Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
96
Eləcə də ibn Məsud L demişdir: “Kim elm öyrənib
ona əməl etməzsə, aldığı elm onun yalnız təkəbbürlüyünü
artırar”.
Əbu Uməmə L Peyğəmbərin r belə dediyini rəva-
yət etmişdir: “Qiyamət günü pis alim gətirilib Cəhənnəmə
atılar. Dəyirman eşşəyi hərləndiyi kimi bağırsaqları da
onun ətrafında fırlanar. Ona deyərlər: Sən nə səbəbdən bu
vəziyyətə düşmüsən? Biz ki sənin sayəndə hidayətə var-
mışıq? O isə deyəcəkdir: Sizi çəkindirdiyim əməllərdə sizə
müxalif olurdum”.
1
1
 (Səhih) əl-Buxari /3267/, Muslim /2989/.


Böyük günahlar.
97
Otuz altıncı böyük günah.
Söz gəzdirmək.
Uca Allah buyurur:
  À   ¿  ¾  ½   ¼      »  º  ¹  ¸   ¶  µ
ÅÄ  Ã  Â  Á
“Sədəqələrinizi, özünü camaata göstərmək məqsə-
dilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs
kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin”
[əl-Bəqərə surəsi, 264-cü ayə].
Səhih hədisdə isə, Peyğəmbər r: “Qiyamət günü
Allah üç şəxsi danışdırmaz, onlara nəzər salmaz, onları
təmizə çıxarmaz və onlara ağrıdıcı bir əzab verər: Paltarını
isbal edərək geyən, söz gəzdirən və yalandan and içməklə
malını sərf edən”. –deyə buyurmuşdur.
1
Əbu Uməmədən L rəvayət olunan hədisdə
Peyğəmbər r demişdir: “Allah üç şəxsdən nə mal sərf
etmə, nə də  ədalət qəbul etməz: Valideyninin üzünə ağ
olan, söz gəzdirən və qədəri yalanlayan”.
2
1
 (Səhih) Muslim /106/.
2
 (Həsən) ibn Əbi Asimin “Sünnə” əsəri /323/. ət-Təbəraninin
“Böyük” kitabı /7547/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
98
Otuz yeddinci böyük günah.
Qədəri yalanlamaq.
Uca Allah buyurur:
â  á  à      ß  Þ
“Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq” [əl-
Qəmər surəsi, 49-cu ayə].
¨  §  ¦  ¥
“Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yarat-
mışdır” [əs-Saffət surəsi, 96-cı ayə].
»º  ¹   ¸  ¶  µ  ´
“Allah kimi azdırarsa, ona doğru yol göstərən
olmaz” [əl-Əraf surəsi, 186-cı ayə].
)  (  '  &
“Allah əzəli elmi sayəsində onu azğınlığa saldı,..”
[əl-Casiyə surəsi, 23-cü ayə].
NM  L  K   J  I  H
“Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz”
[əl-İnsan surəsi, 30-cu ayə].


Böyük günahlar.
99
>  =  <
“ona günahları və Allahdan qorxmağı təlqin edənə”
[əl-Şəms surəsi, 8-ci ayə]
Bu barədə dəlillər çoxdur.
Müaz ibn Cəbəl L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Allahın elçiləri göndərdiyi bütün ümmətlərdə
Qədəriyyə və Murciələr olmuşdur. Allah Qədəriyyə və
Mürciəyə yetmiş Peyğəmbərin diliylə lənət etmişdir”.
1
Əbu Hureyrə L rəvayət edir ki, Peyğəmbər r
demişdir: “Qiyamət günü Allah üç nəfəri danışdırmaz,
onlara nəzər salmaz və onları təmizə çıxarmaz: qədəri ya-
lanlayan, daima sərxoşluq edən və övladını danan şəxs”.
2
Hüzeyfədən L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Hər bir ümmətin məcusiləri vardır, Mənim üm-
mətimin məcusiləri isə qədərin olmadığını iddia edən-
lərdir”.
3
Aişə O Peyğəmbərin belə dediyini rəvayət etmişdir:
“Qədərilər mənim ümmətimin məcusiləridir. Sadaladığım
bu hədislərin raviləri zəif olduqları üçün qeyri sabitdir.
4
İbn Abbas L rəvayət edir ki, Peyğəmbər r de-
mişdir: “Ümmətimdən iki qrup insanın İslamdan heç bir
payı yoxdur: Qədəriyyə və Murciə”.
5
1
 (Zəif) ibn Əbi Asimin “əs-Sünnə” əsəri /325/.
2
 (Zəif) ibn Əbi Asimin “əs-Sünnə” əsəri /323/.
3
 (Zəif) Əbu Davud /4692/, Əhməd 5/406-407.
4
 (Zəif) ibn Əbi Asimin “əs-Sünnə” əsəri /331/.
5
 (Çox zəif) ət-Tirmizi /2150/, ibn Məcə /73/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
100
Əbu Hureyrə L Peyğəmbərin r belə dediyini rəva-
yət etmişdir: “Qədər barəsində danışmaq ümmətimin ən
pisləri üçün təxirə salınmışdır”.
1
Hüzeyfə L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Hər bir insanı və onun etdikləri əməlləri Allah yarat-
mışdır”.
2
Cəbrayılın hədisində o Peyğəmbərdən r soruşur ki,
Ey Allahın Rəsulu iman nədir? Peyğəmbər r: “Allahı,
Onun mələklərinə, kitablarına, rəsullarına, ölümdən sonra
diriliyə və qədərin yaxşısına və pisinə iman gətirməkdir”.
3
Aişə O rəvayət edir ki, Peyğəmbər r demişdir: “Altı
nəfəri mən, Allah və duaları qəbul olunan hər bir Peyğəmbər
lənətləmişdir: Allahın qədərini yalanlayan, Allahın kitabına
əlavə edən, zor gücünə hakimlik edən, Allahın haram buyur-
duqlarını halal edən, mənim əhli beytimdən Allahın haram
buyurduqlarını halal edən və sünnətimi tərk edən şəxs”.
4
Əbu Dərdə L rəvayət edir ki, Peyğəmbər r de-
mişdir: “Valideyninə qarşı asi olan, qədəri inkar edən və
daima sərxoşluq edən şəxs Cənnətə girməz”.
5
İbn Ömərdən L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Qədəriyyə bu ümmətin məcusiləridir, onlardan
biri xəstələndikdə onu ziyarət etməyin, ölərsə cənazəsinə
qatılmayın”.
6
1
 (Həsən) əl-Hakim 2/473, ibn Əbi Asim /350/.
2
 (Səhih) əl-Hakim 1/31, ibn Əbi Asim /357/.
3
 (Səhih) əl-Buxari /50/, Muslim /9/.
4
 (Zəif) ət-Tirmizi /2115/, əl-Hakim 1/36.
5
 (Həsən) Əhməd 6/441, ibn Məcə /3376/.
6
 (Həsən) Əbu Davud /4691/, Əhməd 2/86.


Böyük günahlar.
101
İbn Ömər L rəvayət edir ki, Peyğəmbərin r belə
dediyini eşitdim: “Ümmətimdən qədəri yalanlayan bir
qövm olacaqdır”.
1
Bir dəfə ibn Ömərin L yanına bir nəfər gəlib dedi:
Filankəs sənə salam göndərir. İbn Ömər dedi: Mənə onun
yenilik etdiyi gəlib çatıb. Əgər doğrudan da belədirsə ona
məndən salam vermə. Mən Allahın rəsulunun r belə dedi-
yini eşitdim: “Bu ümmətdə yerə batma, pozulma və qədər
əhlinin məsələsinə girişmək olacaqdır”.
2
Əli L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Dörd şeyə iman gətirməyən iman gətirmiş sayılmır:
Allahdan başqa ibadət haqqına layiq məbudun olmaması
və mənim Allahın elçisi olmağıma, ölümdən sonra diril-
məyə və qədərə”.
3
Cabir L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Şübhəsiz ki, bu ümmətin məcusiləri Allahın qədərini tək-
zib edənlərdir. Əgər onlardan kimsə xəstələnərsə, onu
ziyarət etməyin, ölərsə, cənazə namazını qılmayın, onlarla
qarşılaşdığınız zaman onlara salam verməyin”.
4
Bu fəsildə ibn Əbi Asim başqa bir neçə hədis də
gətirmişdir, lakin onlarda zəiflik var.
1
 (Səhih) Əbu Davud /4613/, Əhməd 2/90.
2
 (Həsən) ət-Tirmizi /2153/, ibn Məcə /4061/.
3
 (Səhih) ət-Tirmizi /2146/, ibn Məcə /81/.
4
 (Zəif) ibn Məcə /92/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə