Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə12/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   110

35
4. “Quran” adı ilk dəfə olaraq Muzzəmmil surəsində - belə ki, nüzul ardıcıllı-
ğına görə bu surə üçüncü surədir - iki dəfə işlənib, hər dəfə də “Quranı oxumaq” 
əmr olunub. Beləliklə, “Quran” adı vəhyin nazil olduğu elə ilk vaxtlarda xüsusi 
ad kimi Allah tərəfindən seçilmişdir.
5. Baxmayaraq ki, Qurani-Kərimdə “Kitab” adı “Quran” adından daha çox 
işlənmişdir, amma çox vaxt “Kitab” dedikdə “Tövrat” və “İncil” nəzərdə tutul-
muşdur. “Quran” adı isə bu səmavi kitabın digər adları ilə müqayisədə daha çox 
işlənmişdir.
6. Saysız hədislərdə Həzrət Peyğəmbərin (s), İmam Əlinin (ə) və başqa Məsum 
İmamların (ə) “Quran” adını işlətmələri göstərir ki, bu ad xüsusi və vəhydən qay-
naqlanan bir addır.
Deyilənlərdən aydın oldu ki, “Quran” adı Quranın özündə xüsusi ad kimi 
işlənmiş, bu səbəbdən də, müsəlmanlar arasında bu səmavi kitabın xüsusi adı 
olaraq işlənməkdədir.
Birinci hissənin sualları:
1. Quranla bağlı müxtəlif mövzulara dair ilk əsər yazan alimlərdən bir neçəsinin 
adını deyin.
2. Quranın adlarını və məşhur vəsflərini sadalayın.
3. Necə oldu ki, Quran “mushəf” adlandı və bu, hansı dövrdə baş verdi? Bu ad 
özünə hansı mövqeyi qazandı?
4. “Quran” sözünün mənalarını açıqlayın. Bu mənalardan hansının daha məq-
bul olduğunu deyin.
5. “Fussilət” surəsinin 44-cü ayəsində  işlənən  “ﱞﻰِﻤَﺠْﻋﺃ”  kəlməsinin mənası 
barədə iki ehtimal mövcuddur. Ehtimal verilən bu mənaları açıqlayın. 
Araşdırma üçün suallar:
1. Quranın “Kitab”, “Furqan” və “Məsani” adlarının səbəbini açıqlayın.
2. Həzrət Peyğəmbərin (s) beş hədisini bəyan edin ki, o həzrət bu hədislərdə 
“Quran” adını işlətmişdir.
3. Digər səmavi kitablar hansı dillərdə nazil olmuşdur?
4. Nəzərə alsaq ki, hər bir millətin dili onun doğma dilidir və mədəniyyətinin 
ayrılmaz hissəsidir, qeyri-ərəb dilli müsəlman millətlər tərəfindən  ərəb dilinin 
öyrənilməsi və onlar arasında yayılması necə izah oluna bilər? 


36


37
ŽKŽNCŽ HŽSSé
QURANìN TARŽXŽ (1)
 
VéHY


38
İkinci hissə: Vəhy
Birinci fəsil“Vəhy”in tərifi
İkinci fəsil: “Vəhy” Quranda
Üçüncü fəsil: Peyğəmbərlərə gələn vəhy və onun qisimləri
Dördüncü fəsil: Müstəqim vəhy və onun əlamətləri
Beşinci fəsil: Qeyri-müstəqim vəhy
Bu hissədə nəzərdə tutulan hədəflər:
- Yaradılışın çox sirli bir hadisəsi olan “vəhy” hadisəsi barədə məlumat 
əldə etmək;
- Quranda “vəhy” kəlməsinin işləndiyi yerlər və onun daşıdığı 
müxtəlif mənalar ilə tanış olmaq;
- Mütəal Allahın öz elçiləri ilə hansı  şəkillərdə  əlaqə qurduğunu 
öyrənmək;
- Vəhy qəbul etdiyi zaman Həzrət Peyğəmbərdə (s) yaranan hallar 
barədə məlumat əldə etmək.
Bu hissədə istifadə olunan əsas mənbələr:
“əl-Mizan” təfsiri, c.12, s.292 və c.18, s.72 və c.20, s.342; Quran dər 
İslam (Quran İslamda); Vəhy ya şuur-e mərmuz (Vəhy, yoxsa sirli 
idrak); Quran elmləri və məfhumları barədə araşdırmaların ikinci konf-
ransından çıxışlar və məqalələr toplusu; Biharul-ənvar, c.18, “Vəhy” 
barədə olan bölüm; əl-İtqan, c.1, mövzu: 16; Mənahilul-irfan, c.1; ət-
Təmhid fi Ulumil-Quran, c.1; Tarix-e Quran (Quranın tarixi), Dr. 
Mahmud Ramyar; Piramun-e vəhy və  rəhbəri (Vəhy və  rəhbərlik 
barədə), Ayətullah Cavadi Amuli, s.278-309.
  


39
Birinci fəsil
Müqəddimə
Nəcm surəsinin 3-4-cü ayələrində buyurulur:
.ﻰَﺣﻮُﻳ ٌﻰ ْﺣَﻭ  ﱠﻻِﺇ َﻮُﻫ  ْﻥِﺇ .ﻯَﻮَﻬْﻟﺍ ِﻦَﻋ ُﻖِﻄﻨَﻳ ﺎَﻣ َﻭ
“O (Rəsulallah), (ilahi göstərişləri çatdırarkən) əsla nəfsi istəkləri ilə danış-
mır. Dedikləri yalnız (yuxarı aləmdən) ona vəhy olunan vəhydir.”
Quranın tarixinin “vəhy” hadisəsi ilə birbaşa  əlaqəsi vardır. Çünki Quran 
ayələri məhz “vəhy” yolu ilə nazil olmuş, seçilmiş insanın qeyb aləmi ilə əlaqəsi 
və səmavi ismarıcların qəbulu “vəhy” vasitəsilə həyata keçmişdir. Bu səbəbdən 
də əksər quranşünaslar Quranın tarixinə dair bəhslərə “vəhy”in araşdırılması ilə 
başlamışlar.
“Vəhy”in tərifi
a) “Vəhy”in lüğəvi (leksik) mənası:
İbn Mənzur “Lisanul-ərəb”də yazır:
 َﻭ ِﻪْﻴﻟﺇ  ٰﻰَﺣَﻭ ﻭ .َﻙِﺮْﻴَﻏ  ٰﻰَﻟﺇ ُﻪَﺘْﻴَﻘْﻟﺃ ﺎَﻣ ﱡﻞُﻛ َﻭ ﱡﻰِﻔَﺨْﻟﺍ ُﻡ َﻼَﻜْﻟﺍ ﻭ ُﻡﺎَﻬْﻟ ْﻹﺍ ﻭ ُﺔَﻟﺎَﺳﱢﺮﻟﺍ ﻭ ُﺔَﺑﺎَﺘِﻜْﻟﺍ ﻭ ُﺓَﺭﺎَﺷ ْﻹَﺍ ُﻰْﺣَﻮْﻟَﺍ
.ِﻩِﺮْﻴَﻏ  ْﻦِﻣ ِﻪﻴِﻔْﺨُﻳ ٍﻡ َﻼَﻜِﺑ ُﻪَﻤﱠﻠَﻛ : ٰﻰَﺣْﻭَﺃ
Vəhy - işarə, yazı, ismarıc, ilham, gizli danışıq, bir sözlə, başqasına çatdırılan 
hər bir məlumatdır. 
“ ٰﻰَﺣ ْﻭَﺃ َﻭ ﻪْﻴَﻟﺇ  ٰﻰَﺣَﻭ” cümləsinin mənası belədir: Onunla məxfi bir şəkildə (sözlərini 
başqalarından gizlədərək) danışdı.
Rağib İsfahani deyir:
“ﻰﺣﻭ” (vəhy) sözü “sürətlə baş verən işarə” mənasını bildirir. Buna görə də
sürətlə baş verən hər hansı bir işə “vəhy” deyilir. Bu (sürətlə baş verən işarə), 
rəmzli və kinayəli söz ilə, yaxud söz işlədilmədən təkcə səs ilə, yaxud müəyyən 
əzaların işarəsi və hərəkəti ilə, yaxud da yazı ilə ola bilər.
1
Hicri-qəməri 4-cü əsrin tanınmış lüğətşünası İbn Faris deyir:
“Kök hərfləri   -  -  (“yə” illə  hərfidir) olan “ﻰﺣَﻭ”  sözü “müəyyən bir 
məlumatı, bilgini aşkar və ya məxfi şəkildə başqasına təlqin etmək, çatdırmaq” 
mənasını bildirir. Tərəf müqabilini məlumatlandırmaqdan ötrü hansı  şəkildə 
1
  “əl-Mufrədat”, “vəhy” sözü.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə