Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   23   24   25   26   27   28   29   30   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
156
Altmış səkkizinci böyük günah.
Allahın məkrindən qorxmayaraq
arxayınlaşmaq.
Uca Allah buyurur:
R  Q    P  O    N    M  L
“Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehti-
yat etməzlər!” [əl-Əraf surəsi, 99-cu ayə].
Ý  Ü  Û   Ú  Ù  Ø  ×  Ö     Õ  Ô
“Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları
qəflətən yaxaladıq və onlar naümid qaldılar” [əl-Ənam
surəsi, 44-cü ayə].
  *   )  (  '  &  %  $  #  "  !
0  /  .  -  ,  +
 21
76543
“Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etmə-
yənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapan-
lar və ayələrimizdən xəbərsiz olanların – məhz onların
qazandıqları günahlara görə sığınacaqları yer Oddur”
[Yunus surəsi, 7-8-ci ayə].


Böyük günahlar.
157
Altmış doqquzuncu böyük günah.
Allahın mərhəmətindən ümidini üzmək
və ümidsizliyə qapılmaq.
Uca Allah buyurur:
5  4     3  2  1  0  /  .  -
“Allahın mərhəmətindən ancaq kafir adamlar ümid-
lərini kəsər” [Yusuf surəsi, 87-ci ayə]
¸¶  µ   ´  ³  ²  ±  °  ¯  ®  ¬
İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən
və Öz mərhəmətini hər yana yayan Odur” [əş-Şura surəsi,
28-ci ayə].
•~  }    |  {  z  y  x  w  v  u  t
“Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!
Allahın rəhmindən ümidinizi üzməyin” [əz-Zumər surəsi,
53-cü ayə].
Peyğəmbər r demişdir: “Ölərkən Allah təalaya qarşı
yaxşı zənn edərək ölün”.
1
1
 (Səhih) Muslim /2877/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
158
Yetmişinci böyük günah.
Yaxşılıq edənin nemətinə qarşı
nankorluq etmək.
Uca Allah buyurur:
T  S     R  Q
“Mənə və valideynlərinə  şükr et!” [Loğman surəsi,
14-cü ayə].
Peyğəmbər r demişdir: “İnsanlara təşəkkür etməyən
adam Allaha da şükr etməz”.
1
Sələflərdən bəzilərinin belə dediyi rəvayət olunur:
Nemətə qarşı nankorluq etmək böyük günahlardandır.
Onun təşəkkürü əvəzini vermək və ya ona dua etməkdir.
1
 (Səhih) ət-Tirmizi /1955/, Əbu Davud /4811/, Əhməd 2/302-303/.


Böyük günahlar.
159
Yetmiş birinci böyük günah.
Artıq suyu kəsmək.
Uca Allah buyurur:
W  V    U T S   R Q P O N
“De: “Deyin görüm, əgər suyunuz yerin dibinə
çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?” [əl-
Mülk surəsi, 30-cu ayə].
Peyğəmbər r demişdir: “Ota su verməmək üçün
suyun qarşısını kəsməyin”.
1
O r həmçinin demişdir: “Artıq suyu satmayın”.
2
Amr ibn Şüeyb atasından, o da öz atasından
Peyğəmbərin r belə dediyini rəvayət etmişdir: “Kim əlavə
suyu və ya otların suyunu (başqalarına) verməzsə,
Qiyamət günü Allah onu öz fəzilətindən məhrum edər”.
3
Peyğəmbər r həmçinin demişdir: “Qiyamət günü
Allah üç nəfəri danışdırmaz, onlara nəzər salmaz, onları
təmizə çıxarmaz və onlara ağrıdıcı bir əzab verilər: Qabda
artıq suyu ola-ola suyun artığını yoldan keçənə verməyən,
dünya mənfəəti xatirinə imama beyət edən şəxs, həmin
imam ona istədiyini versə, ona qarşı vəfalı, verməzsə ona
qarşı vəfasız olar və o kəs ki, axşamçağı bir nəfər birinə bir
1
 (Səhih) əl-Buxari /2354/, Muslim /1566/.
2
 (Səhih) əl-Buxari /2353/.
3
 (Səhih) Əhməd 2/179-221.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
160
şey satıb onu inandırmaqdan ötrü andaman edir ki, malı
bu qiymətə alıb, ancaq bu doğru deyil”.
əl-Buxarinin rəvayətində bu əlavə vardır: “və artıq
suyu kəsən şəxs. Allah təala ona belə buyurar; “Suyun artı-
ğını kəsdiyin kimi, Mən də bu gün sənə qarşı öz fəzilətimi
kəsib məhrum edərəm”.
1
1
 (Səhih) əl-Buxari /2358/, Muslim /108/.


Böyük günahlar.
161
Yetmiş ikinci böyük günah.
Bir canlının üzünə damğa basmaq.
Cabir L rəvayət edir ki, bir dəfə Peyğəmbər r üzü-
nə damğa basılmış bir uzunqulağın yanından keçərkən be-
lə dedi: “Allah bunu damğalayana lənət etsin”.
1
Əbu Davudun rəvayətində isə r demişdir: “Məgər si-
zə gəlib-çatmayıbmı ki, heyvanın üzünə damğa basanı və
onun üzünə vuranı lənətləmişəm?” Bununla da o, bunu qa-
dağan etdi.
2
Peyğəmbərin r: “Məgər mənim lənətlədiyim sizə gə-
lib çatmayıbmı?”– sözü ona dəlalət edir ki, bu xəbəri eşit-
məyən günah qazanmır. Çünki lənət xəbəri eşidib bilən
şəxsə aiddir. Dində bilinməsi zəruri olanlar istisna olmaqla,
o biri böyük günahlar da bu cürdür.
1
 (Səhih) Muslim /2117/.
2
 (Səhih) Əbu Davud /2564/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
162
Yetmiş üçüncü böyük günah.
Qumar oynamaq.
Uca Allah buyurur:
   %  $  #  "  !
  +  *   )  (  '  &
  5  4  3    2  1  0  /  .  -  ,
  @  ?   >  =  <   ;   :  9  8  7  6
F  E   D  C  BA
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də,
qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da,
fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bun-
lardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan
sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və
kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayır-
maq istəyər. Siz buna son qoyacaqsınızmı?” [əl-Maidə
surəsi, 90-91-ci ayələr]
İnsanların mallarını haqsız olaraq yeyənlərin qazan-
dıqları günahlar barəsində uca Allah başqa ayələr də nazil
etmişdir.
Peyğəmbər r demişdir: “Kim bir qardaşına: gəl
qumar oynayaq– deyərsə, sədəqə versin”.
1
1
 (Səhih) əl-Buxari /4860/, Muslim /1647/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə