Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
126
Əllinci böyük günah.
Müsəlmanlara əziyyət verib,
onları söymək.
Uca Allah buyurur:
  f  e  d   c  b  a  `
k  j  i  h  g
“Mömin kişiləri və mömin qadınları etmədikləri bir
işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərilərinə
böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər”
[əl-Əhzab surəsi, 58-ci ayə].
 0  /  .   -
32   1
“Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qır-
mayın...” [əl-Hucurat surəsi, 12-ci ayə].
Æ  Å  Ä  Ã  Â   Á  À    ¿   ¾    ½  ¼  »  º
“Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə
qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsun-
lar...” [əl-Hucurat surəsi, 11-ci ayə]


Böyük günahlar.
127
5  4  3  2
“Hər bir qeybət edənin, tənə vuranın vay halına!”
[əl-Huməzə surəsi, 1-ci ayə].
Peyğəmbər r demişdir: “Allah qatında insanların ən
pisi, pisliyindən qorxub insanların onu tərk etdiyi kəsdir”.
1
Peyğəmbər r həmçinin demişdir: “Ey Allahın qulları.
Şübhəsiz ki, Allah haramı qoymuşdur. Qardaşının namu-
suna qeybət etməklə toxunan, harama düşüb həlak olar”.
2
O r eləcə də demişdir: “Müsəlmanın namusu, malı
və qanı hər bir müsəlmana haramdır, təqba (bax) burdadır.
Müsəlmana etdiyi pis əməllərdən, müsəlman qardaşını
alçaltmasının günahı yetər”.
3
O r həmçinin demişdir: “Müsəlman müsəlmanın
qardaşıdır, ona zülm etməz, onu tərk etməz, onu alçaltmaz.
Müsəlmana etdiyi pis əməllərdən müsəlman qardaşını
alçaltmasının günahı yetər”.
4
Peyğəmbər r demişdir: “Müsəlmanı söymək fasiqlik,
onu öldürmək isə küfrdür”.
5
Peyğəmbər r demişdir: “Qonşusu onun əziyyətindən
narahat olan şəxs Cənnətə girməz”. Bu Muslimin rəvayət
etdiyi ləfzdir. Başqa bir səhih ləfzdə isə Peyğəmbər r
demişdir: “Allaha and olsun ki, iman gətirməyib, Allaha
and olsun ki, iman gətirməyib”. Dedilər: Ey Allahın rəsulu
1
 (Səhih) əl-Buxari /6032/, Muslim /2591/.
2
 (Səhih) Əbu Davud /2015/, ibn Məcə /3436/.
3
 (Səhih) Muslim /2564/.
4
 Əvvəlki mənbə.
5
 (Səhih) əl-Buxari /6044/, Muslim /64/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
128
kimi nəzərdə tutursan? Dedi: “Qonşusu onun pisliyindən
rahatsız olan kimsə”.
1
əl-Buxari və Muslimin şərtlərinə müvafiq olan digər
bir ləfzdə: “Qonşusu onun əziyyətindən rahatsız olan qul,
Cənnətə girməz”.
2
Peyğəmbər r demişdir: “Allaha və axirət gününə
iman gətirən kəs qonşusuna yaxşılıq etsin”.
3
Əbu Hureyrədən L rəvayət olunur ki; Bir dəfə
Peyğəmbərə r dedilər: Ey Allahın rəsulu, filan qadın
gecələr namaz qılıb, gündüzlər oruc tutur, ancaq dili ilə
qonşularına əziyyət verir, arsızdır (dili sərtdir). Peyğəmbər
r
 dedi: “Onda xeyir yoxdur və o Cəhənnəmlikdir”.
4
Peyğəmbər r həmçinin demişdir: “Ölülərinizin etdik-
ləri yaxşılıqları xatırlayın. Onların pisliklərini xatırlamaq-
dan çəkinin”.
5
Əbu Zərr L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Kim bir nəfəri: ey kafir və ya ey Allahın
düşməni– deyə çağırarsa, əgər elə deyilsə, onun özünə
qayıdar”.
6
Ənəs L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Meraca getdiyim zaman mis dırnaqlarıyla öz üzlərini və
sinələrini cıran bir qövmlə rastlaşdıq. “Bunlar kimdir ey
1
 (Səhih) Muslim /46/.
2
 (Səhih) Əhməd 3/154, əl-Hakim 1/11.
3
 (Səhih) əl-Buxari /6138/, Muslim /47/.
4
 (Səhih) Əhməd 2/440, əl-Hakim 4/166.
5
 (Zəif) Əbu Davud /4900/, ət-Tirmizi /1019/, əl-Hakim 1/358.
6
 (Səhih) əl-Buxari /6045/, Muslim /61/.


Böyük günahlar.
129
Cəbrayıl?” deyə soruşdum. Dedi: –Bunlar insanların şərəf-
lərinə toxunub onların ətlərini yeyənlərdir”.
1
Peyğəmbər r demişdir: “Şübhəsiz ki, ən böyük gü-
nahlardan biri insanın öz valideynlərini söyməsidir”.
Dedilər: Ey Allahın rəsulu, heç insan da öz valideynlərini
söyərmi? Dedi: “Birinin ata və anasını söyür, o da bunun
ata və anasını söyür”.
2
Digər bir ləfzdə: “Şübhəsiz ki, ən böyük günahlardan
biri insanın öz valideynlərini lənətləməsidir”. Dedilər: Ey
Allahın rəsulu, insan öz valideynlərini necə lənətləyə bilər?
Dedi: “Birinin ata və anasını söyür, o da bunun ata və
anasını söyür”.
Peyğəmbər r həmçinin demişdir: “Əgər biri kiməsə
fasiq və ya kafir deyərsə, əgər o elə deyilsə, onun özünə
qayıdar”.
3
O r eləcə də demişdir: “Ölüləri söyməyin, artıq onlar
etdikləri əməllər ilə görüşüblər”.
4
1
 (Səhih) Əbu Davud /4878/, Əhməd 3/224.
2
 (Səhih) əl-Buxari /5973/, Muslim /90/.
3
 (Səhih) əl-Buxari /6045/, Muslim /61/.
4
 (Səhih) əl-Buxari /1393/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
130
Əlli birinci böyük günah.
Allahın dostlarına (övliyalarına)
əziyyət vermək.
Uca Allah buyurur:
  d   c  b  a  `
  f  e
k  j  i  h  g
“Mömin kişiləri və mömin qadınları etmədikləri bir
işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərilərinə
böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər”
[əl-Əhzab surəsi, 58-ci ayə].
Peyğəmbər r demişdir: “Kim mənim vəlimə düş-
mənçilik edərsə, Mən ona qarşı müharibə elan edərəm”.
Digər bir ləfzdə: “Mənimlə mübarizə apararaq müharibə
etmiş olar”.
1
Başqa bir hədisdə Peyğəmbər r demişdir: “Ey Əbu
Bəkr, əgər sən onları (kasıb mühacirləri) qəzəbləndirmi-
sənsə, deməli Rəbbini qəzəbləndirmisən”.
2
1
 (Səhih) əl-Buxari /6502/.
2
 (Səhih) Muslim /2504/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə