Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə178/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   174   175   176   177   178   179   180   181   ...   314

  

359 


Bədrin ölümündən dərhal sonra onun intiqamını almaq üçün İshaq Fərğani 

xila


fətə qarşı qiyam qaldırdı. Lakin xəlifənin göndərdiyi ordu İshaq Fərğanini 

məğlub edərək qiyamı yatırmışdır. 

Hicrətin  291-ci  ilində  (miladi  904)  vəzir  Qasim  ibn  Vəhbin  vəfatından 

sonra Abbas ibn Həsən Müktəfinin vəziri təyin edildi. Əvvəlki vəzirin xatirəsi-

ni əziz tutan xəlifə Müktəfi, onun qızını öz oğlu Əbu Əhməd Məhəmməd üçün 

aldı. 


 

Tulunilər dövlətinin süqutu 

Misir, Şam və əl-Cəzirə torpaqlarında hakimlik edən Tulunilər dövləti öz 

adın Buxaradan Bağdada göndərilmiş Əhməd ibn Tulun (868-884) adlı türk qu-

lamdan alır. 

Onun ölümündən sonra hakimiyyətə gələn oğlu Xumaraveyh (884-896) xə-

li

fə Mütəzidlə (892-902) hicrətin 289-cu ilində (miladi 892) bağladığı müqa-



viləyə əsasən, iri məbləğdə vergi ödəmək şərti ilə Misir, Şam və Şimali Meso-

po

tamiya  ərazilərinə  hakim  oldu.  Bu  anlaşma  Xumaraveyhin  ölümünə  qədər 



qüv

vədə qalmış, onun ölümündən sonra isə xələfləri vergini ödəməkdən imtina 

etmişlər. 

Miladi tarixilə 902-ci ildə (hicri 289) Abbasi xəlifəsi təyin edilən Müktəfi 

Mi

sir, Şam və əl-Cəzirədə hökmranlıq edən Tulunilərin hakimiyyətinə son qoy-



maq  qərarına  gəldi.  Bu  məqsədlə  xəlifə  Müktəfi  hicrətin  291-ci  ilində  (miladi 

904) Məhəmməd ibn Süleymanın başçılığı altında olan böyük bir ordunu Misir 

bölgəsinə  göndərdi.  Miladi  tarixilə  905-ci  ildə  Misirin  paytaxtı  Fustat  şəhəri 

yaxınlığında baş verən döyüşdə Tuluni sərkərdəsi öldürüldü və bununla da xi-

lafət ordusu qalib gəldi. Sülalənin sağ qalanları Bağdada əsir kimi göndərildilər. 

Tulunilərin süqutundan sonra Misir bölgəsində İbrahim Xəlici adlı bir şəxs 

xi

lafətə qarşı üsyan edərək Misir torpaqlarını ələ keçirdi. Bundan narahat olan 



xəlifə Müktəfi böyük bir ordunu Misir bölgəsinə göndərdi. Hicrətin 293-cü ili 

rəcəb ayında (miladi 906) baş verən döyüşdə məğlub olan İbrahim Xəlici əsir 

ki

mi Bağdada göndərildi. 



 

Qərmətilərlə müharibələr 

Müktəfi xilafəti boyunca qərmətilərlə xeyli müharibələr aparmışdır. Qərməti 

hərəkatı xəlifə Mütəzidin dövründən başlamışdır. Mütəzidin dövründəki qərməti 

təzahürləri əsasən, Kufə ətrafında müşahidə edilirdisə, indi onların səsi Suriya və 

İraq səhralarından gəlirdi. Əvvəlcə onların başçısı Zikrəveyhin iki oğlu Yəhya və 

“Xal


lı” ləqəbli Hüseyn, daha sonra isə özü bəzi ərəb qəbilələri ilə birləşərək, ti-

ca

rət yollarında ciddi təhlükə yaratdılar. Qərmətilərlə baş verən döyüşlərdə min-



  


 

360 


lərlə xilafət əsgəri qətlə yetirildi. Miladi tarixilə 904-cü ildə (hicri 291) Bağdada 

gətirilmiş “Xallı” və silahdaşlarının əvvəlcə əlləri sonra isə ayaqları kəsildi.

573

 

Eyni vaxtda xəlifə Müktəfi  Fars  bölgəsini ələ keçirən Samanilərə qarşı da 



barizə aparırdı. (Qərmətilər və Samanilər haqqında ətraflı məlumat veriləcək). 



 

Bizansla aparılan müharibələr 

Xəlifə Müktəfinin dövründə Bizansla aparılan müharibələrdə nisbətən fasi-

lə yaranmışdır. Bizansla münasibətləri gərginləşdirmək istəməyən xəlifə sülhü 

qo

rumağa  çalışırdı.  Onun  hakimiyyəti  dövründə  Bizansla  xilafət  arasında  bir 



neçə dəfə əsir mübadiləsi baş tutmuşdur. 

Miladi tarixilə 903-cü ildə (hicri 290)  Bizans imperatoru VI  Levin (886-

912) təklifi ilə müsəlmanlarla Bizans arasında növbəti əsir mübadiləsinə hazır-

lıq görülməyə başlandı. 

Lakin növbəti ilin şəban ayında (miladi 904) yüz min nəfərlik Bizans ordu-

su  sərhəd  bölgələrinə  hücum  edərək,  qətl-qarət  törətdikdən  sonra  xeyli  əsirlə 

ge

ri qayıtdı. Buna cavab olaraq Bizansa yürüş edən müsəlmanlar Antakya şə-



hərini fəth etdilər. Bu yürüş nəticəsində beş min nəfər Bizanslı öldürüldü, bir o 

qədəri də əsir götürüldü. Antakya fəthi müsəlman ordusunun ən böyük qələbə-

lərindən hesab edilir. 

Hicrətin 292-ci ilində (miladi 904) Andronikin başçılığı altında Mərəş şə-

hərinə  hücum  edən  Bizans  ordusu  xeyli  müsəlmanı  qılıncdan  keçirdi.  Həmin 

ilin 


şəban ayında (miladi 905) Bizansla müsəlmanlar arasında növbəti əsir mü-

badiləsi baş tutdu. Bu mübadilə nəticəsində 1500 nəfərə yaxın müsəlman əsir-

lik

dən azad edildi. 



Hicrətin  293-cü  ilində  (miladi  906)  bizanslıların  növbəti  hücumu  nəticə-

sində xeyli müsəlman qılıncdan keçirildi. Buna cavab olaraq xilafət ordusu da 

Bi

zansa  qarşı  yürüşə  başladı.  Tarsus  şəhərindən  başlayan  hərbi  əməliyyatlar 



nəticəsində beş min nəfər bizanslı əsir götürüldü. Bizans sərkərdəsi Andronik 

aman istəyib təslim oldu və əlində olan müsəlman əsirləri də təhvil verdi. Kon-

ya qa

lasını ələ keçirən müsəlmanlar başda Andronik olmaqla, bütün əsirləri gö-



tür

üb Tarsusa qayıtdılar. 

Hicrətin 294-cü ilində (miladi 908) müsəlmanlarla Bizans arasında baş tutan 

əsir mübadiləsi nəticəsində üç min nəfərdən artıq müsəlman əsirlikdən azad edildi. 

Xəlifə Əbu Məhəmməd Əli Müktəfi hicrətin 295-ci ili zilqədə ayının 12-də 

(mi


ladi 908) Bağdadda vəfat etdi. Xilafəti dövründə Rəhəbə şəhərindəki came 

məscidini və Bağdadda Şatibiyyə sarayını tikdirmişdir.

574

 

 



Əbul-Fəzl Cəfər Müqtədir hicri 295-320 (miladi 908-932) 

573


Tarixi-

Təbəri, V cild, səh-642-643; Tarixi ibn Əsir, VII cild, səh-530-532, 541-551; Natiq 

Rəhimov, İslam Tarixi, II cild, səh-275. 

574


Tarixi-

Təbəri, V cild, səh-670; Tarixi ibn Əsir, VIII cild, səh-8. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə