Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə17/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
90
şəhid olmuşam. Allah da ona deyəcək ki, “Yalan deyirsən,
sənə qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da
nail olmusan”. Sonra əmr olunacaq və o üzü üstə sürük-
lənib Cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu
insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın
hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər
haqqında xəbər verib deyəcək: “Bu nemətlərin müqabi-
lində nə etmisən?” O deyəcək: Sənin yolunda elm öyrənib
onu insanlara öyrətmişəm və Quran oxumuşam. Allah da
ona deyəcək ki, “Yalan deyirsən, sənə “alimdir” deyilsin
deyə elm öyrənmisən və sənə “qaridir” (gözəl Quran oxu-
yandır) deyilsin deyə Quran oxumusan və ona da nail
olmusan”. Sonra əmr olunacaq və üzü üstə sürüklənib
Cəhənnəmə atılacaq. Sonra, Allah tərəfindən çoxlu var-
dövlət verilmiş bir şəxs Onun hüzuruna gətiriləcək və
Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyə-
cək: “Bu nemətlərin müqabilində nə etmisən?” O deyəcək:
Var-dövlətimi Sənin yolunda, Sənin istədiyin yerlərə sərf
etmişəm. Allah da ona deyəcək ki, “Yalan deyirsən, sənə
“necə səxavətli insandır”– deyilsin deyə var-dövlətini sərf
etmisən və ona da nail olmusan”. Sonra əmr olunacaq və o
üzü üstə sürüklənib Cəhənnəmə atılacaq”.
1
İbn Ömər L rəvayət edir ki, ona dedilər: Biz əmirlə-
rimizin yanında olduğumuz zaman xaricdə danışdıqları-
mızın əksi olan şeyləri onlara deyirik. İbn Ömər L dedi:
“Biz bunu Peyğəmbərin r vaxtında nifaqdan sayırdıq”.
2
1
 (Səhih) Muslim /1905/.
2
 (Səhih) əl-Buxari /7178/.


Böyük günahlar.
91
Peyğəmbər r demişdir: “Hər kim etdiyini eşitdirərsə,
Allah da o kəsi eşitdirər. Kim riyakarlıq edərsə, Allah da
onun iç üzünü meydana çıxarar”.
1
Muaz L Peyğəmbərin r belə dediyini rəvayət et-
mişdir: “Riyakarlığın azı belə şirkdir”.
2
1
 (Səhih) əl-Buxari /6499/, Muslim /2987/.
2
 (Zəif) ibn Məcə /3989/, əl-Hakim 3/270.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
92
Otuz dördüncü böyük günah.
Xəyanət.
Uca Allah buyurur:
  =  <  ;  :  9  8   7  6  5
?  >
“Ey iman gətirənlər! Allaha və Onun Elçisinə xəya-
nətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə
də xəyanət etməyin” [əl-Ənfal surəsi, 27-ci ayə].
à            ß  Þ  Ý  Ü  Û
“Allahın xainlərin hiylələrinə yol vermədiyini bil-
sin” [Yusuf surəsi, 52-ci ayə].
Peyğəmbər r demişdir: “Əmanətə xəyanət edənin
imanı, əhdi pozanın isə dini yoxdur”.
1
Həmçinin r demişdir: “Münafiqin əlamətləri üçdür:
“Danışdığı zaman yalan söyləyər, vəd verdiyi zaman ona
xilaf çıxar və əmanətə xəyanət edər”.
2
Ümumiyyətlə hər hansı bir işdə xainlik pis bir əməl-
dir. Lakin bəzi xəyanətlər digərlərindən daha qəbahətlidir.
Sənin özünə xəyanət edən, sənin yaxınlarına və malına
xəyanət edib böyük günahlar edənlərlə eyni deyildir.
1
 (Səhih) Əhməd 3/135.
2
 (Səhih) əl-Buxari /33/, Muslim /59/.


Böyük günahlar.
93
Otuz beşinci böyük günah.
Dünya üçün elm öyrənmək və
elmi gizlətmək.
Uca Allah buyurur:
µ´  ³  ²  ±  °  ¯
“Allahdan Öz qulları arasında ancaq alimlər qor-
xarlar” [Fatir surəsi, 28-ci ayə].
  p
   {  z  y  x  w  v  u  t  s  r   q
¥  ¤  £  ¢  ¡  •~  }  |
“Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlil-
ləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra on-
ları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət
edə bilənlər lənət oxuyurlar!” [əl-Bəqərə surəsi, 159-cu ayə].
  ¢  ¡  •   ~  }  |  {  z  y  x
  ¯  ®  ¬  «  ª  ©   ¨  §  ¦  ¥¤  £
¸  ¶  µ  ´  ³   ²  ±  °


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
94
“Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları
gizli saxlayanlar və bununla cüzi miqdarda pul  əldə
edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar.
Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə
çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır“ [əl-
Bəqərə, 174-cü ayə].
  +  *       )  (  '  &  %  $  #  "  !
6  5  4  32    1  0  /  .  -,
“O zaman Allah Kitab verilənlərlə  əhd bağlayıb:
“Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və
onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu
əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. On-
ların bu alveri necə də pisdir!” [Ali İmran surəsi, 187-ci
ayə]
Peyğəmbər r demişdir: “Kim, yalnız Allah üçün
öyrənilməsi gərək olan elmi dünyavi məqsədlərini əldə
etmək üçün öyrənərsə, Qiyamət günü Cənnətin qoxusunu
belə duymaz”.
1
Əbu Hureyrənin L rəvayət etdiyi hədisdə, Cə-
hənnəmə sürüklənən üç nəfərdən birinə: “sənə alimdir”–
deyilsin deyə elm öyrənmisən və ona da nail olmusan”–
deyilir.
2
1
 (Səhih) Əbu Davud /3664/, ibn Məcə /252/.
2
 (Səhih) Muslim /1905/.


Böyük günahlar.
95
Cabirdən L rəvayət olunan hədisdə Peyğəmbər r
demişdir: “Elmi alimlərlə rəqabət apararaq öyünmək,
səfehlərlə münaqişə etmək və ya məclislərdə seçilmək üçün
öyrənməyin. Kim belə edərsə, onun aqibəti Cəhənnəmdir,
Cəhənnəm”.
1
Kəb ibn Məlikdən L rəvayət olunur ki, Peyğəmbər r
demişdir: “Kim elmi alimlərlə rəqabət apararaq öyünmək,
səfehlərlə münaqişə etmək və ya insanların qəlblərini ələ
almaq üçün istəyərsə, onun yeri Cəhənnəm odudur”.
2
Digər bir ləfzdə isə: “Allah onu Cəhənnəm oduna
daxil edər”.
Peyğəmbər r demişdir: “Kim soruşulduğu zaman
elmi gizlədərsə, qiyamət günü onun ağzına oddan bir dağ
vurular”.
3
Abdullah ibn Amrdan L rəvayət olunan hədisdə
Peyğəmbər r demişdir: “Kim elmi gizlədərsə, Allah qiya-
mət günü onun ağzına oddan bir dağ vurar”.
4
Peyğəmbər r demişdir: “Allahım mən faydasız elm-
dən sənə sığınıram”.
5
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Kim
Allahdan qeyrisi üçün və ya Allahdan qeyrisini istəyərək
elm öyrənərsə Cəhənnəmdəki kürsüsünü hazırlamış olar”.
6
1
 (Səhih) ibn Məcə /254/, əl-Hakim 1/86.
2
 (Həsən) ət-Tirmizi /2656/, əl-Hakim 1/86.
3
 (Səhih) ət-Timizi /2649/, Əbu Davud /3658/.
4
 (Səhih) əl-Hakim 1/102.
5
 (Səhih) Muslim /2722/.
6
 (Zəif) ət-Tirmizi /2657/, ibn Məcə /258/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə