Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə186/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   207

405

 

 



çiçəklər  qoparılır.  Hər  bir  çiçək  qrupunda  ümumi  qönçənin  25-50  %-i  saxlanır. 

Sonra çiçəyin əsasından başlayaraq maqqaşla toz kisəciyi ilə birlikdə tac qoparılır. 

Bu əməliyyat çox incə bir iş olduğundan son dərəcə ehtiyatlı olmaq lazımdır ki, 

dişicik  ağızcığı  zədələnməsin  və  tozcuq  isə  əzilməsin.  Tez  –tez  maqqaşın  ağzı 

silinməlidir ki, orada tozcuqlar yığılıb qalmasın. 

Axtalanmadan sonra çiçək qrupu diqqətlə yoxlanmalıdır ki, tək-tək nəzərdən 

qaçmış töz kisəcikləri və axtalanmamış çiçəklər qalmasın . 

Bu  qayda  ilə  hazırlanmış  çıçək  qruplarına  düzəldilmiş  və  üfürülmüş 

izolyatorlar  geydirilir,  saplaq  və  çiçəklər  torbanın  içərisində  düzəldilir. 

İzolyatorda  olan  çiçək  qrupları  nazik  sapla  özünün  oturduğu  yaşıl  zoğa 

bağlanmalıdır ki, külək qırmasın. 

Funksional  dişi  tipli  çiçəyə  malik  üzüm  sortlarında  çiçəkləməyə  çiçəklərdə 

axtalama aparılmır, seyrəldilir və 8-10 gün qalmış izolə torbasına salınır. 

Axtalama  və  izolyasiya  işini  bütün  gün  ərzində  aparmaq  olar,  ancaq  dişicik 

ağızcığının quruna ehtimalı  olmasın  deyə səhərlər və  axşam  üstü  aparmaq daha 

yaxşıdır.  Ana  bitkinin  gücündən  asılı  olaraq  müxtəlif  miqdarda  çiçək  qrupu 

götürmək olar. 

Kolda  çiçək  qruplarının  çox  olması  formalaşmaqda  olan  hibrid  rüşeyminin 

qidalanması zəifıəyir və onun irsiyyətinə mənfi təsir ğöstərir. 

Axtalama aparılan kollarda qullq işləri diqqətlə aparılmalıdır: artıq zoğlların 

qoparılması,  yaşıl  bağlama  ,  xəstəlik  və  zərərverıcılərə  qarşı  mübarizə,  üzvi  və 

mineral gübrələrlə yemləndirmə və s.  



Çiçək tozcuqlarının tədarükü və saxlanması- çiçəkləməyə 2-3 gün qalmış və 

yaxud çiçəkləmənin başlanğıcında ata çiçək qrupları tədarük edilir və quru otaqda 

kağız üzərinə bir qat  olaraq sərilir ki,  onlar lazımınca qurusun. Üstünə sərildiyi 

kağızda çiçəyin sortu və tədarük olunduğu tarix göstərilməlidir. 1-2 gündən sonra 

qurumağa  qoyulmuş  çiçəklər  ehmalca  qarışdırılmalıdır.Çiçəklərdən  ayrılmış 

daraqlar  seçilib  götürülür,  qalan  və  ayrılan  qönçələr  qurumaqda  davam  etdirilir. 

Yaxşı qurudulmuş və əl ilə diqqətlə qarışdırılmış çiçəklər xırda gözlü ipək sapdan 

toxunmuş ələkdən keçirilir. Ələkdən keçən tozcuqlar xırda perqament kisələrə və 

yaxud sınaq şüşəciyinə yığılır. Tozcuqlar içərisində kalsium xlorid olan ekskatora 

qoyulur və tozlama vaxtına qədər qaranlıq yerdə saxlanılır. 

Dəqiq təcrübə qoyulması tələb olunmursa, tozcuqları çiçəkləməyə az qalmış 

açmış  çiçəkləri  kağıza  silkələyib  yığmaq  olar  (çiçək  qruplarının  koldan 

qoparmamaqla) 

Tozcuqlar tədarük  edildikdə üzüm  sortlarını qarışdırmaq olmaz.Ona görə də 

hər  tozlamadan  sonra  əl  və  ələk  spirtlə  silmək  lazımdır.  Ayrı  ayrı  sortların 

tozcuqları  isə  ayrı-ayrı  otaqlarda  və  yaxud  bölmələrdə  saxlanmalıdır.  Tozcuq 

saxlanan otaqların qapı və pəncərələri bağlı olmalıdır ki külək onları dağıtmasın. 



406

 

 



 Metodiki təcrübələrdə nəslin irsiyyətində ayrı-ayrı əlamət və xüsusiyyətlərin 

izlənməsi üçün son dərəcə dəqiqlik tələb olunur. 

Məlumdur  ki,  müxtəlif  üzüm  sortlarının  tozcuqları  kifayət  qədər  həyat 

fəaliyyətlidir, onlar ekskatorda göstərilən şəraitdə saxlandıqda iki aya qədər qala 

bilir.Müəyyən  edilmişdir  ki,  otaqda  stolun  üstündə  saxlanılan  çiçək  tozcuqları 

yığıldıqdan  17-20  gün  sonra  həyat  qabiliyyətini  itirir.  Ukraynada  V.V.Tairov 

adına  üzümçülük  və  şərabçılıq  institutunda  içərisində  kalsium  xlorid  olan 

ekskatorda  isə  erkəkcik  tozcuqları  bir  ildən  bir  qədər  az  müddətdə  həyat 

qabiliyyətini saxlaya bilir.  

Seleksiya təcrübəsində seleksioneri maraqlandıran erkəkcik tozcuqlarının bir 

rayondan  başqa  rayona  göndərilməsi  hallarına  rast  gəlinir.  Bu  halda  tozcuqlar 

kağız  paketdə  olmalı  və  o  da  içərisində  kalsium  xlorid  olan  sınaq  şüşəciyinə 

qoyulur. Sınaq şüşəciyinin ağzı pambıq tixacla örtülür. Kalsium xlorid lmadıqda 

tozcuqlar perqament torbaya qoyulur və adı paketlərdə göndərmək olar. Beləliklə, 

seleksioner öz yerində hazırlanan və başqa iqlim şəraitindən tozcuqlardan istifadə 

edə bilər. 

Kənar  yerdən  göndərilən  tozcuqlardan  istifadə  edilməzdən  öncə  rütubətli 

kamerada  cücərdilərək  ümumi  qəbul  olunmuş  metodika  əsasında  onların  həyat 

qabiliyyəti yoxlanmalıdır. Cadə kamera əşya şüşəsinin ortasında hündürlüyü 0,3-

0,5  sm  olan  şüşə  slindirdən  ibarət  ola  bilər.  şüşə  slindr  əşya  şüşəsinin  ortasına 

parafinlə yapışdırılır. Xüsusi kamera olmadıqda əşya şüşəsinin ortasına bir damcı 

qidalı  mçəhlul  (qida  mühiti)  damızdırılır  və  həmin  məhlulun  içərisinə  erkəkcik 

tozcuqlarının zərrəcikləri tökülür, sonra isə əşya şüşəsi dibində nəm süzgəc kağızı 

olan Pyotr kasasına qoyulur. 

Tozcuqların  cücərdilməsi  üçün  qida  mühiti  istifadəsindən  bir  qədər  əvvəl 

aşağıdakı kimi hazırlanır: 4q saxaroza (şəkər), 1-2 q yelatin və 25 ml destillə suyu 

götürülür. Yelatin az miqdar suya qarışdırılır və 1,0-1,5 saat saxlanılır.Şəkər isə 

ayrıca  həll  edilir,  sonra  onların  hamsı  kolbaya  tökülür  və  kolba  su  olan  qaba 

(boru)  qoyulur  və  qaynama  temperaturuna  qədər  qizdırılır.  Soyudulmuş,  ancaq 

hələ çöküntü verməmiş məhlul istifadə üçün yararlı hesab edilir. 

 A.N.Dobrovolski  məsləhət  görür  ki,  şəkər  məhluluna  erkəkcik  tozcuğu 

götürülən  kolun  şirəsindən  bir  qədər  əlavə  edildikdə  onun  tərkibindəki  üzvi  və 

mineral maddələr toz dənəciklərinin cücərməsinə əlverişli şərait yaradır. 

 Ən yaxşı nəticə qida mühitinə dişiciyinağızcığındakı şirədən əlavə edildikdə 

alınır. 

 Tozlama.  Axtalamadan  2-4  sutka  sonra  tozlama  günün  birinci  yarsında 

aparılır.  Tozlamanın  müddəti  dişiciyin  ağızcığının  vəziyyəti  ilə  müəyyən  edilir. 

Qonşu kolda dişiciyin ağızcığında xırda məhlul zərərciyi göründükdə tozlamanın 

vaxtıdır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə