Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Böyük günahlar.
131
Əlli ikinci böyük günah.
Qürurlanaraq paltarı isbal etmək
və başqaları.
Uca Allah buyurur:
ÒÑ      Ð  Ï  Î    Í
“yer üzündə özünü darta-darta gəzib dolanma”
[Loğman surəsi, 18-ci ayə].
Peyğəmbər r demişdir: “Paltarın topuğdan aşağı
düşən hissəsi Cəhənnəmlikdir”.
1
Peyğəmbər r həmçinin demişdir: “Paltarını təkəb-
bürlüklə uzadan şəxsə Allah nəzər salmaz”.
2
O r eləcə də demişdir: “Qiyamət günü Allah üç şəxsə
nəzər salmaz, onları təmizə çıxarmaz və onlara ağrıdıcı bir
əzab verilər: Paltarını isballı geyən, söz gəzdirən və yalan-
dan and-aman etməklə malını sərf edən”.
3
Peyğəmbər r həmçinin demişdir: “İnsan saçını dara-
yıb, libasını geyinib özünü bəzəyərək təkəbbürlə gəzdiyi
zaman Allah onu yerə batırıb, Qiyamət gününə qədər onu
çapalaya-çapalaya odda saxlayar”.
4
1
 (Səhih) əl-Buxari /5787/.
2
 (Səhih) əl-Buxari /7588/, Muslim /2087/.
3
 (Səhih) Muslim /106/.
4
 (Səhih) əl-Buxari /5789/, Muslim /2088/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
132
Abdullah ibn Ömərdən L rəvayət olunur ki,
Peyğəmbər r demişdir: “İsbal paltarın aşağı hissəsində,
köynəkdə və  əmmamədə olur. Kim bunları təkəbbürlüklə
uzadarsa, Qiyamət günü Allah ona nəzər salmaz”.
1
Cəbir ibn Suleym L rəvayət edir ki, bir dəfə
Peyğəmbər r mənə dedi: “Paltarını isballa geyinməkdən
çəkin, bu lovğalıqdandır. Şübhəsiz ki, Allah lovğalığı
sevməz”.
2
Əbu Hureyrə L demişdir: Bir nəfər paltarı isballı
vəziyyətdə namaz qılarkən Peyğəmbər r  ona:  “get  dəstə-
maz al”– dedi. Həmin şəxs gedib dəstəmaz alıb gəldiyində,
yenə də ona: “get dəstəmaz al”– dedi. Bir nəfər soruşdu: Ey
Allahın rəsulu, nə üçün ona dəstəmaz almağı əmr edib, sonra
susdun? Dedi: “O paltarı isbal vəziyyətində namaz qılırdı.
Allah isbal vəziyyətində olanın namazını qəbul etməz”.
3
Peyğəmbər r demişdir: “Kim lovğalıq edərək palta-
rını uzadıb arxasıyla sürüyərsə Allah Qiyamət günü ona
nəzər salmaz”. Əbu Bəkr L dedi: Ey Allahın rəsulu, diq-
qət etmədiyim zaman paltarım aşağı enir. Dedi: “Sən bunu
lovğalıqla edənlərdən deyilsən”.
4
Peyğəmbər r həmçinin demişdir: “Möminin paltarı-
nın uzunluğu baldırının ortasına qədər olmalıdır”.
5
Əbu Səid L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: Möminin paltarının uzunluğu baldırının ortasına
1
 (Səhih) Əbu Davud /4094/, ən-Nəsai 8/208, ibn Məcə /3576/.
2
 (Səhih) ət-Tirmizi /2722/, Əbu Davud /4084/.
3
 (Zəif) Əbu Davud /4086,638/.
4
 (Səhih) əl-Buxari /5784/, Muslim /2085/.
5
 (Səhih) Əbu Davud /4093/, ibn Məcə /3573/.


Böyük günahlar.
133
qədər olmalıdır. Baldırının ortasından topuğuna qədər
uzunluğu olan paltar geyinməkdə o, sərbəstdir. Topuğdan
aşağı düşən nə varsa Cəhənnəmlikdir və paltarını lovğa-
lıqla uzadan kəsə Allah nəzər salmaz”.
İbn Ömər L demişdir: Bir dəfə paltarım aşağı düş-
müş vəziyyətdə Peyğəmbərin r yanına getmişdim, o mənə
dedi: “Ey Abdullah, paltarını yuxarı qaldır”. Mən də qal-
dırdım, o dedi: “Bir az daha”, bir az da qaldırdım, hələ də
onu yoxlayıb diqqət edirəm”.
1
Ona görə əzab vədi cübbəsi, alt şalvarının və bu kimi
bütün paltarlarının aşağı hissəsi yerə çatan hər bir şəxsə aid
edilir.
1
 (Səhih) Muslim /2086/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
134
Əlli üçüncü böyük günah.
Kişinin ipək geyməsi və ya qızıl taxması.
Uca Allah buyurur:
RQ  P  O  N
“Təqva libası isə daha xeyirlidir” [əl-Əraf surəsi, 26-
cı ayə].
Peyğəmbər r demişdir: “Dünyada ipək geyinən, axi-
rətdə geyməz”.
1
O r həmçinin demişdir: “İpəyi axirətdə payı olmayan
kəs geyinər”.
2
Peyğəmbər r həmçinin demişdir: “İpək və qızıl
ümmətimin kişilərinə haram, qadınlarına isə halal edil-
mişdir”.
3
Hüzeyfə L demişdir: “Peyğəmbər r bizə qızıl və
gümüş qablarda içməyi və yeməyi, ipək geyməyi və dibəc
*
üzərində oturmağı qadağan etdi”.
4
Həmçinin r demişdir: “Qızıl və gümüş qablarda içən
şəxs qarnında Cəhənnəm odunu quruldatmış olur”.
5
1
 (Səhih) əl-Buxari /5832/, Muslim /2073/.
2
 (Səhih) əl-Buxari /5835/, Muslim /2068/.
3
 (Səhih) ət-Tirmizi /1720/, ən-Nəsai 8/161.
*  Dibəc – bahalı ipək parça.
4
 (Səhih) əl-Buxari /5426/, Muslim /2067/.
5
 (Səhih) əl-Buxari /5634/, Muslim /2065/.


Böyük günahlar.
135
Peyğəmbərin r qaşınmadan dolayı və dörd barmaq
miqdarında ipəyi, qızıl diş və sairəyə icazə verməsi sabit-
dir. Kim ipək paltar və ya qızıldan nəsə geyərsə, qeyd olu-
nan əzab vədi ona şamil olunar. Bu cür də başqa şeylərə
qiyas edin.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
136
Əlli dördüncü böyük günah.
Kölənin sahibindən qaçması və s.
Peyğəmbər r demişdir: “(Sahibindən) qaçan kölənin
namazı qəbul olmaz”.
1
O r həmçinin demişdir: “Kölə (sahibindən) qaçarsa,
zimmət ondan qalxmış olar”.
2
Cabir L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Allah üç nəfərin namazını qəbul etməz və ona
savab yazılmaz: Sahibinin yanına qayıdanadək ondan qaç-
mış qulun, ərini razı salana qədər ona qarşı qəzəblənilən
qadının və ayılana qədər sərxoşun”.
3
Əlidən L rəvayət olunur ki, Peyğəmbər r demiş-
dir: “Ağasından üz çevirən köləyə Allah lənət edər”.
4
Fudala ibn Ubeyd L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Üç nəfərin aqibəti haqqında heç soruşma:
Camaatdan ayrılıb, imama asi olaraq ölən şəxs, (sahi-
bindən) qaçıb ölən qul və əri onu ərzaqla təmin edib harasa
getdikdən sonra açıq-saçıq geyən qadın”.
5
1
 (Səhih) Muslim /70/.
2
 (Səhih) Muslim /69/.
3
 (Zəif) ibn Xuzeymə 2/69, ibn Hibbən /5331/.
4
 (Səhih) əl-Hakim 4/153.
5
 (Səhih) Əhməd 6/19, əl-Hakim 1/119.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə