Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə125/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   121   122   123   124   125   126   127   128   ...   314

  

253 


dörd gün ərzində imla etmiş, Müfəzzəl ibn Ömər Kufi də onu qələmə almış, 

nəticədə “Tövhidi Müfəzzəl” adlı kitab meydana gəlmişdir. 

İmam Sadiqin (ə) elmindən təkcə şiələr deyil, eləcə də sünni məzhəbinin 

alim


ləri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri o Həzrətin şa-

gird


ləri olmuşlar. Bunların önündə Əbu Hənifə gəlir. O, iki il İmam Sadiqin (ə) 

şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi qeyd edərək 

deyir: “Əgər o iki il olmasaydı, Nöman (Əbu Hənifə) həlak olardı.”

383


 

 

İmam Sadiqin (ə) kəlamlarından 

Hz.

Əli (ə) övladının xilafətini inkar edən birinin cavabında İmam (ə) bu-



yur

du:  “Qabir,  Mərmuz,  qəlblərdə  nikət,  nüqirr,  Cəfri-Əhmər,  Cəfri-Əbyəz, 

Müs

həfi-Fatimə və Camiə biz Əhli-beytin yanındadır.” Deyilən sözlərin məna-



sını İmamdan (ə) soruşduqda buyurdu: “Qabir gələcəkdə vaqe olacaq işlərdir. 

Mərmuz dünyanın əvvəlindən indiyə qədər olan işlərdir. Nikət qəlblərə yetişən 

ilham

dır.  Nüqirr  mələklərin  sözləridir  ki,  biz  imamlar  onları  görmür,  amma 



səslərini eşidirik. Cəfri-Əhmər Hz.Peyğəmbərin silahı saxlanan zərfdir ki, bi-

zim yanımızdadır və heç kəsin ona yetməyə imkanı yoxdur. Yalnız İmam Za-

man 

(ə) onu qınından çıxardar. Cəfri-Əbyəz bir zərfdir ki, Tövrat, İncil, Zəbur, 

Suhufu-


İbrahim və digər asimani kitablar orada saxlanılır. Müshəfi-Fatimə elə 

bir kitabdır ki, Qiyamət gününə qədər olacaq hadisələr, dünyada hakimlik edə-

cək kəslərin adları orada qeyd edilmişdir. Camiyə isə yetmiş zira olan bir kitab-

dır, o Hz.Peyğəmbərin (s) imlası, Hz.Əlinin (ə) xətti ilə yazılmışdır. Bu deyi-

lənlərin hamısı biz Əhli-beytə məxsus olan şeylərdir.” 

İmam Sadiq (ə) hicrətin 148-ci ili şəvval ayının 25-də, miladi 765-ci il Ab-

ba

si xəlifəsi Mənsur Dəvaniqinin (754-775) əmrilə Mədinədə şəhid edilmişdir. 



qəddəs məzarı Mədinədə Bəqi qəbiristanlığındadır. 

 

İmam Sadiqin (ə) ləqəbləri: 

1) Sadiq – 

doğruçu deməkdir. 

2) 


Müsəddiq – inanılmış; 

3) 


Mühəqqiq – təhqiqat ilə əşyanın mahiyyətini öyrənib bilən

4) 


Kəşful-həqayiq – həqiqəti kəşf edən; 

5) Rahim – 

rəhm edən; 

6) Fazil – 

fəzilətli, bilikli; 

 

İmam Sadiqin (ə) zövcələri: 

1) 

Həmidə – İmam Kazimin (ə) anası; 2) Fatimə binti Həsən ibn Hz.Səccad (ə)



 

İmam Sadiqin (ə) övladları: 

383


əl-İmamus-Sadiq vəl-məzahibul-ərbəə, I cild. Səh-70. 

  

                                                           




 

254 


1) 

İsmail; 2) Abdullah Əftəh; 3) İmam Kazim (ə); 4) İshaq; 5) Məhəmməd 

Dibac; 6) Abbas; 7) 

Əli; 8) Fatimə; 9) Əsma; 10) Ümmü Fərvə. 

İmam Sadiqin (ə) üzüyündə bu  yazı  yazılmışdır: “Allahu xaliqu kulli şe-

yin” – 


Allah hər bir şeyin xaliqidir. 

 

İmam Sadiqin (ə) müasiri olmuş xəlifələr: Əməvi xəlifələrindən aşağıda-

kılar İmam Sadiqin (ə) müasiri olmuşdur: 

1) 


Hişam ibn Əbdülməlik (724-743); 

2) 


II Vəlid ibn Yezid (743-744); 

3) 


III Yezid ibn Vəlid (744); 

4) 


İbrahim ibn Vəlid (744); 

5) 


II Mərvan ibn Məhəmməd (744-750); 

Abbasi xəlifələrindən isə bunlar İmam Sadiqin (ə) müasiri olmuşdur: 

1) 

Abdullah ibn Məhəmməd Səffah (750-754); 



2) 

Əbu Cəfər Mənsur Dəvaniqi (754-775). 



 

Əbu Abdullah Məhəmməd Mehdi hicri 158-169 (miladi 775-785) 

Əbu Abdullah Mehdi hicrətin 126-cı ili (miladi 745) Hümeymədə anadan 

ol

muşdur. Atası Mənsurun xilafəti dövründə hərbi səfərlərə başçılıq edən Meh-



di qələbə qazanmışdır. O, 761-ci ildə əmisi Əbul-Abbas Səffahın qızı Reytə ilə 

ev

lənmişdir. Atasından fərqli olaraq səxavətli olan Mehdi qısa müddət ərzində 



ata

sının yığdığı pulları ehtiyacı olanlara payladı. 

Atası  Mənsur,  hicrətin  158-ci  ili  (miladi  775)  zilhiccə  ayının  altısında 

Məkkədə  vəfat  edincə,  dəfndən  qabaq  Bəni-Haşim  rəislərindən  və  Mənsurla 

bir

likdə  həccdə  olan  sərkərdələrdən  Mehdinin  adına  beyət  alındı.  Vəzir  Rəbi 



ibn  Yunis  bu  beyət  xəbərini  Bağdadda  olan  Mehdiyə  çatdırdı.  Bu  xəbərdən 

son


ra Bağdad və ətraf məntəqələr də Mehdiyə beyət etdilər. 

 

Hicrətin 159-cu ili (miladi 776) baş verən hadisələr 

Bu il Bizans imperatoru IV Lev İsavri tərəfindən göndərilmiş Bizans qoşunu 

Sumeysat şəhərini ələ keçirib, xeyli müsəlmanı əsir etdilər. Elə həmin il bu hücu-

ma cavab olaraq xəlifə Mehdi Abbas ibn Məhəmmədi böyük bir ordu ilə Bizansa 

qarşı yürüşə göndərdi. Abbas ibn Məhəmmədin başçılığı altında olan bu qoşun 

Bizans sərhəddini keçərək Anqaraya qədər irəliləyib xeyli qənimət ələ keçirdi. 

Bu il Xorasan valisi Həmid ibn Qəhtəbə vəfat etdi. Xəlifə Mehdi tərəfindən 

onun yerinə Əbu Ovn Abdülməlik ibn Yezidi vali təyin edildi. Eyni zamanda 

Həmzə ibn Maliği Sicistan, Cəbrayıl ibn Yəhyanı da Səmərqənd valisi təyin et-

di. Bunun ardınca Sind valisi Məbəd ibn Xəlil vəfat etdi və Əbu Abdullahın 

təklifi ilə xəlifə Mehdi onun yerinə Ravh ibn Xəttimi vali təyin etdi. 

Bu il xəlifə Mehdi qan iddiasından, fəsadçılıqdan və ya başqasının haqqını 

qəsb edənlərdən savayı bütün məhbusları sərbəst buraxdı. Sərbəst buraxılanlar 

ara


sında Yəqub ibn Davud və Həsən ibn İbrahim ibn Abdullah Məhz ibn Həsən 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə