Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   23   24   25   26   27   28   29   30   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
150
Altmış beşinci böyük günah.
Şiddətli bir şəkildə mübahisə və mücadilə
etmək və Qazilərə vəkillik etmək.
Uca Allah buyurur:
  J  I   H  G  F  E  D  C  B  A  @   ?
P  O  N  M L  K
  V  U  T   S  R  Q
  [Z  Y  X  W
“İnsanların eləsi də var ki, onun bu dünya həya-
tında danışdığı sözlər səni heyran edər. O, qəlbində
olana Allahı  şahid göstərər. Əslində o, ən qatı mübahi-
səçidir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törət-
məyə, əkinləri və nəsilləri məhv etməyə çalışar...” [əl-
Bəqərə surəsi, 204-205-ci ayələr].
Á    À  ¿  ¾  ½¼     »  º  ¹  ¸
“Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər.
Doğrusu, onlar höcətləşən adamlardır” [əz-Zuxruf surəsi,
58-ci ayə].
  s  r  qp  o  n  m   l    k   j  i  h
zy  x  w   v      u  t


Böyük günahlar.
151
“Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın
ayələri barəsində mübahisə edənlərin ürəklərində bö-
yüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt
buna çatmayacaqlar” [Ğafir surəsi, 56-cı ayə].
)  (  '  &  %  $  #    "
“... Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin...” [əl-
Ənkəbut surəsi, 46-cı ayə]
Peyğəmbər r demişdir: “Allah təalanın ən çox nifrət
etdiyi şəxs şiddətli mübahisə edəndir”.
1
Əbu Hüreyrədən L rəvayət olunan hədisdə
Peyğəmbər r demişdir: “Kim elmsiz olaraq mübahisə
edərsə, bunu tərk etmədiyi müddətdə Allahın qəzəbinə
düçar olar”.
2
Əbu Uməmədən L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Hidayət olunduqdan sonra zəlalətə uğrayan hər
bir qövmə mübahisə verilər, sonra o bu ayəni oxudu:
Á    À  ¿  ¾  ½¼     »  º  ¹  ¸
“Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər.
Doğrusu, onlar höcətləşən adamlardır” [əz-Zuxruf surəsi,
58-ci ayə]
3
.
1
 (Səhih) əl-Buxari /2457/, Muslim /2668/.
2
 (Həsən) ibn Əbi Dünyə /153/, ət-Təbərani 1/161/1.
3
 (Həsən) ət-Tirmizi /3250/, ibn Məcə /48/, Əhməd 5/252.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
152
Peyğəmbərin r belə dediyi rəvayət olunur ki; “Üm-
mətim üçün ən çox qorxduğum şeylər alimin xətası, müna-
fiqin Quran barəsində mübahisəsi və sizi məhv edəcək
dünyadır”.
1
Peyğəmbər r demişdir: “Quran barəsində mübahisə
etmək küfrdür”.
2
İbn Ömər L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Kim haqsız olduğunu bilərək mübahisə edərsə, bu əmə-
linə son qoymayınca Allahın qəzəbində olar”. Başqa bir
ləfzdə: “Allahın qəzəbinə düçar olar”.
3
Peyğəmbər r demişdir: “Ümmətim üçün ən çox qorx-
duğum şəxs dil pəhləvanı olan münafiqdir”.
4
O r həmçinin demişdir: “Həya və az danışmaq ima-
nın, pis şeylər danışmaq və danışanda öyünmək isə nifaqın
iki şöbəsidir”.
5
1
 (Zəif) ət-Təbərani 20/138, 139.
2
 (Səhih) Əbu Davud /4603/, Əhməd 2/258, əl-Hakim 2/223.
3
 (Səhih) Əbu Davud /3597/, Əhməd 2/70.
4
 (Səhih) Əhməd 1/22, 44.
5
 (Səhih) ət-Tirmizi /2028/, Əhməd 5/269, əl-Hakim 1/9.


Böyük günahlar.
153
Altmış altıncı böyük günah.
Köləsini xədim etmək, onun hər hansı bir
üzvünü kəsmək və ya ona zülm edərək
işgəncə vermək.
Uca Allah iblisin belə dediyini buyurur:
  ¦  ¥  ¤  £   ¢  ¡
«ª  ©  ¨   §
“Mən onları mütləq doğru yoldan azdıracaq və xül-
yalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi
buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi
əmr edəcəyəm...” [ən-Nisa surəsi, 119-cu ayə].
Bəzi təfsir alimləri burada xədim etmənin nəzərdə
tutulduğunu demişlər.
Səmurradan L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Kim öz köləsini qətlə yetirərsə, biz də onu öldü-
rər, köləsinin bədən üzvünü kəsənin Biz də həmin bədən
üzvünü kəsərik”. Səmurra L Peyğəmbərin belə dediyini
də rəvayət etmişdir: “Kim öz köləsini xədim edərsə, Biz də
onu o günə salarıq”.
1
1
 (Zəif) Əbu Davud /4516-4516-, ət-Tirmizi /1414/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
154
Cəzalar bölməsində  əl-Hakim xəta edib bu hədisə
səhih demişdir: “Kim öz köləsi ilə sərt davranarsa, həmin
kölə azad olur”.
1
əl-Buxari və Muslimin “Səhih” əsərlərində isə belə bir
hədis vardır: “Kim köləsini zina etməkdə ittiham edərsə,
Qiyamət günü ona şəriət cəzası verilər”.
2
Peyğəmbərdən r ən son öyrənilənlər bunlardır: “Na-
mazlarınıza, namazlarınıza və kölələrinizə diqqət yetirin,
kölələrinizə qarşı pis davranmaqdan çəkinərək Allahdan
qorxun”.
3
İmam Əhmədin “əl-Müsnəd” əsərində isə ibn Ömər-
dən L rəvayət olunan hədisdə isə: “Peyğəmbər r atı və
ya heyvanları xədim etməyi qadağan etmişdir”.
4
1
 (Zəif) əl-Hakim 4/368.
2
 (Səhih) əl-Buxari /6858/, Muslim /1660/.
3
 (Səhih) Əbu Davud /5156/, ibn Məcə /2698/.
4
 (Zəif) Əhməd 2/24, əl-Beyhəqi 10/24.


Böyük günahlar.
155
Altmış yeddinci böyük günah.
Çəkidə və ölçüdə aldatmaq.
Uca Allah buyurur:
¨  §  ¦
°  ¯  ®  ¬    «  ª  ©
  ±
¶  µ  ´  ³        ²
½  ¼   »  º  ¹  ¸
À    ¿  ¾
Æ   Å   Ä   Ã   Â  Á
“Çəkidə və ölçüdə aldadanların vay halına! O kəs-
lərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istə-
yərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu zi-
yana salarlar.  Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
Həm də əzəmətli bir gündə. O gündə ki, insanlar aləm-
lərin Rəbbinin qarşısında dayanacaqlar” [əl-Muttaffifin
surəsi, 1-6-cı ayələr].
Bu əməl oğurluğun, xəyanətin və haqsız mal yeməyin
bir növüdür.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə