Narkalogiya


) Aşağıdakı hansı əlamət hipomaniakal vəziyyətlə əlaqədar ola bilər?



Yüklə 1,48 Mb.
səhifə2/17
tarix17.09.2017
ölçüsü1,48 Mb.
#41
1   2   3   4   5   6   7   8   9   ...   17

61) Aşağıdakı hansı əlamət hipomaniakal vəziyyətlə əlaqədar ola bilər?

A) Yuxu pozuntusu

B) Meyllərin aktivləşməsi

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) İştəhanın artması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
62) Maniyakal üçlük nə ilə səciyyələnir?

A) Assosiasiyaların sürətlənməsi

B) Sadalananların heç biri

C) Hərəki oyanıqlıq

D) Sadalananların hamısı

E) Əhval-ruhiyyənin yüksəlməsi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
63) Maniyakal ideator oyanıqlıq sadalanan əlamətlərin hansı ilə ifadə oluna bilməz?

A) İdeator “çaşqınlıq”

B) Hipermneziya

C) Assosiasiyaların sürətlənməsi

D) İdeyaların sıçrayışı ilə diqqət yayınıqlığı

E) Konfabulyasiya


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
64) Hipomaniyakal vəziyyətin əlamətləri hansıdır?

A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Aktivliyin yüksəlməsi

D) Yuxu pozuntusu

E) Əhval-ruhiyyənin yüksəlməsi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
65) Obsessiv sindrom nə ilə səciyyələnir?

A) Arzu olunmadan hisslərin, fikirlərin, hərəki aktların və s. yaranması

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Bunların xəstəlik əlaməti olduğunu anlamaq və tənqidi yanaşmaq

E) Sarışan simptomlarla mübarizədə acizlik, üstün gəlmək yalnız üzücü əzablar hesabına olur


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
66) Mücərrəd sarışan hallara sadalananların hansı aid deyil?

A) Sarışan saylar

B) Unudulmuş adların, terminlərin və s. sarışan xatırlanması

C) Sarışan antipatiya hissi

D) Məhsulsuz müdriklik

E) Ayrı-ayrı sözlərin sarışan hecalanması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
67) Sarışan qorxular (fobiyalar) sadalananların hansı ilə səciyyələnmir?

A) Müəyyən situasiyada yaranması

B) Konkret məzmunun olması

C) Xəstəni bürüyən intensiv və dəf olunmaz qorxu

D) Onun mənasızlığını başa düşmədən, qeyri-müəyyən qorxu hissi

E) Onun mənasızlığını anlama və mübarizə cəhdləri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
68) Sarışan şübhələr sadalananların hansı ilə səciyyələnmir?

A) Artıq bitmiş hərəkətlərin tamamlanmasına və düzgünlüyünə qarşı bezdirici əminsizlik

B) İcranın dəqiqliyinə və düzgünlüyünə şübhəlilik

C) Öz işində yoxlamalar aparmağa cəhdlər

D) Çox saylı yoxlamalardan sonra sakitləşmə

E) Uzun müddət davam edə bilməsi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
69) Sarışan qorxular sadalananların hansı ilə səciyyələnmir?

A) Hissiyyatlı (obrazlı) sarışmalara münasibət

B) Həm iradi, həm qeyri-iradi hərəkətlərin, həqiqətən, pozulma ehtimalı

C) Adi və avtomatizmlaşdırılmış hərəkətlərin yerinə yetirməsinə zidd olaraq, qarşısıalınmaz əminsizlik

D) Kənar qüvvənin təsir hissiyyatı

E) Sarışan meyillərə yaxınlıq


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
70) Sarışan rituallara sadalananların hansı aid deyil?

A) Qoruyucu dualar, məna daşıyan əməllər

B) Olmayan bədbəxtliyin, və ya digər sarışma formasının qarşısını almaq üçün məntiqə zidd olaraq yaranan hərəkətlər

C) Kontrast məzmunlu sarışan hallarda rast gələ bilən hərəkətlər

D) Yad qüvvənin təsiri ilə yerinə yetirilən hərəkətlər

E) Digər obrazlı sarışan əlamətlərdə birgə əmələ qələn sarışan hərəkətlər və əməllər


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
71) Depersonalizasiya sindromu sadalananların hansı ilə səciyyələnmir?

A) Öz vital funksiyalarının və aktivliyin dərk olunmasının pozulması

B) Mənliyin dəyişilmə, itirilmə və ya ikiləşmə hissi

C) Şəxsin özünün dərk etməsinin pozulması, psixi funksiyaların yadlaşması

D) Öz tamlığının dərk olunmasının pozulması

E) Düşüncə pozuntusu


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
72) Derealizasiya sadalananların hansı ilə səciyyələnmir?

A) Ətrafdakı əşyaların, insanların real olduqlarına şübhələnmə

B) Xarici mühitin xəyali, qeyri-dəqiq qavranılması

C) Reallıq hissinin itirilməsi

D) Qavranılan mühitin və əşyaların ölçü və formalarının təhrif olunması

E) Ətrafın xəyaliliyi hissiyyatı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
73) Senestopatiyalar sadalananların hansı ilə səciyyələnmir?

A) Somatik müayinə metodlarından istifadə etdikdə səbəbin tapılmaması

B) Hisslərin qeyri-adiliyi, əcaibliyi

C) Öz bədəninin forma və ölçülərinin təhrif olunmuş qavranılması

D) İpoxondrik pozuntularla tez-tez birgə rast gəlinməsi

E) Bədənin ayrı- ayrı hissələrində müxtəlif, həddən artıq əzab verici, ağır hisslər


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
74) Hipoxondrik sindrom sadalananların hansı ilə ifadə olunmur?

A) Diqqətin öz sağlamlığına həddən artıq cəmlənməsi

B) Xəstəliyin mövcudluğuna əminlik

C) Olmayan xəstəliyin varlığına sayıqlma əminliyi

D) Müxtəlif, əzabverici, ağır hisslər

E) Əhval-ruhiyyənin düşkünlüyü ilə müşahidə olunan senestopatiyalar və sağalmayan xəstəlik fikirləri


Ədəbiyyat:

Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1


75) Konversion tutmaya sadalananların hansı xas deyil?

A) Ətrafda insan topalaşdıqca tutmanın güclənməsi

B) Müxtəlif mürəkkəb, cəlbedici hərəkətlər

C) Psixogen şərtlənmə

D) Klonik və tonik fazalar

E) Düşüncənin qaralması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
76) Konversion hərəki pozuntular sadalananların hansı ilə ifadə olunmur?

A) Funksional iflic və parezlər

B) Astaziya-abaziya

C) Müxtəlif hiperkinezlər və tiklər

D) Blefarospazm, afoniya və mutizm

E) Psixogen korluq (amavroz)


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
77) Konversion sensor və hissiyat pozuntuları sadalananların hansı ilə ifadə olunmur?

A) Bədən hissələrinin hiperesteziya və anesteziyası

B) Eşitmənin itirilməsi

C) Psixogen korluq (amavroz)

D) Görmə sahələrinin konsentrik daralması

E) Bu pozuntuların “düzəldilmiş” hissiyatı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
78) Tam konversion karlıqda sadalananların hansı müşahidə olunmur?

A) İntensiv, qəfl səs zamanı göz yarıqlarının qapanması

B) Yüksək səslərdə bəbəklərin daralması

C) Qeyri-verbal səslərə və küylərə reaksiyanın saxlanması

D) Təbil pərdəsi tamlığının pozulması

E) Qulaq seyvanının hiposteziya ( anesteziya ) əlaməti


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
79) Yüksəkqiymətli ideyalar sindromu sadalananların hansı ilə səciyyələnmir?

A) Real hadisələr əsasında mühitə uyğun mühakimələrin yaranması

B) Müəyyən şəraitlərdə zamanla əlaqədar zəifləmə və ya tam itməsi

C) Bunların xəstənin şüurunda dominant yer tutması

D) Bütünlükdə səhv,tam əsası olmayan ideyalar

E) Nəzərə çarpan affektiv gərginliyin olması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
80) Sayıqlama ideyaları üçün sadalananlarldan hansı səciyyəvi deyil?

A) Həqiqətə tam əks olmasına baxmayaraq, korreksiyanın mümkünsüzlüyü

B) Reallığın əksinin təhrif olunması

C) Həqiqətə uyğunsuzluq

D) Bütün şüura hakim olması

E) Xəstəni inandırmaqla ideyaların aradan götürülmə mümkünlüyü


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
81) Sayıqlama əhval-ruhiyyəsi sadalananların hansı ilə səciyyələnmir?

A) İzah olunmayan əzabverici narahatçılıq

B) Ətrafdakıların başqa məna kəsb etməsi

C) Özünün və ətrafın dəyişilmiş qavranılması

D) Bu vəziyyətin “sayıqlamanın kristallaşmasından” sonra yaranması

E) Faciə olacağının gərgin gözləmə duyğusu


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
82) Hissiyatlı (obrazlı) sayıqlama sindromu sadalananların hansı ilə səciyyələnmir?

A) Sübutların və faktların ardıcıl sisteminin olması

B) Sayıqlama əlamətlərinin anlaşılmaz, fraqmentar, qeyri-ardıcıl olması

C) Sayıqlama məzmunu üzərində aktiv fəaliyyətin olmaması, əyani-obrazlı xüsusiyyəti

D) Təsəvvür, fantaziyalar, xəyalların üstünlüyü

E) Təhrif olunmuş mühakimələri əlavə “sübutlarla” təstiqləndirmək cəhtləri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
83) Kəskin fantastik sayıqlamanın xüsusiyyətləri hansıdır?

A) Sadalananların heç biri

B) Antoqonistik sayıqlama

C) Böyük miqyaslı, meqalomanik iztirablar

D) Səhnələşmə, intermetamorfoz sayıqlamasının mövcudluğu

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
84) Affektiv sayıqlama üçün nə xasdır?

A) Əhval- ruhiyə pozuntularla birqə yaranması

B) Şəxsiyyətin geri dönməyən dəyişikliyinin olmaması

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) Tərkibində cüzi məntiqi ardıcıllığın olması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
85) Qalıq (rezidual) sayıqlamaya sadalananların hansı xas deyil?

A) Psixozun digər əlamətləri keçdikdən sonra qalması

B) Sayıqlama məzmunundan başqa bütün psixi vəziyyətin normalaşması fonunda saxlanması

C) Şəxsiyyət dəyişiklikləri ilə mütləq birgə olması

D) Sayıqlamaya qarşı sonradan tənqidin yaranması

E) Monosimptom şəklində saxlanılması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
86) Səhnələşmə sayıqlaması üçün nə xasdır?

A) Ətraf sanki səhnələşib, tamaşa oynanılır

B) Sadalananların hamısı

C) Ətrafdakı hər şey yerini, insanlar isə üzlərini dəyişir

D) Sadalananların heç biri

E) Bütün baş verənlərin qəstdən düzəldilməsi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
87) Həqiqi hallyusinasiyalara nə xasdır?

A) Sadalananların hamısı

B) Xaricə proyeksiya olunması

C) Patoloji təsəvvürlərin yaranması

D) Sadalananların heç biri

E) Parlaqlıq , real obyektdən seçilməmə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
88) Psevdohallyusinasiyalar üçün nə xasdır?

A) Sadalananların hamısı

B) Patoloji təsəvvürlərin real obyektlərin qavranılması ilə fərqləndirilməsi

C) Əksərən daxilə proyeksiya olunması

D) Real obyekt olmadan qavramanın yaranması

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
89) Həqiqi görmə hallyusinasiyalar hansı formalarda ola bilər?

A) Dəqiq və ya qeyri-dəqiq sərhədli, formasız

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) Rəngli, rəngsiz

E) Təbii, böyümüş, kiçilmiş ölçüdə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1

90) Həqiqi eşitmə hallyusinasiyaları sadalananların nəyə görə bölünür?

A) Sadalananların hamısı

B) Tərkibinə görə (laqeyd, əmredici, qorxuducu və s.)

C) Mürəkkəbliyinə görə (elementar–akoazmlar və daha mürəkkəblər)

D) Sadalananların heç biri

E) İntensivliyinə görə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
91) Visseral hallyusinasiyalar üçün sadalananların hansı xas deyil?

A) Bədən boşluğunda yad cisimlərinin aydın hiss edilməsi

B) Bu cisimlərin hərəkətli və ya hərəkətsiz olduğlarının hissi

C) Bədənin ayrı-ayrı hissələrində qeyri-adi, maddiyatsız, əzablı hisslər

D) Bədəndə canlı vücudların olmasının hiss edilməsi

E) Öz hisslərini dəqiq təsvir etmə mümkünlüyü


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
92) Hipnaqoqik hallyusinasiyalar üçün nə xasdır?

A) Göz yumulu olduqda yaranma

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Yuxuya getməzdən əvvəl qeyri-iradi yaranma

E) Qaranlıq görmə sahəsində yaranma


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
93) Ümumi hissin hallyusinasiyaları özünü hansı hissiyyatlarla ifadə edir?

A) Bədənin xüsusi yüngüllüyü ilə

B) Sadalananların hamısı

C) Bədənin və ya üzvlərinin ağırlığı ilə

D) Bədən üzvlərinin xüsusi yüngüllüyü ilə

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
94) Affektiv illuziyalar hansılarla səciyyələnir?

A) Daha çox qorxu, təşviş halında yaranma

B) Affektin patoloji dəyişikliklərdə yaranma

C) Qeyri-adi emosional vəziyyətlə bağlı təhrif olunmuş qavrama

D) Sadalananların hamısı

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
95) Pedunkulyar hallyusinoz hansı ilə səciyyələnir?

A) Hərəkət edən mikroskopik görmə hallyusinasiyalarla

B) Xəstələrdə qorxunun, əzablı hissiyatların olmaması ilə

C) Əsasən axşamlar yaranması

D) Sadalananların heç biri

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
96) Psevdohallyusinasiyalar üçün sadalananların hansı xas deyil?

A) Düzəldilmə xarakterli olması

B) Orqanizmin daxilinə introproeksiya

C) Düşüncə pozuntusu əlamətlərinin olması

D) Cansız, səssiz, qeyri-cismani olması

E) Konkretlikdən, reallıqdan məhrumluq


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
97) Görmə psevdohallyusinasiyaları üçün nə xas deyil?

A) Düzəldilmə xarakteri

B) Dəqiq formalı ya formasız olması

C) Sadə ya səhnəşəkilli olması

D) Arzu olunan görüntülərin, şəkillərin olması

E) Əksərən oneyroid düşüncənin qaralması zamanı meydana gəlməsi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
98) Eşitmə psevdohallyusinasiyaları üçün nə xas deyil?

A) Xəstənin dili ilə sözlərin, kəlmələrin deyilməsi hissi

B) Tərkibinə təhqir, öncədeyilmələr, əmrlər, danlaq və s. daxil olması

C) “Daxili”, “xəyali” səslərin yaranması

D) Sadalananların hamısı

E) Əksərən “düzəldilmiş” hissi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
99) Funksional hallyusinasiyalar hansılarla səciyyələnir?

A) Sadalananların hamısı

B) Real xarici qıcığın mövcudluğunda yaranma

C) Sadalananların heç biri

D) Xarici qıcıqla birgə olaraq, onunla birləşməmə

E) Xarici qıcıqla birgə bitməsi


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1

100) Senestopatik (sensor) avtomatizmlər üçün nə xas deyil?

A) Düzəldilmə hissiyatların müxtəlif xarakterliyi

B) Qeyri- adi, qəribə hisslər

C) Düzəldilmə əhval-ruhiyyə, düzəldilmə duyğular

D) Bədənin ayrı-ayrı hissələrində düzəldilmə ağrı, isti və soyuq hissiyatları

E) Olmayan kənar qüvvənin təsiri ilə meydana gələn həddən artıq xoşagəlməz hissiyyatlar


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
101) Kinestetik (hərəki) avtomatizmlər üçün nə xas deyil?

A) Hərəkətlərin qeyri- iradi, kənar təsirlə yerinə yetirilməsinə əminlik

B) Nitq avtomatizmləri

C) Fikirlərin alınması, xatirələrin açılması

D) Hərəkətsizlik, donuqluq hissiyatının yaranması

E) Hərəkətlərin idarə olunmasına əminlik


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
102) Kəskin hallyusinator-paranoid sindrom nə ilə səciyyələnir?

A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Bütün psixi avtomatizm formaları ilə özünü ifadə etmə

D) Sayıqlama pozuntuların böyük hissiyatlılığı

E) Sayıqlama pozuntuların sistemləşməyə meyilliyi olmaması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
103) Xronik hallyusinator-paranoid sindrom nə ilə səciyyələnir?

A) Affektin pozuntuların sönükliyi

B) Sayıqlama pozuntularının sistemləşməyə meyilliyi

C) Sadalananların heç biri

D) Hallyusinator-paranoidin inkişafınınlənqiməsi

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
104) Parafren sindroma sadalananların hansı aid deyil?

A) Fikirlərinin xəstə tərəfindən şübhəsiz qəbul edilməsi

B) Antaqonistik sayıqlama

C) Söylənilənlərin həqiqətə bənzəməsi

D) Psixi avtomatizmin, fantastik özünüböyütmə, təsir və təqib sayıqlamasının,affektin dəyişikliyi ilə yanaşı olması

E) Sayıqlamanın genişlənməsinə, yeni faktlarla zənginləşməsinə meyillik


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
105) Xronik parafreniya özünü nə ilə ifadə edir?

A) Affektin monotonluğu ilə

B) Sadalananların heç biri

C) Hissiyat pozuntuların az həcmi ilə

D) Sayıqlamanın stabilliyi ilə

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
106) Hallyusinator parafeniya üçün nə səciyyəvidir?

A) Sadalananların heç biri

B) Verbal hallyusinasiyaların axını

C) Hallyusinasiya və sayıqlamaların fantastik məzmununun üstünlüyü

D) Hallyusinasiyaların sayıqlama pozuntularından üstünlüyü

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
107) Katatonik stupora sadalananların hansı aid deyil?

A) Nəzərə çarpan depressiv affekt

B) Danışıqdan imtina; neqativizm

C) Mumabənzər plastiklik

D) Əzələ tonusunun yüksəlməsi

E) Bir pozanın uzun müddət saxlanılması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
108) Substuporoz vəziyyətə sadalananların hansı aid deyil?

A) Az, ya çox dərəcədə nəzərə çarpan mutizm

B) Bədənin eyni bir pozasının davamlı saxlanılması

C) Pozaların qeyri-təbiiliyi, qəribəliyi

D) Natamam hərəkətsizlik

E) Yalançı xatirələr


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
109) Mumabənzər plastiklik əlamətli stupor sadalananların hansı ilə ifadə olunmur?

A) Mumabənzər plastikliyin əvvəl çeynəyci, sonra boyun, yuxarı və aşagı ətraf əzələlərində yaranması

B) Hərəkətsiz vəziyyətlə

C) Pozanın istənilən dəyişikliyinin saxlanılması ilə

D) Mumabənzər plastikliyin əks istiqamətdə geridönməsi

E) Xəstənin pozasını dəyişmək istədikdə kəskin əzələ gərginliyi ilə aktiv müqavimət


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
110) Əzələ donması ilə stupor üçün nə xas deyil?

A) Eyni bir vəziyyətdə daimi qalma

B) Mumabənzər plastliklik əlaməti

C) Çox kəskin əzələ gərginliyi

D) Daha çox bətndaxili pozada qalma

E) “Xortumcuk” simptomunun yaranması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
111) Raptus özünü nə ilə ifadə edir?

A) Tormozlanmanın qəfləti şiddətli oyanıqlığa keçməsi ilə

B) Sadalananların hamısı

C) Daha çox nəzərə çarpan formada hərəki oyanıqlıqla

D) Sadalananların heç biri

E) Xəstələr çapalayırlar, qışqırırlar, özlərinə zədə yetirirlər


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
112) Ekstatik (çaşqınlı-patetik) oyanıqlıq özünü nə ilə ifadə etmir?

A) Stupor və substupor epizodlarının mümkünlüyü ilə

B) Ekstazın, heyranlığın, mistik səmimiliyin üstünlüyü

C) Aqressiya və xaotik oyanıqlıq ilə

D) Pozaların teatrallığı, deklamasiya, mahnı oxuma və s. ilə

E) Nitqin qeyri-ardıcıllığı, qəlizliyi ilə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
113) Hebefren oyanıqlıq üçün nə səciyyəvi deyil?

A) Ekstazın, heyranlığın üstünlüyü

B) Mənasız, cəfəng qəhqəhə

C) Qrimaslıq, təlxəklik

D) Əyilmələr, tullanmalar

E) Yersiz, şit zarafatlar


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
114) Lal (sözsüz) oyanıqlıq özünü nə ilə ifadə edir?

A) Sadalananların heç biri

B) Aqressiya ilə xaotik, mənasız, istiqamətsiz oyanıqlıq ilə

C) Özünə və başqalarına ağır xəsarətlər yetirməklə

D) Sadalananların hamısı

E) Şiddətli müqavimət ilə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
115) İmpulsiv hərəkətlərə sadalananların hansı aid deyil?

A) Qəfləti və sürətli başlanğıc

B) Məqsədsiz və mənasız hərəkətlər

C) Hərəkətlərin düşüncə idarəsi olmadan yerinə yetirilməsi

D) Kənardan “yaradılma” xarakteri

E) Psixi fəaliyyətin ciddi pozuntusunun əlaməti


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
116) Lyusid katatoniya özünü nə ilə ifadə edir?

A) Bir qayda olaraq, neqativizm və donuqluq stuporu ilə

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Katatonik vəziyyətlə

E) Düşüncə qaralmasının olmaması ilə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
117) Düşüncənin qaralması sindromları nə ilə ifadə olunmur?

A) Ətraf mühitin əks olunmasının həm daxili, həm də xarici əlaqələrdə pozulması ilə

B) Təfəkkürün əlaqəsizliyi, mülahizə qabiliyyətinin ya zəifləməsi, ya tam mümkünsüzlüyü, düşüncə qaralması müddətinə ya tam,ya hissəvi amneziya ilə

C) Ətraf mühitdən kənarlaşma, ətrafda baş verənlərin qavranılmasının ya çətinləşməsi, ya tam mümkünsüzlüyü

D) Zamanda, məkanda, ətraf insanlarda,bəzən öz şəxsiyyətində bələdliyin pozulması ilə

E) “Düzəldilmə” hissi ilə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
118) Deliriy sindromuna sadalananların hansı aid deyl?

A) Katatonik əlamətlər

B) Kəskin nəzərə carpan hərəki oyanıqlıq

C) Pareydaliyaların və səhnəşəkilli görmə hallyusinasiyaların axını

D) Düşüncə pozuntusu

E) Görmə hallyusinasiyalarla yanaşı səs hallyusinasiyaların, kəskin hissiyat sayıqlamanın və affektiv pozuntuların olması


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
119) Deliriyin birinci mərhələsi üçün nə səciyyəvi deyil?

A) Psevdohallyusinasiya pozuntuları

B) Yuxuya getmənin pozulması və parlaq yuxu görmələrlə yuxu pozuntuları

C) Əhval-ruhiyyə dəyişikliyi, qeyri-müntəzəmlik, danışqanlıq, hiperesteziya

D) Yüksək-əhval ruhiyyənin təşviş, tərəttüd və incikliklə əvəzlənməsi

E) Keçmiş hadisələrin parlaq xatirələri və obrazlı təsəvvürləri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə