Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə70/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   207

150

 

 



sort olduqda etiket bir dəstəyə bağlansa kifayət edər. 

Çubuqlar  üzüm  saxlayıcılarında  və  adi  xəndəklərdə  saxlanıla  bilər. 

Azərbaycan  şəraitində  yalnız  bu  iki  saxlayıcıdan  istifadə  edilə  bilər.  Xəndəyin 

dərinliyi  100-120  sm  ,  eni  150-200  sm  götürülə  bilər.  Xəndəyin  uzunluğu 

çubuğun miqdarından asılı olaraq müəyyən edilir.Xəndəyin 1 m

-da  2500-3000 



çubuq  yerləşdirmək  mümkündür.  Xəndəyin  dibinə  təmiz  çay  qumu  tökülür  və 

çubuqlar  uc  tərəfi  yuxarı  olmaqla  şaquli  vəziyyətdə  qumun  üstünə  qoyulur. 

Xəndək dolduqdan sonra çubuqların üstü küləşlə örtülür, onun üstünə isə torpaq 

tökülür.  Bu  vəziyyətdə  çubuqların  quruma  ehtimalı  varsa,  onda  çubuqların  üstü 

küləşlə  yox,  qumla  örtülür.Tökülən  qum  çubuqların  arasına  dolduqdan  sonra 

onların  üstünü  qum  örtə  bilər.  Bu  halda  qum  çox  sərf  olunur.  Çubuğun  üstünü 

qum örtdükdən sonra yenə də onun üstünə küləş, sonra isə torpaq tökülür.  

Çubuqların  saxlanmasında  Moldovada  başqa  üsuldan  da  istifa  edilir. 

Yuxarıda qeyd edilən ölçülərdə xəndək qazılır, onun dibinə və yanlarına çubuğun 

tullantılarından ibarət çör-çöplər tökülür (10-15 sm qalınlığında).Çör-çöplər 5 %-

li dəmir və yaxud mis kuporosu məhlulu ilə dezinfeksiya edilir. Bu materialdan 

çubuqların  üstünə  də  tökmək  lazımdır.Yenidən  onun  üstündən  küləş,  onun  da 

üstündən 10-12 sm qalınlığında torpaq tökülür. 

Çubuqlar  saxlanılan  yerdə  temperatur  0-3˚S  olmalıdır.  Temperatur  yuxarı 

qalxdıqca  çubuqdakı  nişasta  və  şəkər  tənəffüsə  daha  çox  sərf  olunur.  Xəndəyin 

üstünün səviyyəsi torpaq səthindən hündür olmalıdır ki, axar sular və yağış suları 

içəri keçə bilməsin. 

Yazda  əkin  materialı  xəndəkdən  çıxarıldıqdan  sonra  onların  keyfiyyəti 

(çürümə və quruma) yoxlanır. 

Əkin  materialının  saxlanmasında  Bolqarıstanda  tətbiq  edilən  üsuldan  da 

istifadə  edilə  bilər.  Zirzəmi  şəraitində  tələb  olunduğundan  uzun  kəsilmiş  zoğ 

dəstələrinin  aşağı  tərəfi  qumun  içinə  boşaldılır  və  yaxud  dəstələrin  aşağı  tərəfi 

suya  qoyulur  (  qumda  və  suda  qalan  hissə  10-12  sm  olmalıdır.  Bu  üsulda 

çubuqlar ləkəli nekroza tutulmur). 

Əkindən qabaq çubuqlar saxlayıcıdan çıxarılır və hər partiyadan 40-50 çubuq 

götürülüb onların keyfiyyəti yoxlanılır. İti bıçaqla çubuğun gözcüklərinin hamısı 

uzununa kəsilir. Həmin kəsiyə baxdıqda mərkəzi və əvəzedici tumurcuqlar yaşıl 

rəngdə  görünür.Tumurcuqlar  xarab  olduqda  qonur  rəngdə  görünür.Gözcüklərin 

xarab olması 15-20%-dən çox olmadıqda onlar əkinə yararlı hesab edilir. Bundan 

başqa,  çubuqların  nəmliyi  də  yoxlanmalıdır.  Nəmliyi  yoxlamaq  üçün  bağ 

qayçısının dayağı və yaxud bıçağın küt tərəfi ilə çubuğun təzə kəsilmiş səthindən 

basılır, kəsikdən su çıxarsa nəmlik normaldır. Əgər kəsik ağımsov-sarı rənglidirsə 

və bıçaqla basdıqda su çıxmırsa, onda rütubət yoxdur. 

Belə çubuqlar əkinə yararlı deyil. Ancaq onlardan çox qurumayanlarını otaq 




151

 

 



temperaturunda suda islatmaqla əkin üçün yararlı hala salmaq mümkündür. 

Ümumiyyətlə  saxlayıcıdan  çıxarılan  çubuqlar  əkilməzdən  əvvəl  suda 

isladılmalıdır.Əgər  su  axar  deyilsə,  onda  çubuqlar  yerləşdirilən  su  vaxtaşırı 

təzələnməlidir.  Çubuqların  yalnız  aşağı  hissəsi  suda  olmalıdır.  İsladılma 

gözcüklərin  şişməsinə  qədər  davam  etdirilməlidir.  Şişməyən  gözcüklü  çubuqlar 

əkinə yararlı deyildir.  

Çubuqlar  isladıldıqdan  sonra  aşağıdakı  qayda  üzrə  əkinə  hazırlanmalıdır: 

aşağıdan  buğuma  kəsilir,  əgər  çubuq  tədarükü  zamanı  buğuma  kəsilibsə  onda 

yara  təzələnməlidir.  Yuxarı  tərəfdə  isə  axırıncı  buğumdan  sonra  2-3  sm  hissə 

saxlanmalıdır. Çubuğun aşağı hissəsi düz, yuxarı hissəsi isə çəpinə kəsilir. Aşağı 

tərəfdən çubuğun 1-ci və 2-ci gözcükləri korlanır və onların buğumaraları qayçı 

və  yaxud  bıçaqla  cızılır(  şırım  açılır).Bu  qayda  ilə  hazırlanmış  çubuqların  aşağı 

hissəsi əvvəlcədən hazırlanmış qidalı hörrəyə batırılır (əgər çubuqlar quru şırıma 

qoyulacaqsa). Əgər şırımda palçıq hörrəsinə batırılacaqsa çubuqlar qidalı hörrəyə 

batırılmır.Çubuqların  yuxarı  hissəsi  parafinlənsə  yaxşıdır.Bu  prosesdə  əkindən 

sonra çubuqların  üstünün torpaqla örtülməsinə ehtiyac qalmır. Ancaq təcrübələr 

göstərir  ki,  respublikamız  şəraitində  parafinlənmiş  çubuqların  da  üstü  torpaqla 

örtüldükdə yaxşı nəticə verir. 

Üzüm  bitkisinin  çubuqla  çoxaldılması  işinin  sonrası  tinglik  bəhsində  davam 

etdiriləcəkdir. 



Üzüm bitkisinin basmalarla çoxaldılması 

 

Ana  tənəkdən  ayrılmadan  kökləndirilən  bitkiyə  basma  deyilir.  Basma  ilə 



çoxaltmanın müsbət cəhəti ondan ibarətdir ki, birincə ili 40%, ikinci ili isə 100 % 

məhsul verir. Basmanın nöqsan cəhəti odur ki, ana tənəyi zəif salır. Ona görə də 

birinci  ildən sonra  basmanı ana tənəkdən ayırmağa cəhd göstərilməlidir. Birinci 

ilin  sonunda  basmanın  tam  sərbəstliyinə  şübhə  qalarsa  onda  basmanın  tənəyi 

mişarla  yarıya  qədər  kəsilir,  ancaq  ikinci  ilin  sonunda  basma  ana  tənəkdən  qəti 

olaraq ayrılır. 

Üzümçülükdə  basmanın  aşağıdakı  növləri  vardır:  adi  basma,  yaşıl  basma, 

kolla  basma  (katavlak)  ,  çin  basması,  havada  basma  və  tərsinə  basma.  Bu 

basmaların hər birinin qarşısında duran vəzifə, aparılma vaxtı və texnikası vardır. 

Adi  basma  üzümlüklərdə  əsasən  seyrəkliyin  aradan  qaldırılmasında  və 

üzümlüklərin yenidən qurulmasında istifadə edilir.Bundan başqa, adi basma calaq 

aparılması  üçün calaqaltı tənək alınmasında və plantajın  hissə-hissə təzələnməsi 

ilə birlikdə tənəyin cavanlaşdırılmasında tətbiq edilir. 

Kol  üzərində  basma  aparılacaq  zoğun  ucu  qoparılmır.  Yay  aylarında  həmin 

zoğlar  biclərdən  təmizlənir  və  zoğlarda  böyümə  zəiflədikdə  basma  aparılacaq 

zoğdan başqa digərlərinin ucu vurulur. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə