Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
56
On altıncı böyük günah.
Yalan yerə şahidlik etmək.
Uca Allah buyurur:
a    `  _  ^
“Onlar yalandan şahidlik etməz,..” [əl-Furqan surəsi,
72-ci ayə].
Hədisdə isə deyilir: “Yalan yerə şəhadət, Allaha şərik
qoşmağa bərabərdir”.
1
Uca Allah buyurur:
Á  À  ¿  ¾  ½  ¼   »
“Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlər-
dən də çəkinin” [əl-Həcc surəsi, 30-cu ayə]
Hədisdə isə deyilir: “Qiyamət günü yalan şəhadət
verənlərə Cəhənnəm vacib olacaq”.
2
Yalan yerə  şahidlik edən şəxs çox böyük günahlar
etmiş olur:
Birinci: Yalan danışır və iftira yaxır.
Uca Allah buyurur:
l  k  j  i  h  g  f  e
1
 (Həsən) ət-Tirmizi /2300-2301/, Əbu Davud /3599/.
2
 (Uydurma hədisdir) ibn Məcə /2373/, əl-Hakim 4/98.


Böyük günahlar.
57
“Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola
yönəltməz” [Ğafir surəsi, 28-ci ayə].
Hədisdə isə: “Mömin xəyanətlə yalançılıqdan başqa
hər şeylə xarakterizə oluna bilər”.
1
İkinci: Yalan şahidlik etdiyi şəxsə qarşı zülm etmiş
olur. Belə ki, onun malının, namusunun və ruhunun götü-
rülməsinə səbəb olur.
Üçüncü: Lehinə yalan şahidlik etdiyi şəxsə sahidliyi
ilə, haram mal vermək və Cəhənnəmə getməsini vacib
etməsi ilə zülm etmiş olur.
Peyğəmbər r demişdir: “Mən kimə haqsız olaraq
qardaşının malından versəm götürməsin. Çünki o adama
bir parça Cəhənnəm odu ayırmış oluram”.
2
Dördüncü: O, Allahın haram buyurduğu əməli mübah
etməklə onu malından, qanından və namusundan ayırmış
olur.
Peyğəmbər r demişdir: “Müsəlmanın qanı, malı və
namusu müsəlmana haramdır”.
3
Peyğəmbər r demişdir: “Sizə ən böyük günahlar haq-
qında xəbər verimmi? Allaha şərik qoşmaq, valideynə qarşı
itaətsizlik etmək və yalan söz və yalan yerə şahidlik etmək”.
O bu sonuncunu o qədər təkrar etdi ki, biz: –kaş ki,
susaydı– dedik.
4
1
 (Zəif) Əhməd 5/252, ibn əbi Asim /114/.
2
 (Səhih) əl-Buxari /2457/, Muslim /1713/.
3
 (Səhih) Muslim /2564/.
4
 (Səhih) əl-Buxari /2654/, Muslim /87/ Hədis Əbu Bəkradan L  –
dan rəvayət olunmuşdur.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
58
On yeddinci böyük günah.
Homoseksuallıq.
Allah təala öz dəyərli kitabında bizlərə bir neçə
məqamda Lut qövmünün hekayəsini, onları etdikləri çirkin
əməllərinə görə həlak etdiyini bildirmişdir və bütün müsəl-
manlar homoseksuallığın böyük günahlardan sayılmasına
ittifaq etmişlər. Uca Allah buyurur:
H  G  F  E  D
U   T   S  R  Q  PO  N   M  L  K  J  I
“Doğrudanmı siz insanlar içində ancaq kişilərlə ya-
xınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınları-
nızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adam-
larsınız” [əş-Şüəra surəsi, 165-166-cı ayələr].
Homoseksuallıq zinadan daha qəbahətli və daha iy-
rəncdir.
Peyğəmbər r demişdir: “Lut qövmünün etdiyi əməli
edənə Allah lənət eləsin”.
1
Həmçinin r demişdir: “Edəni də, ediləni də öldürün”.
2
İbn Abbas L demişdir: Bu əməli edən şəxs kənd-
dəki ən hündür binanın üzərindən atılıb sonra daşqalaq
edilməlidir.
3
1
 (Səhih) Əhməd 1/309, əl-Hakim 4/356.
2
 (Səhih) ət-Tirmizi /1406/, Əbu Davud /4462/.
3
 (Səhih) əl-Beyhəqi 8/232, ibn Əbi Şeybə 9/529.


Böyük günahlar.
59
Peyğəmbərin r belə dediyi rəvayət olunur ki, “Qa-
dınların öz aralarındakı lezbiyanlığı zinadır”.
1
Şafii məzhəbinə görə homoseksuallıq edənin cəzası
zinanın cəzası ilə eynidir. Həmçinin köləsi ilə bu çirkin işi
edən şəxsin homoseksual günahkar olduğuna ümmət itti-
faq etmişdir.
1
 (Çox zəif) Əbu Yələ /7491/, ət-Təbərani 22/63.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
60
On səkkizinci böyük günah.
İsmətli qadınları zinada ittiham etmək.
Uca Allah buyurur:
  g    f
    n  m  l   k      j  i  h
r  q    p  o
Murdar əməldən xəbəri olmayan ismətli mömin qa-
dınları zinada günahlandıranlar dünyada və axirətdə
lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir” [ən-
Nur surəsi, 23-cü ayə].
   b  a  `   _     ^  ]  \
f  e    d   c
“İsmətli qadınları zinada günahlandırıb, sonra dörd
şahid gətirməyən kəslərə səksən çubuq vurun...” [ən-Nur
surəsi, 4-cü ayə].
Peyğəmbər r demişdir: “(Sahibini) həlak edəcək
yeddi böyük günahdan çəkinin!” Onlardan birinin də zina-
dan xəbəri olmayan namuslu, ismətli, mömin qadınları
zinada ittiham etmək olduğunu bildirmişdir.
1
1
 (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.


Böyük günahlar.
61
Peyğəmbər r demişdir: “Müsəlman o kəsdir ki, digər
müsəlmanlar onun əlindən və dilindən salamatdır”.
1
Peyğəmbər r Müaza L belə demişdir: “Anan səni
itirsin, məgər Qiyamət günü insanları üzü üstə Cəhənnəmə
atan, onların dilləri deyilmi?”
2
Uca Allah buyurur:
  g  f  e  d   c  b  a  `
k  j  i  h
“Mömin kişiləri və mömin qadınları etmədikləri bir
işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərilərinə
böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər”
[əl-Əhzab surəsi, 58-ci ayə].
Peyğəmbər r demişdir: “Dediyi həqiqi olan hal
istisna olmaqla, kölə qadını zinakarlıqda ittiham edən şəxs
Qiyamət günü cəzalandırılar”.
3
Möminlərin anası Aişəni O, səmadan onun paklı-
ğını bildirən ayələr nazil olduqdan sonra zina etməkdə itti-
ham edən şəxsə gəldikdə isə o kafirdir və Quranı yalanla-
dığına görə öldürülməlidir.
1
 (Səhih) əl-Buxari /10/, Muslim /40/.
2
 (Səhih) ət-Tirmizi /2619/, ibn Məcə /3973/.
3
 (Səhih) əl-Buxari /6858/, Muslim /1660/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə