MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

icraçı banka göndərilir. İcraçı bankda sənədin qanuniliyi yoxlanılır. 
Yoxlama  zamanı  hər  hansı  uyğunsuzluq  aşkar  edilərsə  tapşırığın 
birinci  nüsxəsinin  arxa  tərəfində  uyğunsuzluq  qeyd  edilir  və  sənəd 
icra edilmədən geri qaytarılır. 
Uyğunsuzluq  aşkar  edilmədikdə  tapşırıq  icra  üçün  ödənişə 
qəbul edilir. 
İcraçı bank inkasso tapşırığın ödədikdən sonra həmən məbləği 
dərhal  emitent  bankın  sərəncamına  verir  və  emitent  bank  onu 
müştərinin hesabına daxil edir. 
Ödəniş  ahnmadıqda  icraçı  bank  ödənişin  alınmamaq  və  ya 
ödənişdən  imtina  edilməsi  haqqında  dərhal  emitent  banka  xəbər 
verməlidir.  Emitent  bank  isə  bu  barədə  öz  müştərisini 
məlumatlandıraraq  ondan  nə  edəcəyi  haqda  tapşırıq  alır.  İcraçı 
bankın  müəyyən  etdiyi  müddətdə  bu  müddət  olmadıqda  isə  üç  iş 
günü ərzində tapşırıq daxil olmadıqda sənədlər ödənilmədən emitent 
banka geri qaytarılır. 
Ödənişlər  akseptli  qaydada  aparıldıqda  inkasso  tapşırığında 
ödəniş şərti kimi «akseptlə» sözü yazılır. Bu o deməkdir ki, ödəniş 
ödəyicinin  razılığı  əsasında  aparılmalıdır.  Bunun  üçün  aksept 
müddəti müəyyən edilir. Bu müddət tərəflər arasındakı müqavilə ilə 
müəyyənləşdirilir və bu beş iş günündən az olmamalıdır. Bu müddət 
vəsait alan tərəfindən inkasso tapşırığında əks olunur, həmən müddət 
tapşırıqda əks edilmədikdə aksept müddəti beş iş günü müddətində 
qəbul edilir. 
İcraçı  bank  aksept  müddətinə  müvafiq  olaraq  sənədin  son 
ödəniş  müddətini  müəyyən  edir.  Ödənişin  müddəti  müəyyən 
edilərkən  yalnız  bank  günləri  nəzərə  alınır.  Bu  zaman  inkasso 
tapşırığının banka daxil olduğu gün nəzərə alınmır. 
Ödənişə  daxil  alan  sənəd  icraçı  bank  tərəfindən  aksept  üçün 
ödəyiciyə  sənədin  banka  daxil  olduğu  günün  ertəsi  günündən  gec 
olmayaraq  təqdim  edilir.  Ödəyici  inkasso  tapşırığının  ödənişindən 
tam və qismən imtina edə bilər. 
Akseptdən  imtinalar  yazılı  surətdə  imtina  ərizəsi  formasında 
verilir.  Ərizə  üç  nüsxədə  tərtib  edilir.  İmtinam  qəbul  edən  bankın 
məsul  işçisi  imtinanın  qanuniliyini  yoxlayır  və  qanuniliyinə  əmin 
olduqdan sonra onu icra üçün qəbul edir. 
44 


 
 


Ərizənin  bütün  nüsxələrində  imtinanın  qəbul  edildiyi  tarix 
göstərməkulə bankın məsul işçisi imza edir və bankın ştampım vurur. 
Akseptdən  imtina  ərizəsinin  ikinci  nüsxəsi  inkasso  aksep- 
tindən  imtina  edilən  inkasso  tapşırığı  ilə  birlikdə  imtinanın  daxil 
olduğu  gcünün  ertəsi  günü  vəsait  alana  çatdırılmaq  üçün  emitent 
banka göndərilir. 
Akseptdən imtina ərizəsinin birinci nüsxəsi inkasso tapşırığının 
surəti  ilə  birlikdə  icraçı  bankda  qalır.  Ərizənin  üçüncü  nüsxəsi  isə 
imtinanın icraya qəbul edildiyinə təsdiq edən sənəd kimi ödəyiciyə 
qaytarılır. 
Akseptdən  qismən  imtina  edildikdə  inkasso  tapşırığı  ödə- 
yicinin  aksept  etdiyi  məbləğdə  ödənilir.  Bu  zaman  tapşınqdakı 
məbləğ dairəyə alınır və onun yanında ödənilən məbləğ qeyd edilir. 
İnkasso tapşırıqları akseptsiz qaydada da icraya qəbul edilir. Bu 
zaman tapşırıqda «akseptsiz» sözü yazılır. Belə hesablaşma tərəflər 
arasında  bağlanan  müqavilə  əsasında  həmən  bəndinə  istinad 
edilməlidir.  İnkasso  tapşırığında  «akseptsiz»  sözü  yazılmadıqda 
tapşırıq akseptli qaydada həyata keçirilir. 
MÖVZU 4. BANK KREDITLƏŞMƏSİNİN TƏŞKİLİ 
§ 1. Kreditin mahiyyəti 
Kredit  -  ssuda  kapitalının  hərəkəti  ilə  əlaqədar  münasibətlər 
sistemidir. Onun mənbəi: 
-
 
məhsul  satışı  ilə  mal  alışı  müddətlərinin  bir  birinə  uyğun 
gəlməməsi üzündən müəssisənin dövriyyə kapitalının pul formasında 
sərbəstləşən hissəsi; 
-
 
fiziki şəxslərin pul gəlirləri və əmanətləri 
-
 
qanunçuluqla müəyyən olunan digər vəsaitlərdir. 
Kredit aşağıdakı funksiyaları yerinə yetirir; 
1.  yenidən  bölüşdürülmə.  Bu  funksiyanın  köməyi  ilə 
müəssisələrin, fiziki şəxslərin sərbəst pul vəsaitləri dövlət 
46 


torəfındon səfərbər edilərək sonradan ssuda kapitalına çevrilərək pul 
vəsaitlərinə ehtiyacı olan sahələrə yönəldilir 
2.
 
tədavül  xərclərinə  qənaət.  Bu funksiya nəticəsində nağdı 
pullar  kredt  pullara  (veksel,  çek,  nağdsız  hesablaşma)  çevrilir  və 
pulun tədavül sürətini artırır 
3.
 
kredit  nizamlaşdırılması.  Kreditin  təsərrüfat  proseslərinə 
təsirini  gücləndirmək  məqsədi  ilə  kreditin  həcmi  və  dinamikasının 
dəyişdirilməsi tədbirləri 
4.
 
elmi texniki tərəqqinin gücləndirilməsi 
5.
 
kapitalın  təmərküzləşdirilməsinin  sürətlənməsi  və 
mənfəət əldə edilməsi. 
Bank  krediti  kreditin  əsas  forması  kimi  çıxış  edlir.  Burada 
kredit  münasibətlərinin  subyekti  kimi  təsərrüfat  təşkilatları,  əhali, 
dövlət və bankların özləri çıxış edirlər. Bu subyektlər həm borcalan 
-  yəni  qaytarılmaq  şərti  ilə  vəsait  alan  həm  də  kreditor  kimi  yəni 
özünün  sərbəst  pul  vəsaitlərini  müəyyən  müddətə  borc  verən  kimi 
çıxış edirlər. 
Bank  aktivlərinin  65-80%  kredit  əməliyyatlarının,  qiymətli 
kağızlara qoyuluşların payına düşür. 
Kredit  əməliyyatına  ssuda  əməliyyatları  və  depozitlərin 
digər banklarda yerləşdirilməsi ilə əlaqədar əməliyyatlar daxildir. 
Ssuda əməliyyatı - bankların kredit müqaviləsi əsasında qay- 
tarılmaqlıq, müddətlilik və ödəndik şərti ilə vəsait verməsidir. 
Bank krediti bir sıra əlamətlərə görə təsnifləşdirilir. 
1 .Borc alanlar qrupuna görə
-
 
dövlətə verilən kredit 
-
 
fiziki şəxslərə verilən kredit 
-
 
təsərrüfat subyektlərinə verilən kreditə bölünür. 
2.
 
Təyinatına görə; 
-
 
istehlak 
-
 
sənaye 
-
 
ticarət 
-
 
kənd təsərrüfat 
-
 
investisiya 
-
 
büdcə 
-
 
banklar arası 
47 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə