Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə132/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   128   129   130   131   132   133   134   135   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Komenski,  Pestalotsi,  Uşinski,  Makarenko,  Suxomlinski 

kimi  görkəmli  pedaqoqlann  ideyalanna  əsaslanan  humanist 

pedaqogikanın  diqqət  mərkəzində  duran  məsələ  -  şəxsiyyətin 

bütövlüyü problemidir. 

-

 

Artıq  uşaqlar  məktəb  təhsilində  özlərinə  şəxsiyyət  kimi 



dəyər  verməyi  bacararlarsa,  öz  potensiallarını  həyatın  müxtəlif 

sahələrində və situasiyalannda daxili imkanlannı aktivləşdirməyin 

zəruru olduğunu anlaya bilər və belə məsuliyyətdən qaçmazlar. 

-

 



Multikultur cəmiyyətin inkişafı üçün vacib şərt odur ki, hor 

bir  cəmiyyət  üzvü  yalnız  öz  mədəni  mühiti  çərçivəsində  deyil, 

mədəniyyətlərarası  müstəvidə  də  ünsiyyət  qurmağı  və  fəaliyyət 

göstərməyi bacarsın. 

-

 

Bunun üçün kommunikasiya vasitəsi kimi çıxış edən xarici 



dili bilmək hələ kifayət deyildir. 

-

 



Burada  “yad”  mədəniyyəti,  “yad”  psixologiyanı,  “yad” 

mənəvi dəyərləri ifadə edən dünyagörüşü anlamaq və qəbul etmək 

bacarığına sahib olmaq gərəkdir. 

-

 



Belə  pedaqoji  yanaşma  tərzi  -  multikultur  təlim-tərbiyə 

artıq məktəb təhsilində özünü göstərməlidir. 

-

 

Məhz  multikultur  təhsil  bütün  millətlər,  etnoslar  üçün 



özlərinin mədəni ehtiyaclarım realizə etmək, dünya mədəniyyəti 

və  təhsili  ilə  mübadiləyə  girmək,  dialoq  yaratmaq  imkanlarını 

açır: 

*

 



dünyanın  düzəlməsi  gələcək  nəslin  tərbiyəsindən  çox 

asılıdır; 

*

 

uşaq ümumqardaşlıq idealı ilə ilk dəfə evdə tamş olmalıdır; 



*

 

bu 



0

 demək deyil ki, o, ümumbəşəri qardaşlığı ailə- sindəki 

bacı  və  qardaşları  ilə  qurduğu  münasibətlərdən  əvvəl  dərk 

etməlidir; 

*

 

yox, 



amma 

evdəki 


münasibətlər 

ümumqardaşlıq 

münasibətlərinin ilk dərsi olmalıdır və bu yolla o, millətin, irqin və 

nəhayət, dünyanın birliyini anlaya bilər

397 



Yaşar Əhmədov AzərHətəmov 

*

 



uşağın  “bütün  dünya  bir  ailədir”  ideyasına  gəlib  çatması 

üçün əvvəlcə ona yaşadığı şəhəri bir ailə kimi çəkməyi öyrətmək, 

sonra  mənsub  olduğu  milləti  ailəsi  kimi  çəkmək,  daha  sonra 

bütün qitəni ailəsi kimi çəkməyi öyrətmək lazımdır. 

-

 

Ümumbəşəri  dəyərlərin  dərk  olunmasında  uşaqların 



yaradıcı  təxəyyülündən  istifadə  etmək  metodu,  bütövlükdə 

insanın unikal imkanlarının açılması istiqamətində görülən işdir. 

-

 

Multikultur  təhsil  insanın  unikal  imkanlarını  açmağa  və 



dərk etməyə əlverişli şərait yaradır. 

-

 



İnsanın “unikal imkanları” nədir?: 

*

 



“imkan”nm sərhədləri çox genişdir, “imkan” sonsuz sayda 

bacanqlan özündə ehtiva edir

*

 

ona  görə  də  insanın  bacarığı  və  insamn  imkanlan  əksər 



hallarda üst-üstə düşmür; 

*

 



çox zaman insanlar öz imkanlarından xəbərsiz yaşayırlar: 

*

 



yaxşı  halda, bacarıqlarının  müəyyən hissəsini realizə edə 

bilirlər; 

*

 

səbəbi  isə  odur  ki,  insanlar,  əsasən  həyata  fraqmentar 



baxırlar. 

-

 



Humanist  pedaqogika  avtoritar  pedaqoji  ənənədən  fərqli 

olaraq,  şagirdlərə  “bacarıq”  prizmasından  yox,  “imkan” 

prizmasından yanaşır. 

-

 



Hər  kəs  özünə  və  özünün  həyatına  aynca,  sərhədləri 

müəyyənləşdirilmiş fraqment, lokal fenomen kimi baxdığına görə 

özünün Kainatla, həyatınm isə ümumi həyatla birliyini, vəhdətini 

nə görə, nə də duya bilir. 

-

 

Bu  səbəbdəndir  ki,  bu  gün  insanların,  millətlərin, 



dövlətlərin qarşılıqlı ittihamları, bir-birinə inamsızlığı dərinləşib. 

-

 



Biz insanlar qəddarlıq və zorakılıq alovuna “yağ tökərək” 

Yer kürəsinin abadlığını, rifahını təhlükəyə atmışıq. 

-

 

Nə  qədər  ki,  mənəviyyatımızın  ilahi  mənşəyini  yada 



salmayacağıq.  Yer  planetinin  təhlükədən  xilası  mümkün 

olmayacaqdır. 



398 


Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Müasir sivilizasiyaya heyran olan və sosial reformator fəxri 

adlarını  daşıyan  materialist  yönümlü  İnsanlar  aldadıcı  zahiri 

dəbdəbəyə uyaraq ilahi məqsədi unudurlar: 

*

 



ilahi  məqsəd  geniş  kateqoriyalarla  düşünməyi,  maddi  ilə 

mənəvinin  birliyinə  nail  olmağı,  totalitar  həyat  konsepsiyasım, 

dini terminologiya ilə desək, tövhidi anlamağı nəzərdə tutur

*

 



yalnız  belə  birlik  şəraitində  hər  insan  fərdiyyətçilik 

xəstəliyindən,  eqoizmdən  sağala  bilər,  şəxsi  həyatı  ilə  ictimai 

həyatım vicdanla uzlaşdırar; 

*

 



belə  olan  halda  şəxsiyyətlə  cəmiyyət  arasında  dərin 

bağlantı və ahəngdarlıq yaranar. 

-

 

İlahi məqsəd humanist pedaqogikanın ana sütununu təşkil 



edir. 

-

 



Kvant  mexanikasının  yaradıcılanndan  biri,  fizika  üzrə 

Nobel  Mükafatı  laureatı  Vemer  Kari  Heyzenberq  (1901-19976) 

deyir ki, dünyam dərk bardağından içilən ilk qurtum insanı ateist 

edir, Allah isə bardağın dibində gözləməkdədir: 

*

 

humanist pedaqogikada təhsil prinsipləri şaquli istiqamətdə 



-  dərin  qatlarda  düşünməyi  öyrədir,  yəni  “bardağın  dibinə 

enməyi”. 

-

 

Müasir  humanist  pedaqogikanın  banisi  akademik 



Ş.A.Amonaşvili  “Müəllim,  məni  yaradıcılığa  ruhlandır!”  adlı 

kitabında humanist pedaqogikamn uşaqların təfəkkür və təxəyyül 

qabiliyyətlərinin  açılmasına,  dərin  səviyyələrdə  düşünmələrinə, 

uşaqlann  daha  nələrə  qadir  olmalarına  dair  şagirdin  müəlliminə 

müraciəti formasında maraqlı nümunə verir: 

*

 



"Müəllim, məni yaradıcılığa ruhlandır! Kim bu səssiz səsi 

eşitmir? Bu, artıq əsrlərdir ki, təhsil səhrasında şagirdin cavabsız 

qalan  çağırışıdır:  Əziz  müəllimim,  məni  işıqlı  yaradıcılığa 

ruhlandır!  Dostluğa  və  sədaqətə,  vəzifə  borcuna  və  xidmətə, 

qarşılıqlı  anlaşmaya  və  vəhdətə  ruhlandır.  Ədalətə  və 

xeyirxahlığa,  idrakın  genişliyinə  və  yaradıhşı  dərk  etməyə 

ruhlandır məni. İmanı anlamağa və özümü dərk etməyə, həyatın 

mənasını və özümün həyatdakı təyinatımı axtarmağa 



399 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə