Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə170/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   166   167   168   169   170   171   172   173   ...   314

  

343 


Hicrətin 255-ci ili (miladi 869) Bəsrə valisinin vəzifəsindən uzaqlaşdırıldı-

ğını öyrənən Əli ibn Məhəmməd yenidən Bəsrəyə qayıdaraq on dörd il davam 

edəcək hərəkata başlayır. 

Əli ibn Məhəmmədin özünü Əhli-beyt nümayəndəsi adlandırmaqda məq-

sədi bu idi ki, başladığı hərəkatda uğur qazansın. Onun başladığı qiyam əsas 

eti


barı ilə anarxist və dağıdıcı təbiətə malik idi. Əsasən qaradərili qulları ətrafı-

na toplayan Sahib-üz-

zinc, qısa müddət ərzində Ubulla, Abadan və Əhvaz şə-

hərlərini ələ keçirdi. Xəlifə Mutəmid qiyamçıların üzərinə böyük bir ordu gön-

dərdi. Lakin hicrətin 257-ci ili (miladi 871) baş verən döyüşdə xilafət ordusu 

məğlub edildi. 

Eyni  ildə  Bəsrə  şəhərini  ələ  keçirən  zəncilər,  Bəsrə  məscidi  də  daxil  ol-

maq


la bütün şəhərə od vurub yandırdılar. Camaatın bütün əmlakı talan edildi, 

min


lərlə şəhər sakini qətlə yetirildi. Zəncilərin əsas dayaq nöqtələri Muxtarə, 

Mənsurə və Maneə şəhərləri hesab olunurdu. 

Xilafətin hərbi əməliyyatlarına cavabdehlik daşıyan Əbu Əhməd Müvəffəq 

hic


rətin  257-259-cu  illərində  (miladi  871-873)  qiyamçıların  üzərinə  bir  neçə 

sərkərdə yollasa da onları məğlub edə bilmədi. Bütün ümidini Musa ibn Buğa 

əl-Kəbirə  bağlayan  Müvəffəq  onu  hicrətin  259-cu ili (miladi 873) zəncilərlə 

müharibəyə  göndərdi.  On  ay  ərzində  aparılan  döyüşlərdə  xilafət  ordusu  bəzi 

kiçik  qələbələr  əldə  edə  bildi.  Bu  arada  Musaya  Fars  bölgəsində  üsyan  edən 

Məhəmməd  ibn  Vasillə  məşğul  olmaq  əmri  verildi.  Bunun  ardınca  Səffarilər 

Fars bölgəsini ələ keçirib, Bağdad üzərinə hərəkət etdilər. Bu hadisələrlə məş-

ğul olan Musa ibn Buğa əl-Kəbir zəncilərlə döyüşü təxirə saldı. Bundan istifa-

də edən zəncilər daha da möhkəmləndilər. Xuzistan bölgəsi uğurunda hicrətin 

263-


cü  ilində  (miladi  877)  zəncilərlə  Səffarilər  (870-1163)  arasında  bir  neçə 

yüş  baş  verdi.  Sonda  tərəflər  arasında  sülh  müqaviləsi  bağlandı.  Bağlanan 



qaviləyə  əsasən  Əhvaz  şəhəri  Səffarilərin,  Xuzistan  bölgəsinin  bir  hissəsi 

isə zəncilərə verildi. 

Bu müqavilədən sonra Səffarilərin hücumundan arxayınlaşan zəncilər ye-

ni

dən İraq torpaqlarına doğru hərəkət etdilər. Hicrətin 264-cü ili (miladi 877-



878)  Süleyman  ibn  Camenin  başçılığı  altında  hərəkət  edən  zəncilər  Vasit 

şəhərini ələ keçirib, Rüsafəyə basqın etməyə başladılar. 

Hicrətin  266-cı  ili  (miladi  879)  Əbu  Əhməd  Müvəffəq  oğlu  Əbul-Abbas 

Əhmədi (gələcək xəlifə Mütəzid) zəncilərə qarşı aparılan hərbi əməliyyatların 

başçısı təyin etdi. On min nəfərlik dəstə ilə hərəkət edən Əbul-Abbas, Süley-

man ibn Camenin başçılığı altında olan zənciləri Vasitdən çıxararaq, onları öz 

is

tehkam  şəhərlərinə  çəkilməyə  məcbur  etdi.  Qısa  müddət  ərzində  zəncilərin 



da

yaq  nöqtələrindən  olan  Mənsurə  və  Maneə  şəhərləri  müsəlmanların  əlinə 

keçdi. Eyni vaxtda Əbu Əhməd Müvəffəq də döyüş bölgəsinə gəldi. 

Bu şəhərləri itirən zəncilər hərəkatın mərkəzi sayılan Muxtarə şəhərində is-

teh

kam qurdular. Bəsrənin qərbində, Dəclə və Fərat çaylarının çoxsaylı qolları 



ara

sında yerləşən bu şəhəri, digər tərəfdən də zəncilərin çəkdiyi süni kanallar 

  



 

344 


alınmaz  qalaya  çevirmişdi.  Buna  görə  də  Muxtarə  şəhəri  xilafət  ordusu  tərə-

findən üç il mühasirədə saxlanmışdır. 

Üç illik mühasirədən sonra, hicrətin 269-cu ili (miladi 883) Muxtarəyə da-

xil  olan  xilafət  orduları  Sahib-üz-zincin  ailə  üzvlərini  ələ  keçirə  bildi.  Onun 

özü isə ən yaxın silahdaşları ilə birlikdə Muxtarənin ucqar məhəllələrindən bi-

rin


də gizlənmişdi. Nəhayət, hicrətin 270-ci ili (miladi 883) hər tərəfdən sıxışdı-

rılaraq  mühasirəyə  alınmış  Sahib-üz-zinc  son  nəfəsinə  qədər  vuruşaraq  həlak 

oldu. Əbul-Abbas Əhməd onun kəsik başını Bağdada gətirdi.

545


 

Cəməl döyüşdən sonra Hz.Əli (ə) Bəsrədə minbərə çıxaraq, zəncilərin qi-

yamı barədə sadiq səhabəsi Əhnəf ibn Qeysə belə buyurdu: “Ey Əhnəf! Zən-

cilərin qoşununun başçısını toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, öz 

ayaq

ları ilə yeri döyəcləyən bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları 



dəvəquşu  ayağına  bənzər.  Ölənlərinə  kimsənin  ağlamadığı,  yox  olanı  axtarıl-

ma

yan qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil 



xor

tumu tək navdanlı, bəzəkli evlərinizə və abad küçələrinizə. Mən dünyanın 

zahiri və batinini, keçmişini və gələcəyini bilirəm və həqiqətlərini görürəm!”

546


 

“Nəhcül-bəlağə”ni  şərh  edənlər  İmamın  sözlərini  şərh  edərək,  həqiqətən 

Sahib-üz-

zincin barəsində buyurulduğunu sübuta yetirmişlər. Hz.Əli (ə) zənci-

lərin hücumu zamanı at kişnərtisi və yəhər cingiltisi eşidilmədiyini xəbər verir. 

Ta

rixi mənbələrdə, hərəkatın əvvəlində zəncilərin silah və at sarıdan çox çətin-



lik çəkdikləri qeyd olunur. Onlar cəmi üç silahla silahlanmışdılar. Yeganə atın 

be

lində qiyam başçısının özü gəzirdi, onun da yəhər-yüyəni yox idi. Xurma lif-



lərindən at üçün yüyən düzəltmişdilər. 

Hz.


Əli (ə) xütbəsində zəncilərin ayağını dəvəquşu pəncəsinə bənzədir. Mə-

lum


dur ki, Afrika irqinə mənsub olanların ayaqları digər insanların ayaqlarına 

nisb


ətən enli və pəncəlidr. 

Hz.


Əli (ə) zəncilərin ölülərinə ağlamadıqlarını, itkin düşənləri axtarmadıq-

la

rını  buyurur.  Həqiqətən,  uzaq  Afrika  sahillərindən  Bəsrəyə  gətirilmiş  qara 



qu

lun kimsəsi var idimi ki, öləndə onun üçün ağlasın və ya itəndə çöllərə düşüb 

axtarsın?

547


 

 

Mutəmid və vəliəhdlik məsələsi 

Hicrətin 261-ci ili (miladi 875) Mutəmid kiçik yaşda olan oğlu Cəfəri özündən 

son

ra  birinci  vəliəhd  təyin  etdi.  “Müvəffəz”  ləqəbini  alan  Cəfər,  Şimali  Afrika, 



Mi

sir, Şam, əl-Cəzirə, Azərbaycan və Ərməniyə torpaqlarının idarəçiliyini əldə et-

di. Məhşur sərkərdə Buğa əl-Kəbir də onun köməkçisi təyin edildi. 

545


Tarixi ibn Əsir, II cild, səh-235-237, 241; VII cild, səh-374-390; Siyuti, Tarixul-xuləfa, səh-

363-


364; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-251-255. 

546


Ayətullah  Feyzul-İslam,  Nəhcül-bəlağə,  128-ci  xütbə,  III  nəşr,  İİR,  Mədəniyyət  Mərkəzi-

2009.


 

547


Seyyid  Məhəmməd  Nəcəfi  Yəzdi,  Əmir-ül-mömininin  öngörmələri,  səh-121-123; Natiq 

Rəhimov, İslam Tarixi, II cild, səh-256. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə