Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   2   3   4   5   6   7   8   9   ...   21

qara yas şlyapası da əlavə olunmuşdu. Təkcə parıltılı, qəddar 
gözləri diri qalmışdı və ondan başa  
düşdüm ki, əslində, o dəyişməyib. 
   Dükanın divarındakı lampa zorla közərirdi, hamının bildiyi və 
görməzliyə vurduğu məşğuliyyətini,  
heç olmasa, ört-basdır etmək üçün də rəflərdə mal yox idi. Mən 
sakitcə içəri girəndə Rosa Kabarkas  
müştərini ötürürdü. Bilmirəm, o, məni, doğrudanmı, tanımadı, 
yoxsa özünü elə göstərdi. Onun  
boşalmasını gözləmək üçün skamyada oturdum və hər şeyin necə 
baş verdiyini yadıma salmağa  
çalışdım. Gözəl çağlarımızda o, bir neçə dəfə mənim dadıma 
çatmışdı. Yəqin, Rosa fikrimi oxudu,  
çünki dönüb mənə elə zənlə baxdı ki, narahat oldum. «Vaxt sənə 
toxunmayıb», – o, qüssə ilə köks  
ötürdü. Onun könlünü almaq istədim: «Sənə isə toxunub, ancaq 
yaxşı mənada». «Ciddi sözümdür, –   
dedi, – ölüvay at sifətin hətta bir az canlanıb». «Yəqin, başqa 
evlərdə otlamağımdandır», – mən onu  
sancdım. 
   «Qız saat ondan otaqdadı, – o dedi. – Gözəl, təmiz, tərbiyəli 
qızdır, ancaq qorxudan ölür, çünki  


Qayrıdan olan yükdaşıyana qoşulub qaçan bir rəfiqəsini iki saat 
özünə gətirə bilməyiblər. Bu da  
aydındır, – Rosa öz ehtimalını irəli sürdü, – bu qayrılılar 
məşhurdular, onlar erkək eşşəyə qoduq  
saldırırlar. – Və yenə məsələyə qayıtdı: – Yazıq qız, üstəlik, hələ 
fabrikdə də can qoyur, düymə tikir».  
Bu mənə elə də ağır iş kimi görünmədi. «Kişilər belə fikirləşir, – o 
etiraz etdi, – bu, daş qırmaqdan ağır  
işdi». Bir də etiraf etdi ki, ona bromla pişikotu qarışığı içirdib və 
qız indi yatır. Fikirləşdim ki, bu  
rəhmdillik, giley-güzar qiyməti qaldırmaq üçün növbəti kələkdir, 
ancaq o dedi yox, mənim sözüm  
sözdür. Onun pozulmaz qanunu yenə qüvvəsində idi: hər xidmətə 
görə – sikkə ilə və əvvəlcədən ayrıca  
hesab. Bax belə. 
   Həyətin ortası ilə onun arxasınca getdim və təravətini itirmiş 
dərisi, adi pambıq corab geydiyi şişmiş  
ayaqlarını yerə necə çətin basması məni yumşaltdı. Bədirlənmiş ay 
səmanın ortasına çatmışdı və dünya,  
elə bil, göy sulara qərq olmuşdu. Onun evinin yaxınlığında şəhər 
hökumətinin dəvət etdiyi musiqiçilər  
üçün palma budaqlarından döşəmə düzəldilmişdi, ətrafda dəri 
oturacaqlı çoxlu kətil var idi, tor  


yelləncəklər asılmışdı. Arxasından meyvə bağlarının başladığı 
həyətə kərpicdən tikilmiş, ancaq  
ağardılmamış, quşların girməməsi üçün pəncərələrinə tor 
vurulmuş altı otaq baxırdı. Yeganə tutulmuş  
otaq alaqaranlıqda itmişdi və Zənci Tonya radioda uğursuz 
məhəbbətdən oxuyurdu. Rosa Kabarkas  
nəfəsini dərdi: «Bolero – həyatdır». Mən onunla razı idim, ancaq 
indiyə kimi bunu yazmağa cürət  
etməmişdim. O, qapını itələyib, otağa girdi və dərhal da qayıtdı. 
«Hələ də yatır, – qadın dedi. – Bədəni  
istədiyi qədər doyunca yatmasına imkan versən, yaxşı olar, sənin 
gecən onunkundan uzundur». Mən  
çaşqınlıq içində idim: «Səncə, bəs mən nə etməliyəm?» «Özün 
bilərsən, – onun halını pozmaması  
yerinə düşmürdü, – elə ona görə də müdriksən». Rosa dönərək, 
məni dəhşət içində tək qoydu. 
   Qaçmağa yer yoxdu. Mən otağa girdim ürəyim az qalırdı 
sinəmdən çıxsın və qızı anadangəlmə çılpaq  
vəziyyətdə iri, yad çarpayıda məsumcasına yatan gördüm. O, 
böyrü üstə üzü qapıya uzanmışdı, üstdən  
düşən gur işıq onda gizlin bir yer qoymamışdı. Mən çarpayının 
qırağında oturub, bütün beş  
hissiyyatımla gördüklərimi canıma hopduraraq, heyranlıqla ona 
tamaşa eləyirdim. Onun qarabuğdayı  


bədənindən hərarət yağırdı. Görünür, onu hazırlamışdılar, 
başından qasığındakı narın tüklərə qədər  
yuyub, bəzək-düzək vurmuşdular. Saçlarını burmuşdular, əl və 
ayaq dırnaqlarına öz təbii rəngində lak  
çəkmişdilər, ancaq mis rənginə çalan dərisi cod idi və qulluq 
görməmişdi. Yenicə çıxan döşləri hələ 
oğlan döşlərinə oxşayırdı, di gəl onlarda fışqırmağa hazır gizli 
enerji hiss olunurdu. Yəqin, yerə 
yüngülcə basdığı, əllərindəki kimi uzun, hissiyyatlı barmaqları olan 
ayaqları hər tərəfdən qəşəng idi.  
Hətta işləyən ventilyatorun altında belə, bütün bədənində tər 
damcıları parıldayırdı, gecəyə yaxın isti  
lap dözülməz olmuşdu. Qoyma kirpikləri, sürməli qaş-gözü və 
şokolad rəngində bolluca boya yaxılmış  
dodaqları ilə ənlikli sifətini qalın düyü pudrasının altından təsəvvür 
etmək mümkün deyildi. Ancaq nə 
paltar, nə kosmetika onun xarakterini gizlədə bilər: düzgün 
quruluşlu burun, çatmaqaş, qəşəng ağız. Fikirləşdim: zərif, 
döyüşkən cöngədir ki var. 
   Saat on birdə həmişəki işimin dalınca vanna otağına getdim, qız 
öz miskin paltarını burada  
soyunmuşdu, ancaq stulun üstünə elə səliqə ilə yığmışdı ki, guya, 
bahalı paltardı: sintetik parçadan  


kəpənəkli don, madapolamdan sarı tuman, kəndirlə bağlanan 
səndəl. Paltarın üstünə ucuz qolbaq və 
ucuna bənd olmuş medalyonda Məryəm ananın təsviri olan nazik 
zəncir qoyulmuşdu. Dodaq boyası,  
kirşan, açar və xırda qəpiklər olan əl çantası da burada, rəfdə idi. 
Hamısı elə ucuz, işlənmiş və  köhnə 
idi ki, belə kasıblığı heç təsəvvürümə də gətirməzdim. 
   Əynimdəkiləri soyunub, asılqandan elə asmağa çalışdım ki, ipək 
köynəyim, ütülü kətan kostyumum  
qırışmasın. Su dolub boşalan zəncirli çənin altındakı unitaza peşab 
elədim, özü də bu işi oturub  
gördüm. Bunu mənə hələ uşaq olanda çanağın kənarlarını 
batırmayım deyə Florina de Dios öyrətmişdi  
və təvazökarlıq nə lazım, şırnaq tarım və rəvan idi, lap azad 
ayğırınkı kimi. Vanna otağından  
çıxmamışdan tasın üstündəki güzgüyə baxdım. 
   Güzgüdən mənə baxan atsifət adam ölüvay deyildi, ancaq Roma 
Papasının çənəsi kimi sallanmış  
çənəsi, şişmiş göz qapaqları və nə vaxtsa gur olan seyrəlmiş 
saçları ilə qaşqabaqlı idi. 
   – Zibil, – mən ona dedim. – Əgər məni sevmirsənsə, axı mən 
neyləyə bilərəm? 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə