Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə20/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
108
Qırx birinci böyük günah.
Kahinə və ya münəccimə inanmaq.
Uca Allah buyurur:
ÈÇ  Æ  Å  Ä  Ã  Â  Á
“Haqqında məlumatın olmadığı bir işin dalınca
getmə” [əl-İsra surəsi, 36-cı ayə].
,+  *  )     (
“Çünki zənn edilənlərin bir qismi günahdır” [əl-
Hucurat surəsi, 12-ci ayə]
Î   Í  Ì  Ë        Ê   É  È  Ç
Ó  Ò  Ñ  Ð   Ï
“O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;
razı qaldığı elçidən başqa…” [əl-Cin surəsi, 26-27-ci ayələr].
Peyğəmbər r demişdir: “Kim falçının və ya kahinin
yanına gəlib onun dediklərinə inanarsa, Muhəmmədə r
nazil olana (Qurana) qarşı küfr eləmiş olur”.
1
Peyğəmbər r aramsız yağış yağan gecənin səhəri
demişdir ki, “Allah deyir: –Səhər qullarımdan bəziləri
mömin, digərləri isə kafir oldular. –Allahın lütfü ilə yağ-
mur yağdı deyənlər mömin, ulduzlara qarşı küfr etdilər.
1
 (Səhih) Əbu Davud /3904/ ət-Tirmizi /135/.


Böyük günahlar.
109
Filan qasırğaya görə yağmur yağdı deyənlər isə Mənə qarşı
kafir olub, ulduzlara iman gətirmiş oldular”.
1
Peyğəmbər r həmçinin demişdir: “Kim falçının
yanına gəlib Ondan bir şey soruşub, ona inanarsa qırx gün
namazı qəbul olmaz”.
2
Peyğəmbər r demişdir: “Ulduzlardan bir bölüm elm
öyrənən şəxs, bir qism sehr öyrənmiş olur”.
3
1
 (Səhih) əl-Buxari /847/, Muslim /71/.
2
 (Səhih) Muslim /2230/.
3
 (Səhih) Əbu Davud /3905/, ibn Məcə /3726/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
110
Qırx ikinci böyük günah.
Qadının özbaşınalıq etməsi.
Uca Allah buyurur:
     >  =  <  ;  :   9  8
GF  E  D  C  B  A  @?
“Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara
nəsihət edin, yataqda onları tərk edin və onları döyün!
Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa
yol axtarmayın” [əl-Nisa surəsi, 34-cü ayə].
Peyğəmbər r demişdir: “Əgər kişi öz qadınını yatağa
çağırdığı zaman gəlməzsə və bundan dolayı kişi ona qarşı
qəzəbli olaraq gecələyərsə, səhərə qədər mələklər həmin
qadına lənət yağdırar”.
Buxari və Muslimin “Səhih” əsərlərindəki digər
ləfzdə belədir: “Əgər qadın ərinin yatağını tərk edərək
gecələyib onun yanına gəlməyi rədd edərsə, əri ondan razı
olana qədər səmada olan (Allah) ona qarşı qəzəbli olar”.
1
Peyğəmbər r həmçinin demişdir: “Ərinin icazəsi ol-
madan ərinin hüzurunda qadının oruc tutması, eləcə də
onun izni olmadan kiminsə onun evinə gəlməsinə izn ver-
məsi halal deyil”.
2
1
 (Səhih) əl-Buxari /5193/, Muslim /1436/.
2
 (Səhih) əl-Buxari /5195/, Muslim /1026/.


Böyük günahlar.
111
Peyğəmbər r eləcə də demişdir: “Əgər Allahdan başqa
kiməsə səcdə etməyi əmr etsəydim qadınlara öz ərlərinə
səcdə etməyi əmr edərdim”.
1
Mihsanın L bibisi öz ərini Peyğəmbərə r xatırlat-
dığı zaman o dedi: “Onunla etdiyin rəftara fikir ver – o
sənin ya Cənnətin, ya da Cəhənnəmindir”.
2
Abdullah ibn Amr L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Allah ərinə ehtiyacı ola-ola ona minnət-
darlığını bildirməyən qadına nəzər salmaz”.
3
Peyğəmbərin r belə dediyi də rəvayət olunur ki,
“Kim ərinin evindən çıxarsa, qayıdana və ya tövbə edənə
qədər mələklər ona lənət oxuyar”. Bu barədə hədislər
çoxdur.
4
1
 (Səhih) ət-Tirmizi /1159/, əl-Hakim 4/171-172.
2
 (Həsən) Əhməd 4/341, ən-Nəsai /8963/.
3
 (Səhih) əl-Hakim 2/190.
4
 (Zəif) Məcmə ət Zəvaid 4/313.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
112
Qırx üçüncü böyük günah.
Qohumluq əlaqələrini kəsmək.
Uca Allah buyurur:
98    7   6  5  4  3
“Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz
Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin!”
[ən-Nisa surəsi, 1-ci ayə].
X  W  V  U  T   S  R  Q  P  O  N
_^ ]   \  [ZY
“Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzün-
də fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsə-
siniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlə-
rini kor etdiyi kimsələrdir” [Muhəmməd surəsi, 22-23-cü
ayələr].
Peyğəmbər r demişdir: “Qohumluq əlaqələrini kəsən
Cənnətə girməz”.
1
Peyğəmbər r həmçinin demişdir: “Allaha və axirət
gününə iman gətirən şəxs qohumlarla əlaqə saxlasın”.
2
O r həmçinin demişdir: “Allah yaradılışı yaradıb
qurtardıqdan sonra qohumluq əlaqələri qalxıb dedi: Bu,
1
 (Səhih) əl-Buxari /5984/, Muslim /2556/.
2
 (Səhih) əl-Buxari /6138/, Muslim /47/.


Böyük günahlar.
113
qohumluq əlaqələrini kəsməkdən sənə sığınanın məqamı-
dır. Allah təala dedi: Bəli, Məgər razı olarsınızmı ki, sənin
əlaqələrini quranla Mən əlaqələr qurum və sənin əlaqələrini
kəsənlə Mən də əlaqələrimi kəsim? Dedi: Bəli razıyam”.
1
Eləcə də Peyğəmbər r demişdir: “Kim ruzisinin bol
olmasını və ömrünün uzanmasını istəyirsə qohumluq
əlaqələrini möhkəmləndirsin”.
2
Peyğəmbər r həmçinin demişdir: “Qohumluq əlaqə-
ləri ərşdən asılıdır. O deyir: Kim mənim əlaqələrimi qursa,
Allah da onunla əlaqələr qurar. Kim də mənim əlaqələrimi
kəssə Allah da onunla əlaqələri kəsər”. Başqa bir ləfzdə isə:
“Allah təala buyurur: kim qohumluq əlaqələrini qursa,
Mən də onunla əlaqələr quraram, qohumluq əlaqələrini
kəsənlə isə Mən də əlaqələri kəsərəm”.
3
Uca Allah buyurur:
  £  ¢   ¡   •  ~  }  |  {  z  y  x  w
°  ¯  ®      ¬  «  ª  ©¨  §  ¦  ¥  ¤
“Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın
qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə
fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis
yurd vardır” [ər-Rəd surəsi, 25-ci ayə].
Əbu Hüreyrədən
L
 rəvayət olunur ki,
Peyğəmbər r buyurur: “Uca Allah buyurur: ər-Rəhman
1
 (Səhih) əl-Buxari /4830/, Muslim /2554/.
2
 (Səhih) əl-Buxari /5986/, Muslim /2557/.
3
 (Səhih) əl-Buxari /5989/, Muslim /2555/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə