada edilən bir zülm
zülmətlərə çevriləcək”.
1
Həmçinin r demişdir: “Kim başqasına, onun bir qarış
torpağını almaqla zülm edərsə, Allah Qiyamət günü o tor-
pağı yeddi qat edib boynuna keçirər”.
2
Uca Allah buyurur:
LK  J   I   H  G  F
“Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz...”
[ən-Nisa surəsi, 40-cı ayə].
Hədisdə isə deyilir: “Dəftərdə yazılan insanların bir-
birinə etdiyi zülmdən Allah heç nəyi tərk etməz”.
3
Peyğəmbər r demişdir: “Varlı adamın dində boşluq
edib, işi sonraya buraxması zülmdür”.
4
Yalan yerə and içərək başqasının haqqını mənimsə-
mək də ən böyük zülmlərdəndir”.
Peyğəmbər r demişdir: “Yalan yerə and içməklə bir
müsəlmanın haqqını mənimsəyən şəxsə Allah Cəhənnəmi
vacib (Cənnəti isə haram) edər”. Dedilər: “Ey Allahın
rəsulu, hətta bəsit bir şey olsa beləmi? Dedi: “Misvak ağa-
cından bir çubuq olsa belə”.
5
Peyğəmbər r demişdir: “Biz bir kəsə bir iş həvalə et-
dikdə, o bir iynə miqdarında və ya ondan daha çox dəyəri
1
 (Səhih) əl-Buxari /2447/, Muslim /2579/.
2
 (Səhih) əl-Buxari /2453/, Muslim /1612/.
3
 (Zəif) Əhməd 6/240, əl-Hakim 4/575.
4
 (Səhih) əl-Buxari /2287/, Muslim /1564/.
5
 (Səhih) Muslim /137/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə