Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar


Qırx səkkizinci böyük günah



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Böyük günahlar.
121
Qırx səkkizinci böyük günah.
Haqsızlıq və zülm etmək.
Uca Allah buyurur:
 À  ¿  ¾       ½  ¼  »  º
  ÅÄ      Ã  Â  Á
É  È   Ç  Æ
“Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər
və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər.
Məhz onlar üçün ağrılı-acılı əzab vardır” [əl-Şura surəsi,
42-ci ayə].
Peyğəmbər r demişdir: “Allah mənə: təvazökar olun,
bir-birinizə qarşı nə haqsızlıq, nə də lovğalıq etməyin – deyə
vəhy etdi”.
1
İbn Abbasın L belə dediyi rəvayət olunur: “Əgər
iki dağdan biri o birinə qarşı haqsızlıq etsəydi, Allah haq-
sızlıq edəni darmadağın edərdi”
2
Peyğəmbər r demişdir: “Sahibinə axirət üçün hazır-
ladığı əzabla bərabər dünyada da Allahın əzab verməsinə
ən layiqli günah haqsızlıq etmək və qohumluq əlaqələrini
kəsməkdir”.
3
1
 (Səhih) Muslim /2865/.
2
 (Səhih) əl-Buxari /588/.
3
 (Səhih) Əbu Davud /4903/, ət-Tirmizi /2513/, ibn Məcə /4211/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
122
İbn Məsud L demişdir: Məlik ər-Rahavi dedi: Ey
Allahın rəsulu, gördüyün kimi mənə belə bir gözəllik verilib.
Mən də, istəyirəm ki, heç kim bunda məni azacıq belə üstə-
ləməsin, bu haqsızlıqdırmı? Dedi: “Bu haqsızlıq deyil, haqsız-
lıq haqqı danmaq və ya haqqa qarşı rəzillik etmək və insan-
ları özündən aşağı görməkdir”.
1
Allah təala Qarunu haqsızlıq və inadkarlığı ucbatın-
dan yerə batırmışdır.
Peyğəmbər r demişdir: “Bir qadın bir pişiyi nə özü
yedirtməyib, nə də onu yerin həşəratlarından yeməyə qoy-
mayaraq ölənə qədər həbs etdiyi üçün Cəhənnəmə daxil
oldu”.
2
İbn Ömər L demişdir: “Peyğəmbər r ruhu olan bir
canlını hədəfə alıb, ona əzab verib, onu öldürən şəxsə lənət
etmişdir”.
3
Əbu Məsud L demişdir: “Bir dəfə mən öz ixtiya-
rımda olan yeniyetmə oğlanı qamçı ilə vururdum. Birdən
arxadan “Agah ol, ey Əbu Məsud!”– deyə bir səs eşitdim.
Hirsli olduğumdan səsi anlamadım. Mənə yaxınlaşdıqda
gördüm ki, o Peyğəmbərdir r. O mənə dedi: “Şübhəsiz ki,
Uca Allah sənin üzərinə, sənin bu kölə üzərinə olan qüdrə-
tindən daha Qadirdir” Dedim: Bundan sonra mülkümdə
olan heç kəsi vurmayacağam”. Digər bir ləfzdə: “Onun
heybətindən çomaq əlimdən düşdü”. Başqa bir rəvayətdə
isə: Dedim: Ey Allahın Rəsulu, Allah yolunda onu azad
1
 (Səhih) əl-Hakim 4/182.
2
 (Səhih) əl-buxari /2365/, Muslim /2242/.
3
 (Səhih) əl-Buxari /5515/, Muslim /1958/.


Böyük günahlar.
123
edirəm. Dedi: “Əgər sən bunu etməsəydin səni cəhənnəm
odu yandırıb yaxacaqdı”.
1
Peyğəmbər r həmçinin demişdir: “İnsanlara dün-
yada əzab verənlərə Allah əzab verər”.
2
Bir dəfə Peyğəmbər r üzünə damğa vurulmuş bir
uzunqulağın yanından keçərkən belə demişdir: “Allah
bunu damğalayana lənət eləsin”.
3
O r həmçinin demişdir: “Kim bir şəxsi haqsız yerə
qəsdən öldürərsə, Cənnətin qoxusunu duymaz. Halbuki
onun qoxusu beş yüz illik məsafədən hiss olunur”.
4
1
 (Səhih) Muslim /1659/.
2
 (Səhih) Muslim /2613/.
3
 (Səhih) Muslim /2117/.
4
 (Səhih) əl-Hakim 1/44.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
124
Qırx doqquzuncu böyük günah.
İxtiyar sahibinə qarşı silahlı çıxış və
böyük günaha görə təkfir etmək.
Uca Allah buyurur:
Î  Í  Ì  Ë    Ê  ÉÈ  Ç
“həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları
sevmir!” [əl-Bəqərə surəsi, 190-cı ayə]
9     8  7    6  5  4  3  2
“Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-
aydın azğınlığa düşmüşdür” [əl-Əhzab surəsi, 36-cı ayə].
Peyğəmbər r demişdir: “Kim bir qardaşına: ey kafir –
deyərsə, bu söz onlardan birinə qayıdar”.
1
Ümumiyyətlə, xavariclərin vəsfləri haqda bir çox hədis
və  əsərlər vardır. Lakin onların kafir olub olmamasında
ixtilaf etmişlər. Çünki:
Peyğəmbər r onlar barəsində belə demişdir: “Ox öz
yayından çıxdığı kimi onlar da dindən çıxacaqlar. Onları
harda görsəniz öldürün”.
2
1
 (Səhih) əl-Buxari /6104/, Muslim /60/.
2
 (Səhih) əl-Buxari /5057/, Muslim /1066/.


Böyük günahlar.
125
Həmçinin r onlar barəsində demişdir: “Onlar yer
üzərindəki ən pis qatillər, onları öldürənlər isə ən xeyirli-
lərdir”.
1
Xavariclər bidət əhlidir. Onlar müsəlmanların qan-
larını halal etmiş və onları, o cümlədən Osmanı, Əlini L
və bir çox böyük səhabələri təkfir etmişlər.
İbn Əbi Əufədən L rəvayət olunur ki, Peyğəmbər r
belə dediyini eşitdim: “Xavariclər Cəhənnəmin köpəklə-
ridir”.
2
Səid ibn Cumhən L rəvayət edir ki, Bir dəfə ibn Əbi
Əufənin yanına daxil oldum. O kor idi. O məndən soruşdu:
Sən kimsən? Dedim ki, Mən Səid ibn Cumhənəm. Dedi:
Atan nə etdi? Dedim ki; Əzəriqalar onu qətlə yetirdilər.
Dedi: Allah Əzəriqalara lənət eləsin. Allah Əzəriqaları öl-
dürsün. Sonra o dedi: Peyğəmbər r bizə onların Cəhənnə-
min köpəkləri olduqlarını demişdir. Mən soruşdum: Təkcə
Əzəriqalarmı? Dedi: Bütün xavariclər.
3
Abdullah ibn Əbi Əufə L xavariclərə qarşı vuruş-
duğu zaman belə demişdir: Onları öldürənlərə və ya bu
yolda ölənlərə Tuba (Cənnət) olsun.
4
1
 (Həsən) ət-Tirmizi /3003/, ibn Məcə /176/, Əhməd 5/253.
2
 (Səhih) Əhməd 4/355, ibn Məcə /174/, əl-Albaninin “Səhih əl-Cəmi”
əsəri /3347/.
3
 (Həsən) Əhməd 4/382, ibn Əbi Asimin “əl-Sünnə” əsəri /905/.
4
 (Həsən) Əhməd 4/382, ibn Əbi Asimin “əl-Sünnə” əsəri /906/ Şeyx
əl-Albani bu hədisin Həsən olduğunu demişdir.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə