Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə210/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   206   207   208   209   210   211   212   213   ...   314

 

424 


dəki hərəkatın öz adına mənsubla Məmuniyyə adlanmasına gətirib çıxaran Fars 

böl


gəsi təbliğatçısı Abdənin qardaşı Məmunun böyük rolu oldu. 

Bəhreyn qərmətiləri Əbu Səid əl-Cənnabinin ölümündən sonra (912) 923-

cü ilə qədər abbasilərə qarşı əhəmiyyətli bir fəaliyyət apara bilmədilər. Onlar 

Əbu Səidin Mehdi olduğuna inanır və onun nə vaxtsa qayıdacağını, cəmiyyətdə 

bərabərlik və ədalət quracağını gözləyirdilər. Onların belə bir düşüncəyə qapıl-

ma

ları  yavaş-yavaş  qərmətilərin  passiv  mübarizəyə  keçməsinə  səbəb  olurdu. 



La

kin bu vaxt liderliyi ələ keçirən Əbu Tahir əl-Cənnabi Cənubi İraqa bir silsi-

ləvari terror hərəkatı başlatdı və 930-cu ilin (hicri 317) həcc mövsümündə hə-

yata keçirdiyi Kəbə basqınında minlərlə adamı öldürərək Həcərül-əsvədi Bəh-

reyn

dəki Həcərə apardı. Həcərül-əsvəd iyirmi ilə qədər orada qaldı. Əbu Tahi-



rin Məkkəyə hücumu ərəfəsində hacıların əmlakları əllərindən alındı, zəvvarlar 

ağır işgəncələrə məruz qaldılar. Hətta onların bir hissəsi qul edilmişdir.  Qər-

mətilər Məkkədə həmin gün ən azı otuz min adamı qətlə yetirdilər.

628


 

Omanı 


ələ  keçirən  Əbu  Tahir  növbəti  il  Bəhreynin  idarəsini  İsfəhandan  gətirdiyi  və 

xalqa Mehdi deyə tanıtdığı bir İranlıya təhvil verdi. Ancaq yeni Mehdi özünün 

köhnə İran kəsralarının nəslindən gəldiyini və İran dininin islahatçısı olduğunu 

söyləyərək ərəblərin əleyhinə düşüncələr ortaya qoyunca vəzifəyə gətirilməsin-

dən səksən gün sonra Əbu Tahir tərəfindən öldürüldü. Bu hadisə Bəhreyn qər-

mətiləri arasında böyük bir qarışıqlığa səbəb oldu və bir çox təbliğatçı Əbu Ta-

hirlə əlaqəsini kəsdi. 944-cü ildə onun ölümündən sonra qardaşları abbasilərə 

qar


şı sülhsevər bir siyasət yeritdilər.  

Fatimi xəlifəsi Muiz Lidinillah 983-cü ildə xəlifə olunca, Fatimini dəvətinə 

xalif olan şərqdəki qərməti-İsmaili cəmiyyətini təkrar məzhəb halına salmaq 



is

tədi. Bu səbəblə İsmaili doktrinasını onların istəyi ilə yenidən ələ aldı. Bu tə-

şəbbüs uğurlu oldu və Yeni Əflatunçu İsmaililərin baş nümayəndəsi Əbu Yəqub 

əs-Sicistani Fatimi dəvətini qəbul etdi. Sicistani Muizzin dövründə yazdığı əsər-

lərlə  Fatimilərin  fikrini  dəstəklədi.  Bu  fəaliyyətlərin  sonunda  Xorasan,  Mave-

raun-


nəhr,  Sis  və  Sinddəki  qərmətilər  Fatimi  dəvətini  dəstəkləməyə  başladılar. 

Bu

nunla birlikdə Deyləm, Azərbaycan və Cənubi İraq qərmətilərin iddialarını in-



kar edərək Fatimi-İsmailiyyəyə müxalifətlərini davam etdirdilər. Muiz Lidinillah 

bütün səylərinə baxmayaraq Bəhreyn qərmətilərindən beyət ala bilmədi. 

Bəhreyn qərmətiləri ilə Fatimilər arasındakı gizli düşmənçilik Fatimilərin 

969-c


u ildə (hicri 358) Misiri zəbt etmələri ilə açıq bir mübarizəyə çevrildi. Su-

ri

yaya olan maraqlarını daha əvvəl ortaya qoyan qərmətilər 964-cü ildə (353) 



Təbəriyyənin  üzərinə  gedərək  buranı  İhşidin  əlindən  almaq  istədilər.  Lakin 

bunu bacara bilməyəcəklərini anlayınca Seyfuddövlədən kömək istədilər. O da 

qərmətilərə lazım olan köməyi göndərdi. Bunun ardıca qərmətilər 968-ci ildə 

(hic


ri  357)  Dəməşqə  daxil  oldular.  Miladi  970-ci  ildə  (hicri  359)  qərmətilər 

Oman


dan təmizləndilər. 

628


Yevgeni Belyaye

v, Müsəlman təriqətləri, Bakı-1991, səh-61. 

                                                           



  

425 


Qərmətilər miladın 971-ci ilində (hicri 360)  yenidən Dəməşqə qayıtdılar. 

Həmin  vaxt  buranıın  idarəsi  Ubeydilərin  əlində  idi.  Hüseyn  ibn  Əhməd  ibn 

Bəhramın başçılığı altında olan qərmətilər şəhərə daxil oldu. Bu vaxt Dəməşq 

şəhərinin valisi Cəfər ibn Fəllah idi. Büveyhioğlu İzududdövlə ona silahla kö-

mək idi. Qərmətilər buradan Rəmləyə keçərək şəhəri aldılar və Qahirəyə doğru 

irəlilədilər. Lakin məğlubiyyətə uğrayaraq yenidən Şama qayıtdılar.  

968-

ci ildə Suriyanın böyük bir hissəsini ələ keçirən Qərmətilər Dəməşqi 



ix

şidilərdən alaraq Rəmləni yandırdılar. 970-ci ildə İxşidi və Fatimi ordularına 

məğlub olan qərmətilər Dəməşq və Rəmləni itirdilər. Lakin 971-ci ildə Büvey-

hi

lər və Həmdanilər tərəfindən dəstəklənən Həsənin başçılığı altında olan qər-



mətilər bu iki şəhəri yenidən ələ keçirməklə yanaşı Qahirəni dağıtdılar. 972-ci 

il

də Rəmləni təkrar işğal edən Həsən bir il sonra Misirə hücum edərək Qahirəni 



yeni

dən mühasirəyə aldı.  Lakin müttəfiqi Həsən əl-Cərrahla anlaşa bilmədiyi 

üçün  Muizzin  oğlu  və  gələcək  xəlifə  Əziz  Billaha  (975-996)  məğlub  olaraq 

hasirəyə son qoydu. 



Qərmətilər  vaxtilə  apardıqları  Həcərül-əsvədi  Həcər  bölgəsində  əllərində 

iyir


mi iki il saxladıqdan sonra  Fatimilərin sayəsində Kəbəyə  gətirərək  yerinə 

qoy


dular. Bu hadisə İslam dünyasında xalq tərəfindən danışılan bir hadisə halı-

na  gəlmişdi.  Ayrıca  İslam  torpaqlarının  çoxu  qərmətilər  və  şiələr  tərəfindən 

ida

rə  edildiyi  üçün  qərmətilərin  Həcərül-əsvədi  qaçırmasından  sonra  müxalif 



tərəfin şiələrə qarşı əks fikir formalaşdırması və bunula da şiələri azğın məzhəb 

ki

mi  tanıtmaq  ehtimalı  vardı.  Buna  görə  də  Fatimilər  İslam  dünyasındakı  bu 



nif

rətin, şiələr əleyhində bir gün ölkənin hər yerində ümumi bir üsyana, ümumi 

bir qiyama çev

rilməsindən ehtiyat etdilər. Bu səbəbdən onlar qərmətilərə təzyiq 

edərək müqəddəs daşın yerinə qaytarılmasını təmin etdilər. 

İraq Büveyhi hökmdarı Adududdövlənin (978-983) ölümündən sonra Cə-

nu

bi  İraqda  güclərini ortaya qoymaq istəyən  Bəhreyn qərmətiləri 983-984-cü 



il

lərdə Bəsrəyə hücum edərək buranın əhalisi üzərinə vergi qoydular və iki il 

son

ra  da  Kufəni  ələ  keçirdilər.  Lakin  nəticədə  Büveyhilər  qarşısında  məğlub 



ola

raq geri çəkildilər və bir daha İraqda hakim ola bilmədilər. Miladi tarixi ilə 

992-

ci ildə (hicri 382) Uqayl qəbiləsinin Muntəfiq qolunun lideri Əsfar qərmə-



ti

ləri qəti məğlubiyyətə uğratdı. Bu məğlubiyyətdən sonra tamamilə öz bölgələ-

ri

nə çəkilən və artıq həcc karvanlarına hücum edə bilməyən qərmətilər məhəlli 



üs

yanlar nəticəsində 1067-ci ildə (hicri 459) Bəhreyndəki, ondan sonra da Qa-

tif

dəki hakimiyyətlərini 1069-1070-ci illərdə (hicri 462) itirdilər. 



Beləliklə  IX əsrdə meydana  gələn qərmətilər  abbasilərə qarşı bir çox üs-

yan


lar qaldırmışlar. Tarixdən də məlumdur ki, onlar 890-906-cı illərdə Cənubi 

Mesopotamiyada, 894-899-

cu illərdə Bəhreyndə, 900-902-ci illərdə isə Suriya-

da üsyanlar qaldıraraq xilafətə böyük ziyanlar vurmuşlar. 899-cu ildə Bəhreyni 

ələ keçirən qərmətilər burada XI əsrin ortalarınadək azad əkinçiləri və sənət-

kar


ları vergidən azad etmişlər. Əsas kütləsini kəndlilər, bədəvilər və sənətkar-

lar təşkil edən qərmətilər Qəznəvilər (963-1187) tərəfindən amansızcasına tə-

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə