Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə138/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   207

296

 

 



modifikasiyasında  axırıncı  məftil  cərgəsinin  paralel  götürülməsi  məqbul  hesab 

olunur. 


Şaquli  şpalerin  digər  modifikasiyası  iki  müstəvili  şpalerdir.  Bu  şpaler  çox 

münbit  torpaqlarda  çox  güclü  üzüm  sortları  becərilən  üzümlüklər  üçün  əlverişli 

hesab  edilir.  Burada  hər  bir  tənəyin  dibinə  iki  dirək  V  şəklində  basdırılır.  V 

hərfinin  başındakı  (ucundakı)  məsafə  dirəklərin  hamısında  eyni  məsafədə 

olmalıdır.Burada  da  hər  müstəvidə  3-5  məftil  çəkilə  bilər.  Əvvəldən 

formalaşdırıldıqda kol iki hissəyə ( hər müstəvinin istiqamətində) bölünür.Kolun 

yarı hissəsi bir müstəvi,  yarı hissəsi isə digər müstəvidə yerləşdirilir. Burada da 

salxım  yaşıl  kütlədən  ayrılır  və  kölgədə  qalır.  Bu  şpalerdə  məqsəd  çox  güclü 

tənəkləri  dayaqda  sıxlıq  yaratmadan  yerləşdirmək  mümkün  olsun.  Belə  şpaler 

orta Asiya, Yaxın Şərq, İran, Türkiyə, Ərəb ölkələri, Afrika qitəsi ölkələri üçün 

əlverişlidir.  Bizim  ölkəmizin  Kürdəmir,  Ucar,  Sabirabad,  Saatlı,  Beyləqan  kimi 

rayonlarda qara giləli süfrə üzümlərində tətbiq etmək olar. Məlumdur ki çox isti 

yerlərdə qara giləli üzümlərdə qarsalanma əmələ gəlir. 

İki  müstəvili  şpaler  konfiqurasiyasına  görə  tərsinə  bərabər  yanlı  üçbucağı 

xatırladır, yəni üçbucağın oturacağı yuxarıdadır. 

Üfüqi  şpaler  konfiqurasiyasına,  material  məsarifinə  və  torpaqdan 

hündürlüklərinə görə bir –birindən kəskin fərqlənir. Yuxarıda qeyd etdik ki, üfüqi 

şpaler  kiril  hərifləri  T,П,  Г  şəkillidir.  Bunlardan  T  və  П  şəkilli  məhsul  verən 

üzümlüklərdə,  həm  də  fillokseraya  davamlı  calacaltı  anaclıqlarda,  Г  şəkilli  (bu 

həm  də  dimdikli  şpaler  adlanır)  isə  yalnız  məhsul  verən  üzümlüklərdə  tətbiq 

edilir. 

П  və  T  şəkilli  üfüqi  şpalerdə  1,2-1,5  m  hündürlükdə  hər  bir  dirəyin  ucunda 

1,5m  uzunluğunda  planka  bərkidilir.  Plankanın  hər  tərəfində  3  məftil  cərgəsi 

yerləşdirilir.Tənəyin çox illik qolları həmin məftillərə bağlanır. 

Üfüqi şpalerin bu növləri fillokseraya davamlı calaqaltı anaclıqda qurulduqda 

onların  torpaqdan  məsafəsi  0,5-  0,6  metr  götürülür.  Hər  iki  növ  şpalerdə  kollar 

başçıq  formasında  formalaşdırılmalıdır.  Başcıqdan  çıxan  yaşıl  zoğlar  şpalerin 

üfüqi hissəsinə çıxdıqda onlar paylanaraq məftillərə bağlanır. Ancaq zoğun şaquli 

vəziyyəti ilə üfüqi vəziyyəti arasındakı hissədə (dirsəkdəki) zoğ əyri olduğundan 

calağa yaramır. 

Üzümlükdə şpaler qurularkən aşağıdakılara diqqət yetirilməlidir: 

a)

 



çalışmaq  lazımdır  ki,  bütün  baş  və  orta  dirəklər  bir  xətt  üzrə 

olsun,bu xətt qonşu qurşaq və kvartallarda da gözlənilməlidir; 

b)

 

Baş  və  orta  dirəklər  yerində  möhkəm  dursun,  baş  dirəklərin 



mailliyi eyni bucaq altında olmalıdır; 

c)

 



Şpalerdə  məftillər  yuxarıdan  aşağıya,yəni  əvvəlcə  yuxarıdakı 

məftil dartəlmalıdır; 




297

 

 



d)

 

Məftillər orta dirəyə torpaqdan eyni məsafədə bağlanmalıdır; 



e)

 

Məftili  dirəyə  qurşaqla  bağladıqda  onun  ucu  kənara  yox 



cərgənin istiqamətinə baxmalıdır, eyni zamanda onun ucu sivri olmamalıdır. 

Keçmişdə  Gəncə  üzümlüklərində  dayaq  məqsədi  ilə  qarğıdan  düzəldilən  və 

―molla  çəpəri‖  adlanan  dayaq  növündən  istifadə  edilmişdir.bu  növ  dayaqda  3 

ədəd qarğı  götürülmüşdür, onlardan biri kolun dibinə şaquli olaraq, biri sağdan, 

üçüncüsü  isə  soldan  maili  olaraq  sancılmışdır.  Üç  qarğının  kəsişdikləri  yerdən 

söyüd burğusu ilə bağlanmışdır. Qarğıların uzunluğu 1,5-2 m olmuşdur. Qarğının 

üst qabığı soyulduqda onun ömrü müəyyən qədər uzanır. Ümumiyyətlə qarğının 

torpaqda  qalan  hissəsi  bir  mövsümdən  artıq  qalmır  və  çürüyür.  Növbəti 

mövsümlərdə qarğı çöndərilir, bu dəfə onun ucu torpağa sancılır. 

Hazırda sənaye üzümlüklərində bu növ dayaqdan istifadə olunmur. 



Üzüm  bitkisinin  bağlanması-  Üzüm  bitkisi  quru  və  yaşıl  vəziyyətlərində 

bağlanır.  Buna  görə  də  üzüm  kolunda  quru  bağlama  və  yaşıl  bağlama  üsulları 

formalaşmışdır. 

Quru  bağlamaya  nisbi  istirahətdən  sonra  şirə  hərəkəti  başlayan  məqamda 

başlanılır.Quru bağlama mövsümi xarakteri və son dərəcə məsuliyyətli bir işdir. 

Bu  işin  aparılması  üçün  təsərrüfat  hazırlıq  işləri  görməlidir.  Kolların  kəsilməsi 

fevral ayının ortalarına qədər başa çatmalıdır, işçi qüvvəsi və bağ lama materialı 

tədarük edilməlidir. Bağlama materialı müxtəlif materiallardan ola bilər. Kəndir, 

palma  ağacından  hazırlanan  lif,  cil  və  söyüd  burğusu  ənənəvi  bağlama 

materialıdır.  Bunların  içərisində  ən  keyfiyyətlisi  kəndirdir.  O  tez  sürüşmür, 

yaxşıdır,  bəzən  bağladığı  orqanı  kəsir.  Belə  materialların  elastikliyi  az  və 

genişlənməsi.  Ən  keyfiyyətsiz  bağlama  materialı  ot  kipinin  bağlanmasında 

istifadə edilən sintetik ipdir. Bu ip günəşin və yağışın altında illərlə çürümür, bu 

baxımdan da onunla işləmək əlverişli deyildir. 

Bizim respublikada (əsasən aran rayonlarında) geniş miqyasda yayılan cildən 

də  bağlamada  istifadə  edilir.  Çox  quru  olanda  bu  cil  kövrək  olur  və  onunla 

işləmək çətinləşir.Onu bağlamadan öncə islatmaq lazımdır ki, elastikliyi bir qədər 

də artsın. Krım kimi yerdə yerli bağlama materialları olmadığından onlar xüsusilə 

quru bağlamanı tikiş fabriklərinin tullantıları ilə aparırlar. Bu tullantılar müxtəlif 

rəngli  parçalardan  olduğuna  görə  üzümlükdə  çox  xoşa  gəlməz  görkəm 

alınır(cındırlı  pirə  oxşayır),  üstəlik  bu  parçaların  da  bir  qismi  möhkəm 

parçalardan olduğuna görə gec çürüyür. 

Respublikamız şəraitində üzümlükdə quru bağlama aparmaq üçün ən etibarlı, 

ən münasib bağlama materialı olaraq söyüd burğusudur. Ağ, qızıl və qara söyüd 

növlərindən  qızılı  söyüdün  bağlama  keyfiyyəti  digər  üstündür.  Qızılı  söyüd  ən 

çox Gəncəbasardadır.Bu zonada qədim və ənənəvi bağlama materialıdır. Hazırda 

bu  bağlama  materialından  geniş  miqyasda  istifadə  edilir.  Sovetdən  qabaq  və 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə