MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

ib  oaqədar  likvidliyinin  itirilməsi  riski  ilə  üzləşə  bilər.  Bu  risk 
bankın  tələbi  ilə  öhdəliklərinin  həm  vaxt  həm  də  məbləğ 
baxmımdan  biri  birinə  uyğun  gəlmədikdə  meydana  çıxır.  Bank 
əsasən cəlb olunmuş vəsaitlərlə işlədiyindən, onları öz adından və 
öz  hesabına  yerləşdirməklə  vasitəçi  rolunu  oynadığından  bu  risk 
bankın baza riski hesab edilir. 
Bank  riskləri  idarə  olunmalıdır.  Bankın  etibarlılığı  bir  növ 
risklərin idarə oluna bilinməsi ilə müəyyən edilir. Risklərin idarə 
olunması  risklərin  minimuma  endirilməsi  üçün  tədbirlərin 
məcmuusudur.  Bank  risklərinin  idarə  olunması  üçün:  diver- 
sifıkasiya,  keyfiyyətin  idarə  edilməsi;  xüsusi  kapitaldan  istifadə, 
xarici  risklərin  nəzərə  alınması,  müştərinin  maliyyə  vəziyyətinin 
müntəzəm  təhlili,  risklərin  bölüşdürülməsi,  sürüşkən  faizlərdən 
tətbiqi, kreditlərin və depozitlərin sığortalanması və s. üsullardan 
istifadə olunur. 
İqtisadi  şəraitin  qeyri  sabit  olduğu  və  inflyasiyanın  tərəddüd 
etdiyi  zaman  banklar  kredit  və  faiz  riskinin  azaldılması  üçün 
sürüşkən  faizlərdən  istifadə  edirlər.  Belə  faizlərin  mA-  hiyyəti 
ondadır  ki,  onun  həcmi  həmən  anda  maliyyə  bazarının 
vəziyyətindən  asılı  olaraq  müəyyən  edilir.  Bank  inflyasiya 
səviyyəsi yüksəldikcə faiz dərəcələrini də artırır. 
Risklərin  idarə  edilməsində  banklar  müştərilərin  maliyyə 
vəziyyətini  müntəzəm  olaraq  təhlil  edirlər.  Kredit  verilməzdən 
əvvəl müştərinin kredit qabiliyyətinin müəyyən edilməsi və kredit 
verən zaman bu göstəricinin nəzərə alınması kredit risklərini xeyli 
azaldılmasına təsir göstərir. 
MÖVZU 6. AYRI-AYRI KREDİTLƏRİN VERİLMƏSİ 
QAYTARILMASI QAYDALARI 
Bank öz müştərilərinə müxtəlif ehtiyacların ödənilməsi üçün 
kreditlər  verir.  Fərdi  kreditlər  hər  kredit  verilişi  üzrə  fərdi  kredit 
müqavilələri  əsasında  rəsmiləşdirilir.  Müqavilədə  kreditin 
məqsədi, məbləği, qaytarılma müddəti, təminatı və faiz stavkaları 
öz  əksini  tapır.  Hər  kredit  verilişi  üçün  borc  alan  banka 
kreditləşməyə əsas verən sənədləri təqdim etmə- 
64 


lidir. Belə kreditlər adətən bərpa xarakteri  daşıyır. Kreditlər sadə 
ssuda hesabından verilir və hesablaşma hesabına yönəldilir. Borc 
alanın  ssuda  hesabı  debetləşdirilərək  hesablaşma  hesabı 
kreditləşdirilir. 
Bank  ssuda  üzrə  borcun  ödənilməsi  üçün  qoyulmuş  girovu 
(mal material qiymətliləri, qiymətli kağız, qiymətli metallar və s.) 
müvafiq balansdan kənar hesabda uçota alır. 
Ssuda  üzrə  borc  hesablaşma  hesabından  ödənilir.  Bu  zaman 
ödəniş məbləğinə hesablaşma hesabı debetləşdirilərək ssuda hesabı 
kreditləşdirilir.  Ssuda  üzrə  borc  müqavilədə  nəzərdə  tutulduğu 
qaydada ya birdəfəlik, ya da hissə hissə ödənilə bilər. 
Ödəniş vaxtı çatmış lakin vaxtında ödənilməyən ssudalar vaxtı 
keçmiş ssudalar hesabına daxil edilir. 
Ssuda  üzrə  borc  ödənilib  qurtardıqdan  som'a  kreditin 
təminatına  qəbul  edilən  qiymətlilər  balansdan  kənar  hesabdan 
silinir. 
§1. Veksel krediti 
Bank öz müştərilərinə veksel krediti də verir. Veksel kreditləri 
verilmə texnologiyası baxımından iki qrupa bölünür: - uçot krediti; 
veksellərin girovu üzrə kredit. 
Uçot  krediti  üzrə  borc  alan  vekselin  uçotu  anında  yəni  bank 
tərəfindən vekselin satın alınması prosesində kredit alır. Bu zaman 
vekseli  sərəncamlaşdırmaq  və  veksellər  üzrə  ödənişin  tələb 
olunması hüququ vekseli satın alan banka keçir. Veksel sahibi öz 
veksellərini  uçota  təqdim  edən  zaman  veksel  üzrə  ödəniş  daxil 
olanadək  onun  dəyərini  bankdan  aldığına  görə  bu  əməliyyat 
kreditləşmə  əməliyyatı  adlanır.  Bu  əməliyyat  kreditləşmə 
əməliyyatı  adlansada  bankın  resurslarının  artmasına  gətirib 
çıxarmır. 
Bu prosesdə veksel sahibi öz müştərisinə veksel verir. Müştəri 
işi aldığı vekseli banka uçota təqdim edir. Bank həmən veksellər 
əsasında müştəriyə diskont məbləğinə azaldılmış uçot krediti verir. 
Diskont- bu əməliyyata görə bankın aldığı faizdir. 
65 


Uçot kreditinin xüsusiyyəti ondadır ki, borc alan sifəti ilə bir 
şəxs, kreditin və kreditə görə faizlərin qaytarılması öhdəçiliyi isə 
başqa şəxsin üzərinə düşür. 
Uçot faizi (diskont) aşağıdakı qaydada hesablanır. 
V • M • F* 
Dm= ----------------------------------------  
100 • 360 
Dm - diskont məbləği 
V - veksel məbləği 
M - veksel üzrə ödəniş daxil olanadək müddət 
F - illik uçot faiz dərəcəsi 
360 - ildəki günlərin sayı. 
Diskont veksel məbləğindən onun uçotu anında tutulur. 
Veksellər banka uçot üçün müuəyyən olunmuş formada tərtib 
edlilmiş  siyahı  ilə  təqdim  olunur.  Veksellər  həm  hüquqi  həm  də 
iqtisadi  baxımdan  yoxlanılır.  Bu  məqsədlə  banklar  auditor 
firmalarının  xidmətindən  istifadə  edirlər.  Yoxlamalarda  məqsəd 
veksellərin  həm  hüquqi  həm  də  iqtisadi  cəhətcə  etibarlılığını 
müəyyənləşdirməkdir.  Auditor  xidməti  tərəfindən  qənaətbəxş 
hesab  edilməyən  veksellər  siyahıdan  çıxarılır  və  yerdə  qalan 
veksellər məbləğinə ssuda verilməsi qərarlaşdırılır. 
Kommersiya  bankları  vekselləri  satın  almaq  qaydasında 
kreditləşmə  əməliyyatları  ilə  yanaşı  veksellərin  girovu  üzrə  də 
kreditlər verir. 
Veksellərin  girovu  üzrə  kreditləşmə  zamanı  veksel  alan 
veksellərə sahiblik hüququnu itirmir. O veksellərini girov qoyaraq 
ssuda  ödənildikdən  sonra  onu  geri  almaq  hüququna  malikdir. 
Veksellərin girovu üzrə kreditləşmənin bir fərqi ondadır ki, girov 
üzrə girov qoyulmuş veksellərin 60-90% həcmində kredit verilir. 
Belə  qayda  müəyyənləşdirməklə  bank  vekseli  girov  qoyanın 
vekselləri geri almadıqda özünü itgilər- dən qorumağı güdür. 
Veksellərin  uçotu  qaydasında  kreditləşmə  zamanında  olduğu 
kimi  veksellərin  girovu  üzrə  kreditləşmədə  də  veksellər  həm 
hüquqi  həm  də  iqtisadi  baxımdan  yoxlanılır.  Kreditləşr&ə  kredit 
müqaviləsi əsasında sadə ssuda hesabından aparılır. Bu 
66 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə