Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə94/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   207

200

 

 



şəraitinə asanlıqla uyğunlaşır. 

İçərisində  calaq  olan  calaq  qutuları  stratifikasiya  kamerasına  gətirilir  və 

yuxarı  tərəcəyə  qoyulur.  Burada  temperatur  20ºS-ə  yaxın  olur  və  calaq  qutuları 

bu şəraitdə 7-8 gün saxlanır. Sonra onlar orta tərəcəyə, daha sonra isə döşəməyə 

endirilir.  Döşəmədə  5-6  gün  saxlanır  və  hər  gündə  bir  neçə  dəfə  ora  soyuq  su 

tökülür.  Döşəmədə  suyun  səviyyəsi  qutunun  alt  -dib  taxtasının  qalınlığından  az 

olmalıdır  ki,  su  içəri  keçib  calaqaltının  əsası  -  qurtaracağı  ilə  görüşməsin.  Bu 

əməliyyatda  məqsəd  calağın  əsasında  temperaturu  aşağı  salmaqdır.  Aşağı 

temperaturda  calaqaltının  əsasında  əmələ  gəlməkdə  olan  köklərin  əmələ 

gəlməsini  və  böyüməsini  dayandırmaqdır.  Calağın  stratifikasiyasının  bu 

məsələsində  əsası  əmələ  gəlmiş  köklər  böyüməkdən  dayanır,  qida  maddələri 

kallyusun  əmələ  gəlməsinə  yönəlir  və  üstəlik  calaqda  bir  qədər  ehtiyat  qida 

maddələri  qalır.  Bundan  başqa  kökləri  olan  calaqlar  tingliyə  əkildikdə  onların 

kökləri  qırılır  və  məhv  olur.  Sonradan  həmin  calaqda  kök  ya  əmələ  gəlmir  və 

yaxud zəif olur. Bütün bunlar ting çıxımına təsir göstərir.  

Stratifikasiya  kamerasında  havanın  nəmliyi  80-85  %  arasında  saxlanır. 

Calaqlar stratifikasiya kamerasında 15-16 gün saxlanır. Erkən aparılan calaqlarda 

kallyus gec əmələ gəldiyindən kamerada 16-18 gün saxlanır. Bir qədər gecikmiş 

calaqlar isə 13-15 gün saxlanmalıdır. Stratifikasiyanın sonu (qurtarması) calağın 

60-70  %-də  həlqəvi  kallyusun  əmələ  gəlməsi  ilə  müəyyən  edilir.  Normal 

stratifikasiya  olunmuş  calaqda  aşağıdakı  göstəricilər  olmalıdır.  Calaqaltının 

əsasında köklərin rişələri əmələ gəlmiş vəziyyətdə olmalı, ancaq köklər uzanmış 

vəziyyətdə  olmalıdır,  calaqaltı  ilə  calaqüstünün  birləşdiyi  yerdə  həlqəvi  kallyus 

olmalı,  calaqüstündə  gözcük  şişmiş  vəziyyətdə  olmalıdır,  açmış  vəziyyətdə 

olmamalıdır. 

Çox  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  respublikanın  calaq  ting  becərən 

təsərrüfatlarında  heç  vaxt  bu  qaydalara  əməl  olunmamışdır.  Calaqda  köklər 

uzanmış,  gözcüklər  isə  açılmış  və  uzun zoğlar  əmələ  gəlmiş  vəziyyətdə  olurdu. 

Bu səbəbdən və başqa səbəblərdən calaq ting çıxımı çox aşağı olurdu.  

Calaqda  stratifikasiyanın  sonunu  yoxlamaq  üçün  hər  qutudan  3-4  calağın 

keyfiyyətinin yoxlanması kifayətdir.  

Stratifikasiyadan sonra calaqları açıq  hava şəraitinə uyğunlaşdırmaq (calağın 

möhkəmləndirilməsi)  lazımdır.  Bunun  üçün  ya  parnik  xəndəklərdən,  ya  da  elə 

stratifikasiya kamerasının özündən istifadə edilir. Bu vaxtlar kameranın isidilməsi 

dayandırılır, qapı-pəncərələr tez-tez açılır və havalandırılır. 

Calaqların  möhkəmləndirilməsi  üçün  parnik  xəndəkləri  ilə  stratifikasiya 

kamerasının müqayisə etdikdə parnik xəndəyinə üstünlük vermək lazımdır, çünki, 

otaq şəraitində calaqüstünün zoğu tez böyüyür və uzun buğumaraları olur. Günəş 

şüası  xəndəyə  birbaşa  düşdüyündən  orada  zoğ  uzununa  dartılmır  və  xırda 



201

 

 



yarpaqlar tünd yaşıl rəngli olur. Xəndəyin dibində temperatur 5-6ºS olduğundan 

calaqlarda  kök  əmələ  gəlməsi  və  böyüməsi  dayanır.  Günəş  şüasının  istiliyindən 

kallyus əmələ gəlməsi hələ davam edir. Beləliklə, xəndəkdə calaqlar açıq mühit 

şəraitinə  daha  yaxşı  uyğunlaşır.  Calaqlar  möhkəmləndirildikdən  sonra  tingliyə 

gətirilir. 

Tinglik  sahəsi  hələ  payızdan  50-55  sm  dərinliyində  şumlanmalıdır.  Şumdan 

əvvəl isə sahəyə 25-30 ton peyin (bir hektara), 800 kq superfosfat və 200-300 kq 

kalium  kübrəsi  verilməlidir.  Şum  calaq  əkininə  çox  diqqətlə  hazırlanmalıdır, 

daşlardan  təmizlənməli  və  iri  kəltən  qoz  boyda  olmalıdır.  Şumun  25-30  sm 

dərinliyində 12-13ºS temperatur olanda calaqlar sahəyə əkilməlidir. 

Calaq  qutuları  açılır  və  calaqlar  kallyusun  keyfiyyətinə  görə  çeşidlərinə 

ayrılmalıdır.  Həlqəvi  kallyus  olan  calaqlar  bir  tərəfə,  yarımhəlqəvi  və  az 

kallyuslular  da  ayrı  seçilməlidir.  Kallyusu  tamamilə  olmayan  calaqlar  çıxdaş 

edilir. Stratifikasiyadan calaq çıxımı 90-95% olmalıdır. 

Həlqəvi  kallyuslu  calaqlar  tingliyin  bir  tərəfində,  az  kallyuslar  isə  digər 

tərəfində əkilməlidir 

Kök əmələ gəlməsinə görə də calaqlar çeşidlərinə ayrılmalı və müxtəlif üsulla 

əkilməlidir.  Kök  əmələ  gətirmiş  calaqlar  açıq  üsulda,  kök  əmələ  gətirməyənlər 

qapalı  üsulda  əkilir.  Açıq  üsulda  şırım  açılır,  calaqlar  şaquli  istiqamətdə  onun 

dibinə  düzülür,  sonra  dibi  narın  torpaqla  örtülür  və  suvarılır.  Qapalı  üsulda 

şırımın dibinə torpaq tökülür və ora su buraxılır və calaqlar orada əmələ gəlmiş 

hörrəyə sancılır. Bu üsülün birincidən üstünlüyü ondadır ki, burada calaqlar fasilə 

vermədən  suvarılır.  Açıq  üsulda  isə  calaqlar  3-4  saat  müddətində  suvarılır.  Hər 

iki üsulda əkinçilik mədəniyyətini yüksəltmək üçün şırım boyu məftil və yaxud ip 

çəkilir  ki,  cərgə  düz  olsun.  Cərgələr  dirsəkli  olduqda  sonrakı  becərmələrdə 

çətinlik  yaranır.  Calaqlar  şırıma  əkilməzdən  əvvəl  əsasından  5-6  sm-i  qidalı 

hörrəyə  batırılır.  Qidalı  hörrə  hazırlamaq  üçün  bir  vedrə  təzə  mal  peyininə  və 

yaxud quş peyininə iki vedrə gil və yaxud gilli torpaq qatılır və yaxşı qarışdırılır. 

Tinglikdə calaqların qida sahəsinə diqqət yetirilməlidir. Bu barədə əvvəllərdə 

bəhs edilmişdir. 

Hansı  üsulda  olursa-olsun  calaqlar  şırıma  əkildikdən  və  su  ilə  təmin 

edildikdən  sonra  onların  üstünə  narın  torpaq  yığılır  və  təpəcik  əmələ  gətirilir. 

Təpəciyin hündürlüyü calaq yerindən 5-6 sm olmalıdır. Calaqlarda zoğun ucu və 

yarpaqların bir qismi  yuxarıda qalmaqla qalan hissəsi təpəcik  torpağının  altında 

olduğundan  kallyusun  quruması  ehtimalı  olmur.  Stratifikasiya  və  möhkəm 

ləndirmə zamanı zoğlar əmələ gəlib sarımtıl rəngdə olursa əkin vaxtı onlar kəsilib 

tullanmalıdır. Əsas zoğun ucu kəsildiyinə  görə böyümə  yuxarıdakı  bic zoğunun 

hesabına gedir. 

Calaqların üstündəki təpəciyin üstdən eni15-16 sm olmalıdır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə