O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

açıqsöz 

29 


göstərən varlıları, mənsəb və vəzifə sahiblərini də öz xəlbirindən keçirməyə başla dı. Siyasi idarədə 

yüksək vəzifədə işləmiş Şərif Əzazi, Məclis vəkili Solətəldövlənin oğlu, bəzi mazandaranlı 

mülkədarlar, hətta Teymurtaş kimi saray naziri və s. həbsə alınıb QəsrQacara gətirildilər. Bunların 

bəzisinə mən zindanda tibbi yardım da göstərməli olurdum. 

Zindanın 7ci koridorundakı kameralar dolduğundan, orada siyasi məhbuslardan 2 nəfərin bir 

kamerada yaşamasına icazə verildi. Xoşbəxtlikdən ağaye Pişəvəri mənimlə bir kameraya düşdü. 

Xatirələrimin əvvəlində qeyd etdiyim kimi, Pişəvəri ilə mənim tanışlığım lap cavan yaşlarımdan 

üzü bəri idi. Həm də biz həmkəndli idik. Onunla "İttihad" məktəbindən, Ədalət firqəsindən tanış 

idim. Mütaliəni çox sevən, iti düşünən, dönməz və bir qədər də emosional adam idi. Onunla zindan 

həyatındakı yaxınlığım mənə onu daha yaxşı tanımağa imkan verdi. Zindanda yatan cavanlara o bir 

müəllim, nümunə, əvəzolunmaz məsləhətçi idi. Pişəvəri ilə bir kamerada zindan həyatı sürdüyüm 

vaxt mənim üçün maraqlı olan bir əhvalatı burada nəql etmək istəyirəm. 

Pişəvəri teztez neft qabını gizlədər, onu gözdən kənar yerə qoymağa çalışardı. Mən bir gün bunun 

səbəbini soruşduqda, o, neft qabı üzərində ingiliscə yazılmış "Carcavıl" sözündən və İrandakı 

ingilis fitnəsindən xoşu gəlmədiyini, buna görə də neft qabmı gözdən uzaq yerə qoyduğunu 

söylədi. Sonralar bu əhvalat yoldaşlar arasında yayıldı və xoşa gəlməyən şeyə və ya adama 

"Carcavıldır" deməyə başladıq. Bu "carcavıl sözünü 1945ci il 21 Azər nehzəti və ondan sonra Milli 

Hökumət dövründə teztez işlədərdik. Bu söz QəsrQacarda işlətdiyimiz söz idi. Pişəvəri Riza şahı 

hakimiyyətə gətirməkdə və məşrutə qanunlarına zərbə vurmaqda ingilisləri günahlandırırdı. 

I931ci ildə İranın səhiyyə işlərinə bir nəfər general həkim, doktor Koloyd başçı təyin edildi. Həmin 

şəxs zindan xəstəxanalarına da baş çəkmək qərarına gəlir. Polis səhiyyə işlərinə başçılıq edən 

doktor Ələməldövlə və polis xəstəxana sının baş həkimi Xarrati (Bikəxanım onunla işləyirdi) 

zindana gəldilər. Bikəxanım da onları müşayiət edənlər arasında idi və başqaları ilə birlikdə ona da 

əvvəlcədən zindandakılarla danışmamaq tapşırılmışdı. Onlar 2ci koridora gəlib bizə baş çəkərkən 

Bikəxanım mənimlə, ağaye Pişəvəri ilə ancaq baxışları və başını bir qədər aşağı əymək işarəsi ilə 

salamlaşdı. Koloydun zindana baş çəkməsindən bir neçə gün sonra Qəsr Qacara öz mülk və 

torpaqlarını dövlətə (padşaha) satmaqdan imtina edən bir dəstə mazandaranlı mülkədar gətirildi. 

Zindanda daxili qaydanı daha artıq qorumaq bəhanəsi ilə məhbuslardan primusları yığdılar. Pul 

yığıb neçə məhbusun üzərində xörək qızdırıb, çay qoymaq üçün aldığı primusların yığışdırılması 



açıqsöz 

30 


əslində siyasi məhbuslar üzərində təzyiqin artırılması idi. İndi hər bir məhbus zindan yeməyindən 

başqa bir şey tapmırdı. Ehtiyac olduğundan və hərəkətlərimdə ciddi qüsur tapmadıqlarından məni 

yenidən zindan xəstəxanasına həkim köməkçisi işinə dəvət etdilər. Xəstəxanaya səhər tezdən 

gedib, günortadan sonra kameraya gələrdim. Xəstəxanadakı siyasi məhbuslara şorba, yumurta, 

plov və s. qüvvətli yeməklərin verilməsinə nail olmağım üçün bu ələ düşmüş yaxşı fürsət idi. 

İnsafən xəstəxanaya məsul olan doktor Xarrati mənə bu işlərdə mane olmazdı. Bir gün növbəti dəfə 

işə gedərkən keşikçi polis qabağımı kəsdi və kameraya dönməyimi əmr etdi. Mən kameraya gəlib, 

əhvalatı Pişəvəriyə və Yavər Əhmədxana danışdım. O da bu işə təəccüblənib belə bir imkanın 

əldən getməsinə təəssufləndi. Pişəvəri Poladı dəstəsindən olan Yavər Əhmədxana məsələnin 

səbəbini öyrənməyi tapşırdı. Bizə nisbət çöllə arabir əlaqə saxlamağı bacaran Əhmədxan gəlib 

bildirdi ki, Riza şah sarayında ikinci şəxs kimi tanınan Teymurtaşın həbsə alınması və QəsrQacara 

gətirilməsi zindanın daxilində "intizamın" möhkəmləndirilməsinə, əslində məhbuslara qarşı 

təzyiqin artırılmasına səbəb olmuşdur. Zindandan buraxılana qədər bir də məni xəstəxanaya, tibbi 

işlərdə köməkliyə buraxmadılar. Çox çəkmədi ki, Riza şahın əmri ilə Teymurtaşı zindanda ikən 

məhv etdilər. 

1932ci ilin Novruz bayramı yaxınlaşırdı. Siyasi məhbusların bir dəstəsinin azadlığa buraxılacağı 

haqda sözsöhbət dolaşırdı. Hətta azad olacaq məhbusların adını da deyirdilər: 

Pişəvəri, doktor Cavid, Rövşən Abdulla, Mirzə, Yavər Əhmədxan, Yusif, Rəhim və başqaları. 

Məhbus Muxtarinin qardaşı polis idarəsində işlədiyındən o bəzi "sirli" xəbərləri zindana ötürə 

bilirdi. Biz günləri sayırdıq. Lakin axır çərşənbə də oldu, Novruz da oldu, bizi azad etmədilər. 

Ailələrimizdən nigarançılıq olmasaydı, biz o qədər də darıxmazdıq. Zindan həyatına alışmışdıq, 

həm də Pişəvərinin keçmişdən, indidən və gələcəkdən etdiyi söhbətlər, mülahizə və fikirlər o qədər 

maraqlı idi ki, biz o fıkırlərin cazibəsində idik. Sanki zindan mətinləşmək və mübarizə aparmaqda 

bizə çox gərək imiş. Qısası, onu demək istəyirəm ki, azadlıq mübarizəsi üçün zindan bir məktəbdir. 

Bizim QəsrQacar zindanında yatdığı mız zaman Pişəvəri və onun həmfikirləri əhatəsində olmaq, 

onların məfkurə və mübarizə amallarını bölüşmək doğrudan əvəzsiz məktəb idi. Zindan nə qədər 

gərəkli məktəb olsa da, onda çöldəki azadlıq, sərbəstlik yox idi. Ailəli adamın zindanda yatması 

çox çətin məsələdir. Ailənin məsuliyyətini unutmaq, maddi təminat və başqabaşqa məsələlər haqda 

düşünməmək, narahat olmamaq mümkün deyil. Bu mənada zindan da yaşadığım günlər və illər 

mənim üçün çox ağır və dəhşətli olmuşdur. 




açıqsöz 

31 


Ənnəm rəhmətlik teztez deyərdi: "Bir yandan bağlayan xaliq, bir yandan açar". Heç elə bir qaranlıq 

gecə olmayıb ki, o, sabahla əvəzlənməsin. 

1311ci ilin (1932) Novruzundan təqribən iki ay keçirdi. Axşam tərəfi saat 89 radələrində ağaye 

doktor Xruş zindana, mənimlə görüşə gəlmişdi. Bu qəfləti və bivaxt gəliş məni xeyli nigaran qoysa 

da, doktorun üzündəki təbəssüm və sevinc cizgiləri onun zindana xoş xəbərlə gəldiyini bildirirdi. 

Doktor Xruş ağzını qulağıma yaxınlaşdırıb yavaşdan: "Doktor Cavid, təbrik edirəm, sənin də 

həbsdən azad olacağın haqda məndə məlumat var. Bu xəbəri yəqin ki, sabah xanımınız da sizə 

çatdıracaq"  dedi. 

Məni fikir götürdü. Bu haqda doğru çıxmayan çox xəbər eşitdiyimdən, doğrusu elə də inanmadım. 

Amma doktor Xruş ciddi adam olduğundan tərəddüddə qaldım. Mənim fikirli olduğumu görən 

Pişəvəri, bizimlə qonşu kamerada yatan məslək dostumuz Yaruşənə üz tutub: "Cavidə nə olub?"   

soruşduqda, məsələni açıb onlara dedim. Onlar da bunun həqiqət olacağına mənim kimi şübhə 

etdilər. O gecə necə deyərlər, ilan vuran yatdı, mən yatmadım. Səhər saat 8də Bikəxanım zindana, 

mənimlə görüşə gəldi. Doktor Xruşun dediklərini o da təkrar etdi. Həmin gün saat 11də məni 

zindan maşınına oturdub siyasi idarəyə apardılar. Burada adı Cavanşir olan siyasi idarə məmuru 

mənə xeyli "öyüdnəsihət" verdikdən, rejim əleyhinə mübarizədən uzaqlaşıb, öz peşəmlə məşğul 

olmağımdan, ailəmə yazığı gəlməyindən danışdıqdan sonra mənim həbsdən azad olunub Kaşana 

sürgün edilməyim haqda yuxarıların əmrini oxudu və digər məhbusların da tezliklə azadlığa 

çıxacağını bildirdi. 

 

 



KAŞANA GETMƏYƏ HAZIRLIQ 

Mən QəsrQacarda Kaşana sürgün olunmağım barədə xəbəri alan kimi bu şəhərlə bağlı məlumat 

toplamağa, əhalisi, abhavası və s. haqda çox bılməyə çalışdım. Öyrəndiyim bu oldu ki, Kaşan çox 

da böyük olmayan, İran ərazisinin mərkəzində yerləşən və inzibati bölgüdə Tehran əyalətinə 

(ostan) daxil olan şəhərdir. Əhalisi o vaxt 3035 min nəfərdən çox deyildi. Gəlmələr bu şəhərdə 

çoxdu. Ölkə üzrə bu şəhər nəfis toxunmuş. xalçaları və müxtəlif çeşidli saxsı qabları ilə məşhurdur. 

Burda olan əqrəblər əhali üçün ilin yay fəslində çox qorxulu həşəratdır. Görmədiyin, olmadığın bir 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə