Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə7/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   110

20
Yuxarıdakı adlardan üçü, yəni Kitab, Zikr və Furqan digər səmavi kitablar 
üçün də işlənib
1
, təkcə “Quran” adı bu səmavi kitabın xüsusi adı olaraq işlənibdir.
2- Quranın vəsfləri:
Qeyd etdik ki, alimlər arasında Quranın adları və vəsflərinin sayı barədə fi-
kirayrılığının səbəbi adlar ilə  vəsflər arasında fərq qoyulmaması, habelə, adla-
rın seçimində alimlərin özünəməxsus üslubları olmuşdur. Biz burada Qurani-
Kərimin özündə Quran, Kitab və Zikr adları üçün qeyd olunan vəsfləri nəzərinizə 
çatdırırıq:
1. Məcid
2
: “.ِﺪﻴِﺠَﻤْﻟﺍ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻭ ﻕ”       
“Qaf və and olsun şanlı (şəni uca) Qurana!”
2. Kərim
3
: “.ٌﻢﻳِﺮَﻛ  ٌﻥﺍَءْﺮُﻘَﻟ ُﻪﱠﻧِﺇ
“Həqiqətən bu, qiymətli Qurandır.”
3. Həkim
4
: “. ِﻢﻴِﻜَﺤْﻟﺍ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻭ .ﺲﻳ” 
“Ya-sin. Hikmətli Qurana and olsun!” 
4. Əzim
5
: “.َﻢﻴِﻈَﻌْﻟﺍ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻭ ﻰِﻧﺎَﺜَﻤْﻟﺍ  َﻦِﻣ ﺎًﻌْﺒَﺳ َﻙﺎَﻨْﻴَﺗﺍَء ْﺪَﻘَﻟ َﻭ
“Doğrudan da, sənə yeddi ayə (Fatihətul-Quran surəsini) və əzəmətli Quranı 
əta etdik.
5. Əziz
6
...ُﻞِﻁﺎَﺒْﻟﺍ ِﻪﻴِﺗْﺄَﻳ  َﻻ .ٌﺰﻳِﺰَﻋ  ٌﺏﺎَﺘِﻜَﻟ ُﻪﱠﻧِﺇ َﻭ ...
“... Doğrudan da, bu, izzətli (qiymətli və məğlubedilməz) bir kitabdır. Batil ona 
yol tapa bilməz...”
6. Mübarək
7
: “...ٌﻙَﺭﺎَﺒُﻣ ٌﺮْﻛِﺫ ﺍَﺬﻫ
“Bu, mübarək bir öyüd-nəsihətdir…”
7. Mubin
8
.ٍﻦﻴِﺒُﻣ ٍﻥﺍَءْﺮُﻗ َﻭ ِﺏﺎَﺘِﻜْﻟﺍ  ُﺕﺎَﻳﺍَء َﻚْﻠِﺗ ﺮﻟﺍ”  
“Əlif-ləm-ra, budur (səmavi) Kitabın və aydınlaşdıran Quranın ayələri.”
8. Mutəşabih
9
: “...ﺎًﻬِﺑﺎَﺸَﺘُﻣ ﺎًﺑﺎَﺘِﻛ ِﺚﻳِﺪَﺤْﻟﺍ  َﻦَﺴ ْﺣَﺃ َﻝﱠﺰَﻧ ُﷲ
“Allah sözün ən gözəlini (ayələri) bir-birinə bənzər olan ... bir kitab (şəklində) 
nazil etdi.”
1
  “İllət-e ələm budən-e Quran”, s.52.
2
  Qaf surəsi, ayə: 1, həmçinin Buruc surəsi, ayə: 21.
3
  Vaqiə surəsi, ayə: 77.
4
  Yasin surəsi, ayə: 1-2, həmçinin Yunus surəsi, ayə: 1.

 Hicr surəsi,ayə: 87.
6
  Fussilət surəsi, ayə: 41-42.
7
  Ənbiya surəsi, ayə: 50; Sad surəsi, ayə: 29.

 Hicr surəsi, ayə: 1.
9
  Zumər surəsi, ayə: 23.


21
9. Məsani
1
...ﻰِﻧﺎَﺜَﻣ ﺎًﻬِﺑﺎَﺸَﺘُﻣ ﺎًﺑﺎَﺘِﻛ ِﺚﻳِﺪَﺤْﻟﺍ  َﻦَﺴ ْﺣَﺃ َﻝﱠﺰَﻧ ﷲ
“Allah sözün ən gözəlini (ayələri) bir-birinə  bənzər olan, vədləri və  hədə-
qorxuları əhatə edən bir kitab (şəklində) nazil etdi.”
10. Ərəbi
2
: “. َﻥﻮُﻠِﻘْﻌَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻩﺎَﻨْﻟَﺰْﻧَﺃ ﺎﱠﻧِﺇ
“Həqiqətən biz onu ərəbcə bir Quran nazil etdik, bəlkə düşünəsiniz.”
11. Ğəyrə zi-ivəc
3
: “. َﻥﻮُﻘﱠﺘَﻳ ْﻢُﻬﱠﻠَﻌَﻟ ٍﺝَﻮِﻋ ﻯِﺫ َﺮْﻴَﻏ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ
“Heç bir əyriliyi (dolaşıqlığı) olmayan ərəbcə bir Quran; bəlkə qorxub 
çəkindilər (təqvalı oldular).”
12. Ziz-zikr
4
: “.ِﺮْﻛﱢﺬﻟﺍ ﻯِﺫ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻭ ﺹ” 
“Sad, and olsun öyüd-nəsihətlə dolu Qurana.”
13. Bəşir
5
: “...ﺍًﺮﻴِﺸَﺑ . َﻥﻮُﻤَﻠْﻌَﻳ ٍﻡْﻮَﻘِﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻪُﺗﺎَﻳﺍَء  ْﺖَﻠﱢﺼُﻓ  ٌﺏﺎَﺘِﻛ”           
“Bir kitabdır ki, onun ayələri müfəssəl və açıq-aydın bəyan edilmişdir, bilən 
bir qövm üçün ərəb dilində olan Qurandır. Müjdə verəndir...”
14. Nəzir
6
 ““ﺍًﺮﻳِﺬَﻧ َﻭ ﺍًﺮﻴِﺸَﺑ . َﻥﻮُﻤَﻠْﻌَﻳ ٍﻡْﻮَﻘِﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻪُﺗﺎَﻳﺍَء  ْﺖَﻠﱢﺼﻓ  ٌﺏﺎَﺘِﻛ ...          
“Bir kitabdır ki, onun ayələri müfəssəl və açıq-aydın bəyan edilmişdir, bilən 
bir qövm üçün ərəb dilində olan Qurandır. Müjdə verən və xəbərdarlıq edəndir...”
15. Qəyyim
7
: “ ...ﺎًﻤﱢﻴَﻗ .ﺎَﺟَﻮِﻋ ُﻪَﻟ ْﻞَﻌ ْﺠَﻳ ْﻢَﻟ َﻭ  َﺏﺎَﺘِﻜْﻟﺍ ِﻩِﺪْﺒَﻋ ﻰَﻠَﻋ َﻝَﺰْﻧَﺃ ﻯِﺬﱠﻟﺍ ِ ِ  ُﺪْﻤَﺤْﻟَﺍ”            
“Həmd olsun o Allaha ki, bu kitabı Öz bəndəsinə nazil etdi və onda heç bir 
əyrilik qoymadı. Doğru və düzgün (bir kitab)...”
*   *   *
Burada Qurani-Kərimin daha bir adını qeyd edirik. Bu ad Quranın özündə 
işlənməsə də, amma bəziləri bu əqidədədirlər ki, Həzrət Peyğəmbərin (s) vəfatından 
sonra müsəlmanlar arasında Quranın ən məşhur və geniş yayılan adı “mushəf” 
olmuşdur. Həzrət Peyğəmbərin (s) sağlığında isə Quranın hamı tərəfindən qəbul 
edilən müəyyən və geniş yayılan bir adı olmamışdır.
8
 
“Bu ad (yəni “mushəf”) Qurani-Kərimdə işlənmədiyi bir halda Qurana necə 
qoyulmuşdur?” - sualına Dr. Ramyar belə cavab verir: 
“Qurani-Kərim xəlifə Əbu Bəkrin göstərişi ilə cəm edildikdən (yəni bir kitab 
şəklində yığıldıqdan, tərtib edildikdən) sonra o, Peyğəmbər (s) səhabələrinə tap-
1
  Zumər surəsi, ayə: 23.
2
  Yusuf surəsi, ayə: 2.
3
  Zumər surəsi, ayə: 28.
4
  Sad surəsi, ayə: 1.
5
  Fussilət surəsi, ayə: 3-4.
6
  Fussilət surəsi, ayə: 3-4.

 Kəhf surəsi, ayə: 1-2.
8  
Dr. Mahmud Ramyar, “ Tarix- e Quran”, s.9.


22
şırdı ki, bu kitaba bir ad qoysunlar. Bəziləri onu “İncil” adlandırmağı təklif etdilər, 
amma bu ad çoxlarının xoşuna gəlmədi. Bir dəstə onu “Səfər” adlandırmağı təklif 
etdi: yəhudilərin “beş səfəri” kimi. Bu təklif də qəbul olunmadı. Nəhayət, səhabə 
Abdullah ibn Məs`ud dedi: “Biz Həbəşistana hicrət etdikdə orada “Mushəf” ad-
lanan bir kitab gördük...” Bu ad qəbul olundu və o zaman Qurani-Kərimə qoyul-
du... Xəlifə Osmanın ətraf məntəqələrə göndərdiyi Quran nüsxələri də “mushəf” 
adlanmışdı... Sonralar həmin nüsxələr “Osmanın mushəfləri” adı ilə tanındı. 
Səhabələrin öz xüsusi məcmuələrinə də “mushəf” deyilirdi. Məsələn, Ubəyy ibn 
Kə`bin mushəfi, Məazın mushəfi və s.”
1
Söz yox ki, Həzrət Peyğəmbərin (s) vəfatından sonra “mushəf” adı az bir müd-
dət ərzində Qurani-Kərimin geniş yayılan və məşhur adlarından birinə çevrildi, 
la kin  Həzrət Peyğəmbərin (s) sağlığında bu səmavi kitabın müəyyən bir adının 
ol maması fikri qəbuledilməzdir. Çünki Həzrət Peyğəmbərdən (s), Əli ibn Əbu 
Ta libdən (ə) və digər səhabələrdən nəql olunan hədislərdə “Quran” və “Kitab” 
adları bu səmavi kitabın adı olaraq çox işlənmişdir. Məsələn, Həzrət Peyğəmbər 
(s) buyurub:
.ِﻥﺍَءْﺮُﻘْﻟﺎِﺑ ْﻢُﻜْﻴَﻠَﻌَﻓ ِﻢِﻠْﻈُﻤْﻟﺍ ِﻞْﻴﱠﻠﻟﺍ ِﻊَﻄِﻘَﻛ ُﻦَﺘِﻔْﻟﺍ ُﻢُﻜْﻴَﻠَﻋ  ْﺖَﺴَﺒَﺘْﻟﺍ ﺍَﺫِﺇ
“Fitnələr sizi zülmət gecə tək bürüdüyü zaman Qurana üz tutun.”
2
Yaxud buyurub:
.ِﻪِﻘْﻠَﺧ ﻰَﻠَﻋ ِﷲ ِﻞْﻀَﻔَﻛ ِﻡ َﻼَﻜْﻟﺍ ِﺮِﺋﺎَﺳ ﻰَﻠَﻋ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ ُﻞْﻀَﻓ
“Quranın başqa kəlamlardan üstünlüyü Allahın məxluqatdan üstünlüyü 
kimidir.”
3
Həmçinin Həzrət Peyğəmbər (s) öz vəsiyyətində buyurub:
...ﻰِﺗَﺮْﺘِﻋ ﻭ ﷲ  َﺏﺎﺘِﻛ ﻦْﻴَﻠَﻘﱠﺜﻟﺍ ُﻢُﻜﻴِﻓ ٌﻙِﺭﺎَﺗ ﻰﱢﻧِﺇ
“Həqiqətən, mən sizin aranızda iki böyük əmanət qoyuram: Allahın kitabı 
və itrətim...”
4
Quranın nazil olduğu dövrdə buyurulan onlarla, bəlkə yüzlərlə hədisdə müsəl-
manların səmavi kitabının “Quran” və ya “Kitab” adlanması  həmin dövrdə bu 
adların geniş yayılan adlar olduğunu sübut edir.
5
Quranın cəm edilməsi və mushəf tərtib edilməsi barədə olan hədislərin əksə-
riy yətində Zeyd ibn Sabit və başqaları mushəf tərtib edilərkən “Quran” adını işlət-
miş lər.
1
  Dr. Mahmud Ramyar, “Tarix-e Quran”, s.11-12.
2
  Usuli-kafi, c.2, s.599; Biharul-ənvar, c.89, s.17; hədis: 16. 
3
  Ulumul-Quran indəl-mufəssirin, c.1, s.70.

 əl-Burhan fi təfsiril-Quran, c.1, s.9-14.
5
  Biharul-ənvar, c. 89-90, bölüm: Kitabul-Quran.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə