Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə29/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   23   24   25   26   27   28   29   30   31

Böyük günahlar.
163
Əgər təkcə bunu demək kəffarə olaraq sədəqə ver-
məyi vacib edirsə, fikirləş gör bu əməli etmək necə? Bu
əməl insanların mallarını haqsız yeməyə daxildir.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
164
Yetmiş dördüncü böyük günah.
“Məscidülharam”da zülmə, haqsızlığa
meyl etmək.
Uca Allah buyurur:
  2  1  0  /  .   -  ,  +
  4  3
  ?  >  =  <   ;:   9  8  7  6  5
D  C  B  A   @
“Kafir olanlara, insanları həm Allah yolundan, həm
də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün
qurduğumuz Məscidulharamdan sapdıranlara və orada
zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir
əzab daddıracağıq” [əl-Həcc Surəsi, 25-ci ayə].
Ubeyd ibn Übeyd öz atasından rəvayət edir ki,
Peyğəmbər r Vida həccində demişdir: “Şübhəsiz ki,
Allahın dostları (övliyaları) namaz qılanlardır. O kəslər ki,
namazı layiqincə icra edər, Ramazan ayında oruc tutar,
savabını Allahdan umaraq mallarının zəkatını verər və
Allahın qadağan etdiyi böyük günahlardan çəkinərlər”.
Sonra bir nəfər ondan soruşdu: Ey Allahın rəsulu, böyük
günahlar hansılardır? Dedi: “Onlar doqquz ədəddir: Allaha
şərik qoşmaq, haqsız yerə mömini öldürmək, hücum vaxtı
(ordudan) qaçmaq, yetimin malını yemək, faiz yemək,


Böyük günahlar.
165
günahsız mömin qadınları zinada ittiham etmək, müsəl-
man valideynələrin üzünə ağ olmaq və Beytul-Həramda
(dirilərə və ya ölülərə qarşı) zülm etmək”. Sonra o dedi:
“Kim bu günahları etməyib, namaz qılıb, zəkat verərək
ölərsə, Peyğəmbərlə r birgə qapılarının kənarı qızıldan
olan evdə olar”.
1
Peyğəmbər r demişdir: “Şübhəsiz ki, Allahın ən
böyük düşməni “əl-Həram”da qətl törədən, qatilini deyil
başqasını qətlə yetirən və ya cahiliyyət düşmənçiliyi ilə qətl
törədəndir”.
2
1
 (Həsən) Əbu Davud /2875/, ən-Nəsai 7/89, əl-Hakim 1/59.
2
 (Səhih) Əhməd 2/179.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
166
Yetmiş beşinci böyük günah.
Tək özü namaz qılmaq üçün cüməni
tərk etmək.
İbn Məsud L rəvayət etmişdir ki, Peyğəmbər r
cüməni tərk edənlər haqqında demişdir: “Fikirləşirəm ki,
bir nəfəri namazı qıldırmağı  əmr etdikdən sonra, gedib
cüməni tərk edənlərin evlərini yandırım”.
1
Peyğəmbər r həmçinin demişdir: “Ya insanlar cüməni
tərk etməyə son qoyacaq, ya da Allah onların qəlblərini
möhürləyəcək, sonra da onlar qafillərdən olacaqlar”.
2
Əbu əl-Cəd əd-Damri L rəvayət edir ki,
Peyğəmbər r demişdir: “Kim öz səhlənkarlığı ucbatından
üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər”.
3
Həfsa L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Həddi büluğa çatmış hər kəsə cüməyə getmək
vacibdir”.
4
1
 (Səhih) Muslim /652/.
2
 (Səhih) Muslim /865/.
3
 (Səhih) Əbu Davud /1052/, ət-Tirmizi /500/.
4
 (Səhih) Əbu Davud /342/, ən-Nəsai 3/89.


Böyük günahlar.
167
Yetmiş altıncı böyük günah.
Müsəlmanların arasında casusluq edib
onların sirlərini araşdırmaq.
Bu fəsildə Hatib ibn Əbi Bəltəənin hədisi variddir ki,
Ömər L onu etdiyi əmələ görə öldürmək istərkən,
Peyğəmbər r Bədr döyüşündə iştirak etdiyinə görə onu
öldürməyə qoymamışdır”.
1
Lakin onun bu cəsusluğunu islamın və müsəlmanla-
rın zəifləməsinə, müsəlmanların ölümünə, əsir alınmasına,
zorla alınmasına və ya bunun kimi bir şeyə səbəb olarsa, o
zaman o, yer üzündə fəsad törədərək gəzib əkini və nəsili
məhv edən kəslərdəndir. Onun qətlə yetirilməsi təyin olu-
naraq ona əzab olunması labüd olur. Allah bizi bu cür
əməllərdən qorusun. Bununla bərabər hər bir casus söz
gəzdirməyin böyük günah olduğunu bilir. Cəsusluq edə-
nin söz gəzdirməsi isə daha günahdır.
1
 (Səhih) əl-Buxari /3007/, Muslim /2494/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
168
Böyük günah olması ehtimal edilən
günahların məcmusu.
Peyğəmbər r demişdir: “Özü üçün istədiyini qardaşı
üçün istəməyən kəs iman gətirməyib”.
1
O r eləcə də demişdir: “Sizlərdən hər biriniz məni
ailəsindən, övladından, özündən və bütün insanlardan çox
sevməyincə iman gətirmiş olmaz”.
2
Peyğəmbər r həmçinin demişdir: “Nəfsinin istəkləri
mənim gətirdiyimə tabe olmayan şəxs iman gətirmiş
olmaz”.
3
Peyğəmbər r həmçinin demişdir: “Allaha and olsun
ki, qonşusu onun pisliyindən əmin olmayan kəs, iman gə-
tirmiş olmaz”.
4
O r həmçinin demişdir: “Kim bir münkər görərsə,
onu əli ilə, bacarmazsa dili ilə dəyişdirsin. Əgər onu da
bacarmazsa qəlbində buna qarşı öz etirazını bildirsin. Bu
da imanın ən zəifidir”.
5
Muslimin zülm edənlər haqqında rəvayət etdiyi
hədisdə isə deyilir: “Onlara qarşı  əli ilə cihad aparan mö-
mindir, onlara qarşı dili ilə cihad aparan mömindir, onlara
qarşı qəlbi ilə cihad aparan mömindir. Bundan əlavə bir
xardal dənəsi qədər belə iman yoxdur. (Yəni bu tamamilə
1
 (Səhih) əl-Buxari /13/, Muslim /45/.
2
 (Səhih) əl-Buxari /15/, Muslim /44/.
3
 (Zəif) əl-Buğavi “əl-Sünnə”nin şərhi 1/213.
4
 (Səhih) Muslim /46/.
5
 (Səhih) Muslim /49/.


Böyük günahlar.
169
imanın özüdür). Bu ona dəlalət edir ki, kim pis işlərə
qəlbiylə belə narazı olmayaraq, onun aradan qaldırılmasını
istəməzsə, deməli onun imanı yoxdur. Qəlbi cihadın bir
növü də ya onları və etdikləri əməlləri yox etsin, ya da
onları islah etsin deyə Allaha dua etməkdir”.
1
Peyğəmbər r demişdir: “Vaxt gələcək sizə elə əmirlər
başçılıq edəcək ki, onları görüb bəyənməyəcəksiniz. Kim
onlara nifrət bəsləsə qurtular, onları bəyənməyən salamat-
lığa çıxar, lakin razı qalan onlara tabe olar”. Dedilər: onlara
qarşı vuruşmayaqmı? Dedi: “Nə qədər ki, sizinlə namaz
qılırlar yox”.
2
Bir dəfə Peyğəmbər r iki qəbrin yanından keçərkən
demişdir: “Onlar əzab çəkirlər. Onlara verilən əzab çox
böyük bir səbəbə görə deyil. Bəli əslində bu böyük günah-
dır: Onlardan biri sidikdən təmizlənmirdi”. Digər bir
ləfzdə: “sidikdən qorunmurdu, digəri isə söz gəzdirirdi”
deyilir.
3
İbn Ömər L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Mübahisə zamanı haqsız olan tərəfə yardım edən bu
əməldən əl çəkməyincə Allahın qəzəbində olar”.
4
O r həmçinin demişdir: “Aldatma və hiylə gəlmə
əməllərinin sahibi Cəhənnəmdə olacaqdır”.
5
Peyğəmbər r həmçinin demişdir: “Allah muhəllil və
muhəlləl ləhuya lənət eləsin”. (Yəni 3 dəfə boşanılmış qadınla
1
 (Səhih) Muslim /50/.
2
 (Səhih) Muslim /1853/.
3
 (Səhih) əl-Buxari /216/, Muslim /292/.
4
 (Səhih) Əbu Davud /3597/, Əhməd 2/70.
5
 (Səhih) ət-Təbəraninin “Böyük” əsəri /10234/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə