Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar


Əlli doqquzuncu böyük günah



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   23   24   25   26   27   28   29   30   31

Böyük günahlar.
143
Əlli doqquzuncu böyük günah.
Zəlalətə və ya pis yola çağırmaq.
Peyğəmbər r demişdir: “Kim (insanları) zəlalətə
səsləyərsə ona tabe olanların günahı qədər ona da günah
yazılar. Onun qazandığı günah onların günahlarından heç
də əskik olmaz”.
1
Peyğəmbər r həmçinin demişdir: “Kim pis bir yolun
əsasını qoyarsa onun və ona əməl edənlərin günahı ona
yazılar, onun günahı ona tabe olanların günahlarından heç
də az olmaz”.
2
O r həmçinin demişdir: “Dində hər bir yenilik çaş-
qınlıqdır”. Başqa bir ləfzdə: “hər bir çaşqınlıq oddadır”.
3
1
 (Səhih) Muslim /2674/.
2
 (Səhih) Muslim /1017/.
3
 (Səhih) ət-Tirmizi /1105/, Əbu Davud /2118/, ən-Nəsai 3/105.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
144
Altmışıncı böyük günah.
Başqasının saçını öz saçına birləşdirmək,
orta dişlərinin ortasını aralamaq və dəri
döydürmək.
Peyğəmbər r demişdir: “Allah (başqasının saçını) öz
saçına calatdırana və calayana, dəri döydürənə və döyənə,
qaşından və üzündən tük qopartmağı tələb edənə və bunu
qopardana, gözəllik üçün dişlərini aralayana, bir də Alla-
hın yaratdıqlarını dəyişdirənlərə lənət etmişdir”.
1
O r həmçinin demişdir: “İtdən və qandan əldə edilən
gəlir və fahişənin əldə etdiyi qazanc haramdır”. Sonra o
dəri döydürənlərə və döyənlərə, riba yeyən və yedizdirən-
lərə və şəkil çəkənlərə lənət etmişdir”.
2
1
 (Səhih) əl-Buxari /5931/, Muslim /2125/.
2
 (Səhih) əl-Buxari /2086/, Muslim /1567/.


Böyük günahlar.
145
Altmış birinci böyük günah.
Qardaşına dəmir parçası ilə işarə etmək.
Peyğəmbər r demişdir: “Kim qardaşına – hətta öz
doğma qardaşı olsa belə, bir dəmir parçası ilə işarə edərsə,
mələklər onu lənətləyər”.
1
1
 (Səhih) Muslim /2616/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
146
Altmış ikinci böyük günah.
Atasından qeyrisinin atalığını
iddia etmək.
Səd L rəvayət edir ki, Peyğəmbər r demişdir: “Kim
atasından qeyrisinin, onun atası olmadığını bilərək atalı-
ğını iddia edərsə, Cənnət ona haram olar”.
1
Əbu Hüreyrədən
L
 rəvayət olunur ki,
Peyğəmbər r demişdir: “Atalarınızdan üz döndərməyin.
Şübhəsiz ki, atadan üz döndərmək küfrdür”.
2
Yəzid ibn Şərikdən rəvayət olunur ki, Mən Əlinin L
minbərdə xütbə verərkən belə dediyini eşitdim: Bizim Alla-
hın kitabı və bu səhifədəkilərdən başqa oxumalı heç nəyi-
miz yoxdur. Sonra o səhifəni açdı, onun içərisində dəvə
dişləri, yaralarla bağlı bəzi şeylər və bunlar var idi:
Peyğəmbər r demişdir: “Eyrdən Səura qədər Mədinənin
ərazisi haramdır. Kim orada pis bir iş çıxarar və ya
çıxarana sığınacaq verərsə, ona Allahın, mələklərin bütün
insanların lənəti olar. Qiyamət günü Allah ondan nə bir
fərz, nə də bir nafilə qəbul etməz. Müsəlmanların zimməti
birdir. Ən alt təbəqədə olan belə bu zimməti verə bilər.
Kim bir müsəlmanı təhqir edərsə, ona Allahın, mələklərin
və bütün insanların lənəti olar, kim atasından qeyrisinin
atalığını ya öz sahiblərindən qeyrisinin onun sahibi
olduğunu iddia edərsə, ona Allahın, mələklərin və bütün
1
 (Səhih) əl-Buxari /6766/, Muslim /63/.
2
 (Səhih) əl-Buxari /6768/, Muslim /62/.


Böyük günahlar.
147
insanların lənəti olar. Qiyamət günü Allah ondan nə fərz
qəbul edər, nə də nafilə”.
1
Əbu Zər L Peyğəmbərin belə dediyini eşitdiyini
rəvayət etmişdir: “Bilərəkdən atasından qeyrisinin onun
atası olduğunu iddia edən kəs küfr etmiş olur. Kim
başqasının bir şeyinin onunku olduğunu iddia edərsə, biz-
dən deyil və Cəhənnəmdəki yerini hazır bilsin və kim
birini “ey kafir!” və ya: “ey Allahın düşməni”– deyə
çağırarsa, əgər elə deyilsə onun özünə qayıdar”.
2
1
 (Səhih) əl-Buxari /1876/, Muslim /1370/.
2
 (Səhih) Əbu Davud /4878/, Əhməd 3/224.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
148
Altmış üçüncü böyük günah.
Uğursuzluğu düşünmək.
Bunun böyük günahlardan olmaması ehtimalı var.
Abdullahdan L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Uğursuzluğu düşünmək şirkdir və hər kəs
uğursuzluğu düşünməkdən qabaq bu haqda zənnə düşür.
Lakin Allah bunu təvəkküllə aparır.
1
Peyğəmbər r demişdir: “Keçici xəstəlik və bədbinliyə
düşmək yoxdur. Amma fəli isə sevirəm. Dedilər: Ey
Allahın rəsulu, fəl nə olan şeydir? O dedi: “Gözəl söz”.
2
1
 (Səhih) Əbu Davud /3910/, ət-Tirmizi /1614/.
2
 (Səhih) əl-Buxari /5756/, Muslim /2224/.


Böyük günahlar.
149
Altmış dördüncü böyük günah.
Qızıl və ya gümüş qabda içmək.
Peyğəmbər r demişdir: “İpək və bir üzü qabardılmış
bahalı parça geyməyin, qızıl və gümüş qablarda içməyin, o
cür qablarda yeməyin. Çünki bunlar dünyada onların,
axirətdə isə sizin üçündür”.
1
Peyğəmbər r demişdir: “Şübhəsiz ki, qızıl və gümüş
qablarda yeyib-içən şəxs qarnında Cəhənnəm odunu qu-
ruldatmış olur”.
2
O r həmçinin demişdir: “Kim gümüş qabda içərsə,
axirətdə ondan içməkdən məhrum olar”.
3
1
 (Səhih) əl-Buxari /5426/, Muslim /2067/.
2
 (Səhih) əl-Buxari /5634/, Muslim /2065/.
3
 (Səhih) Muslim /2066/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə