Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
114
Mənəm, o isə qohumluq əlaqələridir. Onun əlaqələrini
quranla Mən də  əlaqə quraram, onun əlaqələrini kəsənlə
Mən də əlaqələri kəsərəm”.
1
Bu hədisdə varlı ola-ola kasıb qohumlara qarşı rəhm-
liliyi kəsən, habelə sərtlik, diqqətsizlik və axmaqlıq ucba-
tından əlaqələri kəsən şəxslər nəzərdə tutulur.
Peyğəmbər r demişdir: “Qohumlarınızla heç olmasa
onlara salam verməklə əlaqə qurun”.
2
1
 (Səhih) Əbu Davud /1694/, ət-Tirmizi /1908/.
2
 (Həsən) əl-Bəzzər /1877/.


Böyük günahlar.
115
Qırx dördüncü böyük günah.
Libaslara və ya divarlara şəkil çəkmək.
Peyğəmbər r demişdir: “Kim bir canlının şəklini
çəkərsə, (Qiyamət günü) ona ruh üfürməyə mükəlləf olar.
Bunu isə o edə bilməz”.
1
Peyğəmbər r demişdir: “Qiyamət günü ən şiddətli
əzab şəkil çəkənlərə veriləcək. Onlara deyiləcək: yaratdıq-
larınızı dirildin”.
2
Aişədən O rəvayət olunur ki; Bir dəfə Peyğəmbər r
səfərdən döndüyü vaxt mənim, evin bir hissəsini üzərində
şəkillər olan nazik örtüklə örtmüş olduğumu gördü. Bu
zaman onun üzünün rəngi dəyişdi və örtüyü dartıb çıxararaq
dedi: “Allah yanında ən şiddətli əzab olunan şəxslər Allahın
yaratdıqlarının bənzərlərinin şəkillərini çəkənlərdir”.
3
“Sünən” əsərində isə “həsən” isnadla bu hədis
variddir: “Cəhənnəm odundan boyun çıxıb deyəcək: Mən
Allaha şərik qoşana, hər bir inadkar zorbaya və  şəkil
çəkənlər üçün vəkil təyin olunmuşam”.
4
Peyğəmbər r demişdir: “Qiyamət günü bu şəkilləri
çəkənlərə əzab veriləcək. Onlara: yaratdıqlarınızı dirildin! –
deyiləcək”.
5
1
 (Səhih) əl-Buxari /2225/, Muslim /2110/.
2
 (Səhih) əl-Buxari /5950/, Muslim /2109/.
3
 (Səhih) əl-Buxari /5954/, Muslim /2107/.
4
 (Səhih) ət-Tirmizi /2577/, Əhməd 2/336.
5
 (Səhih) əl-Buxari /5951/, Muslim /2108/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
116
İbn Abbas L rəvayət edir ki; Peyğəmbərin r belə
dediyini eşitdim: “Bütün şəkil çəkənlər Cəhənnəmlikdirlər.
Çəkdikləri hər bir şəklə can veriləcək ki, Cəhənnəmdə ona
əzab versin”.
1
Peyğəmbər r demişdir: “Uca Allah buyurur: Şəkil
çəkməklə Mənim yaratdığıma bənzər şeylər yaradandan
daha zalım kim ola bilər? Bacarırlarsa, qoy toxum, arpa və
ya heç olmasa zərrə yaratsınlar.
2
Bundan əlavə Peyğəmbərin r şəkil çəkənləri lənətlə-
diyi də səhihdir.
3
1
 (Səhih) əl-Buxari /5963/, Muslim /2110/.
2
 (Səhih) əl-Buxari /5953/, Muslim /2111/.
3
 (Səhih) əl-Buxari /5347/.


Böyük günahlar.
117
Qırx beşinci böyük günah.
Söz gəzdirmək.
Uca Allah buyurur:
±  °  ¯  ®  ¬
²
¶   µ  ´  ³
“İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,
dedi-qodu yayana” [əl-Qələm surəsi, 10-11-ci ayələr].
Peyğəmbər r demişdir: “Söz gəzdirən Cənnətə gir-
məz”.
1
Bir dəfə Peyğəmbər r iki qəbrin yanından keçərkən
dedi: “Bu iki qəbrin sahiblərinə  əzab verilir və bunun
səbəbi çox böyük şey deyildir. Birinci (insanlar arasında)
söz gəzdirir, ikinci isə sidikdən özünü qorumurdu”.
2
Peyğəmbər r həmçinin demişdir: “İnsanların ən pis-
lərindən bunlara bir üz, o birilərinə isə başqa üzlə gedən
ikiüzlülərdir”. Başqa bir ləfzdə isə: “İnsanların ən pisi
ikiüzlülərdir”.
3
Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Səhabə-
lərim haqqında heç kim gəlib mənə heç nə deməsin. Mən
onların yanına sağlam qəlblə getmək istəyirəm”.
4
1
 (Səhih) əl-Buxari /6056/, Muslim /105/.
2
 (Səhih) əl-Buxari /216/, Muslim /292/.
3
 (Səhih) əl-Buxari /3353/, Muslim /2526/.
4
 (Zəif) Əbu Davud /4860/, ət-Tirmizi /3893/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
118
Kəb L demişdir: “Söz gəzdirməkdən çəkinin, çünki
bunu edən qəbr əzabından rahatlanmayacaq”.
1
Mənsur Mücahiddən L: “(Cəhənnəmə) odun daşı-
yan” (ayəsinin təfsirində) belə dediyini rəvayət etmişdir:
“O qadın (insanlar arasında) söz gəzdirirdi”.
2
1
 (Səhih) ibn Əbi əl-Dünyə “Əl-ğiybə va nəmimə” 136.
2
 (Səhih) əl-Buxari 8/957.


Böyük günahlar.
119
Qırx altıncı böyük günah.
Ölü üçün fəryad qoparıb özünü vurmaq.
Peyğəmbər r demişdir: “İki şey insanlar arasında
küfrdür: insanların nəsəb və soylarına iftira yaxıb tənə
etmək və meyitin üzərində şivən qoparmaq”.
1
Muslimin rəvayət etdiyi səhih bir hədisdə isə deyilir:
“(Meyitin üzərində) şivən qoparan tövbə etməzsə, Qiyamət
günü ona zirehdən xəstəlik və ərinmiş misdən libas geyin-
dirilər”.
2
Peyğəmbər r həmçinin demişdir: “Yanaqlarına vurub,
yaxalarını cırıb, cahiliyyət dövrünün dualarını edənlər biz-
dən deyil”.
3
O r həmçinin demişdir: “Meyitin qəbrinin üzərində
ah-nalə edildiyi müddətdə ona əzab verilir”.
4
Peyğəmbər r şivən qoparan, saçını dibindən qırxdı-
ran və paltarını cıran qadınlardan uzaq durmuşdur”.
5
1
 (Səhih) Muslim /67/.
2
 (Səhih) Muslim /934/.
3
 (Səhih) əl-Buxari /1294/, Muslim /103/.
4
 (Səhih) əl-Buxari /1292/, Muslim /927/.
5
 (Səhih) əl-Buxari /1296/, Muslim /104/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
120
Qırx yeddinci böyük günah.
İnsanın soyuna (nəsəbinə) tənə etmək.
Bu əməlin küfr olması labüddür.
Peyğəmbər r demişdir: “İnsanlar arasında iki şey
küfr sayılır: İnsanların nəsəb və soylarına tənə etmək və
meyidin üzərində şivən qoparmaq”.
1
1
 (Səhih) Muslim /67/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə