MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

imkanı,  hesablaşmaların  aparılma  texnikasının  sabitliyi,  dövriyyə 
vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi kimi müsbət cəhətlərə 
malikdir. 
2.
 
Çekbrlə hesablaşma 
Çek - qiymətli kağız olub çekverənin ödəyici bankına çek- də 
göstərilən məbləğin çeki təqdim edənə ödənilməsi haqqında heçnə ilə 
şərtləndirilməmiş sərəncamıdır. 
Çeklərlə  hesablaşmalarda  limitləşdirilmiş  çeklərdən  istifadə 
olunur. Bankdakı hesabında vəsaiti olan hər bir fiziki və hüquqi şəxs 
hesablaşma çeki ala bilər. Bunun üçün ərizə ilə özünə xidmət edən 
banka müraciət etməlidir. 
Bank  öz  növbəsində  təşkilatın  təqdim  etdiyi  ərizə  əsasında 
alınacaq çekin məbləğini təşkilatın hesablaşma hesabının və ya ssuda 
hesabının  və  özünün  HKM-dəki  müxbir  hesabının  qalığı  ilə 
üzləşdirir.  Əgər  təşkilatın  hesablaşma  hesabı  və  müxbir  hesabın 
qalığı  çek  ödənilməsinə  imkan  verirsə,  bank  təşkilatın  hesablaşma 
hesabından  ərizədə  göstərilən  məbləği  silib  «limitli  çek  kitabçası» 
adlı hesabda bronlaşdırır və hesablaşma kassa mərkəzinin möhürü ilə 
təsdiq  edilmiş  limit  çek  kitabçası  verir.  Bank  çek  kitabçasını 
HKM-dən aldıqdan sonra onu öz təşkilatına təqdim edir. 
Çeklərlə  hesablaşma  zamanı  çek  verən  çeki  doldurduqdan 
sonra  çek  alanla  birlikdə  benfısar  banka  təqdim  edir.  Çekin 
məbləğinin  çekdəki  qalığa  uyğun  olub  olmaması  benfısar  bank 
tərəfindən möhürlə təsdiq edilir. 
Benefisar bankı  çeki  yoxladıqdan sonra çeki  4 nüsxədə tərtib 
olunan siyahı ilə birlikdə ona xidmət edən HKM-ə verir. Birinci və 
ikinci  nüsxələr  çeklə  birlikdə  debet  əməliyyatı  üçün  ödəyiciyə 
xidmət  göstərən  HKM-də  yerləşən  hesaba  daxil  edilir.  3-cü  nüsxə 
benefısarın bankına xidmət göstərən HKM-də qalır və onun əsasında 
həmən  məbdəğ  emitet  bankın  HKM  tranzit  hesabından  silinərək 
benefisar bankın müxbir hesabına daxil edilir. 
4-cü  nüsxə  çeklərin  qəbulu  haqqında  qəbz  kimi  benefısiar 
banka verilir. 


Çeklərb  hesablaşma  zamanı  vəsait  çekveronin  xüsusi  bron 
hesabından silinməyənədək sek çaxlayanm hesabına daxil edilmir. 
Banklar  çekveronin  hesabından  vəsaiti  HKMdən  alınmış  çek 
siyahısı əsasında silirlər. Çeklərin özü HKM-də saxlanılıb mühafizə 
olunur. 
Çekləri  ödənişə  qəbul  edən  müəssisə  aşağıdakılara  əmin 
olmalıdır; 
a)
 
çekin  məbləği  onun  arxa  tərəfində  göstərilmiş  ən  yüksək 
həddən bündan əvvəl istifadə olunmuş çeklərin məbləği çıxıldıqdan 
sonra qalan qalıqdan artıq deyildir 
b)
 
çek  sahibinin  hesabının  sekdə  qeyd  olunmuş  sayla  çek 
üzərində göstərilmiş sayın uyğun gəlməsinə 
c)
 
çek  verənin  pasport  məlmatlarmm  çek  kartoçkasında 
göstərilmiş məlumatlara uyğun gəlməsinə 
d)
 
çek  verənin  çeki  doldurarkən  etdiyi  imza  ilə  onun  çek 
kartoçkasındakı imzasının eyniliyinə əmin olmasına 
§ 3. Akkreditiv formasında hesablaşma. 
Akkreditiv  təminatlı  ödəniş  formasıdır._Bu  zaman  alıcı 
bankı satıcı bankına akkreditivdə göstərilən şərtlərə əməl edildikdən 
sonra  satıcının  yola  saldığı  mal  material  qiymətlilərinin,  göstərdiyi 
xidmətlərin və gördüyü işlərin dəyərinin ödənilməsi tapşırığını verir. 
Akkreditivdən bir müəssisə ilə hesablaşmalarda istifadə olunur. 
Onun  fəaliyyət  müddəti  bank  qaydaları  ilə  məhdudlaşdırılmır  və 
tərəflər  arasında  bağlanan  müqavilə  əsasında  müəyyənləşdirilir. 
Hesablaşmanın  bu  formasında  ödəniş  satıcının  yerləşdiyi  yerdə 
aparılır. 
Azərbaycanda  akkkreditivlərlə  hesablaşmalarda  sənədli 
akkreditiv formasından istifadə edilir. Akkreditivlər geri çağrılan və 
geri  çağrılmayan  formasında  ola  bilir.  Vəsait  alana  qabaqcadan 
bildirmədən  emitent  bankın  dəyişdirə  və  ya  ləğv  edə  bildiyi 
akkreditiv geriçağırma akkreditivi sayılır. 
37 


Akkreditivin geri çağniması emitcnl bankın vosait alan qarşısında hor 
hansı öhdəliklərini yaratmır. 
İcra anınadək akkreditivin şərtlərinin dəyişdirilməsi və ya ləğv 
edilməsi  haqqında  bildiriş  olmayan  icraçı  bank  geriça-  ğırma 
akkreditivi üzrə ödənişi icra etməlidir. 
Vəsait  alanın  razılığı  olmadan  ləğv  edilə  və  ya  dəyişdirilə 
bilməyən  akkreditiv  geri  çağrılmayan  akkreditiv  sayılır.  Geri 
çağrılmayan  akkreditiv  emitent  bankın  razılığı  olmadan  dəyişdirilə 
və ya ləğv edilə bilməz. 
Akkreditiv  açımaq  üçün  applikant  (akkreditiv  açmaq  istəyən 
alıcı) emitet banka (özünə xidmət edən bank) ərizə ilə müraciət edir. 
Ərizədə mütləq aşağıdakı rekvizitlər olmalıdır; 
a)
 
ödəyicinin adı və digər rekvizitləri
b)
 
vəsait alanın adı və digər rekvizitləri; 
c)
 
emitent bankın adı və digər rekvizitləri 
d)
 
akkreditivin məbləği (manatla) 
e)
 
akkreditivin icrası şərtləri 
f)
 
akkreditivin icrası üçün təqdim olunmalı sənədlərin siyahısı 
g)
 
akkreditivin,  malların  göndərilməsinin  və  sənədləri  təqdim 
olunmasının müddəti 
Ərizədə bu rekizitlərdən biri olmadıqda emitent bank tərəfindən 
akkreditiv açılmır. 
Akkreditiv  tərəflərin  razılığı  ilə  bağlanmış  müqaviləyə  uyğun 
olaraq applikantın öz vəsaiti və ya bank krediti hesabına açıla bilər. 
Müqavilədə  hesablaşma  şərtləri,  akkreditivin  fəaliyyət,  müddəti, 
satıcının və alıcının adı, ödəniş  qaydası  və ödəniş  üçün lazım olan 
sənədlərin siyahısı əks olunur. 
Akkreditiv açılması üçün təqdim edilən ərizə 2 nüsxədə tərtib 
edilir  (xidmət  göstərən  bank  vasitəsi  ilə  göndərildikdə)  alıcının 
möhürü  və  və  imzalan  ilə  təsdiq  edilmiş  birinci  nüsxə  məbləğin 
hesablaşma  hesabından  silinməsinə  əsas  verən  sənəd  kimi  bankda 
günün sənədi kimi saxlanılır. 
38 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə