84
Bu, bizim Leylilərə həmdü-sənadan belədir.
Verilib yaxĢılığın yamanlıqla hər cavabı,
Yoxdu dünyada günah, əhli-riyadan belədir.
Ey Ata, qəm ruhlu qəzəlləri belə az yaz,
Bunu Namiqdi bilən: cövri-cəfadan belədir.
PS: Son beytdə qəzəlxan Namiq Axundov (Bakı,
MaĢtağa qəsəbəsi. 1934-2001) nəzərdə tutulur.
94
Əvvəldə gərək sən kimi bir yarım oleydi,
Bülbül kimi bir seyrü-gülizarım oleydi.
Məcnun deyü səhrayə məni qovmadan ellər,
Fərhadi misal dağ kimi qərarım oleydi.
Azadeyi-eĢq ilə ötən Yusifi-Misrəm,
Züleyxa kimi qəlbimə sərdarım oleydi.
Min bir çiçəyin ətrinə batsan belə, ey Ģux,
Ġstərdim əziz yanında bir xarım oleydi.
Qürbətdə neçin, ey Ata, cənnət gəzir aləm,
Ölsəm bu Vətən torpağım məzarım oleydi.
95 (114)
Canlar alana canını qurban edərik biz.
Min cövr görək, bəxtinə Ģükran edərik biz.
Hər gün çəkərik həsrəti-ceyran yorulmadan,
Yar səyyadı tək dəhrdə dövran edərik biz.
Öz yarı çəkib zindana saldırdı Yusifi,
85
Öz baĢımıza dünyanı zindan edərik biz.
Yar tərk eləyib qəlbimizi getsə, o dəmdə
Hər dərdi, qəmi könüldə mehman edərik biz.
Bir Kürdü bizim qəlbimizin xisləti yalnız,
Hər türk gözəlin eĢqilə cövlan edərik biz.
Pak eĢqimizin dəftəri daĢlar, qayalardı,
Öz eĢqimizi tarixə dastan edərik biz.
Ey Ata, qəzəl dövri keçibdir deyir əğyar,
Söz bağçamızı bağü-gülüstan edərik biz.
96 (115)
Nəyi var qurbandı, canana sağ canımızın.
Keçərik canımızdan yolunda cananımızın.
Yar küsüb, tərk eləyib, könül, EĢq külbəmizi,
Yolunu gözləyərik əbədi mehmanımızın.
Uca sevda göyünün tənha ötən bülbülüyük,
Yarın xaki-payıdır son yeri ünvanımızın.
Bizi pəjmürdeyi-hal eyləməsin dövrani-dun,
PəriĢan halındayıq zülfi-pəriĢanımızın.
Bizik o rindu-xərabatilər ki, mey içərik,
Deyil ġahmarı da kəm gənceyi-viranımızın.
EĢqinə Züleyxanın vermiĢik əldən vətəni,
Tövqi-Məcnundu bütün dörd yanı zindanımızın.
Bu qəzəl dünyasının bizik bu gün Söz yiyəsi,
Fəxrdir: Namiqiyik Azərbaycanımızın..
PS: Bu qəzəl görkəmli şair-qəzəlxan
86
Namiq Axundovun (1936-2001) xoş xatirəsinə
yazılıb:
Rüzigarın gedişatın füqaradan soruşun,
Şamda Kərbübalanı üsəradan soruşun.
...Fələyin zülmünü, Namiq, bu xarab olmuşda
Şüaradan, şüaradan, şüaradan soruşun.
97 (116)
Gəl, gəl, gözəlim, gəl əhdi-peyman edəlim, gəl!
Gəl, gəl, sənə öz canımı qurban edəlim, gəl!
Gəl çöhrəni gizlətmə bulud-Ģübhə içində,
Ayparəmiz ol, qoynuma mehman edəlim, gəl!
Bəh-bəh, nə gözəl incə zərif qəmzələrin var,
Dünyamı gözəl hüsnünə heyran edəlim, gəl!
Min huriyi-qılman ola cənnət bizə yaddır,
EĢqin bağını bir daha seyran edəlim, gəl!
Hər dövrdə bir aĢiqi-dövran olur, ey yar,
Öz eĢqimizi məĢhuri-dövran edəlim, gəl!
Bir sakit ömür Leyliyi-Məcnuna yaraĢmaz,
Bir fırtına tək dəhrdə cövlan edəlim, gəl!
Gəl əsirgəmə busələri əziz yarından,
Əğyariləri könlü pəriĢan edəlim, gəl!
Fərhadü-ġirin, Leyliyi-Məcnun çağı bitdi,
Pak eĢqimizi dillərə dastan edəlim, gəl!
Namiq Atabəy bülbüli-Ģeyda kimi ötsün,
Namiq adını Ģeyrü-qəzəlxan edəlim, gəl!
98 (117)
87
Dərdim çoxdu, gözəl yarım, bülbüli-zarə neyləyim?
Solubdu güli-gülzarım, söylə mən xarə neyləyim?
Yıxılıbdı xanımanım, yaxılıbdı oda canım,
Xəzinəm üstə yatanım: gənci-Ģahmara neyləyim?
Ədu-əğyar dərd dilədi, eĢq məni paymal elədi,
Dünyanın iĢi belədi, dərdə yox çarə, neyləyim?
Yetə bilmədim kamıma, əcəl əl qoydu canıma,
Yarım gəlmədi yanıma, bunca əğyarə neyləyim?
Ata, yarə inandım, pərvanə tək oda yandım,
Ömürdən, gündən usandım, dili-dildarə neyləyim?
99
(Azəri-türk filosofu Asif Ataya)
Sən ey dövri-asimanda ən böyük səyyar, Ata!
Kainatın mərkəzində nöqteyi-pərgar, Ata!
Ġstiqlalım, azadlığım, istiqbalımsam mənim,
Qəlblərdədir nurlu Bayraq, milliyi-əhrar, Ata!
Paklığınla, düzlüyünlə doğradın hər əyrini,
Təbrizim tək, Kərküküm tək kökləri həmvar, Ata!
Türki gənci-xazinədən yapdılar viranələr,
Zər yanından əskik olmaz heç zaman Ģahmar, Ata!
Qayda birdi təbiətdə, dəyiĢər tərs halını,
Ötər qarlı, qıĢlı çağlar, gələr yaz aĢkar, Ata!
Azadeyi-dil ilə bir bülbül ağlar gül üçün,
Dostları ilə paylaş: |