O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   2   3   4   5   6   7   8   9   10   ...   28

açıqsöz 

20 


olmasını unudur). Pişəvəri xanımına deyir ki, sən doktor Cavidə çatdır ki, mənim onunla əlaqəmi 

çek vasiləsi ilə bilmişlər. Doğrusu, bu xəbər mənə çox ağır təsir etdi. Əvvələn, Pişəvəridən sonra 

işlərin mərkəzində mən idim, xətləri, yolları başqa yoldaşlara nisbət daha çox bilirdim, kimlərı, 

harada, necə iş görmək tapşırığının çoxu mənə həvalə edilmişdi. Digər tərəfdən, böyük, qorxulu 

Tehranda Bikəni körpə uşağı ilə qoyub getmək əzabı, vicdanımı rahat buraxmırdı. Axı Bikə burada 

qərib idi! 

 

 

AZADLIĞIN SON GÜNÜ 



Çek əhvalatından sonra mənim də ələ geçəcəyimə şübhəm yox idi. Polis    xəfiyyə təqibindən yaxa 

qurtarmağa heç nəyin kömək edə bilməyəcəyi mənə aydın idi. Aydın olmayan qərib Bikəxanımla 

körpə Azadımın taleyi idi. Mübarizənin qurbanlar tələb etdiyini, bu yolda min bir əzabəziyyət, 

zindan, sürgün və s. olduğunu əvvəldən göz altına almışdım. Darda qalan, haqqı tapdalanan 

millətini azadlığa çıxarmaq yolunda çəkilən əzablar, məncə, bir də ona görə şirindir ki, sən uzaq 

qaranlıqdan işıqlı sabahın üfüqlərini görürsən. O işıqlı sabah üçün hər şeyi qurban verməyə dəyər. 

Bu ideya, bu qayə məni rahat, asudə həyatdan mübarizə burulğanına apardı. Bunun üçün nə o vaxt, 

nə də indi peşiman olmamışam və yəqin ki, bundan sonra da olmayacağam. 

Mən həbsə alınacağımı Bikəxanıma demək məcburiyyətində idim. Bir sıra məktub və sənədləri 

ona verib hansı yerə, kimə çatdıracağını tapşırdım. Bu sənədlər içərisində bir məktub ciddi siyasi 

məzmun daşıyırdı. Mən sübh tezdən evimizin yaxınlığındakı hamama getdim, sanki zindana 

hazırlaşırdım. Hamamdan çıxdıqda bir şəxsin məni izlədiyini hiss etdim. Qapıya çatarkən bir polis 

nəfərinin də buralarda gəzişdiyini gördükdə məsələnin nə yerdə olduğunu anladım. Otağa daxil 

olarolmaz küçə qapısının döyüldüyünü eşitdik. Külfət qapıya getdi, mən isə Bikəyə sənəd və 

məktubları gizlətməyi dedim. Qapı açılarkən məni izləyən şəxs və polis evə daxil olub, həbs 

olunduğumu bildirdikdən sonra tibbi kabinetdən tutmuş hər yeri və hər şeyi (hətta yorğandöşəyi) 

axtarmağa başladılar. Bikəxanım sənəd və məktublar ələ keçməsin deyə, onları yandırmağa vaxt 

tapmadığından cırıb tikətikə etmişdi. Polis cırılan kağızların nə olduğunu soruşduqda Bikə özünü 

itirmədən "o taydakı valideynlərimdən aldığım məktublardır"  dedi. Səriştəsiz polis cırılmış 



açıqsöz 

21 


məktubların tikələrini yapışdirıb mətləbi anlaya bilərdi. Yaxşı ki, onun buna fərasəti çatmadı. 

1931ci il martın 13də polis əhatəsində Baş Xəfıyyə İdarəsinə doğru addımladıqca yarımçıq qalmış 

işlərim, zavallı Bikənin taleyi, körpə Azadımın gələcəyi haqqında düşüncələr məni rahat 

buraxmırdı. Düşünürdüm ki, Bikənin vəziyyəti çox ağırlaşdı. Təkbaşına işləmək, uşaq saxlamaq, 

ev dolandır maq, üstəlik polis və istintaq orqanlarına ayaq döymək, zindana yemək, palpaltar 

aparmaq tək, qərib bir qadın üçün çox ağır yük idi. Mən qorxurdum ki, Bikə bu ağır yükə tab 

gətirməyə... Onda bəs Azadımın axırı necə olar? Bu suallara cavab tapmamış polis idarəsinə 

çatdığımı gördüm. 

 

 

ZİNDANDA İLK GÜNLƏRİM... 



Məni müşayiət edən xəfiyyə məmurları 1931 ci ilin Novruz bayramına bir həftə qalmış "Siyasi 

Təminat" adlanan idarəyə təhvil verdilər. Bikəxanım arxamca həmin idarəyə gəlib öyrəndi ki, mən 

burada gecələməli olacam. Buna görə mənə yüngülvari yataq dəsti çatdırdı. Məni ilk istintaq edən, 

sorğu suala tutan Mirzə Həsən Firuzeş adlı kobud və zalım bir adam idi. O, ilk gecə bir neçə dəfə 

məni istintaqa çəkdi. 

İstintaqda səsləndirilən suallar bunlar idi: Təşkilatınızın adı, harada yerləşir, rəhbər orqanınız? 

Siz milləti niyə qızışdırırsınız, bu işdə son məqsədiniz nədir? 

Komintern və kommunist mərkəzlərlə əlaqəniz, aldığınız göstərişlər? 

İrandakı dostların, qohumların kimlərdir və daha kimlərlə əlaqən var? 

İrana köçüb gələrkən hansı tapşırıqları almısan? və s. 

Səhərə yaxın nəzarətçi məni Nəsrullah İsfəndiyan adlı şəxsə təhvil verdi. Səhər Bikəxanımı da 

istintaqa çağırdılar. Bikəxanım siyasi fəaliyyətimdən demək olar ki, xəbərsiz olduğu üçün onun 

dindirilməsindən mənə zərər dəymədi. Onu saxlamayıb evə buraxdılar. Məni Siyasi Təminat 

İdarəsinin "Keşikçi komsionu" adlanan bölməsinin nəzarətinə tapşırdılar. Bir qayda olaraq, 




açıqsöz 

22 


tutulanlar əvvəlcə bir neçə gününü burada keçirməli olurdular. Keşikçi komsionunun nəzarətində 

qaldığım 78 gün ərzində Bikəxanım hər gün mənim üçün yemək və s. gətirirdi. Ona və Pişəvərinin 

xanımına bizi guya Novruz bayramına qədər buraxacaqlarını demişdilər. Lakin bu, yalan oldu. 

İsfənd ayının son günləri idi (1820 mart). Komsion otağında eşitdim ki, köhnə tanışım Musa 

Xozistanini də həbs ediblər. Səhər Bikə mənə yemək gətirəndə Tacbəxşin, Dadizadənin də həbsə 

alındığını, Tacbəxşin bacısı və bacısı qızının da tutulduğunu dedikdə təşkilata xəfıyyənin yol 

tapdığına şübhəm qalmadı. 

Siyasi həbslər çoxaldıqca zindandakılara qarşı təzyiq və zorakılıq güclənirdi. Məni komsionun 

tabeliyindən çıxarıb ümumi zindana göndərdilər və kimsə ilə görüş qadağan edildi. Bikəxanım 

istintaqımı aparan Mirzə Hüseynə müraciət etdikdə o cavabında: "Doktor Cavid sualları doğru 

cavablandırsa, ancaq o vaxt azad ola bilər"  demişdi. İlk dəfə idi ki, Novruz bayramını zindanda 

keçirdim. 1718 gündən sonra mənim yeni istintaqım başladı. İstintaqı yenə Mirzə Hüseyn Firuzeş 

aparırdı. O, istintaqın çoxunu gecəyarı apardığından yuxusuzluq məni əldən salırdı. Adamları 

tanımağımı, haradan tanıdığımı, onlarla necə həmkarlıq etdiyimi və bu işlərdə məqsədin nə 

olduğunu təkrartəkrar soruşan Mirzə Hüseyn istədiyi cavabı almadıqda əsəbiləşir, söyür və 

hədələyirdi. Bu vəziyyət onu cana gətirdiyindən yaşamaq üçün ağır və dəhşətli olan 1 nömrəli 

zindana köçürülməyimi əmr etdi. Gecə ikən yatacağımı qoltuğuma verib 1 nömrəili zindana 

gətirildim. Qaranlıq, dar zindan otağı bit və taxtabiti ilə zəngin idi. Gecələr yatmamaq, gündüzlər 

isə taxtabiti öldürmək zindan. məşğuliyyətimə çevrildi. Zindan tərəfindən verilən naharı yemək 

mümkün olmadığından evdən gələn yeməyi gözləyirdim. Məni aclıqla imtahana çəkdikləri üçün 

evdən gətirilən yeməyi qəsdən saatlarla gecikdirirdilər. Bu minvalla məni 93gün cəhənnəm qədər 

əzablı olan qaranlıq, bitlərin qaynadığı təkadamlıq kamerada saxladılar. Yuxarıda dediyim kimi, 

məni istintaq edən Mirzə Hüseyn zatən çox zalım adam idi. Növbəti dəfə istintaqımı 2ci mərtəbədə 

apardığmdan zindanın həyəti oradan aydın görünürdü. Həyətə baxan zaman mənə yemək gətirən 

Bikəxanımı və balaca Azadımı gördükdə qəhər məni boğdu, ürəyimdə ağladım. Bəlkə də Mirzə 

Hüseyn bu mənzərəni qəsdən yaratmışdır ki, mənə təsir edə bilsin, istədiyi cavabları məndən alsın. 

O, mənə xanımımı və oğlumu göstərib öyüdnəsihət verdi və hər şeyi açıb deməklə bu əzaba son 

qoymağı tövsiyə etdi. Mən isə bu zalım ağanın "mərhəmətli öyüdlərini" qulaqardına vurub, əvvəlki 

cavablarımı təkrar edirdim. Müstəntiq xanımımı təbid (sürgün) edəcəyi ilə məni hədələsə də, onun 

üçün müsbət nəticə alınmadı. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə