Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə181/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   177   178   179   180   181   182   183   184   ...   314

  

365 


Vəziyyətin onun xeyrinə dəyişdiyini anlayan Munis hicrətin 320-ci ilində 

(m

iladi 932) Mosuldan çıxıb Bağdada doğru hərəkət etdi. Şəhər kənarına çat-



dıqda xəlifəyə xəbər yollayıb, barış niyyətilə gəldiyini ona bildirdi. 

Lakin saray əyanlarının təhrikilə ordusunu toplayan Müqtədir Munislə dö-

şə başladı. Hicrətin 320-ci ilində (miladi 932) baş verən döyüşdə xilafət or-



du

su məğlub edildi. Döyüşçülər tərəfindən edam olunan xəlifə Müqtədirin kə-

sik başı Munisi-müzəffərin hüzuruna gətirildi. Munisin göstərişindən sonra kə-

sik başı bədənlə birlikdə dəfn etdilər. Xəlifə Əbul-Fəzl Cəfər Müqtədir öldürü-

lərkən otuz səkkiz yaşı var idi.

577


 

 

Təbəristan hakimi Utruş 

Hicrətin  287-ci  ilində  (miladi  900)  Samanilərə  qarşı  baş  verən  döyüşdə 

Məhəmməd  ibn  Zeydin  şəhadətindən  sonra  onun  yerini  “Utruş”  (kar)  ləqəbli 

Həsən ibn Əli ibn Həsən ibn Əli ibn Öməri-şərif ibn Səccad (ə) tutdu. Eşitmə 

qabiliyyəti zəif olduğu üçün ona bu ləqəb verilmişdi. 

Bir müddət Gilan və Deyləmdə camaat arasında İslam dinini və şiəliyi təb-

liğ  edən  Utruş,  kifayət  qədər  tərəfdar  topladıqdan  sonra  hicrəti  301-ci  ilində 

(miladi 913-

914) Təbəristana doğru hərəkət etdi. 

Baş verən döyüşdə Samaniləri məğlub edən Utruş Təbəristanın əsas şəhəri 

olan Amulu ələ keçirdi. Bunun ardınca bütün Təbəristan torpağı və hətta Cür-

can


da ona tabe oldu. Utruş məşhur şiə alimləri seyid Mürtəza və seyid Rəzinin 

ana tərəfdən ulu babasıdır. 

Təbəristan hökmdarı “Utruş” ləqəbli Həsən ibn Əli hicrətin 304-cü ilində 

(miladi 916-

917) yetmiş doqquz yaşında Təbəristanın Amul şəhərində vəfat et-

mişdir.  

Müqtədirin hakimiyyəti dövründə onlarla möhtərəm seyid həlak olmuşdur. 

Bunların bir qismi hökumət qüvvələri tərəfindən, bir qismi də ayrı-ayrı qrup-

laşmalar tərəfindən qətlə yetirilmişdir. 

 

Azərbaycan valisi Yusif ibn Əbu Sac 

Divdad ibn 

Məhəmmədi  devirib  hakimiyyəti  ələ  alan  Yusif  ibn  Əbu Sac 

xi

lafət xəzinəsinə xərac verməli idi. O hakimiyyəti ələ keçirən kimi xilafətdən 



ay

rılmaq üçün cəhd göstərdi. Ərməniyyəni və Gürcüstanı ələ keçirərək, mötə-

bər istehkam və qalalarını dağıtdı. Hicrətin 301-ci ilində (miladi 914) dəfələrlə 

an

dı  pozan  Ərməniyyə  hakimi  I  Sumbatı  Dvində  ələ  keçirərək  edam  etdirdi. 



Be

ləliklə, Yusif ibn Əbu Sac hicrətin 302-ci ilinə kimi (miladi 915) Azərbay-

can

da və Ərməniyyədə öz hakimiyyətini möhkəmləndirə bildi. Dövlətin ərazisi 



qərbdə Ani və Dvin şəhərlərinə, şərqdə Xəzər dənizinə qədər, cənubda Zəncan, 

şimalda Dərbəndə qədər uzanırdı. 

577

Tarixi ibn Əsir, VII cild, səh-237-244. 



  

                                                           




 

366 


Yusif  ibn  Əbu  Sac  hər  il  xilafətə  yüz  iyirmi  min  dinar  xərac  verirdi.  O, 

hicrətin 299-cu ilində (miladi 912) İbn Furat nəslinə mənsub Əli ibn Məhəm-

mədin vəzirlikdən çıxarılmasından sonra Bağdada xərac göndərməyi dayandır-

dı. Bu hadisə xilafətlə Sacilər arasında müharibəyə səbəb oldu. Hicrətin 305-ci 

ilin

də (miladi 918) baş verən döyüşdə Yusif ibn Əbu Sac yeddi min nəfərlik or-



du ilə Xaqan ibn Müflihin başçılığı altında olan xilafətin iyirmi min nəfərlik or-

dusunu məğlub etdikdən sonra Reyə qayıtdı. 

Bundan  narahat  olan  xəlifə  Müqtədir  hicrətin  306-cı  ilində  (miladi  919) 

məşhur sərkərdə Munisi-müzəffəri Yusif ibn Əbu Sacın üzərinə göndərdi. La-

kin baş verən ilk döyüşdə Yusif ibn Əbu Sac bir daha xilafət ordusunu məğlub 

et

di. Məğlubiyyətlə barışmayan Munisi-müzəffər yenidən böyük bir ordu top-



la

yaraq,  həmin  ilin  səfər  ayında  (miladi  919)  Ərdəbil  yaxınlığında  baş  verən 

yüşdə Yusif ibn Əbu Sacın ordusunu məğlub edərək, özünü əsir kimi xila-



fətin paytaxtı Bağdada gətirdi. O üç il xəlifənin zindanında saxlanıldı. 

Bu müddət ərzində onun nökəri Səbuk Azərbaycanda bütün ixtiyarı öz əli-

nə  alaraq,  Yusifin  mübarizəsini  davam  etdirdi.  Minisi-müzəffərin  göndərdiyi 

or

du Səbuk tərəfindən məğlub edildi. Xəlifə Müqtədir onu tabe olmağa çağır-



dıqda, o, Yusif azad edilməyincə, təslim olmayacağını bildirdi. 

Sonda Səbukun istəyini qəbul edən xəlifə Müqtədir hicrətin 310-cu ilində 

(miladi 922

) Yusif ibn Əbu Sacı həbsdən azad edərək, Azərbaycan, Ərməniy-

yə, Rey, Zəncan və Qəzvinin valisi təyin etdi. Lakin Yusif ibn Əbu Sac bunun 

qabilində xəzinəyə hər il beş yüz min dinar xərac verməli idi. 



Azərbaycana gələn Yusif ibn Əbu Sac bu vilayətləri özünə tabe etdikdən 

son


ra Həmədanı da ələ keçirdi. Yusifin getdikcə artan nüfuzu Bağdadda xəlifə 

sa

rayına  rahatlıq vermirdi. Ona  görə də xəlifə  Müqtədir Yusifi aradan  götür-



mək məqsədilə hicrətin 314-cü ilində (miladi 926) onu qərmətilər əleyhinə dö-

şən xilafət ordularından birinin komandanı təyin etdi. 



Hicrətin 315-ci ilində (miladi 927) qərmətilərə qarşı baş verən döyüşdə or-

du

su məğlub edilən Yusif ibn Əbu Sac əsir edilərək, edam edildi. 



Yusif ibn Əbu Sacın ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun 

sərkərdəsi  Deysəm  ibn  İbrahimin  dövründə  Azərbaycan  yenidən  müharibə 

mey

danına çevrildi. Hicrətin 331-ci ilində (miladi 942) Sacilər (889-942) süla-



ləsini hakimiyyətdə Salarilər əvəz etdi. 

 

Əbu Mənsur Məhəmməd Qahir hicri 320-322 (miladi 932-934) 

Xəlifə Əbul-Fəzl Cəfər Müqtədirin qətlindən sonra Abbasi məmurları hic-

rətin 320-ci ilində (miladi 932) Əbu Mənsur Məhəmməd ibn Mütəzid ibn Təlhə 

ibn Mütəvəkkilə beyət edərək onu xəlifə təyin etdilər. Yeni xəlifə özünə “Qa-

hir” ləqəbini götürdü. O, hicrətin 285-ci ilində (miladi 897) Mütəzindin Qəbul 

ad

lı kənizlə izdivacından sonra Bağdadda anadan olmuşdur. 



Hakimiyyəti ələ keçirən xəlifə Qahir ilk olaraq, keçmiş xəlifə Müqtədirin 

ana


sını, xanımlarını və uşaqlarını həbs etdirərək onların mallarını müsadirə et-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə