Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə3/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   2   3   4   5   6   7   8   9   ...   110

yaxşı nə varsa, İslam nəyi buyurursa onu mükəmməl öyrənməlidir,
ətrafını da öyrətməlidir. Bizcə dərin fəlsəfi düşüncələr sahibi profes-
sor Ziyadxan Nəbibəylinin həm özünün və həm də “Əxlaqa aparan
yol” əsərinin qayəsi əsasən bunlara istiqamətlənmiş, bu meyarlara
yönəlmişdir.
Deyilən mənada qələmə alınmış əlimizdəki elmi əsərin on
üçüncü fəsli də bu istiqamətlidir. Bu əsasən insan sağlamlığına, şüu-
runa, zehninə, şəxsiyyətinə, yaşayış tərzinə pis təsir edən İslamda
haram buyurulan içkilər və “qida” növləridir. Bu işlərə uyan insanları
heç bir cəmiyyət, ailə, insan bəyənmir və qəbul etmir. Həm də bu
vərdişlər ilk növbədə İslamda haram buyurulanları qəbul edən şəxsin
özünə xələl gətirəndir.
Qəribəsi budur ki, günümüzdə də insanlar var ki, nə İslam və
nədəki ona qədərki dini-mənəvi dəyərləri bilmir, oxumur, araşdırmır,
lakin “peyğəmbər” olmaq istəyir. Bütün bunlar haqqında dəyərli ali-
mimiz əsərinin on dördüncü bölməsində məlumat verir.
Ümumilikdə, professor Ziyadxan Nəbibəylinin “Əxlaqa aparan
yol” dini-mənəvi, fəlsəfi və tarixi araşdırmalar nəticəsi olan bu əsəri,
redaktor olaraq mənim üçün və hesab edirəm ki, həm də bu günkü
cəmiyyətimiz üçün çox dəyərli əsərdir, insanın mənəvi qida
mənbəyidir, xalqımızın, millətimizin və dövlətimizin ehtiyac duy-
duğu, hiss etdiyi bir istiqamətə yönələn əsərdir.
İsrafil Cəlilbəyli
8
Əxlaqa aparan yol


MÜƏLLİFDƏN
MÜƏLLİFDƏN
M
M
əni bu kitabı hazırlamağa vadar edən özümün iç dün-
yam olub. İç dünyamın bu günkü vəziyyətindən o
qədər də razı deyiləm. Baxmayaraq ki, məşğuliy -
yətimdən, tutduğum vəzifədən, bu dünyada olan imkanlarımdan  asılı
olmayaraq, həmişə mütailə etmişəm. Nə qədər çalışsam da, istədik -
lərimin hamısına nail ola bilməmişəm. Əsas istəyim həm bu, həm də
o biri dünya məfhumunu anlamaq olmuşdur. Bu işdə çox kiçik yaş-
larımdan böyüklərə, müəllimlərimə, cəmiyyətdə seçilən insanların
məsləhətlərinə, tövsiyyələrinə, tapşırıqlarına baxmağım, deyilən
fikirləri çalışaraq anlamağım, qəlbimdə təhlil etməyim, zikr etməyim
mənə yardımçı olmuşdur. Bu sarıdan Allah Təaladan çox razıyam.
İlk tərbiyəçim ata nənəm Qaratel xanım olmuşdur. Onun təhsil haq-
qında hər hansı bir sənədi olmasa da, çox məlumatlı, səliqə-sahmanlı,
əli təmiz, vücudu təmiz, qəlbi saf, hər dəqiqəsini xeyirxahlıqla yaşa-
yan və İslamı gözəl bilən bir şəxs idi. Çox yaddaşlı adam idi. Çox
şairlərin şerlərini, qəzəllərini və xalq yaradıcılığı olan bayatıları
əzbərdən bilirdi, gül-çiçəkdən dərmanlar hazırlayıb insanları müalicə
edərdi, çox təmənnasız insan idi.
Müəyyən yaşa dolduqdan sonra başa düşdüm ki, Qaratel xanımın
bu səviyyədə olmasının bir səbəbi şəcərəsində olan təhsilli, dünya-
görüşlü insanların olmasıdırsa, əsas səbəb – Qurani-Kərimi yaxşı
bilməsi olmuşdur. Onun təsiri altında  hər dəqiqə Qurani-Kərimdə
nədən söhbət getdiyini eşitmiş, oruc tutmasını, namaz qılmasını
9
Ziyadxan NƏBİBƏYLİ


izləmiş, bir çox insanları Allah yoluna dəvət etməsinin şahidi olmu-
şam. Onun təsiri nəticəsi idi ki, Sovetlər dönəmində heç kim məni
nənəmin tutduğu yoldan – Allah yolundan döndərə bilməmişdir.
Hətta, bu yolda xeyli əziyyətlər də çəkmişəm. Bu istiqamət mənə onu
verib ki, həmişə hər bir məsələnin nə dərəcədə həqiqətə uyğun oldu-
ğunu araşdırmışam və heç nədən asılı olmayaraq yəqinləşdirdiyim
fikrin üstündə qətiyyətlə dayanmışam, hətta onun zərərini çəkməli
olsam da. Günümüzdə İslamı öyrənmək, din tarixini öyrənmək çətin
bir məsələ deyildir. Ona hər cürə şərait, imkan var. Lakin,
ümumilikdə dinin, xüsusən də İslamın insana, gənc insanlara nə
verəcəyini heç kim araşdırmır. İslamın ümumilikdə cəmiyyətə,
Azərbaycan xalqına, xüsusən də Azərbaycan dövlətinə nə verə
biləcəyini araşdırmır, şərh etmir, təbliğ etmirlər, Müqəddəs Kitabımız
Qurani-Kərimin insana verə biləcəyi mənəviyyatı, mənəvi dəyərləri
planlı surətdə dövlət siyasəti səviyyəsində təbliği ilə məşğul olmurlar.
Birdəfəlik başa düşmək gərəkdir ki, heç bir qanun, heç bir konstitu-
siya insan cəmiyyətində mövcud olan çatışmazlıqları aradan qaldıra
bilmir. Din isə bu işlərdə həm cəmiyyətlərə, həm dövlətlərə və həm
də fərd olaraq insanlara təsir edə biləcək çox böyük mənəvi-əxlaqi
dayaq mənbəyidir. Dinin vasitəsi ilə insanları oğurluqdan, əyrilikdən,
rüşvətxorluqdan, zinakarlıqdan, insanların qarşılıqlı münasibətlərdə
olarkən hiyləgərlikdən, cinayət işlərindən kənarda saxlamaq müm-
kündür. İnsan dərk etsə ki, İslam halal – haram məsələsində nələri
nəzərdə tutur – çox güman ki, hansı səviyyədə olursa-olsun
cəmiyyətimizdə hazırda mövcud olan bir çox çatışmazlıqların qarşı-
sını almaq olar.
Din tarixinə nəzər saldıqda, hazırda əlimizdə olan yazılı
mənbələrə görə tək Tanrıya (Allaha) inam və ibadət ilk insan və ilk
peyğəmbər Hz.Adəmin dünyaya gəlişindən başlayır. İnsan nəslinin
artıb çoxalması ilə yanaşı, dünyaya zülm və fəsad da gəlmişdir. Uca
Allah insanları doğru yola yönəltmək üçün hər cəmiyyətə bir
peyğəmbər göndərmişdir. Peyğəmbərlərin çoxuna “sühuf” – yəni
“səhifələr-vərəqlər” adı ilə əmrlər gəlmiş, dörd peyğəmbərin hər
10
Əxlaqa aparan yol


birinə isə müqəddəs kitab nazil olmuşdur.
İlk müqəddəs kitab olan Tövratı Allah Təala Hz.Musaya nazil
etmiş və yəhudiliyi doğurmuşdur. Hz.Musadan sonra Yer üzündə
fəsadlar çoxaldığı üçün İsrail oğulları qövminə Hz.Davud peyğəmbər
göndərilmiş və ona Zəbur adlı müqəddəs kitab nazil edilmişdir.
Hz.İsanın peyğəmbər kimi göndərilməsi və ona İncil adlı müqəddəs
kitabın nazil olması ilə xristianlıq yaranmışdır.
Son müqəddəs kitab olan Qurani-Kərim isə son peyğəmbərimiz
Hz.Məhəmmədə (ə) nazil olmuşdur. Hz.Məhəmmədin (ə) yaydığı
İslamiyyət özündən əvvəlki dinləri tamamlayan son ilahi dindir. İs-
lamın yayılmasında, ayaq tutub yeriməsində, təbliğində bir çox insan
öz canı, mal-dövləti və bütün fədakarlığı ilə Hz.Məhəmməd (ə) yar-
dımçı olmuşlar. Heç bir dini fərq qoymadan bütün insanlara xitab
edilən Qurani-Kərim hər bir adamın ibrət alacağı hikmətlərlə – qa-
nunlarla əvəzedilməzdir.
Müəllifin məqsədi də Qurani-Kərimin diqtə etdiyi ədalət, əxlaq,
etibar, doğruluq, xoşbəxtlik, dostluq, yaxşılıq, təcrübə, siyasət,
kömək, itaət, inam, iman, cəsarət, səy, uğur, mehribanlıq, tədbir və
bir sıra başqa mövzularda verdiyi kəlamlardan hər kəsin dərs alması
və öz həyatından, yaşadığı cəmiyyətdə bu hikmətlərdən yararlanma-
sıdır, dəyərli bir insan olmasıdır.
Çoxunun düşündüyündən fərqli olaraq İslamı dərindən oxuyan,
dərk edən hər kəs cahillikdən uzaq olur, Allahdan başqa heç kimə baş
əymir, haqqı-nahaqa vermir, elmli-bilikli, təkcə dünyanı deyil, kainatı
dərk edən bir insan olur, çoxuna nümunəvi bir insan olur. Elmli adam
qorxulu olmur, cinayətkara çevrilmir, yaxşını pisdən seçə bilir, hər
zaman Ulu Tanrının yanında olur.
Qurani-Kərim buyurur: “Alimlər peyğəmbərlərin varisləridir”,
“Qiyamət günü Allahın hüzurunda alimin mürəkkəbi şəhidin qanın-
dan qiymətlidir”, “Elm Çində də olsa, ardınca gedin!” və s. Bunları
söyləyən bir Kitab xurafat mənbəyi ola bilərmi?! Əlbəttə yox!
Deməli, Qurani-Kərimi, peyğəmbər fikirlərini öyrənən şəxs
cəmiyyətdə geridə qala bilməz. İslam təkcə Quranı deyil, insanlara
11
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə