Narkalogiya


) “Sərhədi vəziyyətlər” fonunda yaranan alkoqola birincili patoloji meyillik simptomu üçün sadalananların hansı aid deyil?



Yüklə 1,48 Mb.
səhifə4/17
tarix17.09.2017
ölçüsü1,48 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

181) “Sərhədi vəziyyətlər” fonunda yaranan alkoqola birincili patoloji meyillik simptomu üçün sadalananların hansı aid deyil?

A) Motivlərin mübarizəsi

B) Sərxoşluqdan çıxdıqca psixi vəziyyətin kəskin pisləşməsi

C) Affektiv, daha çox depressiv vəziyyətlərlə bağlılıq

D) Aşkarcasına içmək arzusu

E) Spirtli içki qəbulu ilə “könül” diskomfortunun götürülməsi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
182) Sərxoşluq halında alkoqola patoloji meyillik simptomları (“ikincili meyillik” kimi adlandırılan ) aşağıdakı hansı sərxoşluqla səciyyələnirlər?

A) Müxtəlif maneələr vasitəsilə spirtli içki istifadəsini dayandırmaq imkanı

B) Alkoqol ekssesi olmadıqda spirtli içki istifadəsinə aktiv meyllik

C) Spirtli içki ekssesi çərçivəsində “kritik doza” qəbulundan sonra spirli içki

D) Sadalananların hamısı

E) Alkoqoldan asılı olan xəstələrinin spirtli içki miqdarını məhdudlaşdıra bilməmələri


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
183) Sadalananların miqdar və situasiya nəzarətinin itirilməsi ilə sərxoşluq halında alkoqola patoloji meyillik simptomu üçün hansı səciyyəvi deyil?

A) İstənilən, hətta əhəmiyyətsiz dozadan ( sərxoşluq yaratmayan dozadan belə) sonra spirtli içkiyə dəf olunmaz meylliyin yaranması

B) İstənilən vasitələrlə spirtli içki əldə olunması

C) Sadalananların hamısı

D) Sosial-etik maneələrlə əlaqəli alkoqol istifadəsinin dayandırma mümkünlüyü

E) Spirtli içkilərin istifadəsində zaman və məkan baxımından əvvəlki normaların gözlənilməməsi


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999

184) Sadalananların hansı alkoqoldan fiziki asılılıq sindromu üçün səciyyəvi deyil?

A) “Adəti” iş qabiliyyətini qaytarmaq arzusu

B) Əvvəlki spirtli içki ekssesindən sonrakı ağır fiziki vəziyyəti ləğv etmək məqsədilə spirtli içkidən istifadə

C) Spirtli içkini psixotik pozuntuları aradan qaldırmaq məqsədilə istifadəsi

D) Affektiv gərginliyi aradan qaldırmaq cəhdləri

E) İntensiv meyillik


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
185) Alkoqoldan istifadə nəticəsində psixi və davranış pozuntularının dinamikasında abstinensiya sindromu hansı mərhələdə formalaşır?

A) Spirtli içkini sistematik istifadə mərhələsində

B) II mərhələyə keçərkən

C) II mərhələdə

D) Xəstəliyin I mərhələsində

E) III mərhələ


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
186) Formalaşan alkoqol abstinensiya sindromu strukturunda hansı qrup pozuntular üstünlük təşkil edirlər?

A) Nevroloji

B) Psixi

C) Sadalananların hamısı

D) Vegetativ–astenik

E) Psixoorqanik


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
187) Vegetativ-astenik pozuntularla abstinensiya sindromu üçün sadalananların hansı səciyyəvi deyil?

A) Ağızda quruluq

B) Əl barmaqlarda tremor

C) Tərləmə

D) Taxikardiya

E) Kəskin ifadə olunmayan asteniya


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
188) Vegetativ-somatik və nevroloji pozuntularla alkoqol abstinensiya sindromu üçün sadalananların hansı səciyyəvi deyil?

A) Ürək-damar fəaliyyətinin pozulması

B) Hiperhidroz

C) Dispeptik pozuntular

D) Yaddaş pozuntuları

E) Generalizə olunmuş tremor


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
189) İfadəli abstinensiya sindromu üçün sadalananların hansı səciyyəvi deyil?

A) Hipertenziya, ürəkdə ağrılar

B) Nəzərə çarpan hiperhidroz

C) Meningial simptomlar

D) Generalizə olunmuş tremor

E) Təşvişli- paranoid meyllik


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
190) Qıcolma komponentli alkoqol abstinensiya sindromu üçün sadalanan simptomlardan hansının mövcud olması mütləq deyil?

A) Tremor, hiperhidroz

B) Qısqanclıq ideyaları

C) Böyük və ya abortiv qıcolma tutmaları

D) Baş ağrıları

E) Əhval-ruhiyyənin təşvişli-kədərli fonu


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
191) Alkoqol abstinensiya sindromu strukturunda qıcolma tutmaları üçün epilepsiyadan fərqli olaraq sadalananların hansı səciyyəvi deyil?

A) Tutma strukturunda tonik fazanın üstünlüyü

B) Tutmadan sonra psixomotor oyanıqlığın yaranması

C) Tutmaların stereotipliyi

D) Sadalananların heç biri

E) EEQ-də epilepsiya üçün səciyyəvi dəyişikliklərin olmaması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
192) Sadalananların hansı psixi pozuntularla keçən abstinensiya sindromu üçün səciyyəvi deyil?

A) Verbal hallyusinoz

B) Təşvişli-paranoid xüsusiyyətlər

C) Rudimentar görmə hallyusinasiyaları

D) Qorxunc yuxugörmələrlə müşayət olunan yuxu pozuntuları

E) Qorxaqlıqla depressiv-təşvişli affekt


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
193) Geri dönən psixoorqanik pozuntularla keçən alkoqol abstinensiya sindromu üçün hansı səciyyəvi deyil?

A) Affektin eyforiyadan səbəbsiz qəzəbə qədər tərəddüd

B) Öz vəziyyətinə və ətrafa tənqidin itirilməsi ilə mnestik pozuntular

C) Ataksiyalar, generallizə olunmuş tremor, piramid əlamətlər

D) Bədən sxeminin pozulması

E) Təfəkkürün müfəssəlliyi, nitqin kasadlığı


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1

194) Alkoqol abstinensiya sindromu barbiturat asılılığında abstinensiya sindromundan sadalananların hansı ilə seçilmir?

A) Vegetativ pozuntuların mövcüdluğu ilə

B) Daimi qıcolma hazırlığı ilə

C) Affektin gərginliyi, distrofikliklə

D) Klinik əlamətlərin ağırlığı ilə

E) Formalaşma müddəti ilə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
195) Xroniki intoksikasiyaların hansında abstinensiya sindromu böyük oynaqlarda və mədədə ağrılarla müşayət olunur?

A) Spirtli içkilərlə

B) Opiatlarla

C) Barbituratlarla

D) Sadalananların hamısı

E) Kannabis preparatları ilə


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
196) Alkoqol abstinensiya sindromunun müalicəsində sadalanan dərman preparatlarından hansının təyini məqsədəuyğun deyil?

A) Natrium tiosulfatın

B) Vitaminlərin (B qrupu)

C) Maqnezium sulfatın

D) Urotropinin

E) Nootropilin


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
197) Alkoqol asılılığı nəticəsində yaranan şəxsiyyət pozuntusu aşağıdakılardan hansı ilə əlaqədardir?

A) Spirtin və onun metabolitlərinin toksiki təsiri ilə

B) Psixoreaktiv dövürlərlə

C) Şəxsin premorbid xarakteroloji xüsusiyyətləri ilə

D) Sadalananların hamısı

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
198) Alkoqol deqradasiyası üçün sadalananların hansı səciyyəvi deyil?

A) İntellektual-mnestik enmə

B) Təşəbbüsün və əmək qabiliyyətinin enməsi, tənqidin enməsi və səthiliyi

C) Premorbid şəxsiyyət xüsusiyyətlərinin kəskinləşməsi

D) Mənəvi dəyərlərin itirilməsi

E) Ailə və cəmiyyət bağlılığının itirilməsi ilə müşayət olunan emosional kobudlaşma


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
199) Alkoqol deqradasiyasına sadalananların hansı daxil deyil?

A) Etik normalara riayyət etməməsi

B) Psixopatobənzər əlamətlərlə

C) Yaddaş və intellektin davamlı dəyişikliyi

D) Öz vəziyyətinə və ifrat alkoqol qəbuluna qarşı tənqidi münasibətin itirilməsi

E) Təfəkkürün qırıqlığı şəklində pozuntusu


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
200) Psixopatobənzər sindromla alkoqol deqradasiyasına sadalananların hansı xarakterik deyil?

A) Bezdirici açıqlıq, ətrafdakıları pisləmək cəhdləri

B) Aqressiv hərəkətlərlə oyanıqlıq

C) Kobud arsızlıq, etiksizlik

D) Hal-hazırkı hadisələrə aid nəzərə çarpan yaddaş pozuntusu

E) Disforiya və ya düşkünlüyü fonunda periodik yaranan əhval-ruhiyyə pozuntusu


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
201) Xronik eyforiyalı alkoqol deqradasiyasına sadalananların hansi xarakterik deyil?

A) Qayğısız, firəvan əhval-ruhiyyə

B) Kobudluq epizodları

C) Öz vəziyyətinə və ətrafa tənqidin kəskin enməsi

D) Şablon ifadələri, stereotip və primitiv zarafatlardan ibarət nitq

E) Təfəkkürün qırıqlığı


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
202) Aspontan alkoqol deqradasiya üçün sadalananların hansı xarakterik deyil?

A) Qapalıllıq, kənarlaşma

B) Alkoqol haqqında mövzu olduqda gümrahlaşma

C) Maraqların və həvəslərin itirilməsi

D) Süstlük, passivlik,meyillərin enməsi

E) Parazitik həyat tərzinə meyillik


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
203) Xroniki alkoqol intoksikasiyasında somato-nevroloji patologiya sadalananların hansı ilə əlaqədar deyil?

A) Asetilxolin mübadiləsi pozuntusu ilə

B) Fərdin orqan və sistemlərinin premorbid vəziyyətiylə

C) Toxumalarda fermentativ pozuntularla

D) Katexolaminlərin mübadilə pozuntusu ilə

E) Spirtin və onun metabolitlərinin histotoksik təsiri ilə


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
204) Alkoqol asılılığının II mərhələsindəki somatik pozuntular üçün hansı səciyyəvidir?

A) Qeyri-spesifiklik

B) Sadalananların heç biri

C) Yalnız qara ciyərin zədələnməsi

D) Geri dönmə imkanı

E) Stabillik


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
205) Alkoqol asılılığın II mərhələsinin somatik fəsadlaşmasına sadalananların hansı aid deyil?

A) Hiperasid qastrit

B) Kardiomiopatiyalar

C) Qaraciyərin piy distrofiyası

D) Mədənin xora xəstəliyi

E) Sadalananların hamısı


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
206) Alkoqol asılılığıda ilkin yaranan davamlı ürək çatışmazlığınına sadalananların hansı aid deyil?

A) Fiziki yükləmədə taxikardiya və təngənəfəslik

B) Sadalananların heç biri

C) Kardioloji sindrom

D) Akrosianoz

E) Aşağı ətrafların pastozluğu və ödemliyi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
207) Qaraciyərin alkoqol zədələnməsinə sadalananların hansı xarakterikdır?

A) Portal tipli qaraciyər sirrozu

B) Hepatositlərin nekrozu

C) Hepatositlərin dənəvər distrofiyası

D) Sadalananların hamısı

E) Piy distrofiyası


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
208) Kəskin alkoqol hepatitlərinə sadalananların hansı xarakterik deyil?

A) Ümumi intoksikasiya

B) Dispeptik pozuntular

C) Qaraciyərin böyüməsi

D) Parenximatoz sarılıq

E) Hiperqlikemiya


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
209) Alkoqol etiologiyalı qaraciyər sirrozunun, virus etiologiyalı sirrozdan fərqləndirici xüsusiyyətlərinə sadalananların hansı aid deyil?

A) Sarılıq

B) Assit

C) Yanaşı xəstəliklər ( mədə xorası, pankreatit, şəkərli diabet)

D) Splenomeqaliya

E) Qaraciyərin böyüməsi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
210) Qaraciyərin alkoqol sirrozu üçün sadalanan pozuntulardan hansı səciyyəvi deyil?

A) Böyümüş və bərkləşmiş qaraciyər

B) Ağızda acılıq

C) Dəridə damar “ulduzcuqları”

D) Qarnın yuxarı sağ ¼-də küt ağrılar

E) Qan zərdabında bilirubinin səviyyəsinin enməsi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
211) Alkoqoldan asılı olan xəstələrdə xronik pankreatitlərin xüsusiyyətlərinə sadalananların hansı aid deyil?

A) Nadir hallarda tipik ağrı sindromu

B) Sidikdə və qanda diastazanın mütləq olmayan yüksəlməsi

C) Mədə və bağırsaq dispepsiya sindromlarının erkən və aktiv inkişafı ( mədəaltı vəzlə qaraciyərin birgə zədələnməsi nəticəsində)

D) Hepatomeqaliya ilə müştərəklik

E) Latent formaların üstünlüyü


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
212) Alkoqol asılılığın gecikmiş mərhələlərində mədə-bağırsaq traktı zədələnməsində aşağıdakılardan hansı üstünlük təşkil edir?

A) Hipo- və anasid qastritlər

B) Kəskin qastritlər

C) Mədənin xərçənqi

D) Xronik enterokolitlər

E) Mədənin xora xəstəliyi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
213) Alkoqol asılılığında böyrəklərin zədələnməsinin klinik əlamətlərinə sadalananların hansı aid deyil?

A) Kəskin qaraciyər çatışmazlığı

B) Sadalananların hamısı

C) Nefrozlar

D) Pielonefritlər

E) Xronik nefritlər


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
214) Alkoqol asılılığında kəskin böyrək çatışmazlığına (toksiki nefronekroz) sadalananların hansı xarakterik deyil?

A) Sidik sindromunun qısamüddətdə yaranması

B) Mikrohematuriya

C) Alkoqolun kiçik dozalarının qəbulundan sonra yaranma

D) Minimal proteinuriya

E) Xəstəliyin sürətli gedişi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
215) Alkoqol etiologiyalı xronik nefrit sadalananların hansı ilə ifadə olunmur?

A) Alkoqol ekssesi ilə əlaqədar kəskinləşmə

B) Arterial hipertenziya

C) Alkoqol istifadəsinin böyrəkdən kənar əlamətləri ilə (hepatit, pankreatit)

D) İkitərəfli hematuriya ilə

E) Hiperimmunoqlobulinemiya ilə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
216) Alkoqol pielonefrit üçün sadalananların hansı səciyyəvi deyil?

A) Ağırlaşmalarla xarakteriklik

B) Letal nəticə

C) Spirtli içki fonunda qaraciyər sirrozu inkişaf edir

D) Sadalananların hamısı

E) Klinik mənzərənin sönüklüyü


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
217) Alkoqol asılılığında tənəffüs orqanlarının aşağıdakı hansı zədələnməsi mümkündür?

A) Sadalananların hamısı

B) Traxeobronxit

C) Ağciyərlərin emfizeması

D) Bronxoektaziya

E) Pnevmoskleroz


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
218) Alkoqol asılılığı ilə ağciyərlərin vərəmi arasında hansı əlaqə var?

A) Orqanizmin ümumi rezistentliyinin zəifləməsi

B) Alkoqol intokikasiyası ilə əlaqədar ağciyərlərin yerli müqavimətinin enməsi

C) MSS-də, daxili orqanlarda və immun sistemdə funksional və orqanik dəyişikliklər inkişaf edir

D) Natamam qidalanma, maddələr mübadiləsinin pozulması

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
219) Alkoqol asılılığında dəri örtüklərinin dəyişikliklərinə sadalananların hansı aid deyil?

A) Melanoz

B) “Damar ulduzcuqları” və depiqmentasiya sahələri

C) Trofiki yaralar

D) Dərinin səthi damarlarının genişlənməsi

E) Üz dərisinin hiperemiyası


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
220) Alkoqol asılılığında görmə pozuntuları sadalananların hansı ilə ifadə olunmur?

A) Görmə sahələrinin daralması

B) Ambliopiya

C) Rəngli görmənin pozulması

D) Qaranlığa adaptasiyanın pozulması

E) Görmə sinirinin atrofiyası


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
221) Alkoqol asılılığında nevroloji əlamətlərə sadalananların hansı aid deyil?

A) Vegetativ-damar paroksizmləri ilə hipotalamik sindrom

B) Qıcolma sindromu

C) Polinevropatiyalar

D) Parkinsonabənzər sindrom

E) Dağınıq ensefalomielit sindromu


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
222) Alkoqol asılılığında nevroloji pozuntuların patogenetik mexanizmlərinə hansı aid olunmur?

A) Kəllədaxili təzyiqin artması

B) Hidrosefalik sindrom

C) Etanolun toksiki effektləri nəticəsində toksiki və destruktiv prosseslər

D) Sadalananların hamısı

E) Baş və onurğa beyində iltihabi prosseslər


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
223) Alkoqol asılılığında yuxu pozuntusu üçün hansı səciyyəvi deyil?

A) Asteniya, affektiv davamsızlıqla birgə yuxusuzluq

B) Sadalananların heç biri

C) Erkən oyanma

D) Yuxuya getmənin çətinliyi

E) Yuxudan sonra dincəlmə hissinin olması, yuxu hissinin saxlanılması


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
224) Alkoqol asılılığında vegetativ- damar distoniyası sadalananların hansı ilə ifadə olunmur?

A) Sürətli inkişaf edən əzginlik

B) Artmış yuxululuqla

C) Hiperhidrozla

D) Yüksək qıcıqlılıq

E) Arterial təzyiqin və nəbzin labilliyi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
225) Abstinensiya sindromu strukturunda keçici nevroloji pozuntulara sadalananların hansı aid deyil?

A) Alkoqol polinevropatiyası

B) Qıcolma əlamətləri

C) Tremor

D) Vegetativ disfunksiya

E) Beyincik funksiyalarının pozulması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
226) Alkoqol polinevropatiyası üçün sadalananların hansı səciyyəvi deyil?

A) Axill reflekslərinin sönməsi və diz reflekslərinin yüksəlməsi

B) Trofik xoraların mövcudluğu

C) Periferik sinirlərin gedişi ilə ağrılar

D) Paresteziyalar

E) Ağrı və temperatur hissiyatının pozulması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
227) Alkoqol asılılığın klinikasında dağınıq ensefalomielit sindromuna xəstələrin şikayətlərində sadalananların hansı uyğun deyil?

A) Əl və ayaqların distal hissələrində keyimə, yüksələn zəiflik

B) Yuxu pozuntusu

C) Görmə itiliyinin enməsi

D) Baş ağrıları, baş gicəllənmələr

E) Əllərdə və ayaqlarda ağrılar


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
228) Alkoqol etiolojiyalı qıcolma sindromu üçün sadalananların hansı səciyyəvi deyil?

A) Postintaksikasiya dövründə inkişafı

B) Tutmadan sonra deliriyinin inkişafı

C) EEQ-də spesifik dəyişikliklərin meydana gəlməsi

D) Sadalananların hamısı

E) Tutmanın strukturunda tonik fazanın üstünlüyü


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
229) Sadə alkoqol sərxoşluğu halını müəyyənləşdirən əsas kriteriyalara sadalananların hansı aid deyil?

A) Emosional sferada dəyişikliklər

B) Assosiativ prossesin və ətrafın qavranılma xarakterinin dəyişikliyi

C) Motorikanın funksional dəyişiklikləri

D) Mioz

E) Ağızdan spirt iyinin gəlməsi


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
230) Sadə alkoqol sərxoşluğunun yüngül dərəcəsinin əlamətləri üçün sadalananların hansı səciyyəvi deyil?

A) Nitq aktivliyinin yüksəlməsı

B) Dəri hiperemiyası şəklində vegetativ reaksiyaların yaranması

C) Psixi və fiziki komfort hissiyatları

D) Assosiativ prossesin ləngiməsi

E) Hərəkətlərin koordinasiyasının yüngül pozulması


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
231) Orta dərəcəli sadə alkoqol sərxoşluğunun əlamətləri üçün sadalananların hansı səciyyəvi deyil?

A) Assosiativ prosesin ləngiməsi və çətinləşməsi

B) Nitqin dizartriyası

C) Motorikanın funksional pozulması

D) Qeyri-iradi sidik ifrazı

E) Təsəvvürlərin eynitipliyi, diqqət çətinliyi


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
232) Sadə alkoqol sərxoşluğunun ağır dərəcəsi sadalananların hansı ilə müəyyənləşmir?

A) Beyincik ataksiyası ilə

B) Hipertermiya

C) Ürək-damar sisteminin tonusunun enməsi

D) Vestibulyar pozuntular: baş gicəllənmə, ürək bulanma, qusma

E) Əzələ atoniyası, amimiya


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
233) Alkoqol ilə ağır intoksikasiyasından sonra, bir neçə gün ərzində aşağıdakılardan hansı müşahidə olunur?

A) Adinamik asteniya

B) Gecə yuxusunun pozulması

C) Anoreksiya

D) Sadalananların hamısı

E) Artmış tərləmə


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
234) Patoloji sərxoşluq üçün sadalananların hansı düzgün deyil?

A) Patoloji sərxoşluğun təkrarlanmasının böyük riski

B) Vəziyyətdən dərin yuxu və asteniya ilə çıxış, amneziya

C) Dağıdıcı, bəzən kriminal hərəkətlərin impulsivliyi və məqsədyönlüyü

D) Düşüncənin alaqaranlıq halı

E) Psixotik epizodun qəflətən başlanması, kəskinliyi və tranzitorluğu


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
235) Patoloji sərxoşluğun epileptoid forması üçün sadalananların hansı düzgün deyil?

A) Adətən mənasız və xaotik aqressiv formasında intensiv hərəki oyanıqlıq

B) Həddən artıq qəzəb və çılğınlıq, affektliyinin üstünlüyü

C) Sərxoşun davranışının ətraf situasiyalardan asılılığı

D) Hərəki stereotipiyalar

E) Nitqin söz həcminin azalması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
236) Alkoqol asılılığın prodromal dövrü üçün sadalananların hansı səciyyəvi deyil?

A) Alkoqolun stimullaşdırıcı effektinin meydana gəlməsi

B) Psixofiziki aktivliyin yüksəlməsi

C) Emosional halın yüksəlməsi və davamlılığı

D) Disxronoz

E) Orqanizmin alkoqoldan qoruyucu reaksiyalarının itirilməsi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
237) Dəyişmiş reaktivlik sindromunun başlanğıc əlamətləri üçün sadalananların hansı səciyyəvi deyil?

A) Alkoqola tolerantlığın 2-3 dəfə artması

B) Alkoqol təsir xarakterinin dəyişməsi ( stimullaşdırıcı effektin üstünlüyü)

C) Həddən artıq alkoqol qəbulu epizoddan sonra spirtli içkilərə qarşı ikrah hissinin yaranması

D) Qusma refleksinin itməsi

E) Sirkad ritminin pozulması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə