Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
102
Otuz səkkizinci böyük günah.
İnsanların gizli söhbətlərinə qulaq asmaq.
Bəlkə də bu böyük günahlardan sayılmaya bilər. Uca
Allah buyurur:
32   1  0  /  .   -
“Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qır-
mayın!” [əl-Hucurat surəsi, 12-ci ayə]
Peyğəmbər r demişdir: “Kim bir camaatın söhbətinə
onlar bunu istəmədiyi halda qulaq asarsa, Qiyamət günü
onun qulaqlarına ərinmiş qurğuşun tökülər. Kim bir can-
lının şəklini çəkərsə, ona əzab verilər və o həmin surətə ruh
üfürməyə mükəlləf olar. Bunu isə o edə bilməz”.
1
1
 (Səhih) əl-Buxari /2225/, Muslim /2110/.


Böyük günahlar.
103
Otuz doqquzuncu böyük günah.
Çoxlu lənət etmək.
Peyğəmbər r demişdir: “Mömini lənətləmək onu öl-
dürmək kimidir”.
1
Həmçinin r demişdir: “Müsəlmanı söymək fasiqlik,
onu öldürmək isə küfrdür”.
2
Həmçinin r demişdir: “Qiyamət günü çoxlu lənət
edənlər nə şəfaətçi, nə də şahid olmazlar”.
3
Peyğəmbər r demişdir: “Sadiq bir insanın lənət
etməsi gərəksizdir”.
4
Həmçinin r demişdir: “Mömin olan kəs çoxlu tənə
vurub pis sözlər danışan, çoxlu lənət edən, rəzil işlər görən
və iyrənc deyildir”.
5
Həmçinin r demişdir: “Əgər bir nəfər kimisə lənətlə-
yərsə, onun lənəti göyə qalxar. Sonra göyün qapıları onun
üzünə bağlanar. Daha sonra yerin də qapıları onun üzünə
bağlanar. Sonra onun lənəti sağa-sola hərəkət edər. Əgər
burada da özünə asanlıqla bir yer tapmazsa, o zaman lənət
olunan şəxsə  əgər o buna layiqdirsə qayıdar, o da buna
layiq olamasa lənət edənin özünə qayıdar”.
6
1
 (Səhih) əl-Buxari /1363/, Muslim /110/.
2
 (Səhih) əl-Buxari /6044/, Muslim /64/.
3
 (Səhih) Muslim /2598/.
4
 (Səhih) Muslim /2597/.
5
 (Səhih) ət-Tirmizi /1978/, Əhməd 1/405.
6
 (Həsən) Əbu Davud /4905/, Əhməd 1/408.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
104
İmran L rəvayət edir ki; Bir dəfə Peyğəmbər r
səfərdə ikən dəvələrdən birinin üstündə oturan bir ənsari
qadın hirslənib dəvəsini lənətlədi. Bunu eşidən
Peyğəmbər r dedi: “O qadının üzərindəkiləri alıb özünü
tərk edin, o lənətlənib”. İmran L dedi: Hal-hazırda
həmin qadına insanlar arasında gəzdiyi zaman mən ona
baxıram. Heç kəs ona əhəmiyyət vermir.
1
Əbu Hureyrə L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Şübhəsiz ki, ən böyük riba, insanın müsəlman
qardaşının namusuna dil uzadıb söyləməsidir”.
2
1
 (Səhih) Muslim /2595/.
2
 (Səhih) Əbu Davud /4877/.


Böyük günahlar.
105
Qırxıncı böyük günah.
Öz əmirini tərk etmək və digərləri.
Uca Allah buyurur:
±   °  ¯  ®  ¬«  ª
“Əhdə vəfa edin. Çünki hər kəs  əhd barəsində
sorğu-sual olunacaqdır” [əl-İsra surəsi, 34-cü ayə].
_^  ]  \  [  Z
“Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin...”
[əl-Maidə surəsi, 1-ci ayə].
a  `  _  ^  ]
“Allahla bağladığınız əhdə sadiq olun;..” [ən-Nəhl
surəsi, 91-ci ayə].
Peyğəmbər r demişdir: “Dörd sifəti özündə cəm
edən şəxs həqiqi münafiqdir: danışdığı zaman yalan danış-
maq, əmanətə xəyanət etmək, əhdini pozmaq və mübahisə
etdiyi zaman özündən çıxıb haqqı danmaq”.
1
Peyğəmbər r həmçinin demişdir: “Qiyamət günü hər
hansı bir şeyə qarşı vəfasızlıq edən şəxs üçün arxasında bir
sancaq olacaq və deyiləcək ki, bu filankəsin vəfasızlığıdır”.
1
 (Səhih) əl-Buxari /34/, Muslim /58/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
106
Şübhəsiz ki, ən böyük vəfasızlıq əmirə qarşı olunan
vəfasızlıqdır”.
1
Peyğəmbər r demişdir: “Uca Allah buyurur: Qiyamət
günü Mən üç nəfərə müxalif olacağam: Mənim yolumda
pul xərcləyib sonra bu əməli tərk edən, azad bir şəxsi qul
adı ilə satıb pulunu yeyən və bir şəxsi işdən ötrü icarəyə
götürüb, işinin tamamında onun haqqını verməyən şəxs”.
2
Peyğəmbər r demişdir: “Kim itaətdən əl çəkərsə
Qiyamət günü Allahla heç bir hüccəti olmadan görüşər.
Kim boynunda beyət olmadan ölərsə, cahiliyyə ölümü ilə
ölmüş olar”.
3
Peyğəmbər r həmçinin demişdir: “Kim Cəhənnəm-
dən qurtulub Cənnətə girmək və  əcəli çatdığı zaman
Allaha və axirət gününə iman gətirənlərdən olmaq istə-
yirsə, yanlarına gedilməsini istəyən şəxslərin yanına gəlsin.
Kim bir imamın əlini sıxıb, qəlbini ona bağlayıb beyət
edərsə, bacardığı qədər ona itaət etsin. Əgər başqa birisi
gəlib ona qarşı çıxarsa, onun boynunu vurun”.
4
Peyğəmbər r demişdir: “Mənə itaət edən Allaha itaət
etmiş, Mənə qarşı ası olan Allaha qarşı asi olmuş olur.
Eləcə də əmirə itaət edən mənə itaət etmiş, əmirə qarşı asi
olan mənə qarşı asi olmuşdur”.
5
Peyğəmbər r həmçinin demişdir: “Kim öz əmirində
xoşlamadığı bir şey görərsə, səbir etsin. Çünki sultandan
1
 (Səhih) əl-Buxari (3188), Muslim /1736/.
2
 (Səhih) əl-Buxari /2227/.
3
 (Səhih) Muslim /1851/.
4
 (Səhih) Muslim /1844/.
5
 (Səhih) əl-Buxari /2957/, Muslim /1835/.


Böyük günahlar.
107
bir qarış uzaqlaşıb ölən cahiliyyə ölümüylə dünyasını
dəyişmiş olur”.
1
Peyğəmbər r həmçinin demişdir: “Kim camaatdan bir
qarış miqdarında uzaqlaşarsa İslamın ipini boynundan
çıxarmış olar”.
2
Axı bir kəsə beyət etdikdən sonra ona itaət etməkdən
boyun qaçıraraq, beyəti pozub, qılıncı ilə ona qarşı vuruşub,
ölənəcən onu tərk etməkdən böyük günah nə ola bilər?
Peyğəmbər r demişdir: “Bizə qarşı silah qaldıran
bizdən deyildir”.
3
1
 (Səhih) əl-Buxari /7053/, Muslim /1849/.
2
 (Səhih) Əbu Davud /4758/, Əhməd 5/180.
3
 (Səhih) əl-Buxari /7070/, Muslim /100/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə