Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə25/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Böyük günahlar.
137
Əlli beşinci böyük günah.
Allahdan başqasına qurban kəsmək –
məsələn, cənab şeyxin adına –
deyib kəsmək.
Uca Allah buyurur:
ZY  X  W  V    U    T    S  R  Q  P
“Üstündə Allahın adı çəkilməmiş – “bismilləh”
deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu,
günahdır” [əl-Ənam surəsi, 121-ci ayə].
Əlinin L belə dediyi rəvayət olunur: Ey Hani,
insanlar nə danışırlar? Dedi: Onlar səndə, Allahın rəsulun-
dan öyrəndiyin elm olduğunu və sənin onu gizlətdiyini
iddia edirlər. Bunu eşidən Əli L qılncının qınının içindən
bir səhifə çıxarıb: “Peyğəmbərdən r eşitdiyim bunlardır”
dedi, “–Allahdan başqasına qurban kəsənə, ağasından üz
çevirən köləyə, valideynlərinin üzünə ağ olana və öz
ərazisinin sərhədlərini azaldan kəsə Allah lənət etmişdir”.
1
1
 (Səhih) əl-Hakim 4/153.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
138
Əlli altıncı böyük günah.
Ərazinin işarələrini dəyişmək.
Bunu edən şəxs Əlinin L Peyğəmbərdən r rəvayət
etdiyi hədisdə lənətlənmişdir.
1
İbn Abbasdan L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Allah, ondan başqasına qurban kəsənə, ərazinin
işarələrini dəyişdirənə, korun yolunu çaşdırana, valideyn-
lərini söyənə və Lut qövmünün etdiyi əməli edənə lənət
eləsin”. Başqa bir ləfzdə belə bir əlavə də vardır: “Allah
heyvanla cinsi yaxınlıq edənə lənət eləsin”.
2
1
 (Səhih) əl-Hakim 4/153.
2
 (Səhih) ət-Tirmizi /1455/, Əbu Davud /4462/, ibn Məcə /2561/.


Böyük günahlar.
139
Əlli yeddinci böyük günah.
Böyük səhabələri söymək.
Peyğəmbər r demişdir: “İzzət və Cəlal sahibi olan
Allah buyurur: “Mənim vəlimə əziyyət verənə qarşı müha-
ribə elan edərəm”.
1
Peyğəmbər r demişdir: “Mənim səhabələrimi söymə-
yin. Sizlərdən biriniz Uhud dağı qədər qızıl sədəqə versə
belə, onun verdiyi sədəqə, onlardan birinin verdiyi bir
ovuc sədəqəyə, hətta onun yarısına belə çatmaz”.
2
Aişə O demişdir ki; “Onlara, Muhəmmədin r səha-
bələri üçün bağışlanma diləmək əmr olundu, onlar isə
səhabələri söydülər”.
3
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Mənim
səhabələrimi söyənə Allahın lənəti olsun”.
4
Əli L demişdir: “Toxumu yarıb, (ondan) canlı
Yaradana and olsun ki, bu yazıb-oxumaq bilməyən
Peyğəmbərin r mənə olan əhdidir: “Məni ancaq mömin
sevər və mənə yalnız münafiq nifrət edər”.
5
Əgər Peyğəmbər r bunu Əli L haqqında deyibsə,
Siddiqə L nifrət edənin münafiq olması daha çox
labüddür. Çünki o Peyğəmbərdən r sonra bəşəriyyətin ən
1
 (Səhih) əl-Buxari /6502/.
2
 (Səhih) əl-Buxari /3673/, Muslim /2541/.
3
 (Səhih) Muslim /3022/.
4
 (Həsən) ibn Əbi Asimin “əs-Sünnə” əsəri /1001/.
5
 (Səhih) Muslim /78/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
140
xeyirlisidir. Hətta Ömər və Əlinin L fikirlərinə görə kim
bir nəfəri Siddiqdən L daha əfzəl sayarsa, ona iftira
yaxan şəxsə verilən cəza verilməlidir.
Əl-Cərud ibn əl-Mələ  əl-Əbdi demişdir: Əbu Bəkr
daha xeyirlidir, yoxsa Ömər? Başqa birisi dedi: Ömər Əbu
Bəkrdən L daha xeyirlidir. Bu gedib Ömərə L çatdığı
zaman ona ayaqları  şişənə qədər kötək vurdu. Sonra o
dedi: Şübhəsiz ki, Əbu Bəkr Peyğəmbərin r  dostu  və  bu
kimi şeylərdə insanların ən xeyirlisi idi. Kim bundan başqa
bir şey deyərsə, ona iftira yaxan şəxsə verilən cəza vermək
vacib olar”.
1
Əlqamə rəvayət edir ki, Əlinin L belə dediyini eşit-
dim: “Mənə bəzi adamların məni Əbu Bəkr və Ömər-
dən L üstün saydıqları gəlib çatıb. Belə bir şey deyən
iftira yaxmış olur və ona iftira yaxana verilən cəzanı
vermək lazımdır”.
2
Əli L demişdir: “Məni Əbu Bəkr və Ömərdən daha
üstün sayan şəxsi mənim yanıma gətirsələr, iftira yaxan
şəxsə verilən cəzanı ona verəcəyəm”.
3
Peyğəmbər r demişdir: “Kim bir qardaşına: ey kafir
deyərsə, onlardan birinə qayıdar”.
Kim Əbu Bəkrə və onun kimi başqa səhabələrə: Ey
kafir deyərsə, o zaman küfr qəti şəkildə onu deyənə qayı-
dar. Çünki Allah təala islamı ilk əvvəl qəbul edənlərdən
razı olmuşdur. O buyurur:
1
 İbn Mərdəveyn /36088/.
2
 Əhməd 1/127.
3
 İbn Əsəkir /36103/.


Böyük günahlar.
141
  '   &  %  $  #  "  !
*  )  (
-  ,  +
“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsar-
lara, həmçinin yaxşı işlər görməkdə onların ardınca ge-
dənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan
razıdırlar” [ət-Tövbə surəsi, 100-cü ayə]
1
.
Ona görə də bunları söyən Allaha qarşı müharibə
elan etmiş olur. Hətta qeyd etdik ki, kim müsəlmanları
söyüb, onlara əziyyət verib, onları alçaldarsa böyük günah
işlətmiş olur. Bəs əgər söhbət Peyğəmbərdən r sonra
bəşəriyyətin ən xeyirlisindən gedirsə, gör onda necə? Lakin
bunu edən əbədi olaraq Cəhənnəmə vasil olmur. Yalnız
kimsə  Əlinin L Peyğəmbər və ya ilah olmasını etiqad
edərsə, o zaman o lənətə gələrək kafir olur.
1
 (Səhih) əl-Buxari /6104/, Muslim /60/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
142
Əlli səkkizinci böyük günah.
Ümumiyyətlə ənsarları söymək.
Peyğəmbər r demişdir: “Ənsarları sevmək imanın
əlaməti, ənsarlara nifrət bəsləmək isə nifaqın əlamətidir”.
1
Həmçinin r demişdir: “Onları yalnız mömin sevər və
yalnız münafiq onlara nifrət edər”.
2
1
 (Səhih) əl-Buxari /3784/, Muslim /74/.
2
 (Səhih) əl-Buxari /3783/, Muslim /75/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə