O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

açıqsöz 

32 


şəhərə ilk dəfə ailəlikcə getmək çox da asan iş deyil, xüsusən də zindandan yenicə azad olmuş cibi 

boş, "şübhəli" adam olasan. 

Mən azadlığa buraxılan kimi, əvvəlcə ailəmin maddi imkanı ilə maraqlandım. Bu sahədə vəziyyət 

heç ürəkaçan deyildi. Bikəxanımda 12 günlük yeməyə çatan pul var idi, üstəlik 23ay ev kirayəsi 

ödənilməmişdi. Bundan başqa, Kaşana getməyimizlə əlaqədar olaraq Abacını və xalacanı Təbrizə 

yola salmalıydım. Həbsə alınarkən bir dostumun verdiyi 25 tüməni saxlamışdım. Köhnə bakılı 

dostum Əjdər Əlizadədən və Ələsgər Bağırizadədən borc aldım. Bir qədər də evdə qalmış 

xırdaxuruşdan satıb yol pulu düzəltdik. 

Həbsə alındığım ilk günlərdə məhbəsdə bir dövlətli tacirlə tanış olmuşdum, onun ünvanı yadımda 

qalmışdı. Mən onu tapıb, vəziyyətimi sözlə çatdırsa da, o özünü o yerə qoymadı, köməklik və ya 

borc verməkdən danışmadı, fəqət xeyri bu oldu ki, qonşu dükanda Hacı Məmmədtağı adlı bir 

kaşanlı tacir ilə məni tanış etdi. Həmin kaşanlı tacir də öz növbəsində "Kaşan Ticarət Otağı" rəisi 

Hacı Seyid Məhəmməd Ələvi adlı bir adama məni tanıtdırdı. Özümün həkim, həyat yoldaşımın 

peşə etibarı ilə mamaçı olduğunu bildirdikdə S.Ələvi sevindi və bizə də ürəkdirək verdi ki, 

Kaşanda həkim yoxdur, işiniz yaxşı gedər. Bu sözləri eşidən "məhbəs tanışım" Hacı Məmmədtağı 

ürəklənərək Kaşandakı evlərinin ünvanını verib "bizdə gedib qalarsız"  dedi. Mən ev sahibinə 3 

aylıq kirayəni yaxın vaxtlarda ödəyəcəyim haqda qəbz verib, qarajda Kaşana gedəcək maşının 

vaxtını və gediş haqqını öyrənib evə döndüm və hazırlıq işlərini tamamladım. Zindandan çıxarkən 

Pişəvəri ilə xudahafizləşəndə o, bir müddət gözə dəyməməyi, heç kimlə əlaqəyə girməməyi 

tapşırmış, izlənəcəyimi demişdi. Biz Kaşana getmək tədarükünü qurtarar qurtarmaz siyasi idarənin 

müfəttişi İsfəndiyari səhər tezdən bir nəfərlə bizə gəldilər. Yenə evdə hər şey dəqiq yoxlanıldı, 

gözdən keçirildi və məni təkrar aparıb müvəqqəti həbs otağına saldılar. Bu otağa tutulub gətirilən 

10 nəfərdən Şərifıni və Əmirxizini əvvəldən tanıyırdım. 3 gün müvəqqəti həbs otağında qaldıqdan 

sonra yenə Cavanşir adlı məmur (hansı ki, əvvəlki istintaqlardan onunla tanış idik) əlimə ağ kağız 

və qələm verib aşağıdakı cümlələri yazmağı əmr etdi: 

Zendəbad İttehade Karegəran! 

Zendəbad əvvəle Meh! 

Zendəbad İrane azad! 




açıqsöz 

33 


Sən demə, əl ilə yuxarıda yazılmış şüarlar may bayramı ərəfəsində Tehran küçələrinin divarlarına 

yapışdırılıbmış və buna görə də siyasi idarə şübhəli bildiyi adamları dərhal həbsə alaraq onların 

xətlərini divara yapışdırılmış vərəqlərdəki xətlə tutuşdururdu. Siyasi idarə məmurunun mənim 

haqda şübhəsi düz çıxmadığından həbsdən azad edildim (Sonrakı illər öyrəndim ki, həmin şüarları 

Məşhədi Kaviyan yazdırıb divarlara yapışdırıbmış). 

 

 



SALAM, KAŞAN! 

Riza şah məmuru olsa da, məni son dəfə istintaq edən ağaye Cavanşir insafla desəm, ürəyi 

yumuşaq adam idi. Mənimlə, ailəmin vəziyyəti, təhsil və ixtisasımızla azçox tanış olduğundan 

onun hərəkətlərində mənə kömək etmək meyli olduğunu hiss edirdim. İstintaqdan sonra mənə 

Tehranı tez tərk etməyimi məsləhət gördü və açıqca dedi ki, dövlət əleyhinə bu şəhərdə nə baş 

versə, yenə sənin kimilərin yaxası ələ keçəcək. Mən onun məsləhətini qulaqardına vurmadım, 

tələmtələsik xalacanı və Abacını Təbrizə yola saldım, özümüz isə 1311ci ilin ordibeheşt ayının 

əvvəlləri idi ki, (1932ci il, aprel) Kaşana yola düşdük. 

Zindandan çıxan, qərib adamın tanımadığı, bələd olmadığı bir şəhərə gəlməsi nə yaman ağır 

olurmuş. Mən ailəmlə Kaşana yaşamaq üçün yox, müddətsiz sürgünlük gunlərimi keçirmək üçün 

gəlmişdim. 

Kaşanda ilk günlər Tehrandan tanıdığım Hacı Ağatağı adlı şəxsin evində qalmalı olduq. Hacı 

Ağatağı qəlbiyumuşaq və mərhəmətli adam idi. Düşdüyümüz vəziyyəti yaxşı anlayır, ürəkdirək 

verir, hər şeyin yaxşı olacağına bizi inandırmağa çalışırdı. Kaşanda məni sevindirən vaxtilə 

"İttihad" məktəbində dərs verdiyim Mirəhməd adlı şagirdimlə təsadüfən rastlaşmağım oldu. 

Mirəhməd Kaşanda Bəhailər məktəbinin müdiri vəzifəsində işləyirdi. Onun bizə göstərdiyi xidmət 

mənim həkim, Bikəxanımın təhsil görmüş mamaçı olduğunu müəyyən dairələrə çatdırması idi ki, 

bunun da nəticəsində görüşümüzə gələnlərin sayı günbəgün artırdı. Bikəxanımla öz ixtisasımız 

üzrə işləməyə hazırlaşarkən qəflətən məni Kaşan Polis İdarəsinə çağırdılar və Tehrandan icazə 

gəlməmiş həkimlik fəaliyyətinə başlamağı mənə yasaq etdilər. Bir müddət Bikəxanımın 

nüsxəsindən istifadə etməli oldum. Bu o demək idi ki, mən həkimlik fəaliyyətimi gizli aparmalı 



açıqsöz 

34 


olacaqdım. Bu da yenidən həbsə alınmağıma əsas yarada bilərdi. Başqa çarə yox idi. Təkcə 

Bikəxanımın müalicədən aldığı xırdapara ilə qürbətdə yaşamaq çətinlik törədirdi. Buna görə 

sürgündə həkimlik fəaliyyətinə başlamaq haqda Tehrandakı siyasi idarəyə ərizə ilə müraciət etməli 

oldum. İnsafən çox çəkmədi ki, siyasi idarə mənə öz ixtisasım üzrə həkimlik etməyə icazə verdi. 

Hacı Ağatağıgildə biz çox qalmadıq. Ağaye Ələvi vasitəsi ilə illik kirayəsi 40 tümən olan mənzil 

tutduq. Yuxarıdakı 2 otağı xəstələri qəbul etmək, aşağı mərtəbənin 2 otağını isə yaşamaq üçün 

ayırdıq. 

Kaşan kiçik şəhər olduğundan burada bir həkim kimi kütlə içərisində tez tanındıq. Müraciət edən 

xəstələrin sayı gündəngünə artırdı. Təhsili "Rusiyədə" almağımız və bilik səviyyəmizin 

kifayətləndirici olması bizə üstünlük verirdi. Mən imkansızlardan 2 qran (bir çox vaxt tam 

məccanı), varlılardan 5 qran vizit haqqı alırdım. Bir sözlə, Kaşanda maddi vəziyyətimiz bir qədər 

yüngülləşdiyindən əvvəl aldığımız borcları, eləcə də Tehrandakı ev sahibinə kirayə haqqını ödəyə 

bildik. Hətta ev işlərində və Azadı saxlamaqda kömək üçün kaşanlı bir qadını da köməyə dəvət 

etdik. 


Kaşanda yaşadığımız və işlədiyimiz sürgün günlərində Kaşanın bəzi ziyalıları ilə dostluğumuz 

yarandı, ailələr arasında getgəldə oldu. Əlbəttə mənim siyasi əqidəmə görə zindanda yatmağım və 

sonra isə sürgün olunmağım da öz təsirini göstərir, bəzi ziyalıların məndən və ailəmdən uzaq 

durmağına səbəb olurdu. Mən onları qınamıram, dövr ağır, təqiblər amansız, xəbərçilər çox idi... 

Biz Kaşanda 45 ay yaşamışdıq ki, şəhərin fərmandarını, milis rəisini, səhiyyə işləri üzrə məsulu 

dəyişdilər. Səhiyyə işlərinə yeni başçı gəlmiş milliyətcə fars olan ağaye doktor Mötəməd farsın 

şovinist nümayəndələrindən idi. Mən heç vaxt millətçi olmamışam, lakin millətimi yanar qəlblə 

sevən, onun uğrunda hər cür fədakarlığa həmişə hazır olan bir insanam. Millətimi alçaltmaq 

istəyənlə mənim suyum bir arxa getməmiş və getməyəcək. Yeni rəis gəlmiş doktor Mötəmədi ilə 

münasibətimizin pısləşməsinə səbəb ilk gündən onun başqa millətə (xüsusən, biz türklərə) xor 

baxması və bunu gizlətməməsi oldu. Mötəmədi mənim nəzərimdə ziyalılıqdan uzaq, qani təmiz 

olmayan çox pis adam idi. Onun gəlişi bizim şəxsi münasibətlərimizlə yanaşı ailəm üçün də bəd 

qədəm oldu. Məni buvə sancdı, Azadı tif epidemiyası tutdu, Bikəxanımın hamiləliyi çox ağır oldu 

və s. Mötəmədi həkim də olsa, həkimlik əxlaqından və vəzifəsindən uzaq idi. Teleqrafxana 

qabağındakı hovuzda boğulan uşağa tibbi yardım göstərmək üçün ona telefon olunsa da, o, 

məccanı olduğunu bilib gəlməmiş və biçarə uşaq tələf olmuşdu. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə