81
Bəhri-könülün dəhrdə qəvvası
mən idim,
Dərya dibinə çəkilsə, mərcanı görərdim.
Bülbül kimi çıxseydim əgər gülləri seyrə,
Min xar ilə ol bağü-gülistanı görərdim.
Leylayi-məhəbbət mənə bəslər deyə ol Ģux,
Məcnuna dönüb, quli-biyabanı görərdim.
Ol xalı ki bir nöqtə qoyubsan üzə, ey Ģux,
Xub, orada nükteyi-pünhanı görərdim.
DüĢseydim əgər Ģəhdi-ləbin Ģövqünə, biĢəkk,
Ləbində sənin çeĢmeyi-heyvanı görərdim.
Xum ilə Ģərab ver ki, içim, saqi,
bu gündən,
DüĢsəm əyağa sərvi-xuramanı görərdim.
Dönsəm də sənin baĢına, ey Ģəm, mənə xoĢdu,
Hicranə yanıb, atəĢi-niyranı görərdim.
Ey Ata, boğub Ġblisi mən məhv eyləsə eĢqin,
Ġnsaniyətin içində Ġnsanı görərdim.
90 ( 80)
Vətənimin ürəyində cənnətü-bağdır Üzeyir!
Gecəmdə, gündüzümdə sönməz çıraqdır Üzeyir!
Tufanlı, qasırğalı Muğam okeanımda mənim,
Azəri Nuh-gəmiyə tənha mayakdır Üzeyir!
Nə qədər xotkarlar Çənlibelə hücum çəkər,
Qıratın üstə hazır hey duracaqdır Üzeyir!
Azərbaycanımızın Himni kimi səslənir o,
Nə qədər Vətənim var: daima sağdır Üzeyir!
82
Üçrəngli Bayrağımı
Qəlbimizdə səngər edən,
Cənnətim Qarabağda alınmaz dağdır Üzeyir!
Atanın qara bağrı kimi param-parça olan,
Azəri torpağımda bütöv sabahdır Üzeyir!
91 ( 97)
Kəngərdən ta Dərbəndəcən gərdişdədir Şah İsmayıl.
Ər beyində, ər könüldə, ər güşdədir Şah İsmayıl.
Azərbaycan torpağımın bir qarışın keçməyib o,
Gecə-gündüz Vətən adlı döyüşdədir Şah İsmayıl.
Səhər-axşam çörək fikri çəkən Vətən övladları,
Hər duyğuda, hər fikirdə, hər işdədir Şah İsmayıl.
Bu həyat bir şahmat oynu, piyadalar hücumdadır,
Min bəynişan əfsəriylə gedişdədir Şah İsmayıl.
Bu gün qılınc İnsan ağlı, topxanalar məktəblərdir,
Alimlərlə, şairlərlə görüşdədir Şah İsmayıl.
Bir milləti min bir yerə bölmüş Oğuz düşmənləri,
Bəy Azəri Ordusuyla yürüşdədir Şah İsmayıl.
Ölməyibdir, ey Atabəy, bizim böyük sərkərdəmiz,
Azərbaycan Meydanına gəlişdədir Şah İsmayıl!!
PS: Əbdül Müslüm Moqamayevin “Şah İsmayıl”
operasının təsiri ilə yazılıb.
92 ( 87)
Axtarma, qalıb, məndədi, yar, Ģanəsi zülfün.
Üstündə gözəl telindən bir danəsi zülfün.
Əğyar nə bilər ki, niyə sən zülfü qarasan,
83
Bəxtimdi mənim aləmə niĢanəsi zülfün.
Bir gör nə qədər zəncirə hazır dayanan var,
Dövrəndə durub hər dəli-divanəsi zülfün.
Bircə telinə qurban olub gör neçə Fərhad,
Dillərdə gəzir qanlı min əfsanəsi zülfün.
YazmıĢ
Atabəy hüsnünə min bir qəzəl, azdır,
ġair olacaq çox belə məstanəsi zülfün.
PS: Avni (Fateh Sultan II Mehmet) yaradıcılığının
bir şah beytindən təsirlənərək yazılıb:
--Zülfünün zəncirinə bənd eylədi şahım məni,
Qulluğundan etməsin azad Allahım məni.
93 (11)
Söymə, ey dil, fələyə dövri-binadən belədir.
Dünya sürgün yeridir, hökmi-xudadan belədir.
Çəkər aĢiq dərd-qəm sevgili dildarı üçün,
Bu da bir taledi ki, eĢqi-bəladan belədir.
Dağılıbdı nigarın qara zülfü üz-gözünə,
Bunu dərd etmə, könül, badi-səbadan belədir.
Çəkər haqq yolda olan həqiqət uğrunda cəfa,
Tək bizim tale deyil, Kərbübəladən belədir.
Cana qəsd etdi ġirin görəndə Xosrovu köçüb,
O,
bizim gözəllərdi, əhdi-vəfadan belədir.
Güli-gülzarımızın minlər ilə bülbülü var,
Bu, bizə məxsus olan zövqü-səfadan belədir.
Hələ Məcnunları eĢq çox salacaq səhrayə,