Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə9/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   110

26
“Quran” sözü “ismi-məf`ul”un “məsdər” ilə ifadə olunması qismindəndir. 
Yəni  əslində  “oxunan”  mənasını bildirən söz “ءﻭُﺮْﻘَﻣ” (məqru`) sözüdür, lakin 
“oxumaq” mənasını bildirən “ﻥﺍَء ْﺮُﻗ” sözü ilə ifadə olunub. Məsələn, “yazılan” 
mənasını bildirən “ﺏﻮُﺘْﻜَﻣ” sözünün “yazmaq” mənasını bildirən “ﺏﺎَﺘِﻛ” sözü ilə 
ifadə olunması kimi. (Bu, Ləhyaninin və bir qrup alimin nəzəridir.)
*   *   *
Yuxarıdakı beş  nəzərdən beşincisi daha məqbul nəzərə çarpır. Zərqani dörd 
nəzəri rədd etdikdən sonra beşinci nəzəri qəbul etmişdir.
1
Rağib İsfahani deyir:
 ...ﻞﻴِﺗ ْﺮﱠﺘﻟﺍ ﻰِﻓ ٍﺾْﻌﺑ ﻰَﻟﺇ ﺎَﻬُﻀْﻌﺑ ِﺕﺎﻤﻠَﻜﻟﺍ َﻭ ِﻑﻭُﺮُﺤﻟﺍ ﱡﻢَﺿ ُﺓَءﺍَﺮﻘﻟﺍ
“Qiraət”in mənası tərtil zamanı (aramla, ağır-ağır oxuyarkən) hərfləri və sözləri 
bir-birinə birləşdirmək, əlavə etməkdir.
2
Başqa sözlə, “qiraət” ilahi ayələrin tilavətidir (oxunmasıdır).
Əllamə Təbatəbainin nəzəri budur:  
 ، ِﻰْﺣَﻮْﻠِﻟ ِﻥﺍَﺮﻴِﻤﱠﻀﻟﺍ ﻭ ،ِﻥﺎَﺤْﺟﱡﺮﻟﺍ ﻭ ِﻥﺎَﻗْﺮُﻔْﻟﺎَﻛ ٌﺭَﺪْﺼَﻣ ﺎَﻨُﻫﺎَﻫ  ُﻥﺍَءْﺮُﻘﻟﺍ ... «ُﻪَﻧﺍَءْﺮُﻗ َﻭ ُﻪَﻌْﻤَﺟ ﺎَﻨْﻴَﻠَﻋ  ﱠﻥِﺇ» :ُﻪُﻟْﻮَﻗ َﻭ
.َﻚْﻴَﻠَﻋ ُﻪُﺗَءﺍَﺮِﻗ َﻭ ٍﺾْﻌَﺑ ﻰَﻟﺇ ِﻪِﺋﺍَﺰْﺟَﺃ ِﺾْﻌَﺑ ﱢﻢَﻀِﺑ َﻚْﻴَﻟِﺇ ِﻪﻴِﺣﻮُﻧ ﺎَﻣ َﻊَﻤْﺠَﻧ  ْﻥﺃ ﺎَﻨْﻴَﻠَﻋ ْﺫﺇ ،ِﻪِﺑ ْﻞَﺠْﻌَﺗ  َﻻ :ﻰﻨْﻌَﻤْﻟﺍ ﻭ
“Yəni: “ُﻪَﻧﺍَء ْﺮُﻗ َﻭ ُﻪَﻌْﻤَﺟ ﺎَﻨْﻴَﻠَﻋ  ﱠﻥِﺇ”
3
 cümləsində “ﻥﺍَء ْﺮُﻗ” sözü İslamın səmavi kitabının 
adı deyildir. Burada “ﻥﺍَء ْﺮُﻗ” (qur`an) sözü “ﻥﺎَﻗ ْﺮُﻓ” (furqan) və “ﻥﺎَﺤ ْﺟُﺭ” (ruchan) 
sözləri kimi məsdərdir, “oxumaq” mənasını bildirir. “ُﻪَﻧﺍَء ْﺮُﻗ” sözündəki “ُﻩ”  zəmiri 
(əvəzliyi) “vəhy”ə qayıdır. Cümlənin mənası belədir: Oxumağa tələsmə, çünki 
sənə vəhy olunanları cəm etmək və onun hissələrini bir-birinə birləşdirmək, onu 
sənə qiraət etmək Bizim öhdəmizədir.”
4
 
Yuxarıdakı ayədən (Qiyamət surəsi, 17-ci ayə)  əldə olunur ki, hətta  əgər  İbn 
Əsirin nəzərini, yəni “Quran” sözünün “cəm etmək” mənasını bildirən ء ْﺮَﻗ sö zündən 
düzəldiyini qəbul etsək, lakin bu ayədə “ُﻪَﻧﺍَءْﺮُﻗ” (qur`anəhu) sözü “ُﻪَﻌْﻤَﺟ” (cəm`əhu) 
sözü ilə yanaşı işləndiyinə (bağlayıcı vasitəsilə bağlandığına) görə “ﻥﺍَءْﺮُﻗ” sözü la-
büd “qiraət etmək və oxumaq” mənasını bildirəcəkdir. Əks təqdirdə, bu ayədə “cəm 
etmək” sözünün təkrarlanması əbəs bir iş olub Quranın fəsahətinə xələl gətirər.
Beşinci nəzəri qüvvətləndirən başqa bir dəlil Həzrət Peyğəmbərə (s) nazil 
olan ilk vəhydə  “ﺃَﺮْﻗﺇ”  əmrinin verilməsidir və heç şübhəsiz, bu söz “Oxu!” 
mənasını bildirir. “Quran” sözü isə ilk dəfə Muzzəmmil surəsinin 4-cü ayəsində 
işlənib. Muzzəmmil surəsi isə Cabir ibn Zeyd və  İbn Abbasdan nəql olunan 
1
  Mənahilul-irfan, c.1, s.14.
2
  Rağib İsfahani, “Mufrədat”.

 Qiyamət surəsi, ayə: 17.
4
  əl-Mizan, c.20, s.109.


27
məşhur rəvayətə görə nazil olan üçüncü surədir.
1
 Sözügedən ayədə belə buyu-
rulur:  
 . ًﻼﻴِﺗ ْﺮَﺗ  َﻥﺍَء ْﺮُﻘْﻟﺍ ِﻞﱢﺗَﺭ َﻭ ...
“... və Quranı tərtil ilə (aramla, ağır-ağır) oxu!”
Həmin surənin sonuncu, yəni 20-ci ayəsində hamıya xitabən buyurulur: 
 ...ِﻥﺍَءْﺮُﻘْﻟﺍ  َﻦِﻣ َﺮﱠﺴَﻴَﺗ ﺎَﻣ ﺍﻭُءَﺮْﻗﺎَﻓ ...
“... Elə isə, Qurandan sizə müyəssər olanı (bacardığınız qədər) oxuyun...” 
Aydın məsələdir ki, hər iki ayədə “oxunan Quran” nəzərdə tutulur.
Əldə edilən nəticə budur ki, “Quran” sözü üçün ən aydın və  ən uyğun 
məna bu sözün “oxumaq” mənasını bildirən ﺃَﺮَﻗ sözündən düzəlməsidir.
Fəslin əsas mətləbləri:
“Quran” sözünün mənası barədə olan nəzərlər aşağıdakılardır:
1. Quran sözü “camid”, yəni “qeyri-muştəqq” bir isimdir. Eləcə də, “ələmi-irti-
cali”dir, yəni bu söz əvvəllər ərəb dilində olmayıb və Mütəal Allah Öz pey ğəm-
bərinə nazil etdiyi vəhyi xüsusi olaraq bu adla adlandırıb. Necə ki, “Tövrat” Həzrət 
Musanın (ə) və “İncil” Həzrət İsanın (ə) kitabının adıdır. (Bu, Şafeinin nəzəridir.)
2. Quran sözü bu ifadədə: “ء ْﻰﱠﺸﻟﺎِﺑ ِءْﻰﱠﺸﻟﺍ  ُﻥْﺮَﻗ” - işlənən  ﻥْﺮَﻗ  sözündən düzəlib. 
İfadənin mənası belədir: “Bir şeyi başqa bir şeyə əlavə etmək”. 
Bu səmavi kitabın “Quran” adlanmasının səbəbi surələrin, ayələrin və hərflərin 
bir-birinin kənarında qərar tutması, bir-birinə əlavə olunmasıdır. (Bu, Əş`ərinin 
və bir qrup alimin nəzəridir.)
3. Quran sözü ٌﺔَﻨﻳِﺮَﻗ (qərinə) sözünün cəmi olan ﻦﺋﺍﺮﻗ (qərain) sözündən düzəlib. 
Çünki Quran ayələri bir-birinin oxşarıdır və bir-birini təsdiqləyir, tamamlayır. 
(Bu, Fərranın nəzəridir.)
4. Quran sözü “cəm etmək” mənasını bildirən ء ْﺮَﻗ sözündən düzəlib. Ərəblər 
“Mən hovuza su yığdım” - fikrini belə ifadə edirlər:
.ِﺽْﻮَﺤﻟﺍ ﻰِﻓ َءﺎﻤْﻟﺍ ُﺕْﺃَﺮَﻗ
Müsəlmanların müqəddəs kitabının “Quran” adlanmasının səbəbi budur ki, bu 
kitab özündən əvvəlki səmavi kitabların bütün faydalarını, maarifini özündə cəm 
etmişdir. (Bu, İbn Əsirin, Zucacın və digərlərinin nəzəridir.)
5. Quran sözü َﺃَﺮَﻗ (qərə`ə, yəni “qiraət etdi”) sözündən düzəlib, “ﻥﺎَﺤ ْﺟُﺭ” (ruc-
han) və  “ﻥﺍَﺮْﻔُﻏ” (ğufran) sözləri ilə eyni vəzndədir. Burada “Quran” sözünün 
mənası “oxunan” deməkdir. (Bu, Ləhyaninin və bir qrup alimin nəzəridir.)
Beşinci nəzəri təsdiqləyən bir sıra dəlillər mövcuddur.
1
  əl-İtqan fi ulumil-Quran, c. 1 s. 81.


28
Dördüncü fəsil
Müsəlmanların səmavi kitabının 
“Quran” adlanmasının səbəbi
Bu səmavi kitabın hər bir adının səbəbi, fəlsəfəsi vardır. Biz bu fəsildə təkcə 
“Quran” adı barədə bəhs edəcəyik. Başqa sözlə, müsəlmanların səmavi kitabının 
“Quran” adlanmasının səbəbini açıqlayacağıq.
Ötən fəsildə qeyd etdik ki, bəziləri “Quran” sözünün “əlavə etmək” mənasını 
bildirən  ﻥ ْﺮَﻗ (qərn) sözündən düzəldiyini bildirirlər. Onlar səmavi kitabın bu 
adla adlanmasının səbəbini belə izah edirlər: hərflər, ayələr və surələr bir-
birinin kənarında qərar tutduğu, bir-birinə əlavə olunduğu üçün Mütəal Allah bu 
məcmuəni “Quran” adlandırıb.
“Quran” sözünün ﻦِﺋﺍَﺮَﻗ (qərain) sözündən düzəldiyini bildirənlər isə bu 
əqidədədirlər ki, bu kitabın ayələri arasında tam uyğunluq və oxşarlıq olduğu, 
ayələr bir-birini tamamladığı və aydınlaşdırdığı üçün Mütəal Allah Öz kitabını 
bu adla adlandırmışdır. Ayələrin birində də bu uyğunluq və oxşarlığı Öz kitabının 
vəsfi kimi bəyan etmişdir: 
...ﺎًﻬِﺑﺎَﺸَﺘُﻣ ﺎًﺑﺎَﺘِﻛ  َﺚﻳِﺪَﺤْﻟﺍ  َﻦَﺴْﺣَﺃ َﻝﱠﺰَﻧ ُﷲ
“Allah sözün ən gözəlini (ayələri) bir-birinə bənzər olan ... bir kitab (şəklində) 
nazil etdi.”
1
Bu ayədə ﺎًﻬﺑﺎﺸَﺘُﻣ ﺎًﺑﺎﺘِﻛ  - “mütəşabih kitab” ifadəsi “ayələri bir-birinə oxşar, 
uyğun olan bir kitab” mənasını bildirir. 
“Quran” sözünün “cəm etmək” mənasını bildirən  ء ْﺮَﻗ   (qər`) sözündən 
düzəldiyini söyləyənlər bu əqidədədirlər ki, bu kitab özündən əvvəlki səmavi ki-
tabların elm və faydalarını, yaxud müxtəlif elmləri, yaxud da əmr və qadağaları, 
vədləri və təhdidləri... özündə cəm etdiyi üçün “Quran” adlanmışdır.
Nəzərə alsaq ki, ötən fəsildə ilk dörd nəzəriyyə qəbul olunmadı, onda beşin-
ci nəzəriyyəyə əsasən, bu səmavi kitabın “Quran”, yəni “oxunan” adlanmasının 
səbəbi nədir?
Bilməlisiniz ki, Quranın həqiqəti söz qəlibinə sığmaqdan ucadır. Söz və ifadələr 
Quranın uca həqiqətini bəyan etməkdə acizdir. Çünki söz və ifadələr maddiyyatı 
bəyan etməkdən ötrü yaradılmışdır, halbuki, Quran ən dərin mənəvi maarifi ehti-
1
  Zumər surəsi, ayə: 23.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə