Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   2   3   4   5   6   7   8   9   ...   83

 
«
Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhər-
l
ərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-
yan  228-d
ək farsca yazan azərbaycanlı» [102,  s.61]  şairlər 
haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının  gör-
k
əmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, 
S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəa-
liyy
ətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan ve-
rir. 
Az
ərbaycanın qədim dövrlərdən XIX əsrin əvvəllərinə qə-
d
ər yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərinin tərcümeyi-hal-
ları  Çingiz  Qacarın  əsərində  daha  dolğun  işıqlandırılmışdır. 
T
əzkirə səciyyəli əsərdə ədib, alim, filosof, şair, rəssam, me-
mar, musiqişünas, dövlət xadimləri, sərkərdə və digər sahələ-
rin  tanınmış  insanlarının  həyat və  fəaliyyətləri konkret dəlil-
l
ərlə  əsaslandırılıb  öyrənilmişdir.  Müəllif qədim və  orta  əsr 
m
ənbələrinə, çağdaş dövrün alimlərinin əsərlərinə və digər eti-
barlı  mənbələrə  əsaslanmaqla hər  bir  şəxsiyyətin tərcümeyi-
halını  dolğun  şəkildə  canlandırmağa  müvəffəq  olmuşdur.  O, 
XV 
əsrin böyük siyasi xadimi və sərkərdəsi olmuş Uzun Hə-
s
ən haqqında onun sarayında səfir olmuş Venesiya diplomatı 
Ambrozio Kontarininin yol qeydl
ərindən nümunə gətirərək ya-
zır: «Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir 
v
ə öz qonaqlarına qulluq etməyi sevir. Onun  yanında həmişə 
r
əqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oy-
nayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızı 
sif
ət bir kişidir və üzündə tatar çizgiləri var» [131, s.188]. 
Yax
ın Şərq, eləcə də Azərbaycan ədəbiyyatında geniş ya-
yılmış lirik şeir növü olan rübailərdə şairin dünyagörüşü, onu 
əhatə edən mühit və insanlardan  aldığı təəssüratı, arzu və is-
t
əkləri, öz dövrünün ictimai-iqtisadi durumu ifadə  olunur ki
bun
ları  da  xatirə  ədəbiyyatının  ilkin  qaynaqları  hesab  etmək 
olar.  «Rübail
ərdə həm məhəbbət, vüsal, hicran, həm didaktik 
n
əsihətlər, həm zəmanədən və vəziyyətdən şikayətlər, həm fəl-
s
əfi hikmətamiz mülahizələr, həm təbiət mənzərələri, bir sözlə 
 
14 


 
şairin ümid və arzuları, hər bir ruhi təəssüratı geniş şəkildə öz 
əksini tapır» [208, s.4]. Ədəbiyyatşünas Məmmədağa Sultanov 
doğru olaraq qeyd etmişdir ki, «çox zaman rübaidən danışanda 
XI 
əsrin böyük mütərcimi, alim-şair Ömər Xəyyam yad edilir. 
Onun rübail
əri yeganə tamamlanmış əsər kimi nümunə göstə-
rilir. Bu, 
əlbəttə tarixin Xəyyam taleyinə bəxş etdiyi bir töhfə-
dir. Halbuki,  Az
ərbaycanda rübai bir janr kimi meydana gəl-
diyi zaman h
ələ Xəyyam anadan olmamışdı» [208, s.4]. XI əsr 
Az
ərbaycan şairi Qətran Təbrizi (1012-1088) Ömər Xəyyam-
dan çox-çox 
əvvəl məharətlə  qələmə  aldığı  rübailər müəlli-
fidir. Rübail
ərin əksəriyyəti onun qəlb istirablarını ifadə edir. 
 Ancaq s
ənin ilə qəlbim olur şad, 
 Çünki v
əslindədir bilirəm murad. 
 Ür
əyim kədərlə dolanda hərdəm, 
 X
əyalın kədərdən eləyir azad [208, s.12]. 
 
 B
əxtə bax, mənimlə düz gəlmir aləm
 
Hamı düşmən olmuş, yox bircə həmdəm. 
 M
ənimtək görəsən bir bədbəxt varmı, 
 
Yardan ayrı düşüb çəksin dərdü qəm?! [208, s.13]. 
Q.T
əbrizinin bir qisim rübailərində hərəkət, dinamika nə-
z
əri cəlb edir: 
 M
əni ölmüş görsən, yanımda dayan, 
 Diqq
ətlə nəzər sal, həsrətimlə yan! 
 
Əyləş başım üstə ahəstə söylə: 
 «S
əni öldürməyə oldum peşiman» [208, s.16]. 
M
əşhur rübai ustadı Ömər Xəyyam haqqında ədəbiyyatşü-
nas  Y.Bertelsin 21 iyun 1935-ci ild
ə  Leninqradda (indiki 
Sankt-Pe
terburq) yazdığı eyniadlı məqaləsində şairin irsi hər-
t
ərəfli və geniş şəkildə araşdırılmışdır. Alim Xəyyam rübailə-
rini n
əşr  edən xarici müəlliflərin tədqiqatlarından,  əsərlərinin 
İngiltərədə, Amerikada və digər ölkələrdə nəşr tarixindən bəhs 
ed
ərək Xəyyamın  mənşəyi, rübailəri  haqqında  mübahisəli fi-
kirl
ərin şərhinə çalışır. Böyük şairdən bəhs olunan məqalələr-
 
15 


 
d
ə o, Heyne, Volter, Əbül Əla Müərri, Spenser və digərləri ilə 
müqayis
ə edilir. Bertels bütün bu müqayisələrə tənqidi yanaşır 
v
ə qeyd edir ki, Ömər Xəyyamı «Qərbin və Şərqin bütün bö-
yük  adamları  ilə  sevinə-sevinə  müqayisə  etmək xəstəliyinə 
çox
larının tutulduğu bir zamanda birdən açıq ağlın birinci xə-
b
ərdarlığı gürladı. 1897-ci ildə Peterburq Universitetinin pro-
fessoru V.A.Zuqovski  «Öm
ər Xəyyam və  «gəzici»  rübailər» 
adlı məqaləsini nəşr edir. Bu məqalədə Zuqovski birinci dəfə 
olaraq  X
əyyam haqqında ən qədim tərcümeyi-hal məlumatını 
d
ərc edir ki, bunlar İran təzkirəçilərinin sonra yazılmış pompil- 
yativ 
əsərlərindən alınan və o zamana qədər şərqşünaslar ara-
sında belə sərbəst gəzən lətifələrə ağır zərbə endirir. İkincisi, 
b
əlkə də ən əhəmiyyətlisi olaraq Zuqovski göstərir ki, o zaman 
ən yaxşı nəşriyyatlardan sayılan Niqola və Uinfildin nəşriyya-
tındakı  rübailərdən 82-si nəinki Xəyyama isnad verilir, həm-
çinin bunlara dig
ər şairlərin, Zuqovskinin hesabı ilə 46 şairin 
külliyyatında təsadüf edilir ki, bu şairlərin bir hissəsi Xəyyam-
dan xeyli 
əvvəl və  digər hissəsi  xeyli  sonra  yaşamış  və  yaz-
mışdırlar» [41, v.6]. 
Bertels böyük şairin tərcümeyi-halını ətraflı şərh edir, hə-
ya
tına aid rəvayətləri qələmə alır, Xəyyamın  yaşadığı dövrdə 
t
əriqət mübarizələri haqqında məlumat verir. Ömər Xəyyamın 
h
əyatının  son  illəri  haqqında  tərcümeyi-halların  heç  bir  bilgi 
verm
ədiyini qeyd edən məqalə müəllifi belə zənn edir ki, şair 
h
əyatının  bu  mərhələsini insanlardan qaçaraq və  ona  əziyyət 
ver
ən məsələlər üzərində çox düşünərək keçirmişdir. 
XI 
əsrin sonu –  XII  əsrin  əvvəllərində  yaşayıb-yaratmış 
M
əhsəti Gəncəvinin rübailərini Ömər Xəyyam rübailəri ilə 
müqayis
ə edən araşdırıcılar əksər hallarda M.Gəncəviyə üstün-
lük vermişlər. Onun bədiilik və sənətkarlıq baxımından nəzəri 
daha çox c
əlb edən rübailərində  dövr və  zamana münasibət
f
əlsəfi düşüncələr, insan və dünya haqqında fikirlər əksəriyyət 
t
əşkil edir. Bununla belə şairə dünyəvi aləmə münasibət müs-
t
əvisində  öz qəlb  iztirablarını,  mənəvi aləmini ifadə  etməyə 
 
16 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə