Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə5/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110

14
Tanınmış  səhabələr Abdullah ibn Abbas, Abdullah ibn Məs`ud, Ubəyy ibn 
Kə`b ibn Qeys və başqaları Quran təfsiri və qiraəti sahəsində öz dövrlərinin bö-
yük alimləri olmuş, çoxları onlardan Quran öyrənmişdir. 
Quran təfsirinə və Quranla bağlı müxtəlif mövzulara dair əsərlər hicri-qəməri 
2-ci  əsrdən etibarən yazılmağa başlandı. Elə bu dövrdən başlayaraq çox sayda 
alimlər bu mövzularda əsərlər qələmə aldılar.
Biz burada əvvəlcə “Quran elmləri”nə dair yazılan ilk əsərlər və onların 
müəlliflərinin adını qeyd edəcək, sonra isə müxtəlif əsrlərdə bu sahədə yazılan 
mü hüm  əsərləri nəzərdən keçirəcəyik.
Quran elmləri sahəsində yazılan ilk əsərlər və onların müəllifləri 
1- Yəhya ibn Yə`mər (vəfat tarixi: h.q. 89-cu il): Qiraət elmi barədə bir əsər 
qələmə almışdır.
1
2- Həsən Bəsri (vəfat tarixi: h.q. 110-cu il): “ﻥﺍءﺮﻘﻟﺍ ﻯﺍَء ﺩﺪﻋ ﻭ ﻥﺍءﺮﻘﻟﺍ ﻝﻭﺰﻧ”  (Nu-
zulul-Quran və ədədu-ayil-Quran) əsərinin müəllifidir.
3- Abdullah ibn Amir Yəhsəbi (vəfat tarixi: h.q. 118-ci il): 
ﻝﻮﺻﻮﻤﻟﺍ ﻭ ﻉﻮﻄﻘﻤﻟﺍ ﻭ ﻕﺍﺮﻌﻟﺍ ﻭ ﺯﺎﺠﺤﻟﺍ ﻭ ﻡﺎﺸﻟﺍ ﻒﺣﺎﺼﻣ ﻑﻼﺘﺧﺍ ”  (İxtilafu məsahifiş-
Şam vəl-Hicaz vəl-İraq vəl-Məqtu vəl-Musul) əsərinin müəllifidir.
4- Əta ibn Əbu Muslim Meysərətul-Xorasani (vəfat tarixi: h.q. 135-ci il): “Na-
six və mənsux” mövzusunda əsər yazan ilk müəllifdir.
5- Məhəmməd ibn Saib Kəlbi (vəfat tarixi: h.q. 146-cı il): “Əhkamul-Quran”
2
 
mövzusunda əsər yazan ilk alimdir.
3
 
6- Əban ibn Təğlib (vəfat tarixi: h.q. 141-ci il): Qiraət elmi, “Mə`anil-Quran”
4
 
və “Ğəribul-Quran”
5
 mövzularında əsər yazan ilk müəllifdir.
7- Xəlil ibn Əhməd Fərahidi (vəfat tarixi: h.q. 170-ci il): Ərəb hərflərinin nöq-
tələnməsi onun tərəfindən həyata keçirilmiş və o, yazı xəttindəki yeniliyin müəllifidir.
6
8-  Əli ibn Abdullah Sə`di: “Əsbabun-nuzul” (ayələrin nazil olma səbəbləri) 
möv zusunda  əsər yazan ilk alimdir.
9-  Məhəmməd ibn Cuneyd (vəfat tarixi: h.q. 281-ci il): “Əmsalul-Quran”
7
 
mövzusunda əsər qələmə alan ilk müəllifdir.
1
  ət-Təmhid, c.1, s.7; Məhəmmədəli Məhdəvirad, “Seyr-e neqareşhaye Ulum-e Quran”.
2
  Şəriət hökmləri ilə bağlı ayələr, əhkam ayələri.

 Məhəmmədəli Məhdəvirad, əvvəlki qaynaq; “ət-Təmhid fi ulumil-Quran” kitabının müqəddiməsi.

 Quran ayələrinin fəsahət və bəlağət baxımından araşdırılması.
5
  Quranın çə n anlaşılan söz və ifadələrindən bəhs edən sahə.
6
  “əl-Burhan” kitabının müqəddiməsi, c.1, s.48.
7
  Quranda çəkilən məsəllər, bənzətmələr.


15
10- Məhəmməd ibn Yezid Vasiti (vəfat tarixi: h.q. 306-cı və yaxud 309-cu il): 
“Quranın möcüzəliyi” mövzusunda “ﻥﺍءﺮﻗ ﺯﺎﺠﻋﺍ” adlı əsər yazmışdır. Təəssüflər 
olsun ki, bu əsər bizə gəlib çatmamışdır.
1
Bəzi quranşünaslar hicri-qəməri 3-cü əsrin alimlərindən olan Əli ibn Mədinini 
“Əsbabun-nuzul” və Əbu Ubeyd Qasim ibn Səlamı “Nasix və mənsux” mövzu-
sunda əsər yazan ilk alimlər hesab etmişlər.
2
Azad mütaliə 
Müxtəlif əsrlərdə Quran elmlərinə dair 
yazılan mühüm əsərlər və onların müəllifləri
Hicri 1-ci əsr:
Yəhya ibn Yə`mər (vəfat tarixi: h.q. 89-cu il) “Qiraət” mövzusunda əsər yazmışdır.
Hicri 2-ci əsr:
Həsən Bəsri (vəfat tarixi: h.q. 110-cu il), Abdullah ibn Amir Yəhsəbi (vəfat 
tarixi: h.q. 118-ci il), Əta ibn Əbu Muslim Meysərətul-Xorasani (vəfat tarixi: h.q. 
135-ci il), Əban ibn Təğlib (vəfat tarixi: h.q. 141- ci il), Məhəmməd ibn Saib 
Kəlbi (vəfat tarixi: h.q. 146-cı il), Hüseyn ibn Vaqidi Mərvəzi (vəfat tarixi: h.q. 
151-ci il), Xəlil ibn Əhməd Fərahidi (vəfat tarixi: h.q. 170-ci il).
3
Hicri 3-cü əsr:
Fərra adı ilə tanınan Yəhya ibn Ziyad (vəfat tarixi: h.q. 207-ci il) “ﻥﺍءﺮﻘﻟﺍ ﻰﻧﺎﻌﻣ” 
(Mə`anil-Quran) və bir neçə başqa əsərin müəllifidir;
Məhəmməd ibn Cuneyd (vəfat tarixi: h.q. 281-ci il) “ﻥﺍءﺮﻘﻟﺍ ﻝﺎﺜﻣﺍ” (Əmsalul-
Quran) əsərinin müəllifidir;
Məhəmməd ibn Məs`ud Əyaşi bir çox əsərlərin, o cümlədən, öz adı ilə tanınan 
“Əyaşi təfsiri”nin müəllifidir;
Qasim ibn Səlam (vəfat tarixi: h.q. 224-cü il) “ﺥﻮﺴﻨﻤﻟﺍ  ﻭ  ﺦﺳﺎﻨﻟﺍ” (ən-Nasux 
vəl-mənsux), “ﺕﺍءﺍﺮﻘﻟﺍ” (əl-Qira`at), “ﻥﺍءﺮﻘﻟﺍ ﻞﺋﺎﻀﻓ”  (Fəzailul-Quran) əsərlərinin 
müəllifidir.
Hicri 4-cü əsr:
Məhəmməd ibn Yezid Vasiti (vəfat tarixi: h.q. 306-cı və ya 309-cu il) “ﻥﺍءﺮﻗ ﺯﺎﺠﻋﺍ” 
(İ`cazu-Quran) əsərinin müəllifidir;

 Dr. Əliəsğər Hələbi, “Aşenayi ba ulume-Quran” (Quran elmləri ilə tanışlıq), s.132.

 Mənahilul-irfan, c.1, s.31.
3
  Adları sadalanan bu alimlərin əsərləri yuxarıda qeyd olundu.


16
Əbu Əli Kufi (vəfat tarixi: h.q. 346-cı il) “ﻥﺍءﺮﻘﻟﺍ ﻞﺋﺎﻀﻓ” (Fəzailul-Quran) əsə-
ri nin  müəllifidir
İbn Cərir Təbəri (vəfat tarixi: h.q. 310-cu il) təfsir mövzusunda məşhur əsərin 
müəllifidir; 
Əbu Bəkr ibn Qasim Ənbari (vəfat tarixi: h.q. 328-ci il) “ﻥﺍءﺮﻘﻟﺍ ﻡﻮﻠﻋ ﺐﺋﺎﺠﻋ” 
(Əcaibu Ulumil-Quran) əsərinin müəllifidir;
Seyid Rəzi (vəfat tarixi: h.q. 406-cı il) “ﻥﺍءﺮﻘﻟﺍ ﺕﺍﺯﺎﺠﻣ ﻰﻓ ﻥﺎﻴﺒﻟﺍ ﺺﻴﺨﻠﺗ” (Təlxisul-
bəyan fi məcazatil-Quran) əsərinin müəllifidir.
İbn Nədim  “əl-Fihrist” adlı  əsərində onun dövrünədək, yəni hicri-qəməri 4-cü 
əsrədək Quran elmlərinə dair yazılan bir çox əsərlərin və onların müəlliflərinin adları-
nı qeyd etmişdir. Bu, Quranla bağlı müxtəlif mövzulara dair saysız əsərlər yazıldığını 
göstərməkdədir. Biz burada həmin əsərlərin yalnız sayını göstərməklə kifayətlənirik:
- Təfsir mövzusunda təxminən 45 əsərin adı qeyd olunub;
- “Mə`anil-Quran” mövzusunda 20-dən çox əsər;
- “Luğatul-Quran”
1
 mövzusunda 6 əsər;
- Qiraətlər mövzusunda 20-dən çox əsər;
- “ən-Nəqtu vəş-şəklu lil-Quran”
2
 mövzusunda 6 əsər;
- “Mutəşabihul-Quran” (Quranın mütəşabih ayələri) mövzusunda 10 əsər;
- “Nasixul-Quran və mənsuxihi” (Quranın nasix və mənsux ayələri) mövzu-
sunda 18 əsər.
3
Hicri-qəməri 5-ci əsrdən başlayaraq Quranla bağlı mövzulara dair daha çox 
əsərlər yazılmağa başlandı. 
Qeyd etmək lazımdır ki, hicri-qəməri ilk yüzilliklərdə “Quran elmləri”nə daxil 
olan mövzular indiki ilə müqayisədə daha çox idi. Belə ki, həmin yüzilliklərdə 
“Quran təfsiri” də Quranın tarixi, möcüzəliyi, nasix və mənsux ayələri və s. möv-
zular kimi “Quran elmləri”nə daxil idi. Amma mövzuların çoxalması tədricən Qu-
ran təfsirinin “Quran elmləri”ndən ayrılmasına səbəb oldu.
4
Zərqani deyir:
““Quran elmləri” sahəsində əsər qələmə almış alimlər arasında geniş yayılan fi-
kir budur ki, “Quran elmləri” termini hicri-qəməri 7-ci əsrdə meydana gəlib. Lakin 
mən “Darul-kutubil-Misriyyə”də (Misir kitabxanası) “Hufi” adı ilə tanınan Əli ibn 
İbrahim ibn Səidin (vəfat tarixi: h.q. 430-cu il) otuz cildlik: “ﻥﺍءﺮﻘﻟﺍ ﻡﻮﻠﻋ ﻰﻓ ﻥﺎﻫﺮﺒﻟﺍ” (əl-
Burhan fi Ulumil-Quran) adlı kitabına rast gəldim ki, onun on beş cildi indiyədək 
qalıb. Buna görə də deyə bilərik ki, bu sahə hicri-qəməri 5-ci əsrdə yaranıb.”
5

 Quran leksikologiyası.
2  
Hərflərin nöqtələnməsi və sözlərin hərəkələnməsi.
3
  əl-Fihrist, s.52-59.

 Əvvəllər “Quran elmləri”ndən sayılan “Təcvid” elmi də, hal-hazırda ayrıca bir sahə sayılır.

 “Mənahilul-irfan”. c.1, s.35.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə